Azadqadin

Azərbaycanda kütləvi intihar

Azadqadin.az | 13-11-2012, 21:00
4 175 33

 

 

 

 

 

 

Oktyabr ayında 28 kişi (biri hərbçi olmaqla) intihar edib, 11 kişi intihara cəhd edib. 10 qadın intihar edib, 15-i intihara cəhd edib. İki məktəbli və yeniyetmə intihar edib, ikisi isə intihara cəhd. Oktyabr ayında rəsmi məlumatlara görə, Azərbaycanda 68 intihar və buna cəhd faktı qeydə alınıb.


Bu, son illər ölkədə qeydə alınan ən yüksək göstəricidir. Müqayisə üçün qeyd edək ki, bu ilin yanvar ayında ölkədə 36 (bunun 7-si cəhddir), sentyabrda isə 39 (50-i cəhddir) fakt baş verib. Amma hər zaman olduğu kimi, müxtəlif yaş qruplarından olan insanlar həyatrlarına müxtəlif səbəblərdən qəsd edir, yaxud buna cəhd göstərir. Oktyabr ayının ilk intihar hadisəsi Ağsu rayonunun Qasımbəyli kəndində baş verib. Kənd sakini 49 yaşlı Zanbaq Əliyeva özünü yaşadığı evin həyətində asıb. Məlum olub ki, Z. Əliyevanın yeganə övladı olan 21 yaşlı Asif avqustun 18-də faciəvi şəkildə ölüb. Gənc oğlan öz toyuna 7 gün qalmış elektrik vurması nəticəsində dünyasını dəyişib. Övladının ölümündən sarsılan ana həmin vaxtdan bir neçə dəfə özünü öldürməyə cəhd edib. Hər dəfə yaxınları və ailə üzvləri onu intihardan yayındırıbmış. Ancaq bu dəfə Z. Əliyeva özünü öldürməyə imkan tapıb. O, evdə ona mane olacaq kimsənin olmamasında istifadə edərək özünü həyətdəki tikilinin tavanından asıb. 


İntihara qocalar gedir

Azərbaycanda məktəbli və yreniyetmələrin, eləcə də gənclərin həyatlarına qəsd etmələri qədər ahıl yaşlı kişi və qadınların bu yolu seçməsi ciddi problem olaraq qalır. Rəsmi faktlar göstərir ki, yaşı 65-i keçən qadın və kişilərin özlərinə qəsdetmə faktı heç də məktəbli və yeniyetmələtrdən az deyil. Oktyabrda Kürdəmir rayonu, Mollakənd kənd sakini, 78 yaşlı İnqilab Əyyubov sirkə turşusu içərək özünə qəsd edib. Onun intihar etməsinin səbəbləri açıqlanmayıb. Şəki rayonu, Kiçik Dəhnə kənd sakini, 78 yaşlı Yusif Babayev də məlum olmayan səbəbdən özünü asaraq intihar edib. Qaradağ rayon sakini, 74 yaşlı Tofiq Zülfüqarovun da asılı vəziyyətdə meyiti tapılıb. Verilən məlumata görə, yaşlı kişi xəstə olub və bədənində şiddətli ağrılar varmış. Onun bu səbəbdən intihar etdiyi güman edilib.

Bakının Nizami rayonunda yaşayan, 73 yaşlı Dilarə Babayeva yaşadığı binanın 4-cü mərtəbəsindən özünü atıb və hadisə yerindəcə dünyasını dəyişib.

Zərdab rayonu Gəlmə kəndində 73 yaşlı kişi dəhşətli intihara əl atıb. Kənd sakini Cəbrayıl Cəbrayılov özünü yüksək gərginlikli elektrik naqillərinə bağlayıb. C.Cəbrayılov dərhal xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.Yaxınlarının sözlərinə görə, C.Cəbrayılov əsəb xəstəsi olub və daim həyatından şikayət edib. Onun əvvəllər də bir neçə dəfə özünə xəsarət yetirdiyi bildirilir.

Göyçay şəhərində yaşayan 69 yaşlı Əkbər Talıbov sirkə içərək intihar edib. Onun özünə qəsd etməsinin səbəbi açıqlanmayıb. Qax şəhər sakini, 77 yaşlı Əlim Kərimovun özünü öldürməsi bəzən gənclərin üzləşdiyi problem səbəbindən baş verib. Verilən məlumata görə, iki ay əvvəl onun həyat yoldaşı dünyasını dəyişib. Bundan sonra əsəbləri korlanan Ə.Kərimov övldalarına evlənmək istədiyini bildirib. Onlar buna etiraz ediblər. Oktyabrın 31-də isə oğlu atasının asılmış meyitini yaşadığı evdə tapıb.


