Gözəllik / Üz dərisinə qulluq

Qış mövsümündə quruyan və qızaran dəri üçün Balqabaqlı maska

Ay_Sun | 10-01-2017, 13:30
2 055 0

 
 Qış mövsümündə quruyan və qızaran dərinizin qayğıya iki qat daha çox ehtiyacı olur.

Quru dəriləri nəmləndirən, parlaqlıq bəxş edən, hamarlayan, A və C vitamini ilə zəngin olan balqabaqlı maskadan dərhal hazırlayın və istifadə edin.

Maska üçün lazımlı vasitələr:

2 xörək qaşığı balqabaq püresi

1 ədəd yumurtanın ağı

Maskanın hazırlanması:

Əvvəlcədən qaynatdığınız bir böyük dilim balqabağı əzərək püre halına gətirin. Bir ədəd yumurtanın ağını balqabaq püresinin içinə əlavə edin və yaxşıca qarışdırın.

Necə istifadə edilməlidir?

Əvvəlcə dərinizi təmizləyin və maskanı üzünüzə sürtün. Ən az 15 dəqiqə saxlayın. Daha sonra üzünüzü ilıq suyla yuyun. Maskanı sınaqdan keçirmədən əvvəl biləyinizin içinə bir parça sürtün. Hər hansı bir qızartı olmasa, üzünüzə çəkin.

 
 Hər Zaman Gözəl Qalmaq Arzusu ilə sizin Ay_Sunblush
 
 
 


Array