Azadqadin

Dr.Samiradan dadlı "Qarışqa yuvası" tortu (Foto resept)

dr.Samira | 28-11-2012, 02:00
39 779 77


 Lazım olan ərzaqlar:
250 q. marqarin yağ(Sana)
2 yumurta
0.5 çay qaşığı duz
un

Qoz ləpəsi(zövqə görə istəsəz,yer fındığı da istifadə edə bilərsiniz)
2 qutu qaynadılmış qatışlaşdırılmış süd

Hazırlanması.

Yağlı ,ələ yapışmayan və bir qədər sərt xəmiri hazırlayıb,yarım saatlığına soyuducuya qoyuruq.Bərkidikdən sonra,onu ətçəkən maşınından keçirib sobanın listinə yayırıq.




Yağlı xəmir olduğundan,listi yağlamağa ehtiyac yoxdur,yapışmayacaq.180 dərəcə isidilmiş sobada,təqribən 20-25 dəq,qızarana kimi  bişməlidir.Bişirdiyimiz bu peçenyeləri soyutduqdan sonra,əlimizlə xırdalayırıq.



Qoz ləpəsini də,peçenyenin miqdarına uyğun qədər götürüb,bıçaqla xırdalayırıq.Məs,əgər 2 boşqab peçenye qırıqları varsa ,1 stəkan qoz ləpəsi lazım olur.Qoz ləpəsi əvəzinə,yer fındığı da istifadə edə bilərsiz.Mən bu dəfə hind qozundan istifadə eləmişəm.Görünüşcə adi qoza oxşasa da,dadı bir qədər fərqlidir,həm də yodla daha çox zəngindir.


Qatılaşdırılmış süd əgər hazır şəkildə,qaynadılmışından alsanız,birbaşa istifadə edə bilərsiz,yox əgər adi,qaynandılmamış varsa evinizdə,onu 1.5 -2 saat qaynadın,soyuduqdan sonra istifadə edin.
Ayrı bir qabda peçenye qırıqlarını,doğranmış qoz ləpəsini və qaynadılmış qatılaşdırılmış südü yaxşıca qarışdırın.


Alınmış kütləni,istədiyiniz formaya sala bilərsiniz.

Mən tort şəklində təqdim edirəm.


Nuş olsun!!!

  1. MELEK_ | 24 fevral 2014 09:52 | Status: Professional user | Şərh: 3 957
    ellerine sagliq cox beyendim, insallah hazirlayaram
  2. nuray2007 | 26 yanvar 2014 21:25 | Status: Şərhçi | Şərh: 420
    dadli olur tesekkur
  3. Mickey Mouse | 12 iyun 2013 10:51 | Status: Professional user | Şərh: 4 009
    Cox sagolun ela gorunur.
  4. Saida Kerimova | 29 may 2013 17:51 | Status: Professional user | Şərh: 1 673
    Təşəkkürlər.
  5. dr.Samira | 1 may 2013 13:29 | Status: Həkim | Şərh: 1 135
    Sitat: Torpaq
    aaa indi gorurem eee bu resepte seker vurulmayib kiii...........

    ehtiyac yoxdur,Qatılaşdırılmış süd öz işini görür... fellow
    Sitat: cesur qizlar
    mence adi duz deyil,axi qarisqa yuvasina oxsamir.qarisqa yuvasi totu pisqivitden hazirlanir,pisqivitin qiraqlarini kesib onu biraz tepeciye oxsadirsan,yeni 3-4 ferqi yoxdu nece pisqivit ust-uste qoyursuz,tepeciye oxsadib,asagidan ennli baslayaraq ta yuxariyakimi ensizlesdiririk,

    xanım,hazır biskvitdən də haırlamaq olar,ancaq bu olacaq yalançı qarişa yuvası..bu tortun əsl resepti budur,xəbərdə də yazdığım kimi,istədiyniz formanı verə bilərsiniz,bəl,düzdür ki,adını formasında(təpə kimi olmasından) və içindəki çoxsaylı dəliklərindən alıb...sadəcə mnə,rahat doöranıb,rahat servis edə bilmək üçün tort forması vermisşəm..
  6. Torpaq | 8 aprel 2013 13:00 | Status: Professional user | Şərh: 3 574

    aaa indi gorurem eee bu resepte seker vurulmayib kiii...........

