Gözəllik / Əllərə qulluq

Əllərinizin dəyərini bilin!

dılay | 19-03-2016, 10:30
13 342 3
Əllərinizin dəyərini bilin!

Gündəlik həyatımızda yemək bişirməkdən qab-qacaq yumağa və ya əl bacarığı tələb edən bir hobbi məşğuliyyətinə qədər bir çox sahədə əllərimizi istifadə edirik. Xarici faktorlara bu qədər açıq olan əllərimiz, kifayət qədər qoruya bilməzsək gözəlliklərini itirir. Daha da pisi üzümüzə nə qədər yaxşı baxsaq baxaq, əgər eyni marağı əllərimizə də göstərməzsək yaşımızı da ələ verirlər! 

Əllərimizin üzərini örtən dəri incədir və yağ vəzləri yoxdur. Buna qarşılıq ovuc içlərimiz tər vəzlərini saxladıqları üçün daha qalın bir dəriyə sahibdir. Əllərimizin başlıca düşmənlərindən soyuq havadır. Amma yaz aylarındakı günəşi də əllərinizə dost sanırsınızsa yanılırsınız! Əllərimiz uzun müddət günəş şüalarına məruz qalsa, xalq arasında "yaşlılıq ləkələri" deyilən ləkələr qaçınılmaz olur. Buna qarşılıq quru soyuq da əllərimizin nəmini alan faktorlardandır. Dəniz suyu. külək, uzun müddət torpaqla əlaqədar işlərlə məşğul olmaq əllərimizi həmişə köhnəldir. Gündəlik həyatda tez-tez istifadə etdiyimiz su və yuyucular da əllərimizə yaramır. Təmizlikdə istifadə edilən bütün maddələr əllərimizi qurudur. Bütün bunları önləmənin yolu isə əllərimizi tez-tez kremləməkdən. eynilə üzümüzə olduğu kimi onlara da nizamlı baxım tətbiq etməkdən keçir. 


Əllərinizin dəyərini bilin!

Quruluğa qarşı şirin badam yağı .

Xüsusilə tərkibində şirin badam yağı olan kremlərlə ovmak əllərə yaxşı təsir edir. Şirin badam yağı dərini yumşaldır,dırnaqları elastik edir. Aynca yüngül və xoş bir qoxusu da var. Əslindəbir meyvə olan şirin badam sərt donuq yaşıl rəngliqabığa sahibdir. Badam çağla ikən bu qabıq dolğunlaşır və sonra da tökülür. İncə qabığın altında isə qalın və sərt bir qabıq var. Yediyimiz, yağ olaraq istifadə etdiyimiz və badam olaraq adlandırdığımrz nüvə bu qabığın içindədir.
Gözəllik üçün faydalarının yanında eyni zamanda salat və yeməklərdə də istifadə edilə bilir! Yüngül bir yağ olan badam yağı xolesterol ehtiva etmir. Əllərinizə badam yağıyla edəcəyiniz masaj üçün aşağıdakı təkliflərimizi addım-addım etməniz lazımdır. 

1. Böyükcə bir qaba isti su qoyun. Əlinizi yumşaq bir sabunla yuyun. (Su çox isti olmasın, əllərinizi daha da quruda bilər) Əllərinizi yavaş yavaş yuyun. Baş barmaqlarına ovuc içlərinə basdıraraq bir neçə dəqiqə əllərinizə masaj edin. Barmaqlarınızı aşağıdan yuxarıya doğru tək-tək yüngülcə masaj edin. Sonra da əllərinizi qurulayın.
2. Əlləriniz yaxşıca quruduqdan sonra, şirin badam yağı qarışığını əllərinizin üstünə sürün. Düz bir təbəqə halinda olmasına diqqət yetirin. Daha sonra eyni təbəqəni barmaqlannızın üstünü örtəcək şəkildə çəkin və bu təbəqəni 10 dəqiqə qədər qurumağa buraxın.
3. 10 dəqiqə sonra əllərinizi ilıq suyla durulayın ya da nəmli bir bezlə silin...
4. Əl baxımınızı tamamlamaq üçün son addımda dırnaq baxımı gəlir. Dırnaqlarınıza və dırnaq diblərinizə bir dırnaq məlhəmi sürün. Dırnaqlanrın üzərinə və dırnaq aralarına bu məlhəmdən sürərək masaj edin. Dırnaq məlhəmi hopduqdan sonra hər iki əlinizə əl kremi çəkə bilərsiniz. 


Əllərinizin dəyərini bilin!

Yaşlılıq ləkələrinə buz müalicəsi .


Əllərdəki yaşlılıq ləkələrinə qarşı bəzi maddələr təklif edilir. Bunlar hidrokinon. kojoik turşu. alfa hidroksi turşular, A vitamini və C vitamini. Bu maddələr, ləkələri önləmədə istifadə edilə biləcəyi kimi aynca ləkələrin ton olaraq açılmasına da köməkçi olur. Əgər əllərinizdə bu cür ləkələr meydana gəlmişsə daha radikal tədbirlər almaq lazımdır. Bunlar arasında buz müalicəsi və işıq enerjisi tətbiqləri gəlir. Bu cür tətbiqlərdə 7-10 gn arasında dəridə "qabıqlanma' olur daha sonra qabıq töküldüyündə altından ləkəsiz dəri ortaya çıxır. 

Əgər əllərinizin çox quru olduğunu düşünürsünüzsə fındıq, və ya avokado yağı ilə qarışdırılmış çobanyastığı və ya gül yağı tətbiq edə bilərsiniz. Yuxarıda tərif verdiyimiz masajla edəcəyiniz tətbiq, əllərinizi yumşaq edəcək.
 



ESMERRi | 21 mart 2016 19:09 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: B.Fereh
Uzumuze sacimiza qulluq edirik,ancaq ellerimizi unuduruq.Mende xususi qulluq elemirem,elece arada yadima duwende el kremi vururam.
dılay | 20 mart 2016 13:08 | Status: Brilliant user | Şərh: 8 183
Redakte ucun tewekkurler.
B.Fereh | 19 mart 2016 11:16 | Status: Nəzarətçi | Şərh: 6 975
Uzumuze sacimiza qulluq edirik,ancaq ellerimizi unuduruq.Mende xususi qulluq elemirem,elece arada yadima duwende el kremi vururam.