Gözəllik / Moda

Tbilisi merini zövqlə geyindirən modelyer xanımı - FOTOLAR

Banu. | 31-10-2017, 14:54
318 0

Tbilisi merinin həyat yoldaşı Anuki Areşidze Melaniya Trampın rəqiblərindən biri ola bilər.
Ötən həftə Gürcüstan paytaxtının sakinləri “Milan” klubunun sabiq futbolçusu, Gürcüstan Baş nazirinin müavini və keçmiş energetika naziri Kaxa Kaladzeni Tbilisinin yeni meri seçdilər.
Kaxa Kaladzenin mer seçildiyi xəbərləri çıxan kimi həm sosial şəbəkələrdə, həm də mətbuatda onu müasir dövrün ən yaxşı geyinən siyasətçilərindən biri elan etdilər. Çünki Tbilisinin yeni meri klassik siyasətçi obrazından tamamilə uzaqdır. Rahatlığına xüsusi önəm verən merin həqiqətən də özünəməxsus üslubu var. O da məlum oldu ki, K.Kaladziyə geyim seçimində dizayner həyat yoldaşı Anuka Areşidze kömək edir.
Anuka Areşidze də öz növbəsində instaqram fenomenlərindən biridir. Gürcü dizayner qüsursuz geyim stili sayəsində sosial şəbəkədə çoxlu pərəstişkar ordusu toplaya bilib. Dəb mütəxəssisləri onu Amerikanın və Fransanın birinci lediləri Melaniya Tramp və Bricit Makronla müqayisə etməyə başlayıb. Beləliklə də Anuka Areşidze öz adını ən yaxşı geyinən siyasətçilərin xanımları cərgəsinə yazdıra bilib.











publika.az


info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.