Facebook statusları

Sevgi və seks statusları həmişə cəlbedicidir

Aynur_Qurbanqizi | 23-06-2013, 23:00
5 064 32


Facebookda divarınızda yazdığınız, paylaşdığınız hər şeyin  şərhlərlə, "layk”larla dolu olmasını, Twitter izləyiciləriniz mini keçməsini istəyirsinizsə, aşağıdakıları diqqətlə oxuyun:

 

Zarafatcıl olun

 

Çalışın kimisə güldürəsiniz.

 

Kiçik saytları mən yaratmışam


Sosial şəbəkələrdə özünə inam əsasdır. Nə edirsiniz, edin, sözünüzdən dönməyin. Unutmayın ki, sözünüzü 5 insan unutsa da, biri mütləq yadda saxlayar və bir gün üzünüzə vurar.

 

Hərtərəflilik

 

Təkcə Facebook və Twitterlə məşhur olmaq olmur. Hərtərəfli olun, başqa saytlarda da fəal olun: Friendfeed, Flickr, Reddit, Linkedin, Digg və YouTube.

 

Bloqsuz düşmənin olsun!


Sayıqlasanız da, ağlınıza və ağzınıza gələni yazsanız da olar, əsas odur, bloqunuz olsun. Yazdıqlarınızın Twitter və Facebookda paylaşılmasına da səy göstərin.

 

Foto paylaşma trendi


Bloqunuza yazmağa bir şey tapmırsınızsa, fotonun ilahi gücünə inanın. Ordan-burdan yığacağınız gözəl qadınların və ya dünyəvi problemləri əks etdirən fotoları paylaşın. Hələ olsa, altına iki sətirlik şeir də atın.

 

Polemika aparın


Facebookda polemikaya girmək işə yarayır. Nə qədər ağlabatan fikirlər səsləndirsəniz, bir o qədər "layk”larınız artar.

 

İndi nə edirsiniz?

 
Dostlarınızı bezdirməmək şərti ilə çalışın, Facebook statusunuzu tez-tez yeniləyəsiniz. Ya zarafatcıl olun, ya rahat.  Nə badə dalbadal depressiv statuslar yazasınız.


Şəxsi həyatı unudun

 
Artıq bütün həyatınız buradadır: "Bu gün heç yerimdən qalxa bilmirəm”, "suyumuzu kəsdilər”, "sevgilimdən ayrıldım, ölürəm”.


Retweet gücü

 
Twitterdə "retweet” etdikləriniz sizin necə insan olduğunuz haqda ipucları verir.

Nadirlik


Bir film, yazıçı, aktyor; mümkünsə, az tanınan birini çox sevin. Onun haqda sevgi ilə danışın. "Elə maraqlı şeylər tapır ki”, - deyin ki fərqli olduğunuz bilinsin.

 

Sorğu xəstəliyi


Hamı fikrini bildirməyə, səs verməyə meyllidir. Ona görə, çalışın bloqunuza da sorğu yerləşdirəsiniz.  

 Trend ovu


Tez-tez "Google Trends” günün ən maraqlı xəbərlərini izləyin. Məlumatlı olduğunuzu göstərin.

 

Oğurluq

 
Köşə yazarı, yazıçı, şair – fərqi yoxdur kimdən nə oxuyursunuz, çalışın maraqlı bir cümlə, sitat "çırpışdırasınız”.


Yaxşı profil şəkil işin yarısıdır

 

Profil şəklinizə elə bir şey seçin ki, maksimum "cool”, xarizmatik, cazibədar görünəsiniz. İnanın, bu, işin yarısıdır.

 

Etiraz ruhu

 
Nifrət edin, əsəbiləşin – bir sözlə etiraz edin. "Facebook etirazçıları” həmişə diqqət mərkəzindədir.


Sevgi və seks
 

Bu cütlük haqqında yazmaq həmişə diqqət cəlb edir, "layk” yağışına düşür.


Fotoqraf olun

 

Çantanızda bir fotoaparat gəzdirin. Maraqlı kadrları, qarşılaşdığınız maraqlı insanları çəkin. Hətta uçuq-sökük yerləri, yerdəki yarpağı, sınmış stolları da çəkib "kədərli” təsəvvürü də yarada bilərsiniz.

 

Şərhin gücü

 
Başqalarının bloqlarını da gözdən qoymayın. Bloqdakı hər hansı bir yazını oxudunuzsa, şərh yazın, özü də Facebookdakı, yaxud Twitterdəki hesab adınızla. Qoyun o bloqçu da sizi tanısın.

 

Özünüz olun

 


Əgər maraqsız insan olduğunu düşünürsünüzsə, özünüz olmasanız da olar. Dərd eləməyin. Olmaq istədiyiniz kimi olun, bəlkə vaxt keçdikcə ona oxşayarsınız.

