Gözəllik / Düzgün makiyaj

“Barbi” makiyajının ən asan sirrləri

Banu. | 11-01-2017, 10:30
1 316 12

 
 
Hər bir xanım həyatında heç olmasa bir dəfə də olsa gəlinciyə bənzəmək istəyib. Artıq düzgün və parlaq üz xüsusiyyətlərini "Barbi” makiyajının köməyi ilə yaratmaq olar!

Makiyaj üçün biz dərini mükəmməl və bərabər etməliyik. Bunun üçün, tonik və ya makiyaj südünün köməyi ilə üzünüzü təmizləyin. Korrektorun vasitəsi ilə dərinizin bütün çatışmazlıqlarını maskalayın, sonra üzünüzə əsas ton çəkin. Sizdə hamar, gözəl və məxməri dəri alınmalıdır!

Gəilncik makiyajında gözlər əsas olduğu üçün onları xüsusi ifadəli etmək lazımdır!

Göz qələmi və ya layner. Burada hər iki vasitədən istifadə etmək olar, lakin layner daha yaxşıdır, çünki o daha parlaq iz qoyur. Layner rəngi gözlərinizin rənginə uyğun olmalıdır. Üst göz qapağında kipriklərə yaxın şəkildə incə ox çəkin. Bu üsul baxışı vizual olaraq daha açıq etməyə kömək edir və kirpiklər daha həcmli görünür.
 
Göz kölgələri. Bu makiyajda göz kölgələrini bir neçə cür istifadə etmək olar:
üst göz qapağına açıq-çəhrayı çalarlı göz kölgəsi çəkin. Qaşların altına soyuq gümüşü və ya başqa açıq çalarlı kölgə çəkin.
üst göz qapağına yasəmənin çalarlı, gözlərin xarici künclərinə isə qara çalarlı göz kolgəsi çəkin.
üst göz qapağına mavi çalarlı göz kölgəsi çəkin. Qaşların altına isə ağ çalarlı.
 
Zər. Baxışa müəmmalılığı verməyə zər kömək edəcək. Makiyajda biz soyuq çalarlar istifadə etdiyimiz üçün, zərlər da həmçinin soyuq çalarlarda olmalıdır. Pambıq çubuğuna bir az zər yığıb onu gözlərin daxili künclərinə çəkin.barbi
 
Tuş. Yaxşı olar ki, həcmli tuşdan istifadə edəsiniz. Kipriklərinizi xüsusi maqqaşla burun və onların daha həcmli görünməsi üçün əvvəlcə onları bir az pudralayın. Tuş iki qatlı çəkilir. Siz həmçinin qoyma kirpiklərdən də istifadə edə bilərsiniz. Unutmayın ki, qoyma kirpikləri boyamırlar!
 
Ənlik. Ənlik saç və dəri rənginə uyğun seçilir. Açıq dərili sarışınlara çəhrayı, kürən sarışın xanımlara – şaftalı çaları, qarabuğdayı xanımlara isə bronz çalarlı ənliklər uyğun gələcək.rumyana
 
Parıltı. Bu makiyajda yaxşı olar ki, dodaq parıltısından istifadə edəsiniz. Bunun üçün dodaqlarınızı əvvəl bir az kirşanlamaq sonra ton çəkmək lazımdır.
Sizin bu obrazınıza parlaq bəzəklər və şirin çiçək qoxulu ətirlər uyğun gələcək.

  1. SaDəCə_SəN | 11 yanvar 2017 12:13 | Status: VİP user | Şərh: 229
    Ehtiyacim yoxdur bele makyajlara))ozum gozele))twk paylawim ucun
  2. Gulnar2013 | 27 fevral 2016 00:03 | Status: Qonaq | Şərh: 0
    Sitat: kiraz mevsimi
    O qederde cox makiyajdan istifade etmirem sadelik gozellikdir.
  3. Real Madrid CF | 19 yanvar 2016 18:01 | Status: Professional user | Şərh: 5 356
    O qederde cox makiyajdan istifade etmirem sadelik gozellikdir.
  4. Ay_Sun | 18 yanvar 2016 21:41 | Status: Redaktor | Şərh: 13 449
    Sitat: Naranin Ureyi
    hec xowuma gelmir.Suni gorsenir.
  5. LARA SOFI | 12 yanvar 2016 23:22 | Status: VİP user | Şərh: 735
    bele makyaji hec bacarmiam
  6. Gulus. | 11 yanvar 2016 23:55 | Status: Professional user | Şərh: 2 439
    Sitat: Naranin Ureyi
    hec xowuma gelmir.Suni gorsenir.
  7. Azeri Fidashka | 11 yanvar 2016 22:12 | Status: Şərhçi | Şərh: 737
    tesekkurler
  8. ESMERRi | 11 yanvar 2016 19:57 | Status: Brilliant user | Şərh: 5 421
    Sitat: dılay
    BarBi makiyajlI qadInlar mene suni gelir. QanIm qaynamIr onlara.
  9. SEVDA | 11 yanvar 2016 15:53 | Status: Nəzarətçi | Şərh: 17 537
    Mənlik deyil.
  10. Naranin Ureyi | 11 yanvar 2016 14:11 | Status: Gümüş user | Şərh: 1 585
    hec xowuma gelmir.Suni gorsenir.
  11. B.Fereh | 11 yanvar 2016 13:17 | Status: Nəzarətçi | Şərh: 7 094
    Bezileri bele makiyaji edib,Barbiye yox,Kupegiren qariya benzemeseler yaxwidi))
  12. dılay | 11 yanvar 2016 12:26 | Status: Brilliant user | Şərh: 8 251
    BarBi makiyajlI qadInlar mene suni gelir. QanIm qaynamIr onlara.
info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.