Müsabiqələr / Manşet

Azadqadin.az-lı xanımların atalarına məktubları - Müsabiqə (səsvermə bitdi)

a.mubariz | 16-12-2012, 04:07
12 237 169
 
Atama məktub müsabiqəsində səsvermə başladı
 
 
 

 

1.Nergiz33

Eziz atam gozel atam zehmetkes atam salam. Senden cox uzagdayam senle danisanda bele sozlerimi demey ucun cumleleri bir araya getire bilmirem. ATA sene deye bilmediyim sozlerim o qeder coxdurki nece baslayim yende bilmirem. ATAM menim hicabima deyme. Atam Allahin emri ucun meni ovladliqdan silme. SEN mene and icdin O Allaha and icdinki seni ovladliqdan silerem Hicab baglasan. ancag men baglamisdim. SeNE yalan deyiblerki men hicabimi acmisam. Yalvariram ata hicabima deyme sadece dusunki hicabim bir gun meni cehenem odunun alovundan qoryacag.ATA meni qebul et sizlercun cox darixmisam. Atam senin qezebine ducar olmagdan cox qorxuram. men senin adina leke getiren ovlad olmadim. Men sadece hicab baglamisam... o hicabiki o meni namehrem gozlerden qoruyur. o hicabiki gunahlarimin coxlugu ceheenem alovunu artirdigca meni o alovdan qoruyacag o hicabiki meni Allahimin nezerinde saxlayir. Atam sen meni o alovdan xilas ede bilmeyceksen. Atam meni bagisla silme meni ovladligdan. o sozunden cox qorxuram ata. SENI COX SEVIREM ATAM((((((((((


 

2.Mavish

Bəlkədə bu müsabiqə olmasaydı heç vaxt bu məktubu ürəyim titrəyə-titrəyə yaza bilməzdim, düşünməzdim ki bir gün mən də atama öz ürəyimdən keçənləri belə əllərim əsə-əsə yazacam,ürəyimin həyacandan necə atdığını duyuram sanki qəlbim yerindən çıxacaq....

Ata..sənə deyiləsi çox sözüm var,ilk öncə onu deyimki səni çox sevirəm,bəzən uşağlığım düşür yada,kaşki heç böyüməyədim belə demək keçir ürəyimdən...Lakin demirəm çünkü bu günümdə belə əhatəmdə olan isnanlar sevgiməmöhtac olanlar,onların sevgisinə möhtac olan mən varam...Bəli ...bəli mən varam,kimin sayəsində?...Əlbətdə Sənin..Sizin sayənizdə çünkü siz olmasaydınız məndə bu gün var olmazdım....Mən olmasaydım mənim ailəm olmazdı,sevgimə ehtiyac duyacaq ailəm,yoldaşım,övladlarım olmazdı...
Çox yaxşı yadımdadır ata.... səninlə birgə keçən günlərim..üzünə 6 ay həsrət qaldığım anlarım, o zaman sən bizə dönəndə,evimizə qayıdanda mən səni heç tanımamışdım...Sanki bu altı ay səndən altı ayını deyil, elə bil altı ilini almışdı.Yadımdadı sən işləyəndə evə fəxrlə gəlib hərəmizin əlinə beş şirvanlıq verərdin,bizdə sevinərək anamıza verərdik ki,o pulları anamız biə çörək alsın,bəzən elə olurdu ki iş tapmırdın gedib qul bazarında günlərlə iş axtarırdın,iş tapmayanda isə evə əliboş qayıdardın,üzümüzə baxardın,lakin indi səni anlayıramki evə dönübdə övladına nəsə alıb verməmək nə deməkdir...Bəzən səni günahkar bilmişəm...Demişəm o qədər atalılar varki məndən daha yaxşı yaşayır,ama sənin sevincin,sənin sevgin mənimlə olanda o atası olmayanlar bəlkədə məni- sənin sevginə həsrətlə baxıblar,necəki bəzən mən onlara həsrətlə baxmışam...Sən elə bilirsənki anam təkcə bizə qadın olub,xeyir ..əsla o bizə dişi aslan olub...Sənin yoxluğunda bizə elə baxmırdı ki göz bəbəyi kimi..Nə yaxşı ki bu ayrılıq altı ay çəkmişdi və sən yenidən bizə dönmüşdün.....
Bilirsən sənə bəzən acığım tutur,ona görəki məni uzaq yerə ərə verdiniz,bəlkədə bu taledir əlbətdə,ama axı mən həmişə xəyal edərdimki sizin əhatənizdəyəm,bilirsən yoldaşımla qaynanam...ana-bala zarafatlaşıb deyib-güləndə onlara acığım tutur,daha doğrusu qısqanıram,çünkü mən sizdən uzağam.....sarıla bilmirəm....hətda siz mənim yanıma , evimə gələndə belə bir yad kimi görüşürük,səbəb....çünkü siz məni uzaq yerə ərə verdiniz,bir-birimizi az görürük,və ən əsası isə qaynanam məni sizə qısqanır...
Ata...Ata bilki səni çox sevirəm.Həyatımda səhvlər etmişəm bilirəm səni də az incitməmişəm,kaş ki bu yazdığlarımı nə zamansa sən,məhz sən görüb oxuya biləydin bəlkədə o zaman məni anlayardın,və üzərimdə olan ata haqqını halal edərdin,,,Mən uşaq vaxtı həmişə anam üçün şer yazanda bir gün mənə dedin ki,niyə ata üçün şer yazmırsan məndə sənə dedim ki,ata üçün şer olmur axı ...Bax bu da bizim şerimiz...