 

İntellektuallıq

 

Nyu-York Taymsa hamı baxa bilər, amma hansısa Uqanda saytına heç kim baxmaz. Oralardan bir şey paylaşın ki, sizin nə qədər geniş informasiya çevrənizin olduğunu görsünlər. //kulis.az


yalniz arzu | 19 yanvar 2014 23:07 | Status: Gümüş user | Şərh: 1 759
BUNLARI ELƏMƏK UZUN ZAMAN BİRDƏ BEKAR OLMAGI TƏLƏB EDİR.AXRINCI CÜMLƏSİ BU OLMALIDIR MƏNCƏ.
ayruska | 1 iyul 2013 19:07 | Status: Professional user | Şərh: 3 978
Sitat: TATLI GUZEL
Tesekkurler Aynur xanim.
TATLI GUZEL | 25 iyun 2013 12:48 | Status: Professional user | Şərh: 5 781
Tesekkurler Aynur xanim.
tenhaqiz | 25 iyun 2013 01:46 | Status: VİP user | Şərh: 477
Məncə bunları etmək mənasız bir şeydir.Sünilikdən heç nə qazanmaq olmaz.
Akademik | 25 iyun 2013 00:55 | Status: Professional user | Şərh: 4 580
ƏN ÇOX BU SAYTDA OLURAM, FB-DA VARAM, AMMA ELƏ DƏ AKTİ DEYİLƏM, HƏVƏSİM YOXDUR.
M.M... | 25 iyun 2013 00:01 | Status: Professional user | Şərh: 1 740
Facebookda yoxam.. Hec hevesim yoxdu ele saytlara..
Beren | 24 iyun 2013 23:46 | Status: Professional user | Şərh: 3 214
Facebookda yoxam!Olmaqda fikrim yoxdur!
Gunel | 24 iyun 2013 18:01 | Status: Professional user | Şərh: 4 087
Menim ucun cox menasiz bir yerdir ora.Ne gelir ordan basha dushe bilmirem.
Sari gelin | 24 iyun 2013 14:46 | Status: Gümüş user | Şərh: 2 439
onda gerek iwimizi gucumuzu buraxaq ,,oturaq kompun bawinda ..oguldan ,uwaqdan ,evden ewikden ,qohumdan-qonwudan ,umumiyyetle real alemden uzaqlawaq ..ehhh ..istemirem ..ele azadqadin ..besimdir ..
cucem. | 24 iyun 2013 13:42 | Status: Professional user | Şərh: 4 415
Sitat: Fatima Q.
Bashliq da pis deyildi. fellow

23_18
Nur | 24 iyun 2013 12:45 | Status: Professional user | Şərh: 3 988
FACEDE YOXAM,HEC ISTEMIREMDE
Sebine_88 | 24 iyun 2013 12:27 | Status: VİP user | Şərh: 714
Menim facebookum yoxdur,twkler nn46
Ay Gul | 24 iyun 2013 12:20 | Status: VİP user | Şərh: 431
nece varsansa seni ele qebul elesinler de
Aliyeva | 24 iyun 2013 11:56 | Status: Yazar | Şərh: 4 036
f.b-da yoxam....hec olmayacamda sexymix
FLOVERandGİRL | 24 iyun 2013 11:43 | Status: Professional user | Şərh: 3 251
feycim var amma bura girenen girmirem de
drop | 24 iyun 2013 11:29 | Status: Gümüş user | Şərh: 2 448
facebookda yoxam
Aytekin82 | 24 iyun 2013 09:46 | Status: Brilliant user | Şərh: 6 587
Ürəyimnən keçənləri , həyatda deyə bilmədiklərimi feysdə paylaşıram. Şükr ki, yaxşı dostlarım da var. Feyssiz bir günüm olmasun))) nn35
SHIRIN-SHIPSIRIN. | 24 iyun 2013 09:45 | Status: Gümüş user | Şərh: 1 347
fb yoxam,,hec maraqlida gelmir,,
sanel | 24 iyun 2013 09:20 | Status: Professional user | Şərh: 3 647
fb olmaq neyi duzeldirki sadece vaxt ucurursan
Nazli wirin | 24 iyun 2013 06:56 | Status: Şərhçi | Şərh: 284
maraqsizdi yeni meni maraqlandirmir ama yenede twk
Fatima Q. | 24 iyun 2013 02:52 | Status: Gümüş user | Şərh: 984
Bashliq da pis deyildi. fellow
Seyidli | 24 iyun 2013 02:04 | Status: Yazar | Şərh: 2 706
F.b.-də yoxam....
casiye 45 | 24 iyun 2013 01:00 | Status: Gümüş user | Şərh: 1 449
men sadece dini statuslar paylawiram orda
Mickey Mouse | 24 iyun 2013 00:52 | Status: Professional user | Şərh: 4 008
Eh maraqli deyil mencun.
Inci deniz | 24 iyun 2013 00:49 | Status: Yazar | Şərh: 2 379
Facebookda yoxam duzu maraqli gelir
DENIZ QIZI3 | 24 iyun 2013 00:45 | Status: Gümüş user | Şərh: 3 858
mene maraqli gelmir . tesekkurler
Qanad | 23 iyun 2013 23:54 | Status: Yazar | Şərh: 4 357
Maraqli deyil
seva85 | 23 iyun 2013 23:39 | Status: Gümüş user | Şərh: 2 045
tesekkurler menlik deyil
NaraAzer | 23 iyun 2013 23:26 | Status: Professional user | Şərh: 1 373
Eh men bele idim facebookda oldugum vaxtlar cox mehsur idim
Ulviyye | 23 iyun 2013 23:22 | Status: Gümüş user | Şərh: 2 839
Sitat: su peerisi
Bu xeber maraqli gelmedi mene angry

menede nn9 nn24 19_13