Dəhşətli intiharlar

Dünyanın bütün ölkələrində insanların həyatlarına qəsd etmələrinin belə demək mümkünsə, ən asan yolu özünü asmaqla bu istəyi reallaşdırmaqdır. Azərbaycanda da il boyu qeydə alınan intiharlar bu yolla baş verir. Amma bəziləri özlərinə qəsd etmək üçün ən inanılmaz üsullara əl atırlar. Oktyabr ayında qeydə alınan intiharlar arasında da belə faktlar var. Oktyabrın 3-də gecə Səbail rayonunda yerləşən "Landmark” otelində müştərilərdən biri, 21 yaşlı Vəfa Əliyeva otelin 20-ci mərtəbəsində yerləşən restoranda özünü pəncərədən yerə atıb və yerindəcə keçinib.

Gənc qız ölümündən əvvəl yazdığı məktubda özünü öldürdüyü üçün ailəsindən üzr istədiyini bildirib və bağışlanılmasını istəyib. Bu dəhşətli intiharı edən qızın həddindən artıq spirtli içki qəbul etdiyi bildirilib. Xətai rayonunda, 39 yaşlı Yevgeni Malburov yaşadığı evdə özünü doğrayıb. Nəticədə o, çoxlu qan itirdiyindən dünyasını dəyişib. Daha bir dəhşətli intihar oktyabrın 10-da Yevlax şəhərində qeydə alınıb. Yevlaxda fəaliyyət göstərtən "El” televiuziyasının aparıcısı olduğu bildirilən 22 yaşlı Lətif Lətifov bıçaqla özünə hamamda çoxsaylı xəsarətlər yetirib və hadisə yerindəcə keçinib. Onun özünə qəsd etməsinin səbəbləri açıqlanmayıb. Oktyabrın 18-də Xətai rayonunda yaşayan, 25 yaşlı Anar Misirxanov üstünə benzin tökərək özünü yandırıb. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, bir neçə saatdan sonra orada dünyasını dəyişib.

Daha bir ağlagəlməz intihar Zərdab rayonunda baş verib. Bıçaqçı kənd sakini, 58 yaşlı Əli Valikov boğazına kəndir, onun digər ucuna isə 15 kiloqramlıq metal bağlayaraq özünü Kür çayına atıb. Onun müxtəlif şəxslərə borcu olduğu səbəbindən həyatına qəsd etdiyi ehtimal edilib. Bakı şəhər sakini Əhməd Babayev Qəbələ rayonunun Bum qəsəbəsi ərazisindəki evində, qardaşı Qiyasa məxsus ov tüfəngindən atəş açaraq özünü öldürüb. İş adamı olan Ə.Babayevin Xətai rayonu ərazisində restoran işlətdiyi bildirilib. Qaradağ rayonu, Lökbatan qəsəbə sakini, 53 yaşlı Svetlana Ömərova yaşadığı binanın 5-ci mərtəbəsindən özünü atıb. O, aldığı xəsarətlə xəstəxanaya çatdırılsa da, orada dünyasını dəyişib. Rayon Polis İdarəsindən verilən məlumata görə, S. Ömərova "qara magiya” ilə məşğul olurmuş. Onun intihar etməsinə də bu səbəb olub. Belə ki, mərhum ölməzdən əvvəl xəstəxanada polisə verdiyi ifadəsində onu intihara qara qüvvələrin vadar etdiyini deyib.

Biləsuvarda isə bacısı Könül İmanovanı bıçaqlayan Aynurə intihar edib. Xatırladaq ki, oktyabrın 18-də Biləsuvarda yaşayan 34 yaşlı Aynurə İmanova xəstəxanadan, anasının ziyarətindən evə qayıdarkən evin səliqəsiz olduğunu görüb və böyük bacısına iradını bildirib. İrad münaqişə ilə nəticələnib. Əsəblərini cilovlaya bilməyən Aynurə mətbəx bıçağı ilə bacısı Könülə xəsarət yetirib. Könül İmanova dərhal Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyat olunub. Aynurə İmanova isə polis əməkdaşları tərəfindən saxlanılıb. Onun ifadəsi alındıqdan sonra müvəqqəti olaraq sərbəst buraxılıb.

