Azadqadin.az / Azadqadın sorğu

Qarşı cinsin xarici görünüşündə ilk nəyə diqqət edirsiniz?(sorğu)

Elgun_Azizov | 27-01-2015, 00:18
4 908 45
 

 

 
Bütün insanlar fərqli olduğu kimi, zövqləridə fərqlidi. Kimisi danışığına, kimisi görünüşünə, kimisi də davranışına və təmizdiyinə fikir verər qarşı cinsin. Şəhərimizdədə belə bir maraqlı sorğu keçirilib. Elə bu sualı Azadqadın.az-lılara ünvanlayıram.
 
Qarşı cinsin xarici görünüşündə ilk nəyə diqqət edirsiniz? Yəni ilk nə sizi cəlb edir qarşı cinsdən?
 


esma inci | 22 oktyabr 2015 00:52 | Status: Gümüş user | Şərh: 1 096
Sitat: Nergiz love
esasi xasyeti one ildir tebiki temizliyide ve s

esasi xasyeti one ildir tebiki temizliyide ve s
Real Madrid CF | 2 may 2015 18:20 | Status: Qonaq | Şərh: 0
Ilk novbede sifet qurulusuna fikir verirem birde geyimine cunki zovqsuz geyinen oglanlardan hec xosum gelmir.
Narri | 6 mart 2015 22:02 | Status: Qonaq | Şərh: 0
Meni heyat yoldaşimda celb eden terefi gozel medeni sozleri olub sonra gozleri olub seliqesi yeni ozune baxan bey efendidir buda her bir qadinin arzusudur
Turane Fedali | 28 fevral 2015 14:15 | Status: Şərhçi | Şərh: 103
Men ilk heyat yoldasimin saclari celb edir.ve baxislari. love
SABINA | 9 fevral 2015 15:09 | Status: Professional user | Şərh: 7 410
BU MENIMCUN BOYUK BIR PRABLEM IDI/CUNKI XARICI GORUNUSE GEYIME SELIQEYE ESLA BAXMAZDIM/ONA GOREDE BOSU BOSUNA KIMESE GÖZ YETIRMEZDIM/MENIMCUN INSANIN IC DUNYASI IDI/BUNUNCUNDE GEREK DANISAYDIM TANIYAYDIM/OOOOO BU ISE CETIN MESELE IDI/HER ONUME GELENLE DANISA BILMEZDIM/DUSUNURDUM SELIQEDIR TEMIZLIKDIR BUNU ZAMANLA HELL ETMEK OLAR YA DAXILI ALEMI DEYISMEK OLMUR AXI/ONA GOREDE BUNLAR ONEMSIZ IDI MENIMCUN/BEXTIM GETIRDIKI NISANLIMLA BIR YERDE ISLEYIRDIK/ISTER ISTEMEZ UNSIYYET QURDUQCA XASIYYETE BELED OLURSAN/QALANI BOS BOS SEYLERDI/ love
Mavish | 2 fevral 2015 21:55 | Status: Brilliant user | Şərh: 2 389
Sitat: sadəcə MƏN
Düzdür, 16 yaşından hamsı makiyaj edir uje.. Amma qadın çirkindirsə, inanın onu heç makiyaj da gözəl göstərə bilmir..

Şəxsən mən axırıncı dəfə 3 ildən çoxdu kosmetikadan istifadə etmirəm,hamsını atmışam
sadəcə MƏN | 31 yanvar 2015 00:03 | Status: Brilliant user | Şərh: 4 771
Diqqət! Sizin gizli mətnə baxmağa hüququnuz yoxdur.
Vetenperver | 30 yanvar 2015 17:28 | Status: Professional user | Şərh: 6 700
Sitat: sadəcə MƏN
Hə, tam 185.

Lap yaxşı

Sitat: sadəcə MƏN
gözünə girsin boyu)))

Yenə deyiree o sözü)bu sözü gərək deməzdin,başqa cür ifadə edərdin.Nəisə,özün bil.

Sitat: sadəcə MƏN
Hə, seçdiyim insan üçün həm daxili gözəllik, onun qədər də xarici gözəllik, ağıl və əxlaq çox önəmlidir (mənim üçün də)..

İmanlıdır?

Sitat: sadəcə MƏN
Gözəllik deyəndə də makiyajlı, süni kirpikli, taxma saçlı olmağı nəzərdə tutmuram, onlar baxımlı ola bilərlər, amma gözəl yox.. Gözəlliyi Allah ya verir, ya yox..