  7. Hande 18 | 7 aprel 2013 23:27 | Status: Professional user | Şərh: 3 304

    tesekkurler

  8. Melek | 6 aprel 2013 19:41 | Status: Gümüş user | Şərh: 915

    bu tortu cooox beyenirem biwirmesini bilmesemde)tewekkurler

  9. cesur qizlar | 15 mart 2013 23:44 | Status: İstifadəçi | Şərh: 40
    cox gozeldi,ellernize sagliq amma mence adi duz deyil,axi qarisqa yuvasina oxsamir.qarisqa yuvasi totu pisqivitden hazirlanir,pisqivitin qiraqlarini kesib onu biraz tepeciye oxsadirsan,yeni 3-4 ferqi yoxdu nece pisqivit ust-uste qoyursuz,tepeciye oxsadib,asagidan ennli baslayaraq ta yuxariyakimi ensizlesdiririk,uzerinede shokalad rendeleyirik,esil qarisqa yuvasi olur isteyen olsa,resepti sohbet otagina yazaram,resept ucun Samira xanim tesekkur,ellerine sagliq.
  10. schon | 27 fevral 2013 17:42 | Status: İstifadəçi | Şərh: 16
    gozel gorunur bisirecem
  11. deniz yildizi | 10 fevral 2013 23:25 | Status: VİP user | Şərh: 696
    televizorda hazirlayanda gormusdum
  12. Derin 03 | 1 fevral 2013 23:02 | Status: Şərhçi | Şərh: 422
    men bu tortu xoslayiram ama ozum bisire bilmirem.bu resept sayesinde oyrenecem mutleq
  13. hecne | 21 dekabr 2012 21:33 | Status: İstifadəçi | Şərh: 9
    mmmmm maraqlidi elemek olar :n7:
  14. ZaZuM | 19 dekabr 2012 17:59 | Status: İstifadəçi | Şərh: 54
    gedirem hazirlamaga bunnan yemiwem coxda beyenmiwem beyensem yazacam beyyyyy
  15. Listen to you heart | 14 dekabr 2012 11:43 | Status: VİP user | Şərh: 807
    dadli gorunur tesekkurler
  16. PrEnSeS_ | 11 dekabr 2012 10:27 | Status: VİP user | Şərh: 554
    gorunusu superdir
  17. camale | 10 dekabr 2012 23:47 | Status: İstifadəçi | Şərh: 9
    gorunusu gozeldir
  18. PrEnSeS_ | 7 dekabr 2012 14:28 | Status: VİP user | Şərh: 554
    supsere
  19. Mickey Mouse | 1 dekabr 2012 10:09 | Status: Professional user | Şərh: 4 009
    tewekkurler qesey gorsenir
  20. dr.Samira | 30 noyabr 2012 16:02 | Status: Həkim | Şərh: 1 135
    Sitat: svetlana
    Mən dünən hazırladım.Bayaq kesib dadına baxdım.Dadlıdır amma peçenyə qiriqları yumşalmayıb axı yeni bir qeder sert qalıb yeyende xırt-xırt edir belə olmalıdır yoxsa men de belə alınıb?

    bu tortu hazırlayan kimi yemək məsləhət dyil,adətən axşamdan hazırlayıb,bir gün soyuducuda saxlasaz,yaxşıca canına hopar..amma əgər saxlamısınz və yenə də sərt çıxıbsa,ola bilsin nisbəti düz tutdurmamısınız,yəni peçenyelərə yetən qədər qatılaşdılışmış süd olmayıb,bir qədər quru qalıblar.Qatılaşdırılmış süd,çox olsa,həm yumşaq olur,həm daha dadlı.

    Sitat: SaPir
    bir hefte evdeyem, istirahetdeyem ))
    ellerine sagliq, doktor

    təşəkkürlər..səmərəli istirahətlər wink


    Sitat: Damla
    Bu aralar hami meni Samire ile sehv salir..Quda bu ne iwdir hee???

    Sənin adın Aytəkindi,Damla deyil ki?gəlin ocaqlığa gələr,gəlinimlə(DAMLA) məni səhv salıblar :n10:


    Eyc,
    nergiz_zz,
    Nikita,
    meray,
    NamВ GyuВ Ri,
    aytenВ islamzade,
    Melamori,
    P.S,
    _Peri_,
    suВ peerisi,
    rufetВ ehmed,
    nursan,
    Nurus,
    casiyeВ 45,
    _Almira_,
    sanel,
    Arzushkaa,
    mən də sizlərə təşəkkür edirəm smile
  21. svetlana | 30 noyabr 2012 08:34 | Status: VİP user | Şərh: 545
    Əllərinizə sağlıq!Şekillerə söz ola bilməz. :n16: Mən dünən hazırladım.Bayaq kesib dadına baxdım.Dadlıdır amma peçenyə qiriqları yumşalmayıb axı yeni bir qeder sert qalıb yeyende xırt-xırt edir belə olmalıdır yoxsa men de belə alınıb? smile
  22. SaPir | 29 noyabr 2012 19:14 | Status: Yazar | Şərh: 980
    Diqqət! Sizin gizli mətnə baxmağa hüququnuz yoxdur.
  23. Damla | 29 noyabr 2012 17:49 | Status: Brilliant user | Şərh: 7 183
    Sitat: Eyc
    Damla Əllərinə sağlıq çox bəyəndim mütləq edəcəm artıq dadını təsəvvür edirəm necə dadlı bir şey alınar

    Canim muellif Samiradir.. :n17:
    Bu aralar hami meni Samire ile sehv salir..Quda bu ne iwdir hee???
    :n16:
  24. Nazar | 29 noyabr 2012 17:44 | Status: Professional user | Şərh: 1 184
    Damla Əllərinə sağlıq çox bəyəndim mütləq edəcəm artıq dadını təsəvvür edirəm necə dadlı bir şey alınar.
  25. nergiz_zz | 29 noyabr 2012 16:53 | Status: Professional user | Şərh: 3 820
    ƏLLƏRİNİZ AĞRIMASIN...ATDIM SEÇİLMİŞƏ...
  26. Nikita | 29 noyabr 2012 15:23 | Status: Professional user | Şərh: 300
    Sagol Hekim smile
  27. meray | 29 noyabr 2012 14:00 | Status: VİP user | Şərh: 565
    Samirə xanım çox gözəl həm də izahlı hazırlamısız əllərinə sağlıq 5+++
  28. Nam Gyu Ri | 29 noyabr 2012 13:38 | Status: İstifadəçi | Şərh: 23
    MEN ELE BU RESEPTI AXTARIRIDIM CHOOX SAGOLUN
  29. ayten islamzade | 29 noyabr 2012 10:33 | Status: Şərhçi | Şərh: 271
    Samirə xanım,əllərinizə sağlıq gözəl görünür mütləq hazırlayacam.
  30. Melamori | 29 noyabr 2012 01:11 | Status: İstifadəçi | Şərh: 34
    Menim anamda tez tez hazirlayirdi . Ama o hazir pecenyadan istifade edirdi Ellerinize sagliq. Anam yanimda olsaydi hazirlayardi... :n27:
info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.