Gözəllik / Arıqlama - pəhrizlər

Dietoloqlardan yeni xəbər: "Dondurma arıqlamağa kömək edir"

Banu. | 29-01-2018, 21:10
244 0

Harvard tibb məktəbinin bir qrup alimi yeni tədqiqatın nəticələrini açıqlayıblar.
Dondurma arıqlamağa kömək edir. Ekspertlərin məqaləsinə əsasən, dondurma arıqlayan insanın sağlalığına ziyan vurmur.
Mütəxəssislər tədqiqata dietoloq Holli MakKordu cəlb ediblər. Holli hələ 2002-ci ildə dondurmanın çəki atmağa faydalı olduğunu bildirmişdi.
MakKord deyib: "Arıqlamaq istəyənlərin gündəlik kalori miqdarı 1500 kalorini ötməməlidir. Bununla yanaşı, rasiona dondurma da əlavə etmək lazımdır. Tərkibində kalsiumun miqdarı çoxdur".
Tədqiqat sübut edib ki, həqiqətən də dondurma yemək orta yaşlı və yaşlı qadınların sağlam çəki saxlamasına kömək edir. Mütəxəssislər bildirir ki, soyuq dondurma beyində eyforiya və məmnunluğa cavab verən hissəni aktivləşdirir. Müsbət emosiyalara sahib insan isə qida istəklərini kifayət qədər yaxşı idarə edir.
Bununla yanaşı, ekspertlər qeyd ediblər ki, dietik məqsədlə keyfiyyətli dondurma qəbul emək lazımdır. Bu dondurmanın tərkibində süni əlavələr olmamalıdır. Həm də dondurmanı müəyyən miqdarda yemək məsləhət görülür.
Ölkə.Az

info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.