Etməsin heç kəsi qoy Haqqu-Teala atasız
Yoxdu beş günlük olan ömürdə məna atasız
Necə izah eliyim mən bu dərin dəryanı
Çünki yazmaqa qurtarmaz bu böyük mənanı
Neçə dost ilə qohumla sürəsən dünyanı
Ata yoxdursa demək boşdu bu dünya atasız
Sevsə hər kim atanın saxlasa gel hörmətini
Allah ol kəsdən uzaq saxlamaz öz rəhmətini
Atanın qədrini bil vurma yerə zəhmətini
Çox çətindir eləmək bir işi bərpa atasız
Bir kəsinki ola var dövləti cahu-celalı
Xalq arasında şanı,şöhrəti əqli-kamalı
Ola qardaş bacısı dostları əhli-əyalı
Yenə hiss eylər özün dəhridə tənha atasız
Tanri xəlq eyləyib insanı gətirdikdə cana
Bəxş edər valideyin vasitəsiylə cahana
Nə qədər dahi müqəddəs böyük ad olsa ANA
Gələ bilməz həyata bir uşaq əsla atasız
Bir nəfər vardı Məsiha deyim ondan yeridir
Qeybidən xəlq olub qeybə çəkilmiş diridir
Buda Pərvərdigarın möcüzəsindən biridir
Ki bu dünyaya gəlib Həzrəti İsa atasız
Ata haqqında bunu söyləməyə haqqım var
Onu inkar edən Allahını eylər inkar
Ey İlahi məni qoy əlsiz,ayaqsız bimar
Rəhm eylə sən məni, amma qoyma atasız

Bu qədər sonda onu deyimki Ata səni çooox sevirəm,sevgimi sənə bildirməsəmdə....

 

 


3.Ayka21

Canım atam sen bu dünyada çox böyük arxasan,dayaqsan mene .Allah seni başımızın üstünden eksik etmesin seni ve anamı dünyadakı bütün insanlarda çox isteyirem ve övlatlarım böyüdükcede size hörmetim isteyim dahada çoxalır.Ata sen bu çetin günlerimde mene nece qucaq açdınsa inan belkede men bu qeder hissetmirdim men çox istediyini ata canım,heyatım,aldıqım nefesim,gördyüm gözüm,sene çox ehtiyacımız var bilki biz hamımız 3 aile sen qanadlarının altındayıq o qanadların bir gün zede alsa onda Allahımdan tek bir dileyim olar sene bir şey olmasın menim canım alsın ve sen 3 aileye başcı olaraq qalasan her zaman sene minnetdarlıqımı bildirirem şirin atam ne yaxşıki anamda sende varsınız!!!

 

 


4.Alizes

Ata... Məni ömrüm boyunca qarşılıq gözləmədən sevəcək olan tək kişi ...

Uşaqlığımdan bəri atama çox bağlı olmuşam. "Qız uşağı ataya, oğlan uşağı isə anaya yaxın olar"-deyirlər, bu həqiqətdir. Uşaq vaxtı günüm atamın qucağında oturub seyrəlmiş saçlarını sığallamaqla keçərdi. O, işdən gələn kimi qaçardım qucağına... Yorğun-arğın olmasına baxmayaraq hər zaman nazımı çəkər, alnımdan, yanağımdan öpər, bərk-bərk qucaqlayardı məni. Çox əziyyətlətr çəkirdi bizi böyütmək, heç nədən məhrum etməmək üçün. Kasıbçılıqla böyümüşük biz, amma heç xatırlamıram ki, nəyəsə ehtiyacım olsun. Sadəcə onu bilirəm ki, atamın əlləri hər zaman qabar olardu. Yaralı əllərivə qurban olum sənin,ata...
İllər keçdi... Böyüdük... Mən nişanlandım və toy günüm gəldi. Oğlan tərəfi məni aparmağa gəldiyində heç kəs yox, bircə atamla sağollaşan zaman göz yaşlarımı boğa bilmədim... Bunun üçünmü min bir əziyyətlə böyütmüşdü məni? Bir gün qolumdan tutub yad oğluna təslim etmək üçünmü? Axı sən mənə hər zaman "sən mənim ulduzumsan", "günəşimsən" deyərdin... İndi isə günəşini başqa eve şəfəq saçması üçünmü yollayırsan, ata? Bəs özün? Günəşin olmadan bacaracaqsanmı? Hazırda bunları yaza-yaza göz yaşlarım yenidən boğdu məni... Bacarmırdı... Çox darıxırdı... Çox gözəl xatırlayıram, toy günümün səhərisi başqa yerə getdiyimiz üçün 2 həftə ata-anamı görməmişdim. 2 həftədən sonra qayıdan kimi ilk olaraq atamın qucağına qaçıb yenə dizində oturmuşdum... Tək darıxdığım insan, o, idi... Mən onunla nəfəs alırdım... Ən böyük dirəyim, dayağım, arxam sənsən, ata... Bu günkü gündə ailəliyəm, yanımda yoldaşım, uşaqlarım var, amma mən böyüdüyüm o evi sənsiz təsəvvür edə bilmirəm... Bəzən əsəbi olurdun, acıqlanırdın, bəzən mələklər qədər mülayim... Əsəbi olan zaman dəyişilən səs tonuva belə ehtiyacım var, ata... İstərsən qışqır, acıqlan, danla bizi, istərsən sev, qucaqla, öp, nə edirsən et, yetər ki, var ol, ata...

