Gözəllik / Üz dərisinə qulluq

Üz dərinizi gözəlləşdirəcək bal maskaları.

ESMERRi | 20-03-2016, 10:30
2 653 4



Üz dərinizi gözəlləşdirəcək bal maskaları.

Bal antibiotik, mineral, protein və vitaminlə zəngindir. Həmçinin antioksidantdır. Bal alarkən təbii olmasına diqqət edin. Təqdim etdiyimiz maska reseptlərinin tərkibində hər hansı maddəyə allergiyanız varsa, o maskanı etməməyiniz məsləhətdir. 

Bal maskalarının faydaları: 
 
- Dərini toksinlərdən təmizləyir, qidalandırır və bərpa edir. 
- Nəmləndirir   
- Peeling təsirlidir, dərini ölü hüceyrələrdən təmizləyir 
- Svilcələrin görünüşünü azaldır 
- Qızarıqları və dəridəki ləkələri aradan qaldırır.
- Qırışıqları azaldır və qocalmanı gecikdirir. 
- Darçın ilə edilən bal maskası dəri tonunu bərabərləşdirir və ləkələri aradan qaldırır. 

Təmizləyici bal və darçın maskası 

Bu maska üz dərisini toksinlərdən təmizləyir və dərini fərahlandırır. Üz dərisini nəmləndirir. Artıq darçın istifadə etmək üz dərisində qızarıqlara səbəb ola bilər, buna görə də ilk öncə çənənizin yan tərəfinə az miqdarda çəkməklə allergiya testi edə bilərsiniz. 
 
-1 çay qaşığı darçın 
-1 qaşıq bal 

Hazırlanması:  

Kasada darçın və balı qarışdırırıq. Üzümüzə sürtürük. 15-20 dəqiqə saxlayıb ilıq su ilə yuyuruq. Daha sonra üzümüzü üz təmizləmə toniki ilə silirik.

Nəmləndirici qatıq və bal maskası

Qatıq və bal qarışığı üzümüzü maksimum dərəcədə nəmləndirir və aydınlatır. 
 
-1 qaşıq qatıq
-1 çay qaşığı bal

Hazırlanması: 
 
Bal və qatığı kasada qarışdırdıqdan sonra yumşaq fırça ilə üzümüzə çəkirik. 15 dəqiqə saxladıqdan sonra üzümüzü yuyuruq. 

Dəriyə parlaqlıq verən bal limon maskası 
 
Bu maska nəticəsində üzünüzdəki məsamələr açılacaq və dəriniz daha rahat nəfə alacaq. 
 
1 qaşıq bal  
1 qaşıq limon  

Hazırlanması: 
 
Bal və limonu kasada qarışdırırıq. Üzümüzə yavaş-yavaş yedirərək çəkirik. Üzümüzdəki qırışıqların zamanla yox olduğunu hiss edəcəyik. 

Sivilcələr üçün aspirin bal maskası 

Bu bal maskası üzdəki sivilcələr üçün çox təsirli maskadır. Həm də peeling effektlidir. 
 
4 ədəd aspirin 
1 çay qaşığı bal 

Hazırlanması:

Aspirinləri kiçik kasanın içərisinə qoyub üzərinə 2-3 damcı su damlatırıq və əzirik. Üzərinə 1 çay qaşığı bal əlavə edib qarışdırırıq. Hazırladığımız qarışığı üzümüzə dairəvi hərəkətlərlə masak edərək vururuq. 20 dəqiqə saxladıqdan sonra üzümüzü yuyuruq.



Dəniz qızı | 23 mart 2016 08:12 | Status: Brilliant user | Şərh: 8 019
Birini götürdüm təşəkkürlər bacı.
SEVDA | 20 mart 2016 19:37 | Status: Nəzarətçi | Şərh: 17 443
Xəbəri seçilmişlərdə saxladım,tşk...
dılay | 20 mart 2016 13:38 | Status: Brilliant user | Şərh: 8 185
Tewekkurler
B.Fereh | 20 mart 2016 12:52 | Status: Nəzarətçi | Şərh: 6 978
Tewekkurler.