Aha,indi gəl gör tam kosmetikasız gözəl qız görmək olarmı?Bu qədər əməliyyat olunmuş kosmetikalı qızların arasında.
sadəcə MƏN | 30 yanvar 2015 16:30 | Status: Brilliant user | Şərh: 4 771
Diqqət! Sizin gizli mətnə baxmağa hüququnuz yoxdur.
Vetenperver | 30 yanvar 2015 13:07 | Status: Professional user | Şərh: 6 700
Sitat: sadəcə MƏN
Karateist, cüdoçu falan olmasa da olar ee, əsas odur boyu 1.80- 85 olsun, nəinki idmançı olub 1.60..))

Hündür boylu oğlanlar daha yaraşıqlı görsənirlər,belə de)).Yoxsa müdafiə filan yalandır indi.
Görəsən seçdiyində 180-185 boyundadır?)

Sitat: sadəcə MƏN
Hə, əsas kişinin sevgisi, hörməti və anlayışlı olmasıdır.. Bunlar olmasa, boyu gözünə girsin o kişinin..))))

Bax burda çox sərt yazdın!Olmaz belə.

Sitat: sadəcə MƏN
Oğlan qızın gözəliyinə baxırsa, əlbətətə ki, mən də onun yaraşıqlı olmasını istəyəcəm.. Tələb edəcəm..)))

Bəlkə oğlan qızın gözəlliyinə baxmırsa?(yəni sənin seçdiyin).
Qızın gözəlliyi aldadıcı olur,necə ki oğlanın hündür boylusu.İndi oğlanlar qızın gözəlliyinə o qədərdə fikir vermir.İndi qızçün nə varee gözəl olmağa...
Nergiz love | 29 yanvar 2015 10:46 | Status: Professional user | Şərh: 7 871
esasi xasyeti one ildir tebiki temizliyide ve s

esasi xasyeti one ildir tebiki temizliyide ve s
sadəcə MƏN | 28 yanvar 2015 19:29 | Status: Brilliant user | Şərh: 4 771
Diqqət! Sizin gizli mətnə baxmağa hüququnuz yoxdur.
Vetenperver | 28 yanvar 2015 16:02 | Status: Professional user | Şərh: 6 700
Sitat: sadəcə MƏN
bu nisbət daha çox olmalıdır, məsələn, mən kablok geyinəndə belə ondan kiçik görünmək istəyirəm..

Kabluk qadının yaraşığıdır,təbii ki hər yerə yox.Başa düşürəm,elə oğlanlarda istəmir qız onu boyda ya ondan hündür olsun.Şüüraltıdır hamısı.

Sitat: sadəcə MƏN
Qara qaş, qara göz, ağ dərili, hündür boy, enlikürək..)))

Lap mənim kimi))Sadəcə boyum hündür deyil,175.
Hə yaraşığa fikir verənlər həmişə hündür boy,enli kürək oğlan arzusunda olurlar.

Sitat: Mavish
yoxe qız yazıb ki düşük olmasın,görüşün düşüklük nə ay diyarı, mən uşaq vaxtından sarışın xoşlamışam

Qız "düşük" sözünü sarı və göy gözə aid yazmayıb.Ümumiyyətlə deyib ki düşük olmasın.
beser 1977 | 28 yanvar 2015 15:56 | Status: Qonaq | Şərh: 0
en esas boyunun hundurluyudur.ariq yox bir az dolu beden.bu xarici gorunusu.sonra xasiyyeti reftari

sukur ALLAHA YOLDasimda hamisi var.bir az uzden gozel deyil.amma xasiyyeti her seyi duzeldir
Vetenperver | 28 yanvar 2015 15:51 | Status: Professional user | Şərh: 6 700
Sitat: sadəcə MƏN
"Bəzənmək" və "kişi" sözlərini eyni cümlədə işlətməyi sevmirəm, qəbul etmirəm,

Düzdür,mən burda özünə fikir verməyi nəzərdə tutdum.Kişiyə gözəl sözüdə yaraşmayan sözdür.

Sitat: sadəcə MƏN
amma xüsusən, yanaşı gedərkən yanında hündürboylu kişinin olması "sanki daha çox müdafiə edə bilər səni, qoruya bilər" mesajını verir, nə bilim ee))

Gözəl başa düşürəm))izah eləməsəndə nə demək istədiyin bilinir,uşaq deyilik))
Bilirsən,o qədər hündür boy olmayan kişilər var ki kötük kimidirlər,yəni fiziki güc mənasında.Neçə uzun adamı qatlayar.Həmdə hündür olmayan kişinin idmanla məşğul olub olmamağıda nəzərə alınmalıdır.Misal üçün oğlan karatesidir,idman ystası,sən dediyin neçə hündür boy kişiləri sərər yerə.Yada güclü güləşçidir,cidoçudur.Bu idman növləri ilə məşğul olanların boyları kiçik olur.Bilirəmee qızlarda şüur altıdı oğlanın boyunun hündür olması amma inan ki indiki zamanda boyun hündür olması vacib deyil,qızdan azca hündür olsun bəsdir,hətta qızın boyu qədərdə olsa pis deyil.Onuda bilki sevən və hörmət edən kişi hamıdan yaxşı müdafiə edə biləcək sevdiyi qadını.
Mavish | 28 yanvar 2015 14:39 | Status: Brilliant user | Şərh: 2 389
Sitat: Vetenperver
Hörmətli Maviş,qızların adından deyə bilərəm ki çətin ki bir subay qız desin ki "sarı saçlı, göy-göz oğlandan xoşum gəlir".Bu rəng bizim millətə xas deyil,ol

