Gözəllik / Arıqlama - pəhrizlər

Qan qrupuna görə pəhriz

dr-nigar | 16-02-2012, 10:45
17 480 74

Qan qrupuna görə...

 

 

İnsanın qan qrupu onun xasiyyəti, daxili alemi haqqında aid olduğu bürcdən daha çox informasiya verir. Son vaxt psixoloq və hematoloqlar temperamentin qan qrupundan birbaşa asılıolduğunu təsdiqləyən nəzəriyyəyə tez-tez müraciət edirlər. Mütəxəssislərin fikrincə, qan xarakterə, davranışa və hətta hisslərə təsir göstərir. Qan qrupları ilə əlaqədar olan araşdırmalar daha çox yapon alimlərinə məxsusdur. Hələ 1931-ci ildə yapon alimi Furukava Takeşi qan qrupu fərd arasında əlaqə olduğu ehtimalını irəli sürmüşdü. Yaponlar bir-birilə tanış olarkən verdikləri suallar içində ən populyar olanı “qan qrupun hansıdır?” sualdır. Onların fikrincə, qan qrupu insan xarekterini və fərdi keyfiyyətlərini müəyyənləşdirir.

Lakin təkcə xarakter və fərdi keyfiyyətlər deyil, insanın qida rejimini də qan qrupu ilə bu və ya digər şəkildə əlaqədardır. Dietoloqlar hətta pəhriz saxlayarkən də qan qrupunu əsas götürürlər.

 

Ayrı-ayrı qan qrupları üçün pəhrizlər

I qrupu

Bu qədim qan qrupupunun tarixi insanların ətlə qidalandıqları vaxta gedib çıxır. I qan qrupuna aid olan insanları həkimlər ovçu adlandırırlar. Onlar asanlıqla arıqlaya bilərlər. Pəhrizlə yanaşı fiziki aktivlik böyük rol oynayır. I qan qrupuna aid olanlarda həzm prosesi yaxşı gedir, amma yeməklər kəskin dəyişikliklər onlara pis təsir edir.

Menyu: Brokolli kələmi, ispanaq, qırmızı soğan, qırmızı bibər, daş kələm, qabaq, cəfəri, kəvər, zeytun, bostan kələmi, mal əti, quzu əti, dana əti, balıq və dəniz məhsulları, yodlaşdırılmış duz və qaraciyər. Həmin qidalarlagündə 3-5 dəfə qidalanmaq olar.Конец формBUBbbuhkjnılkm.şç

Yemək olmaz! Un məhsulları, süd, mərci, yerfındığı yağı, lobya, qırmızı, bryusella və gül kələmi və şampinyon
Fiziki hərəkətlər: Aerobika, qaçış, gimnastika, velosipeddə gəzmək...

 

Səhər yeməyi

Alma cemi ilə 1 dilim quru çörək, ilıq bişmiş yumurta, 1 stəkan ananas şirəsi

Nahar

Yaşıl üzümlə qaynadılmış toyuq filesi, qoz, yoqurt

Qəlyanaltı

Qaynadılmış düyü, 1 stəkan meyvə şirəsi

Şam yeməyi

250 qram balıq, qaynadılmış brokkoli kələmi və yaşıl çay

 

II qrup

Heyvan qıtlığı başlayandan sonra insanlar acından ölməmək üçün başqa yemək növləri axtarmağa başladılar və bu qan qrupunun yaranması da həmin vaxta təsadüf edir.

II qan qrupdan olanlar ilk vegetaryianlar adlandırılır. Onların əsas pəhriz növü də vegetariansayağı olmalıdır. Əsasən təzə tərəvəzlər və meyvələrə üstünlük verilməlidir.

Menyu: Balıq, tərəvəz (şampinyon, kələm və badimcandan başqa), meyvələr (banan, mandarin, yemişdən başqa) yemək olar. Gün ərzində 3-5 dəfə qida qəbul etmək lazımdır.

Yemək olmaz! Ət, pendir, çörək.

Fiziki hərəkətlər: Yoqa, qolf, tez-tez piyada gəzmək, üzgüçülük, aerobika.