PS: ALLAH həyatda olan bütün ata və analara can sağlığı versin, dünyasını dəyişənlərə isə qəni-qəni rəhmət eləsin...

 

 


5.Vilyet

*Hər şeyin təməli sevgidir*-dedilər.Doğru imiş.Mənim dünyamda,mənim ruhumda,mənim həyatımda hər şeyin təməli sevgi ilə qurulub.Əvvəl Rəbbim sevdi bizi,valideynlərimizi bizi qorumaları üçün seçdi və bu dünyaya göndərdi.Hər bir çiçəyin açması,hər körpənin gülümsəməsi,hər saf göz yaşı damlası belə sevginin bariz nümunəsidir.Yenə də sevgi.Hər şeyin əvvəli və sonu sevgi.Sevgi ilə başladı 2 insan arasında ilk baxışlar.Sevgi ilə qazandın o cəsarəti.10.08.1993 Əsgər ikən sevdiyin qızı qaçırıb,özünə həyat yoldaşı etdin,onu valideynlərinə əmanət edib yenidən hərbi xidmətə yollandın.Bir il bir həftə!Vaxt gəldi,vədə yetişdi.17.08.1994-cü il və balaca qızın dünyaya gəldi.Məni göndərdilər,ata.Sənin isti nəfəsini duyum deyə,şəfqətli əllərinə toxuna bilim deyə,səni ilk eşqim bilib sevginlə böyüyüm deyə.Körpə idim.Müharibə dövrü və sən hələ də hərbi xidmətdə idin.Üzünü görmürdüm ki,gülümsəyib nazlana bilim.Bildiyim tək şey biri gəlir,mənə baxır,gülümsəyir və qəlbimi onun sevgisi bürüyürdü.Köhnə adətlər...Köhnə qanunlar...Bir körpənin ata qucağında yatmaq həzzi bu qanunlarda zidd idi.Ata-ananın yanında körpəni qucağa almazlarmış.Nə yaman cəza kəsilmişdi o körpəyə...Sənin qucağında bircə dəfə yata bilmədim ki,bilim ki ata qucağı necə isti yuvadır.Sən əmilərimlə söhbət edəndə dizlərindən tutuna-tutuna qucağına qədər dırmaşaraq çıxan,kövrək baxışlarla qucağına almağın üçün yalvaran o balaca qız,mən idim,ata.Unutmamışam.Unutmayacağam da.Ağlayarkən belə qucağına almayıb,gözlərimə üfürərək sakitləşdirərdin.Söylə nədən qorxurdun,ata!Ata-ana iradından,yoxsa qucağına aldığın anda bütün ciddi simanın yerlə yeksan olacağından.Söylə niyə qucağında yatmağı,əzizləməyi mənə layiq görmədin,söylə niyə hər şey ilə təmin etmişkən qucağını məndən məhrum etdin.Söylə niyə..Bilmirdim.Hər dəfə sənə qarşı qəlbimdə bir inciklik vardı.Bağışla,ata.O qədər güclü idin ki,atam heç vaxt ağlamaz,heç zaman yanılmaz sanardım.8 yaşıma qədər sanki bir xəyal dünyasında yaşamışdım....O gün...Sənin göz yaşlarını axıdaraq,hıçqıraraq ağladığın gün.Nə biləydim ki dərdin böyükmüş.Nə biləydim ki,sənin mənə yaşatdığın duyğuları babam sənə və digər uşaqlarına yaşadıbmış.Nə biləydim ki,sən də mənim sənə aşiq olduğum kimi atanı özünə örnək götürmüsən,Nə biləydim ki,ciddi,hər zaman soyuq davranan insanın ruhunda kiçik bir uşağın xəyalları,duyğuları gizlənib.Söylə nə biləydim axı.Sən ağlayaraq öz-özünə bunları etiraf edərkən,mən gizlənib sakit-sakit ağlayırdım,o günə kimi məni sevmədiyin düşüncəsinə tutulduğum üçün özümə nifrət edirdim.Sonra orda sənə və zümə bir söz verdim,ata.Nə desəndə hər zaman ətrafında pərvanə kimi dolanacaqdım.Sanki o günlə başladı hər şey.Sanki o gün ata ilə qızın arasında gizli qalmış sirrlərin açılması üçün yaranmışdı.O saf göz yaşları sanki atamı yumşaltmış,əvvəlki kimi sərt deyil,qızına hər an dayaq olan,onunla birlikdə oyun oynayan bir ataya çevrildin.Söylə bundan artıq nə böyük sevinc ola bilərdi bir uşaq üçün.Səninlə birlikdə etdik hər şeyi,yelləncəyi,ağaca çıxmağı,qumlarla oynamağı.Sanki uşaqlığımda gizli saxladığım hər şeyi yaşamaq istəyirdim.Amma bircə şey olmadı.Olmayacaqdı.Körpə ikən ata qucağında yata bilmədim.Bunu isə yenidən yaşatmaq mümkün olmayacaqdı.Amma o gündən sonra səninlə keçirdiyim hər gün,hər dəqiqə mənə cənnətə bərabər bir hədiyyə oldu.Səni çox sevirəm,ata.Hər nə olur,olsun Allah sənin isti nəfəsini başımın üstündən əskik etməsin....(qısaldılmış formada ancaq bu qeder yaza bildim,standartlara uyğun olmasa belə,müsabiqəyə qatılmasa belə mənim ürəyimdən keçənlər bunlardır,canım.)


