Gözəllik / Gözəllik sirləri

Seyrək qaşlardan xilas olmağın 6 yolu

Ay_Sun | 2-04-2018, 09:00
8 603 0

 
Qaşlar üzdəki gözəlliyi üzə çıxaran, sifətin ən önəmli hissəsidir. İncə qaş dəbi ilə ayaqlaşmaq nə qədər asandırsa, son zamanların dəbi olan qalın qaşla ayaqlaşmaq bir o qədər çətindir. Qaşı seyrək olan xanımlar qalınlaşdırmaq istəsə də, bu, onlarda çox zaman müvəffəqiyyətli alınmır.Əziz xanımlar sizlərə qaşları təbii üsullarla qalınlaşdırmağın sirlərini təqdim edirik.

1 – Vazelin

Bitmiş tuşun fırçasından istifadə edərək vazelini qaşa çəksəniz, uğurlu nəticə əldə edə bilərsiniz. Bu metodun istifadəsindən 1 həftə sonra dəyişikliyin fərqinə varacaqsınız. Vazelin ən təsirli, ən təmiz və ən asan üsullardan biridir.

2 – Sarımsaq

Sarımsaq tük köklərini sağlamlaşdırmaq və tük artırmaqda ən effektiv üsullardandır. Qaşlarınıza bir diş döyülmüş sarımsaq tətbiq edərək həm sağlamlaşdıra, həm də qalınlaşdıra bilərsiniz.

3 – Hind qozu yağı

Hind qozu yağından istifadə edərək qaşlarınız üçün müsbət nəticələr əldə edə bilmək üçün bu yağdan gündə bir dəfə qaşa tətbiq etməyiniz kifayət edir.

4 – Arqan yağı

Saça qulluq zamanı istifadə edilən arqan yağı qaşlar üçün də faydalıdır. Arqan yağı qaşların qalınlaşması və sağlam olmasına kömək edir.

5 – Aloe vera

Günəş yanıqlarına, ləkələrə qarşı müalicəvi əhəmiyyəti olan aloe veranı qaşlara tətbiq edəndə də eyni nəticəni göstərir. Aloe vera qaşlarınızın sağlamlığını artıracaq.

6 – Soğan

Soğanı sarımsaq kimi ya döyərək, ya da kəsib qaşa tətbiq edərək istifadə etmək olar. Bu prosedura gündə bir dəfə tətbiq etmək kifayət edəcək.





info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.