Gözəllik / Arıqlama - pəhrizlər

Diqqət!!! 60 kilodan yuxarı olanlar təcili oxusun! -FOTO

Banu. | 24-07-2017, 09:27
8 256 0

Dünyaca məşhur "-60" pəhrizi.
SaqlamHeyat.az xarici mətbuata istinadən xəbər verir ki, bu pəhrizi Yekaterina Mirimanova hazırlayıb, onun çəkisi 120 kq idi. O bu pəyriz və qaydalara riayət edərək, düz 60 kilo arıqladı. İndi onun pəhrizi nəonku Rusiyada, hətta bütün dünyada da məşhurdur.

Yekaterina Valeryevna Mirimanova – uğurlu yazıçı və dünyanın bir çox ölkələrində yüksək məşhurluq qazanmış oruğinal arıqlama sisteminin müəllifidir. Yekaterina Mirimnovanın Minus 60 dietasının artıq 3 000 000-a yaxın ardıcılı vardır.

Dieta haqqında məlumat

Mirimanovanın minus 60 dietası müəllifin şəxsi təcrübəsinin nəticəsidir. Yekaterinanın 2005-ci ildə çəkisi 120 kiloqram olub – az adam inanırdı ki, o özünün ələ ala və arıqlaya bilər. Mirimanova sübut etdi ki, mümkün olmayanı belə mümkün etmək olur – o, 1,5 il ərzində çəkisinin tən yarısını ata bildi (Yekaterina 60 kq arıqlaya bildi ki, dietanın adı da buradan götürülmüşdür). Maraqlıdır ki, göstərilən dieta, demək olar ki, hər şeyi yeməyə imkan verir (şirniyyat, bişinti, sala və s.). O ac qalmağa və kaloriləri saymağa məcbur etmir – sadəcə qidalanmada müəyyən qaydalara riayyət etmək lazımdır. Mahiyyətcə göstərilən dieta düzgün qidalanma nümunəsidir və tam hüquqla bütün həyat boyu istifadə edilə bilər.

Yekaterina Mirimanovanın dieta qaydaları

Yekaterina Mirimanovanın 60 dietası hansı qaydalara riayyət etməyə məcbur edir?

Göstərilən qidalanma sistemi aşağıdakı tövsiyyələrə əsaslanır:


• Səhər yeməyini buraxmaq olmaz – səhər yeməyi mübadilə proseslərini oyadır. Kim ki səhər tezdən durur, Mirimanova onlara 1 deyil 2 səhər yeməyi düzəltməyi təklif edir (biri – olduqca yüngül, digəri – tam həcmli). 


• Şəkər normasını tədricən aşağı salmaq lazımdır. Rafinə edilmiş qənddən qəhvəyinin xeyrinə imtina edin. Şəkər əvəzləyicilərindən istifadə eməyin.


• Bütün alkoqollu içkilər çeşidindən ancaq qırmızı quru şəraba üstünlük verin.


• Səhər yeməyi zamanı istənilən ərzaqlardan, o cümlədən şirniyyatdan istifadə edə bilərsiniz.


• Südlü şokoladı tədricən acı qara, sadə düyünü isə buxara verilmişlə əvəzləyin.


• Ağ çörəyi ancaq səhər yeməyi zamanı yeyin, naharda bir dilin çovdar çörəyi yeyə bilərsiniz (heç bir halda şörəyi ət və balıq məhsulları ilə birləşdirməyin).


• Makaron və kartofu səhər yeməyi və nahar vaxtı yemək olar, lakin bu ərzaqlardan çox istifadə etməyə aludə olmayın. Səhər yeməyi zamanı siz onları nə ilə istəsəniz qarışdıra bilərsiniz, naharda isə - ancaq tərəvəz və pendirlə. Şam yeməyində kartof və makaron yemək olmaz. 

• Optimal şam yeməyi – kəsmik və meyvələrin, düyü və meyvələrin, düyü və tərəvəzlərin uyğunlaşdırılmasıdır. Ət (balıq, quş əti) yeməyə özünüzə icazə verə bilərsiniz - onları müstəqil ayrıca yemək kimi yeyin. 


• Şam yeməyini saat 18.00 kimi yekunlaşdırmaq lazımdır (əgər siz tez yatırsınızsa). Əgər siz “bayquşlar” fəsiləsinə aidsinizsə, onda şam yeməyini daha gec saata keçirmək olar (lakin istənilən halda saat 20.00-dan sonra yemək yeməyin). Şam yeməyini həddən artıq tez yekunlaşdırmaq da olmaz (17.00 qədər) – bu arıqlama prosesini heç çür sürətləndirməyəcək, əvəzində isə hər şeyin yarımçıq qalmasına gətirib çıxara bilər. Əgər şam yeməyini buraxmısınızsa, səhərə qədər dözmək lazım gələcək (şəkərsiz yaşıl çay için).


