Gözəllik / Gənc qalmağın sirləri

Gözəl, təravətli, gənc xanımların gözəllik sirrləri

dılay | 20-05-2017, 08:00
1 685 3

 


 
 Hər bir dərinin özünəməxsus xüsusiyyəti var. Kimisi quruluqdan, kimisi də yağlılıqdan şikayətlənir. Bunun üçün hər dəri növünə uyğun olan maskalardan istifadə edilməlidir:

Ultra-quru dərilər üçün:

• 1 ədəd yumurtanı çalın. Üzə çəkib, üstündən bitki yağı sürtün. Maskanı quruyana kimi üzdə saxlayıb, əvvəlcə ilıq, sonra soyuq su ilə yaxalayın.

• 1 ədəd almanın qabığını soyub, xırda-xırda doğrayıb, süddə qaynadın. Qarışıq sıyıq halına gələndə onu soyudub, üzə maska edin. Qarışığı 20 dəqiqə saxladıqdan sonra soyuq su ilə yuyun.


Nəmləndirici maska:

• 2 qaşıq yağlı kəsmiyi 1 çay qaşığı təbii meyvə şirəsi ilə qarışdırın. Qarışığın üzərinə 1 çay qaşığı yumurta sarısı və 1 çay qaşığı kamfora yağı əlavə edib, yaxşıca qarışdırın. Maskanı üzdə 20 dəqiqə saxlayıb, ilıq su ilə
yuyun.

Gözətrafı qırışlara əlvida:

• Qızılgül, santal və neroli efir yağlarının hərəsindən 1-2 damcı qarışdırıb, gözətrafına çəkin.

• JaJoba, avokado və badam yağının hərəsindən 1-2 damcı əlavə edib, limmeta, nanə, fenxel və neroli yağlarından 1-2 damcı qatıb, gün ərzində 1-2 dəfə gözətrafına çəkin.

Sellülitə "yox" de!

• Gerani, mojjevelnik, limon, fenxel, paçuli, rozmarin və kiparis efir yağlarının hərəsindən 1-2 damcı əlavə edib, qarışdırıb, problemli yerlərə çəkin.

Saçların daha da gözəlləşsin:

• Saçları içinə 5-7 damcı jajoba yağı əlavə olunmuş şampunla yuyun. Bu qarışıq saçlara parlaqlıq verib, onların kökünü bərkidəcək.

• Saç tökülməsinin qarşısını almaq üçün təmiz saçları zəncəfil və evkalipt dəmləməsi ilə yaxalayın.

Dişlərini ağart:

• Limon şirəsi sıxılmış pasta ilə dişləri fırçalamaqla onları bəyazlaşdırmaq olar

  1. dılay | 13 iyul 2016 21:29 | Status: Brilliant user | Şərh: 8 251
    Redakte ucun tesekkurler..
  2. Dəniz qızı | 12 iyul 2016 15:22 | Status: Brilliant user | Şərh: 8 099
    Yəqin ki bu yağlar apteklərdə olar...
  3. B.Fereh | 12 iyul 2016 15:13 | Status: Nəzarətçi | Şərh: 7 094
    Hemiwe gozellikde qizlar:)

    P.S-COX QERIBE YAG ADLARINA RAST GELDIM BU YAZIDA:)
info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.