6.AMubariz

Canım atam. Ilk eşqim,həyatımda gördüyüm ən şərəfli,ən namuslu.ən yaxşı kişi! Mən sənə aşiqəm. ilk səni sevdim. Çünki sən sevilməlisən,çünki sən mənim atamsan. Canım mənim sənə deyiləsi o qədər sözlər varki… bir həftədir uzaqdasınız. Mən sizinçün elə darıxıramki,həsrətinizdən xəstələnmişəm. amma İNŞALLAH bu axşam gəlirsiz. Sabaha burda olarsız. Mən də səbrsizliklə yolunuzu gözləyirəm. sabah gələcəm sizi görməyə. canım atam,təzə gəlin köçdüyümdə çox darıxırdım sizinçün amma sizə heç nə demirdim. Çünki siz də çox kövrəksiniz. Sizin üzülməyinizi heç zaman istəmərəm. bax həmin darıxdığım vaxtlarda sizə məktub yazırdım,şəklinizlə söhbət edirdim. Bəzən sms atırdım. Amma zəng etməyə qorxurdum,aqlayacağımdan qorxurdum,sizləri ağladacağımdan qorxurdum. Ata,mən çox darıxıram. Uşaqlığımçun. Sən işdən gələndə qucağına qaçıb,boynuna sarılıb səni öpməkçün darıxıram. Hər başım ağrayanda məni ovxalamağınçun darıxıram. Qaqaşa nəsə alanda dalaşırdıq onla,hirslənib qoymurdu məni oynamağa oyuncaqlarıyla. Və sənə bunu dediyimdən həmin oyuncağın bir yaxşısını alıb gətirirdin mənə. Ata sənin sayəndə biz yoxluq çəkməmişik. Bəzən qaqaşa hirslənirdim sizi üzdüyündə,ama heç nə ede bilmirdim,əlimdən heç nə gəlmirdi. Amma bu yaxinlarda onla söhbət etdikdə sizi üzməməyini söylədim. O isə BACI, SƏN ÇOX BÖYÜMÜSƏN dedi mənə. bu mənə çox təsir etdi. Həyat hansımızı vaxtından tez böyütmürki! Gecələr qorxduğumda qaçıb yanınıza gəlirdim,sizinlə yatmaq istəyirdim amma rahat olmurdum durub gedirdim yerime kash yenə narahat olaydım amma sizinlə bir yataqda yataydım. Mən darıxıram ata… isti nəfəsiniz,doğma gülüşlərinizçün. Sizə yaxınam. Tez tez sizi görürəm amma sizdən doymuram. Mən burda xəstələndə mənə çox yaxşı baxırlar,tez də sağalıram. Amma siz mənə can bala,qurban olum sənə dedikcə bax mən onda sağalırdım. Sən məni həmişə danlayırdın ki,yenə nazik geyinib xəstələnmisən. mən hər xəstələmdiyimdə anam yanımda olub amma sənə zəng edib işdən çağırmağını istəmişəm,sən tez yanıma gəlmisən,əlimi tutub başımı sığallamısan. Bax mən onda sağalırdım.Bəzən səndən küsürdümki məni qoymurdun harasa getməyə. dalaşırdım sənlə. Qapını çırpıb otağıma gedirdim. Ağlayırdım. .. neçə gün sizlə danışmırdım. Mən son zamanlar üzür istəməyi öyrəndim. Nədənsə yaxınlarımdan heç vaxt üzür istəyə bilmirdim. Amma mən bunu öyrəndim. Sizdən siziki nə vaxt üzmüşəm bax o günlərçün üzür istəyirəm. mən qapıdan çıxanda sən qolumdan tutub xeyir dua verdin bax mən o xeyir duani ömrüm boyu unutmayacam. Qaqash qolumdan tutub evden cixardanda məni göz yaşlarımdan yanağımdan süzüldü. Yoldaşım həmin an səni hər gün bura gətirəcəm dedi. Toy oldu,səhərisi üzəçıxdı,o bir gün mən ata evimə getdim. Məni görüb çox sevindiz. Elə məndə sizi. Gecən gündüzün olmayöb işləməkdən. elə zamanlar olurdu ki,heç səni görmürdüm axsamlar. Səhər də durub məktəbə gedirdim,günorta hazırlıqlar. Səni görmürdüm gün ərzində. Bax mən indi darıxıram səni görmədiyim günlərçünş