Səhər yeməyi

Südlə qarışdırılmış 4 qaşıq qarğıdalı xlopyaları, meyvə və meyvəli çay

Nahar

Kahı, qırmızı soğan, kərəviz, xiyar, təzə nanə, sous və limon şirəsi, 1 hissə quru çörək, yaşıl çay

Şam yeməyi

150-200 qram balıq, 1 dilim çovdar çörəyi

 

III qrup

Bu qanqrup insanları köçəri həyat tərzi keçirməyə başladıqları vaxtdan əmələ gəlib. Həzm prosesində heç bir problem olmadığından onlar hər bir dəyişikliyə asanlıqla qəbul edirlər. III qan qrupuna aid olanlar süd məhsullarına üstünlük vermələri məsləhət görülür. Çox nadir hallarda onlarda artıq çəki problemi olur, amma çox kalorili yeməklərdən uzaq olmaları məsləhətdir.

Menyu: Kök, bryusella kələmi, gül kələmi, qırmızı bibər, şəkər çuğunduru, badımcan, quş əti, qarciyər, dəniz və süd məhsulları.

Yemək olmaz! Toyuq əti, qoz, mərci, qabaq, zeytun, kakos, buğda unundan bişmiş məhsullar, revend.
Fiziki aktivlik: Aerobika, tenis, piyada gəzmək, velosiped sürmək, üzgüçülük, qaçış.

Səhər yeməyi

Süddə bişmiş 3 qaşıq düyü, ilıq bişmış yumurta, yaşıl çay.

Nahar

Soyutma ət, kahı, meyvəli çay və ya kofe.

Qəlyanaltı

Meyvəli yoqurt

Şam yeməyi

50 qram balıq, yoqurt.

 

IV qan qrupu üçün arıqlama metodu

Alimlərin “ tapmaca” adlandırdıqları ən cavan qan qrupu olan IV qan qruppunun əmələ gəlməsini müxtəlif qan qrupuna məxsus insanların birləşməsi ilə əlaqələndirirlər. Həzm sistemləri çox həssasdır. Bu qrupdan olan insanlara daha çox tərəvəzli pəhriz məsləhət görülür.

Menyu: lobya, yaşıl tərəvəzlər, quş əti, yoqurt, pendir, makaron, balıq, ananas,

Yemək olmaz! Donuz əti, kərə yağı, süd, qırmızı bibər, turp, banan, armud, buğda unundan hazırlanmış məhsullar.

Fiziki hərəkətlər: Yoqa, velosiped sürmək, tez-tez piyada yerimək.


Səhər yeməyi

Bir stəkan su ilə qarışdırılmış limon şirəsi, 2 dilim quru çörək, kofe və ya bitki çayı.

Nahar

Qızardılmış hind quşu filesi, qaynadılmış gül kələmi və yaşıl çay.

Qəlyanaltı

Az kalorili meyvəli yoqurt

Şam yeməyi

Qaynadılmış balıq, sarımısaqlı təbii yoqurtdan hazırlanmış sous.

  

Qaynaq: HERBA  FLORA  jurnalı


  1. ESMERRi | 7 aprel 2016 17:37 | Status: Brilliant user | Şərh: 5 428
    Sitat: Zulya
    Tewekkurler
  2. Zulya | 12 iyul 2014 16:08 | Status: Gümüş user | Şərh: 1 641
    Tewekkurler
  3. Nigar | 18 fevral 2014 16:07 | Status: Gümüş user | Şərh: 6 073
    Sitat: SEVA00
    tesekkurle

  4. Nigar | 24 yanvar 2014 19:29 | Status: Gümüş user | Şərh: 6 073
    tewekkurler xebere gozel
  5. Alice | 22 oktyabr 2013 16:35 | Status: Professional user | Şərh: 5 026
    EHTİYAC YOXDU...
  6. NURLU | 15 iyun 2013 09:15 | Status: Professional user | Şərh: 5 566
    twkler cox maraqlidi.
  7. arzular | 21 mart 2013 14:11 | Status: Şərhçi | Şərh: 145
    twsler n12
  8. Saida Kerimova | 21 mart 2013 14:06 | Status: Professional user | Şərh: 1 673
    Teskkur!!!!
  9. SEVA00 | 22 fevral 2013 01:42 | Status: VİP user | Şərh: 1 015
    tesekkurler
  10. c.samir | 22 fevral 2013 01:29 | Status: İstifadəçi | Şərh: 3
    ruzgargulum,
    canim menim sende pehriz saxlamaq isdeyisen
  11. ruzgargulum | 21 fevral 2013 12:29 | Status: Brilliant user | Şərh: 2 495
    şəkər çuğunduru her seher suyunu icirem, sudu cox sevirem gece yatanda mutleq 1st sud icib yatiram, qoz, merci toyuq bunlardan imtina etmek hec vaxt istemerem. aerobika menim heyatimdi her gun mesgul oluram. Super yazidi tsk melumata gore
info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.