Gəlin otağında müəammalı intihar

Ağcabədi rayonunun Yuxarı Qiyamadınlı kəndində Bakı şəhər sakini, 23 yaşlı Gülnarə Hüseynova özünü asaraq intihar edib. Məlumata görə, oktyabrın 9-da G. Hüseynovanın toyu olub və o, gəlin gəldiyi evdə özü öldürüb. Gənc qız təxminən bir ay əvvəl Bakının Binə qəsəbəsindən qaçırılaraq Yuxarı Qiyamadınlı kəndinə gətirilib. Bu intiharla bağlı bəzi versiyalar irəli sürülüb. Bildirildiyinə görə, qaçırılan qızın valideynləri onu bağışlamayıb, onlar hətta toy mərasiminə də gəlməyiblər. Buna baxmayaraq G.Hüseynovanın qardaşları bacılarının qərarı ilə razılaşıblar, ona cehiz alıblar. Qızın qardaşları ilə yanaşı xalaları da Ağcabədidəki toyda iştirak edib. Lakin gəlinin valideynləri toy günü edilən zənglərə də baxmayaraq gənclərə xeyir-dua verməyib. Nəticədə G.Hüseynova toyunun sabahısı günü, sübh tezdən özünü elə gəlin otağında asıb.

Şabran rayonunun Ağbaş kənd sakini, 22 yaşlı Nəsibulla Ələkbərovun yaşadığı evdə özünü asaraq həyatına qəsd etməsi müəammalı olub. Mərhum bir il əvvəl ailə qurub, onun 1 övladı olub. Rəsmi məlumata görə, N. Ələkbərov hadisədən öncə istintaqa cəlb olunub. O, dogma əmisini döydüyünə görə, ittiham edilib. Polisin onu həbs edəcəyindən ehtiyat edərək, Ələkbərovun intihar etdiyi ehtimal edilir.

Səbail rayonunun 20-ci sahə yaşayış massivində yaşayan, 22 yaşlı Elsevər İsayev özünü asaraq intihar edib. Ağdaş rayon sakini olan gənc Bakıda qohumunun evində yaşayırmış. Onun həyatına qəsd etməsi ilə bağlı qəribə ehtimal irəli sürülüb. Bildirildiyinə görə, Bakıda olduğu vaxtda E.İsayev bir qızla tanış olub və onu sevib. Gəncin ailəsi isə qızı İsayevlərə verməkdən imtina edib. Bundan sonra 22 yaşlı oğlan özünü öldürmək qərarına gəlib.

Kürdəmir şəhərində yaşayan, 25 yaşlı Vüsalə Hümbətova sirkə turşusu ilə özünü zəhərləyib. Ağır vəziyyətdə Bakıda xəstəxanaya yerləşdirilən Vüsalə orada dünyasını dəyişib. Onun özünə qəsd etməsinin səbəbi məlum deyil. Bir müddət əvvəl ailəsi dağılan Vüsalə Hümbətova ata evində yaşayırmış.

Oktyabrda bir hərbçi intihar edib. Daxili Qoşunların Bakıda yerləşən "N” saylı hərbi hissəsində əsgər, 26 yaşlı Azər Həsənov xidməti silahı ilə özünü vurub. Nəticədə o, aldığı xəsarətdən dünyasını dəyişib.

Məktəblinin dəhşətli intiharı

Azərbaycanda həyatına qəsd edən məktəbliləriun demək olar əksəriyyəti bu istəklıərini özlərini asmaqla həyata keçirirlər. Oktyabrın 16-da Salyan rayonunda isə dəhşətli intihar hadisəsi baş verib. Salyan şəhərində 16 yaşlı Məmmədhüseyn Hüseynov özünü öldürüb. Orta məktəbin 11-ci sinif şagirdi olan M.Hüseynov yaşadığı binanın 9-cu mərtəbəsinə çıxaraq, özünü aşağı atıb. O, hadisə yerində keçinib. İlkin araşdırmalar zamanı intihar edən məktəblinin məktubu tapılıb. Məktubda yazılıb: "Artıq yaşamaq istəmirəm, həyatdan bezmişəm”. Digər məlumata görə, mərhum özünü atmamışdan qabaq binanın blokunda rastlaşdığı uşağa dəftərini və mobil telefonunu verərək anasına çatdırmağı xahiş edib. Dəftərin arxasına isə bu sözləri yazıb: "Mən bu həyatdan bezdim!”