ATAM, CANIM ATAM MƏN SİZLƏRİ ÇOX AMMA ÇOX SEVİRƏM….

 

 

 


7.İLKİNİMİNARZUSU

Mənim heç vaxt gündəliyim olmayıb ona görə də nə yaşamışamsa hamısını ürəyimə yazmışam,indi isə ürəyimdəki gündəliyimdən bir neçə səhifəni paylaşacağam sizlərlə.Bəlkədə hissə hissə yazacağım bu günlərlə bu müsabiqəədə qalib ola bilməyəcəyəm amma biləcəyəm ki,tam səmimi,yaşadığım hissləri yazmışam,çünki insan heç vaxt yaşamadığı bir hissi tam dolğun ifadə edə bilməz düşünürəm.Amma işdi əgər qalib olsam,bu yazımı,bu sevincimi atamla bölüşəcəyəm ki,atam mənimlə fəxr etsin.

Mən də atamı hamı kimi çox sevirəm.Həmdə lap çox.Mən atamı indi yazacağım hər gündə yenidən kəşf etmişəm.

Yeni ilə tam 5 cə gün qalmışdı, evlərimiz soyuq olduğundan üşütmüşdüm yamanca.Hərarətim 38-5 ə qalxmışdı.Anam mənə isti çay verib odunla yandırdığı sobanın yanında uzanmışdım,üstümə də qalın bir yorğan örtmüşdü ki,tərləyim hərarətim ensin.Həkim nə qədər iynə-dərman yazmışdı mənə sağalım deyə.Mənim isə hərarətim enmirdi ki,enmirdi.Artıq uzanmaqdan bezmişdim,ayağa durdum,içəri atamın güya ki,telefonla danışmaq üçün keçdiyi otağa daxil olanda atamın hönkür-hönkür ağladığını gördüm.Məni görən kimi göz yaşlarını gizlətmək üçün üzünü yan tutdu atam,sonra dözə bilməyib məni qucaqlayıb ağlamışdı.Məndə onu qucaqlayıb ağlamışdım.Və bilirdim ki,atamın ağlamağının səbəbi mənim nasazlığım,hərarətimin enməməsi idi.

Mənim 8 yaşım var idi.İsti yay günlərindən biri idi.Hər gün atam işdən gəlib bizi dənizə aparırdı,anam Allahın verdiyindən nə bişirirdisə yeməklərimizi də yığıb dənizə gedirdik.Orda yemək ayrıca bir zövq idi.O gün də dənizə getmişdik,anam badımcan dolması bişirmişdi.Yeməyimizi yeyib çimməyə başladıq anam dənizdən qorxduğundan heç vaxt çimmirdi,atam isə həmisə bizdən bir metr geridə çimirdi ki,biz dərinliyə getməyək.Mən qardaşlarımla oynayırdım.Dənizdə batmamaq üçün şarlara suyun üzündə hərəmiz növbə ilə otururduq.Bu bizim üçün çox əyləncəli idi.Növbə mənə çatmışdı,çox sevinirdim.Şarın üstünə oturdum,heç bilmədim necə oldu oynaya-oynaya,bir də gördüm uzaqlaşıram sahildən,anamın əlləri ilə nəsə dediyini görürdüm,amma başa düşmürdüm nə deyir,ağlayırdım,qışqırırdım,özümdə deyildim,birdə onu hiss etdim ki,ayaqlarima yosunlar dəyir.Özümü hər tərəfi su ilə əhatələnmiş yerdə görəndə dəli olmuşdum.Ancaq ağlayırdım,atam necə suyun içi ilə qaça qaça gəlirdi,artiq onu sözlə ifadə edə bilmirəm.Mənə tərəf gəlirdi atam,qorxma-deyə qışqırırdı.Atam mənə çatdı,məni ölümün bir addımlığından qurtardı.Özümə gələndə atamın ayaqlarından necə qanların axdığını görmüşdüm,amma atam hələdə mənə sarılmış,məndən ayrılmadan ağlayırdı,yaman bərk qorxmuşdu.Elə məndə o qədər qorxmuşdum ki,o gündən sonra heç vaxt dənizdə çimməmişəm.Atam mənə görə özünü təhlükəyə atmışdı.Bilirəm deyəcəksiz ki,bu onun atalıq borcu idi,etməli idi,amma bu yaxınlarda kanalların birində valideynlərinin səhlənkarlığı üzündən çay kanalında boğulan uşaqların atalarının çox rahat çiyinlərini çəkərək heçnə olmamış kimi danışması,"nə bilim,olduda" kəliməsi məni daha da əmin etdi ki,uşaq dünyaya gətirməklə deyil uşağı boya-başa sevə-sevə çatdırmaqdır valideynlik.