yoxe qız yazıb ki düşük olmasın,görüşün düşüklük nə ay diyarı, mən uşaq vaxtından sarışın xoşlamışam
sadəcə MƏN | 28 yanvar 2015 12:02 | Status: Brilliant user | Şərh: 4 771
Diqqət! Sizin gizli mətnə baxmağa hüququnuz yoxdur.
Vetenperver | 28 yanvar 2015 11:44 | Status: Professional user | Şərh: 6 700
Sitat: sadəcə MƏN
İlk gördüyüm zaman boyuna (mütləq hündür boylu olmalıdır), yerişinə, çiyinlərinə, geyiminə, bir az da yaxınlaşanda saçına, üzünə, xüsusən gözlərinə, ətrinə, təmiz olub-olmadığını müəyyənləşdirmək üçün ayaqqabı, dırnaqları və dişlərinə baxıram..))
Danışandan sonra səs tonuna, ağlına, mədəni səviyyəsinə və sair və sair))

Sən nə yaman çox şeyə fikir verənsən,və s. və s.yazmısan görəsən hələ nə qədər davam edəcək fikir verdiyin detallar..))
Sənin seçimin çox çətin olacaq.Bilirsən oğlan bəzənməyəndədə yaraşıqlı cəlb edici olur,saçı dağınıq daranmamış,geyimi avara kimi,və s.Əsas oğlanın mədəniyyəti,diqqətidir.Qalanlar arxa plana saxlamaq olar.

Sitat: sadəcə MƏN
Hər qadın yanındakı kişinin hündür boylu olmasını arzu edir, bəzən dilinə gətirməsə belə..
Məncə şüuraltı bir şeydir bu, güvən verir insana hündür boy, həm də daha yaraşıqlı göstərir axı kişini.. Qadının üzü, bədən forması gözəl olsa, lap 1.60 boyunda belə diqqət çəkə bilir, amma kişinin üzü gözəl də olsa boyu qısadırsa, şansı azdır..

Bununla razıyam,amma bəzi məsələlər var,misal üçün deyirsən güvən verir.Nə güvən verir?Boy nəydə güvən verir?Məncə güvən verilən şey pul ola bilər boy yox.Boyun hündür olsasının müsbət cəhətləri var əlbətdə,amma bu kişinin özü üçün lazımdır.Qadın üçün kişinin məhəbbəti,diqqəti,evi-eşiyi,öz zəhməti ilə qazancı hər şeydən çox güvən verir qadına.O qədər qadın öz boyundan çox balaca olan kişiyə gedənlər var ki normalda yaşayırlar.Əlbətdə oğlan qızdan azda olsa hündür olsa daha yaxşıdır.Misal üçün qızın boyu 155 oğlanında boyu 160.Məndə çox gənc vaxtlarımda öz 175 sm boyumu bəyənmirdim,daha hündür olmaq istəyirdim amma zaman keçdikcə başqa mühüm məsələlər ortaya çıxır.

Sitat: Mavish
ə dəxlisi var? Sarışın rəngli gözlülərin alnındakı yazılır düşük olmaları??!


Şəxsən mənim yoldaşım sarışındı, çox da sevirəm onu,həmdə ona bağlıyam 3-5 gün anamgildə qaldım bizi götürməyə gələndə təzə həyacanlı uşağlar kimi çırpınırdı ürəyim.

Hörmətli Maviş,qızların adından deyə bilərəm ki çətin ki bir subay qız desin ki "sarı saçlı, göy-göz oğlandan xoşum gəlir".Bu rəng bizim millətə xas deyil,olur belələri amma ucqar kənd yerlərində.Yəni bizim qızlar əsasən qara saçlı,şabalıdı və ya qara gözlü oğlanları bəyənirlər nəinki sarışın,gözləri ala,bığlarıda sarı.Yalan deyirəmsə qızlar təsdiqləsin.Amma sən artıq ərdəsən və artıq deyə bilmərsən bəyənmirəm çünki ərini sevib bəyənirsənsə deməli onun rənginidə bəyənirsən.Heçkəsində ixtiyarı yoxdur sənə desin ki niyə ərinin bu rəngini bəyənirsən.
Nazlı_Kız | 27 yanvar 2015 22:04 | Status: Brilliant user | Şərh: 6 473
Düzünü desəm gözəliyinə və səlqəliyinə və danışıqına əsas da budu da love
Mavish | 27 yanvar 2015 20:59 | Status: Brilliant user | Şərh: 2 389
Sitat: sama633
ilk deyə bilmərəm amma əsas sarı, göygöz olmasın.səliqəli və sərt əsl kişi təsiri bağışlasın,yəni düşük olmasın

Nə dəxlisi var? Sarışın rəngli gözlülərin alnındakı yazılır düşük olmaları??!


