Gözəllik / Düzgün makiyaj

Ayaqqabılar ilə pedikürün düzgün uyğunluğu

dılay | 20-07-2016, 19:30
13 597 2
 

 
Ayaqqabıya uyğun dırnaq boyası seçərkən iki üsuldan istifadə etmək olar: kontrast çalar seçmək və ya əksinə, ayaqqabının tonuna uyğun dırnaq boyası seçmək. Əgər rəngləri özünüz uyğunlaşdıra bilmirsinizsə, bu zaman növbəti uyğunluğa diqqət edin: yaşıl + qırmızı, göy + sarı, boz + çəhrayı, ağ + qara.

Dırnaq boyasının çalarları ilə cəsarətlə təcrübə aparın, amma unutmayın ki, hər şeydə müəyyən ölçü olmalıdır. Əgər pedikürünüz parlaqdırsa, bu zaman qaşsız və digər detallarsız yığcam ayaqqabılara üstünlük verin. Bundan başqa dırnaqların əsas rəngi ayaqqabının rəngi ilə həmahəng olmalıdır.

Universal çalar

Bir neçə burnu açıq ayaqqabı hər zaman gözəllik salonunda və ya ətriyyat mağazasında bütün pulları xərcləməyin səbəbi deyil. Bunun üçün sadəcə bir neçə universal çalarda olan dırnaq boyası əldə etsəniz kifayətdir.

Pastel tonlarında olan pedikür praktiki olaraq istənilən ayaqqabılar ilə yaxşı görünəcək. Daha bir universal və çox dəbli görünən dırnaq boyası rəngi sıx ağ rəngdir. Bundan başqa klassik fransız maniküru və hollivud qırmızısı rəngi də fasonundan asılı olmayaraq istənilən ayaqqabı ilə yaxşı görünəcək.

Dəniz qızı | 20 iyul 2016 22:32 | Status: Brilliant user | Şərh: 8 017
Pedikürdən də manikürdəndə zəhləm gedir..
B.Fereh | 20 iyul 2016 20:57 | Status: Nəzarətçi | Şərh: 6 975
Ayaq dirnaqlarimda cox vaxt neytral renglerden istifade edirem.Meslehetlercun tewekkurler.