Mən hər gün səhər saat 08 00 da işə gedirdim,atam hər gün səhər gedib isti,təzə çörək alırdı mən işə aparım deyə.Bir gün də eyni qayda üzrə atam çörək almaq üçün çıxmışdı evdən.artıq nişanlı idim.Otağımda işə gedəcəyəm deyə geyinirdim.Hava yağışlı idi.Geyindim,özümə bəzək-düzək verib mətbəxə çıxanda atamın kresloda oturduğunu,anamın isə onu qucaqlayıb ağladığını gördüm.Birdə atamın titrədiyini,sifətinin al qırmızı,yanmış kimi olduğunu gördüm.Çox qorxdum,"ata nə olub,"deyə atamın üstünə cumdum,atam ət kimi idi,heçnə danışa bilmirdi."Ana,ataya nə olub,"dedim anama,anam məni sakitləşdirib hadisəni danışdı.Sən demə atam çörək almağa çıxarkən yağışdan hansısa naqilin qığılcımlandığını görüb onu düzeltmək istəyərkən onu elektrik vurub,təbii ki ehtiyyatsızlıq üzündən.Yazıq atamın dili ağzında şişmişdi,ayaqları,əlləri taxta kimi olmuşdu qupquru,tərpətmək qeyri-mümkün idi.Bilmirəm necə o halı ilə dükana gedib mənim üçün çörək də almışdı işə isti çörək aparım deyə.Düzdü o gün nə işə getdim,nə də isti çörək yedim,amma atam sağalandan sonra dedi ki,"ancaq Allaha onu yalvarırdım ki,uşaqlarıma yazığın gəlsin,qızımçün çörək ala bilmədim,gözlərim o qədər böyümüşdü ki,dərim tamam dartılmışdı,mən Allaha yalvara-yalvara bilmədim necə oldu elə bil kimsə öz əli ilə məni götürüb 5metr hündürlükdən ehmalca yerə qoydu."Sonra qonşularımız da deyirdilər ki,heç bir kimsə 6000V elektrik vurmasından belə sağlam çıxa bilməzdi.

Birdə ailə qurduğum gün.O gün atam mənə xeyir-dua verib yola salanda ağlaya-ağlaya mənə bu sözləri pıçıldadı "Qızım,Allah səni xoşbəxt etsin,əgər uşaqlıqdan bu günə qədər səni incitmişəmsə məni bağışla,birdəki haqqını halal ele."
Atamın bu sözləri mənə çox təsir etmişdi.Çünki atam heç vaxt məni incitməmişdi.Həmişə məni sığallayıb sinəsinin üstündə yatırardı.
İndi siz deyin,belə atanı necə sevməzdim mən?Hələ bunlar nədirki?İndi yadıma düşənlər.Hər ad günümdə mənə arzuladığım hədiyyələri alması,mən yatarkən saçlarımı saatlarca yorulmadan sığallaması və.s.
Allah heç bir övladı atasız etməsin,indi mən ailəliyəm indi də mənim atama ehtiyacım var,hər zaman da olacaq.

Egər atama məktub yazmalı olsaydım bunları yazardım ki,"atacan,sənin yoxluğunu yaşamaq istəmirəm,bilmirəm necə amma istəmirəm yoxluğunu yaşamaq,çünki mən hələ buna hazır olacaq qədər güclü deyiləm.

 

 


8.Seide Gulsoy

Yuxuma gel...


Eger qelbimden kecenleri esidirsense onda bu gece yuxuma gel.Axsamin tez dusmeyini gozleyeceyem.Seni yuxuda gore bilim deye.Gel hec olmasa yuxuma gel! Wirin-wirin uyumaq isteyirem Senli yuxularda.Kaw goreceyim axrinci roya da Senli olsun Ata!Qoy ruhun wad,yerin yumwaq,dualar Axiretin Sene bexw etdiyi mukafati olsun...Amin

 

 

