Gözəllik / Bədənə qulluğun qaydaları

Boyunda, dirsəklərdə, qoltuqaltı , bikini bölgəsində və dizlərdə qaralmaların sadə çarəsi

Banu. | 1-04-2018, 12:00
3 768 0

AzadQadin.az boyunda, dirsəklərdə, qoltuqaltı , bikini bölgəsində və dizlərdə qaralmaların sadə çarəsini təqdim edir.

Artıq havalar qızıb, açıq geyimləri utanmadan geyinməmiz üçün, bədənizimin bəzi bölgələrinə xüsusi qulluq etmək lazımdır.

Xoşbəxtlikdən siz evdə hazırlanmış bir çox vasitələrinin köməyi ilə bu problemi həll edə bilərsiniz. Bu gün biz onlardan ən səmərəlisini diqqətinizə təqdim edəcəyik.


Zəncəfil kökü, limon və xiyar şirəsi

Bu bitkilər dəri ağarmasına yaxşı təsir edir. Xiyar və limon şirəsi qarışımı dərinin problemli sahələrinin ağartmanın 100% şanslarını artıracaq. Xiyar Limon şirəsinin yaratdığı qıcıqlanmanın qarşısını alır, limon bir başa dərini açardır və ölü hücüyrələrdən azad edir, zəncəfil isə sürtünmələrdən yaranan qaralmaların qarşısını alır. 
 
Lazım olanlar:

1:1 nisbətində

limon şirəsi

xiyar şirəsi

1  çay qaşığı təzə və ya quru zəncəfil

Təlimat:

Zəncəfil, limon və xiyar şirəsini qarışdırın. Alınan qarışığı dərinin problemli sahələrinə sürtün. Bir neçə dəqiqədən sonra,  su ilə yuyun. Bu resepti gündəlik istifadə edə bilərsiniz, ona görə ki, bu, tamamilə təhlükəsiz  bir üsuldur.

Noxud püresi ilə də maska edə bilərsiniz, olduqca effektiv maskadır. Dərini şəffaflaşdırır.

info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.