Nizami rayonu, Keşlə qəsəbə sakini, 16 yaşlı Nigar Hacıyeva isə özünü asıb. N. Hacıyevanın özünə qəsd etməsinin səbəbləri məlum deyil. O, orta məktəbin 11-ci sinifində oxuyurmuş. Araşdırmalar zamanı məlum olub ki, N.Hacıyevanın atası Rauf Hacıyev 1 il əvvəl xəstəlikdən dünyasını dəyişib. Bundan sonra qız depressiyaya düşüb, sarsıntı keçirib. Atasını çox sevən qız oktyabrın 22-də axşam saatlarında məktub yazaraq özünü asıb. Qız məktubda belə yazıb: "Atamın yanına gedirəm, heç kim özünü günahlandırmasın”.

Masallı rayonu, Kosakül kənd sakini, 16 yaşlı Əfsanə Musayeva Masallı şəhəri ərazisində Viləşçay üzərindəki körpüdən özünü suya atmaqla intihara cəhd edib. Yaxınlıqdakı adamların köməyi nəticəsində Ə.Musayeva xilas edilib. İkinci intihara cəhd Nizami rayonu ərazisində baş verib. Rayon sakini 16 yaşlı İlahə Həsənova intihar məqsədilə dərman qəbul edib və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki bu ilin 10 ayında ölkədə qeydə alınan məktəbli və yeniyetmə intiharının sayı 34-ə (bunun 3-ü cəhddir) çatıb.


Polis şöbəsində intihar

Oktyabrın 18-də Masallı rayon polis şöbəsinin müvəqqəti saxlanma təcridxanasında saxlanılan, 32 yaşlı Vüqar Ələsgərov özünü asaraq intihar edib.

Məlumata görə, adıçəkilən şəxs bu ilin iyun ayında qız qaçırdığı üçün cinayət məsuliyyətinə cəlb edilib.

Onunla bağlı bir neçə dəfə məhkəmə prosesi keçirilib. Həmin gün keçirilən prosesdə o, məhkəmə istintaqının uzanmasına etiraz edib. V. Ələsgərov təcridxanaya qayıdandan sonra intihar edib. Digər məlumata görə, həmin gün məhkəmədə V. Ələsgərova 8 il iş istənilib. O, cəzanın ağırlığına etiraz olaraq bu addımı atıb.


Teleqraf qəzeti

 

 


ESMERRi | 6 aprel 2016 21:58 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: KARAGULUM
Allah uzaq elesin
Nergiz love | 1 dekabr 2014 23:08 | Status: Professional user | Şərh: 7 871
Uzaq olsun seytana lenet
KARAGULUM | 30 noyabr 2014 15:41 | Status: Gümüş user | Şərh: 1 433
Allah uzaq elesin
Miraj | 6 noyabr 2014 17:21 | Status: Professional user | Şərh: 2 625
ALLAH sen saxla
Saida Kerimova | 29 may 2013 17:28 | Status: Professional user | Şərh: 1 672
İntihar.Bu haqda xəbər hazırlamışam...
sevinc keder | 17 noyabr 2012 18:00 | Status: Professional user | Şərh: 3 818
nc nc nc intihar etmeyi nece adileşdiribler eeeee
Feriha. | 16 noyabr 2012 11:07 | Status: Professional user | Şərh: 4 746
dehsetttt
Sekine Hesen | 15 noyabr 2012 19:52 | Status: Gümüş user | Şərh: 3 112
dehwetdi valla
nergiz_zz | 15 noyabr 2012 18:18 | Status: Professional user | Şərh: 3 814
Sitat: RoMANTiChNiY
Gərəy birini kataloqdan baxam özümçün ölüm seçim )