 9.Sheh

 Əziz atam,həyatımda ilk dəfədir ki,sənə məktub yazıram.Səhifələrlə inşalar,hekayələr yazan mən indi 5-6 sətirlik "müsabiqə məktubunun"əlində aciz qalmışam.Çünki mənim sənə yazacaqlarım,söyləmək istədiklərim bütün qrammatikanın-abzasların,vergüllərin,sualların fövqündə durur.Mən sənə şablon sözləri necə yazım?!Bəlkə yazım?!
Axı mən anadan olandan indiyə qədər sənə öz sevgimi hayqıra bilməmişəm.Bəlkə hayqırım?!
Atam,gözəl atam!Sən bizi o qədər qürurlu,vüqarlı,halal böyütdün ki,sərbəst həyata atılandan heç vaxt büdrəmədim,heç vaxt sonradan peşman olacağım addımı atmadım.Həyatda aldığım ilk həyat dərsini sən keçdin mənə..öz gülümsər çöhrəndəki sərt baxışların müşayətilə....
Atam mənim!Səninlə hər an,hər zaman fəxr etdim,bilirsənmi?Gözəlliyinlə,şirin dilinlə,ensiklopedik biliyinlə hey fəxr etdim.Sən bizi hər yay öz işlədiyin müxtəlif rayonlara gəzməyə aoarardın.Harda olurdunsa orda da özünə hörmət qazanardın.Belə bir hörmətli insanın qızı olmaq,onunla yanaşı addımlamaq,onun mənim balaca əllərimdən tutub yol getməsi mənimçün dünyalara bərabər olardı.Yadımdadır,birdə,ya ikidə oxuyanda sinifdə fəxrlə"atam rəisdir"demişdim.Uşaqlar səni polis rəisi sanmışdılar.Mən də üstünü vurmamışdım.Evdə bunu danışanda gülümsəyərək:"adam olduğu kimi görünməkdən çəkinməməlidir,yetər ki,dürüst və vicdanlı olasan"demişdin.
Mənim dağ vüqarlı atam!Saçlarının rəngi də necə gözəldir?Eynilə dağ zirvələrindəki ağ qar kimi parlaq və hamar.Sən bizdən həmişə düz danışmağı tələb edərdin.Mən də ömür boyu buna əməl elədim.Amma bilirsənmi,mən indi hər gün sənə yalan satıram.?!
Sən hər səhər mobil telefonuma zəng edərək məni namaza oyadırsan.Mən də dəstəyi qaldırıb sənə təşəkkür edirəm.Lakin sən bilmirsən ki,mən hər gün namazdan xeyli qabaq durmağa adət eləmişəm,azanı da eşidirəm..amma sənin zəngini də bir azanı gözlədiyim səbirsizliklə gözləyirəm.Telefonun ekranında uşaqların diliylə yazdığım "Əli babacan"kəlməsini görməyənə qədər aram tapmıram,onu görüncə isə heç kimə açıb demədiyim bir sevinclə"şükür,İlahi,bu gün də atam mənimlədir"deyə fikirləşirəm.
Əziz atam,əgər bu sətirləri oxuyacağını bilsəydim belə ürəklə yazmazdım bəlkə də....Çünki bütün bu yazdıqlarım və yaza bilmədiklərim mənim qəlbimin mübhəm təntənəsidir.Umacaqsız,minnətsiz...Mən bu yarışa görə sənə məktub yazmaq qərarına gəldim,amma sətirdən-sətrə keçdikcə göz yaşlarıma sahib ola bilmədim.Səni tez-tez görməyimə rəğmən nə qədər çox özlədiyimi hiss etdim.Qəlbimə hakim kəsilmiş bu qəribə hissin nə olduğunu indu dərk etdim.
Mən yenidən balaca,bap-balaca Jalə olmaq istədim.İstədim ki,sənin qucağında başımı çiyninə qoyum,sən də məni yatırdasan və həmişəki kimi məni yatırdanda oxuduğun mahnını oxuyasan:
Tut ağacı boyunca,
Tut yemədim doyunca...........

 

 

 

 

 

  10.Mehri Məmmədova

ATA!Mənim həyatım,ümüdim,sabaha inamım ata!Hər səhər yuxudan duranda sənə dua ed ərdim,indi yuxudan duranda sənin ruhuna salavat çəkirəm ata. Vaxt vardı səni görmək üçün sizə qaşardım,indi hər cümə axşamı məzarın üstünə gedirəm.Düz bir aydır səninyoxluğuna inana bilmirəm,ata.Sən məni qoyub getdin ata.İndi mən bu dünyada atasız-anasız tənhayam.Anam öləndən sonra sən mənə həm ata,həm ana idin. Getdin ata,yerin cənnət olsun.Ruhun şad olsun.Sən mənim ürəyimdə daima mənimlə bərabər yaşayacaqsan.Ata,ürəyimdə səninlə danışacam,mənim atasız,atalı dünyam olcaqsan. İMZA:Ruhunun qarşısında baş əyən qizın M.

Səsvermə necə olmalı?

 

Bəyəndiyiniz məktubun üstündəki rəqəmi şərhinizdə qeyd edin.

 

Yalnız 1 nəfərə səs verə bilərsiniz!

 

P.S. Məktublar olduğu kimi təqdim edildiyindən hərf səhvlərinə görə üzürlü hesab edin!