Şəxsən mənim yoldaşım sarışındı, çox da sevirəm onu,həmdə ona bağlıyam 3-5 gün anamgildə qaldım bizi götürməyə gələndə təzə həyacanlı uşağlar kimi çırpınırdı ürəyim.
sadəcə MƏN | 27 yanvar 2015 19:55 | Status: Brilliant user | Şərh: 4 771
Diqqət! Sizin gizli mətnə baxmağa hüququnuz yoxdur.
Nara88 | 27 yanvar 2015 18:34 | Status: Professional user | Şərh: 4 253
ayaga dusmen baxar deyerler))))ama neyniyim men birinci ayaqqabisina baxiram insanin)))bilmirem niye ))ayaqqabisi xosuma gelmedise uje yuxari hec baxmiramda))cunki fikir vermisem ozune baxmayan birinin ayaqqabilari hemise aya caya olur))
Vetenperver | 27 yanvar 2015 18:25 | Status: Professional user | Şərh: 6 700
Qarşı cins nədir? Əsk cins.
O qədərdə çox şeyə fikir verən deyiləm.Birinci növbədə saçına,saçının formasına,uzunluğuna.Saçındakı kəpəyinə qədər fikir verənəm.Sonra çəkisinə fikir verirəm,artıq çəkisi olmamalıdır.Əxlaqına.Ətirinin qoxusuna,baxışlarına,gözlərinə,dişlərinə,danışığına, hərəkətinə, oturuşuğuna,duruşuğuna,mədəniyyətinə,İQ səviyyəsinə,savadına.








Sitat: Mavish
yoldaşım sarışın,qonur rəngli göz

Əsl kənd adamı)) ucqar kənd adamlarının saç rəngi sarı gözləri isə ala olur.

Sitat: Banu.
Ən zəif yerim boydur.))Shukur yoldashimin da oglumun da boyu 1.85-dir.

Qadınlarda kişilərin bu boy məsələsi hələdə arzu olmaqda davam edireee.Hündür boy,enli kürək.İndiki zamanda boy rol oynamır axı,qadından uzağı azca hündür olsa yetərlidir. Həmdə siz oğlunuzun boyunun hündür olmağını niyə arzulayırdız ki?))Qoy sevdiyin qızn xoşuna gəlsin deyə?
Ay_Sun | 27 yanvar 2015 15:39 | Status: Brilliant user | Şərh: 13 408
Sitat: SEVDA
İlk seliqesine fikir verirem.

Mende.
Fraulein | 27 yanvar 2015 15:30 | Status: Şərhçi | Şərh: 503
ilk defe de xarici gorunusu ile bagli her seye diqqet edirem geyiminden tutmus seliqesine kimi ama xarakterine gelende birinci xesis olmasin ikinci mama usagi gerisini duzeltmek olar wink
sama633 | 27 yanvar 2015 14:10 | Status: Şərhçi | Şərh: 422
ilk deyə bilmərəm amma əsas sarı, göygöz olmasın.səliqəli və sərt əsl kişi təsiri bağışlasın,yəni düşük olmasın
Mavish | 27 yanvar 2015 12:02 | Status: Brilliant user | Şərh: 2 389
İlk dəri rənginə sarışın olmalı idi,hündür boy,enli kürək,rəngli göz, olmalı idi və ailə quranda da belə biri silə ailə qurdum,yoldaşım sarışın,qonur rəngli göz bəzən göz rəngi yaşıla da çalır,hündür və enli kürək dir, aşkım dı o mənim love
SEVDA | 27 yanvar 2015 11:59 | Status: Nəzarətçi | Şərh: 17 439
İlk seliqesine fikir verirem.
Aytekin82 | 27 yanvar 2015 11:06 | Status: Brilliant user | Şərh: 6 587
Geyiminə, səliqəsinə, sonra isə əllərinə... wink
Banu. | 27 yanvar 2015 10:44 | Status: Admin | Şərh: 2 266
Ən zəif yerim boydur.))Shukur yoldashimin da oglumun da boyu 1.85-dir.
Sonra isə mədəniyyəti.