ALLAH SİZİ GÜLDÜRSÜN... :n33: HEÇ AĞLIMA BELƏ GƏLMƏZDİKİ HAÇANSA ÖLÜM XƏBƏRİN OXUYUB GÜLƏRƏM...
G-----16 | 15 noyabr 2012 11:39 | Status: Gümüş user | Şərh: 2 227
dehset soz tapa bilmirem :n28:
HEYATIM | 15 noyabr 2012 00:23 | Status: Professional user | Şərh: 2 110
ALLAH agil versin neden ozlerine o cur zulum verirler hemde en boyuk gunah iwledirler ALLAH veren cani yaliniz ALLAH ala biler .. dehwetdiye
casiye 45 | 15 noyabr 2012 00:05 | Status: Gümüş user | Şərh: 1 449
ölüm var ölüm kimi ölüm var zülüm kimi
sanel | 14 noyabr 2012 21:07 | Status: Professional user | Şərh: 3 647
dehset
_Peri_ | 14 noyabr 2012 20:19 | Status: Gümüş user | Şərh: 1 662
allah aglimizi almasin bawimizdan
Aya:)) | 14 noyabr 2012 19:23 | Status: Gümüş user | Şərh: 2 239
Dehset
TATLI GUZEL | 14 noyabr 2012 14:45 | Status: Professional user | Şərh: 5 781
Dehwt
ruzgargulum | 14 noyabr 2012 12:32 | Status: Brilliant user | Şərh: 2 493
uydaaa Cəhənnemin odu üçün necə tələsirlərmişeee Allahdan rehmet istəmirəm onlara çünki Allahın əmanətinə xeyanət ediblər
meray | 14 noyabr 2012 12:06 | Status: VİP user | Şərh: 565
ALLAH rəhmət etsin, çox böyük günah işlədiblər
caliqusu f | 14 noyabr 2012 11:59 | Status: Şərhçi | Şərh: 163
allah rehmet elesin!
Seva-Azer. | 14 noyabr 2012 11:40 | Status: Qonaq | Şərh: 2 351
intihar etmək acizlikdir. Böyük yaradan qarşisinda ən böyük günahlardan biridir.
nergiz_zz | 14 noyabr 2012 11:13 | Status: Professional user | Şərh: 3 814
BİZ KİMİK Kİ BİZƏ VERİLƏN CANA QIYAQ.BİZİ YARADAN BİR GÜN BİZİM CANIMIZI ALACAQ.ALLAH HEÇ KİMİN ŞEYTANINI GÜCLÜ ETMƏSİN.AMİN...
Narin_yagis | 14 noyabr 2012 10:19 | Status: Gümüş user | Şərh: 601
ALLAHIM OXUDUQCA DEWETE GELIREM NECE ALLAHIN VERDIYI CANA NECE QIYIRLAR
Damla | 14 noyabr 2012 08:28 | Status: Brilliant user | Şərh: 7 177
Sitat: gulya20

Allahin verdiyi cani almaq gunahdi.Ne deyim Allah gunahlarini bagislasin.Heyatda mubarize aparmaq lazimdi.Yaxsisi ile pisi ile heyat yasamaga deyer.

Raziyam..
Feriha. | 13 noyabr 2012 23:35 | Status: Professional user | Şərh: 4 746
Sitat: gulya20
Allahin verdiyi cani almaq gunahdi.Ne deyim Allah gunahlarini bagislasin.Heyatda mubarize aparmaq lazimdi.Yaxsisi ile pisi ile heyat yasamaga deyer.

raziyam
gulya20 | 13 noyabr 2012 23:02 | Status: Professional user | Şərh: 4 677
Allahin verdiyi cani almaq gunahdi.Ne deyim Allah gunahlarini bagislasin.Heyatda mubarize aparmaq lazimdi.Yaxsisi ile pisi ile heyat yasamaga deyer.
cristi | 13 noyabr 2012 22:50 | Status: Qonaq | Şərh: 0
Intihara tewebbus eden insanlar zeif xarakterli insanlardir
Decel | 13 noyabr 2012 21:55 | Status: Gümüş user | Şərh: 933
gece vaxti sayti acdim ki,kefim acilsin eksine kriminal xeberler saytimizda bollasib... bele istemirem ..olenlerese rehmet dilemirem cunki,olara dusmur ALLAHIN verdiyi cani almaqla olar hec neye laiq olmurlar
elnare terlan | 13 noyabr 2012 21:54 | Status: VİP user | Şərh: 1 407
hamisida gencler heyif allah gunahlarin bagislasin
Rightit | 13 noyabr 2012 21:39 | Status: Gümüş user | Şərh: 758
Intiharlar var. Hemde cox. ALLAH Agil versin bele insanlara. duwuncesiz hereketlerin qurbani olurlar.
Allahin Gulu | 13 noyabr 2012 21:29 | Status: Professional user | Şərh: 2 102
Neye lazimdir her seyi yerli yerinde yazirsiz ..Oxumadim cunki hec kimin gunahini beynimde canlandirmaq istemirem..nefislerine hakim olsunlar Allahdan qorxsunlar ozlerini oldurmesinler..Bir milletinki dini lideri Allah sukurdu orda bundanda beterleri olacaq..

Sitat: rosee
bir gun mende özumu asacam bezdim herseyden etrafimda olan insanlardan

Sen ne danisirsan hec gozlemezdim senden yani bele zeifsen :n1: etrafindakilardan niye bezirsen bir az guclu ol imkan verme seni ezsinler comagini al eline ez baslarini ilan basi kimi haqli her zaman haqqini teleb elemelidir..ele seyi hec aglinin ucundan kecirtme