• İçki ratsionu bol olmalıdır, suyu göz qarşısında saxlayın, lakin özünüzü içməyə də zorlamaq lazım deyil - orqanizm özü ona zəuri olan normanı müəyyən edəcəkdir (zərurət hiss edən zaman su için). 


• Duzu istisna etmək lazım deyil, lakin onun miqdarına nəzarət etmək mütləq lazımdır (yeməyə həddən artıq duz vurmayın).


• Gün ərzində nəsə ancaq bir şey yeməyin (misal üçün çoxlu sayda meyvə) – bu maddələr mübadiləsi prosesini ləngidir. 


• Boşalma günləri təşkil etməyə lüzum yoxdur – qidalanmada məhdudlaşdırma orqanizm üçün stresə çevrilir (eyni şey bütün mümkün təmizlənmə metodikalarına da keçərlidir). 


• Gündə 3 dəfə yeyin, istək olan zaman özünüzə meyvələrdən qəlyanaltı düzəldin. 


• Kurslarla polivitaminlər qəbul edin.


• Minus 60 dietası hamiləlik və ana südü ilə qidalandırma zamanı əks göstərişə malik deyil – sadəcə dietaya tədricən “daxil olmaq” və öz vəziyyətinizə nəzarət etmək lazımdır. Eləcə də bu zaman həkimlə məsləhətləşməniz də pis olmazdı.

Qidalanma üzrə tövsiyyələr

Yekaterina Mirimanovanın dietası zamanı səhərlər hər şey yemək olar. Bundan sonra isə müəyyən məhdudiyyətlərə riayyət etmək lazımdır.

Nahar

Ərzaqları qaynatmaq və basdırmaq olar.
Xama və mayonezdən istifadəyə icazə verilir (saat 14.00 kimi), lakin çox olmayan miqdarda (1 ç.q.).
Yeməyin hazırlanması zamanı soya sousu və bitki yağından (azacıq) istifadə etmək olar.
Şorbaları ancaq suda (bu halda ona kartof da əlavə etmək olar) və ya şorbada (kartof istisna edilir, lakin onu lobya və dondurulmuş yaşıl noxudla əvəz etmək olar) qaynatmaq lazımdır.
Eləcə də naharda aşağıdakı ərzaqlardan istifadə etmək olar: 


• Suşi
• Meyvələr (alma, sitrus meyvələri, gavalı, kivi, qarpız, ananas, qara gavalı)
• Tərəvəzlər (bişirilmiş, qaynadılmış, basdırılmış, çiy)
• Duza qoyulmuş və duzlu tərəvəzlər (azacıq)
• Ət və balıq ərzaqları, dəniz məhsulları, subməhsullar (bişirilmiş kolbasa, buxara verilmiş kotletlər, quru tavada hazırlanmış ət və s.)
• Qaynadılmış yumurta
• Yarma (qarabaşaq, düyü)
• Makaronlar (ət və balıqla qarışdırmaq olmaz)
• düyü əriştəsi
• Çay, qəhvə, qırmızı çaxır, təbii şirə, süd və turş süd məhsulları

Şam yeməyi

Şam yeməyinin ərzaqlarını suda qaynatmaq, təbii ədviyyatlarla, soya sousu, duz ilə zənginləşdirmək olar. Şəkər tam olaraq istisna edilir.

Tövsiyyə edilən ərzaqlar:
• Meyvələr (naharda olduğu kimi çeşiddə)
• Tərəvəzlər (kartof, noxud, qarğıdalı, göbələklər, balqabaq, badımcan, avokado istisna edilir)
• Süd məhsulları, yarma
• Ət və balıq məhsulları, subərzaqlar, dəniz məhsulları (ayrıca yemək kimi)
• Qaynadılmış yumurta (karbohidratlarla birləşdirmək olmaz)
• Yarmalar (qarabaşaq, düyü) – meyvə və tərəvəzlərlə birləşdirmək olar
• Süd məhsulları (şirin olmayan yoqurt, kəsmik, kripslərlə pendir)
• İçkilər (yaşıl çay, qəhvə, qazlı və qazsız su, təbii şirə)
• Südlü və turşsüdlü işkilər (meyvə və tərəvəzlə birləşdirilə bilərlər)
• Qırmızı quru çaxır

Rəylər

60 minus dietası çoxlarının xoşuna gəlir. O köklü və kəskin şəkildə qida aludəçiliklərini dəyişdirməyə vadar etmir. Dəyişikliklər aramla və tədricən baş verir ki, bu da mümkün diskomfortu minimuma endirir. Çəki atılması nəticələri fərdidir. Ratsionu müstəqil şəkildə tərtib etmə imkanı və özünün heç olmasa səhərlər nəyəsə qonaq etmək adamı ələ alır.




info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.