 

1-ci yer-İLKİNİMİNARZUSU: 17 səs

2-ci yer-Seide Gulsoy,Sheh: 9 səs

3-cü yer-Alizes: 7 səs

 

 Qalibləri təbrik edirik!!!


  1. Real Madrid CF | 21 yanvar 2016 20:05 | Status: Qonaq | Şərh: 0
    Ne maraqli musaqibedir)
  2. ESMERRi | 21 yanvar 2016 19:57 | Status: Brilliant user | Şərh: 5 393
    Sitat: Sirli dunyam
    atamiiiiii cooooox sevirem onsuz bir gunum olmasin
  3. Yalcin Sabranli | 15 dekabr 2015 14:32 | Status: Şərhçi | Şərh: 110
    Sitat: ●♥ Meley ♥●
    Tesekkuyrler
  4. milashka_167 | 10 noyabr 2015 15:05 | Status: VİP user | Şərh: 1 457
    Sitat: Elcin sangu........
    Atami cox istiyirem
  5. ESMERRi | 3 noyabr 2015 00:10 | Status: Brilliant user | Şərh: 5 393
    Sitat: guldeniz
    Sitat: Elcin sangu........
    Atami cox istiyirem
  6. guldeniz | 29 oktyabr 2015 22:05 | Status: Professional user | Şərh: 1 644
    Sitat: Elcin sangu........
    Atami cox istiyirem
  7. ESMER | 20 sentyabr 2015 23:30 | Status: VİP user | Şərh: 819
    Sitat: esma inci
    bu musabiqeni yene etsez sevinerem


    Sitat: esma inci
    bu musabiqeni yene etsez sevinerem
  8. Sirli dunyam | 19 avqust 2015 14:04 | Status: Qonaq | Şərh: 0
    atamiiiiii cooooox sevirem onsuz bir gunum olmasin
  9. Elcin sangu........ | 11 avqust 2015 11:16 | Status: VİP user | Şərh: 631
    Atami cox istiyirem
  10. Elcin sangu........ | 10 avqust 2015 16:15 | Status: VİP user | Şərh: 631
    Atami cox istiyirem
  11. Cicim İncim | 20 iyul 2015 01:46 | Status: Gümüş user | Şərh: 2 464
    Kimi atasının varlı olmasını istər , kimi sə sadəcə var olmasını...Mən də artıq 2 ci lə gedir ki atasızam...Yazılanları təkrarlamaq istəmirəm, çox oxşar hadisələr var.Xərçəng xəstəsi olan, ağrılardan qovrulan atama ağrıkəsici iynə vuranda, onun "çox sağ ol , balam"deməyi mənim ürəyimi parçalıyırdı...Yazıq atam ..hələ mənə çox sağ ol da deyirdi...Neylədim ki səninçün , atam...Nə edə bildim ki....Heç nəəə...
  12. Nagizade.Leyla | 24 may 2015 03:15 | Status: VİP user | Şərh: 1 321
    Atami coox isteyirem
  13. esma inci | 14 may 2015 01:43 | Status: Gümüş user | Şərh: 1 097
    bu musabiqeni yene etsez sevinerem
  14. Kenan25 | 3 may 2015 11:11 | Status: Şərhçi | Şərh: 225
    Sitat: nurlana nurlana
    Teşekkür xebere göre emeye hörmet
  15. lady sweet | 15 aprel 2015 02:27 | Status: Gümüş user | Şərh: 1 883
    [quote=SARA55]Tewekurler.ATAMI cox sevirem.[/quote][/quote]
  16. SARA55 | 26 mart 2015 02:00 | Status: Qonaq | Şərh: 0
    Tewekurler.ATAMI cox sevirem.[/quote]
  17. BULUTUM | 28 fevral 2015 19:06 | Status: Professional user | Şərh: 7 408
    Tewekurler.ATA cox sevirem.
  18. Nigar | 22 fevral 2015 13:26 | Status: Gümüş user | Şərh: 6 065
    Sitat: Saida Kerimova
    Atalarımız ideallarımızdır.Təbriklər!
  19. Nigar | 21 fevral 2015 10:51 | Status: Gümüş user | Şərh: 6 065
    Sitat: sirin bala
    bu musabiqe bbirde olsun noolar

    wink
  20. ●♥ Meley ♥● | 9 fevral 2015 10:01 | Status: Gümüş user | Şərh: 414
    Tesekkuyrler
  21. nurlana nurlana | 7 fevral 2015 08:36 | Status: Gümüş user | Şərh: 1 954
    Teşekkür xebere göre emeye hörmet
  22. sirin bala | 31 yanvar 2015 14:21 | Status: Gümüş user | Şərh: 1 670
    bu musabiqe bbirde olsun noolar
  23. beser 1977 | 26 yanvar 2015 00:08 | Status: Qonaq | Şərh: 0
    kas menim de atam anam sag olaydi.
  24. Nergiz love | 14 noyabr 2014 17:47 | Status: Professional user | Şərh: 7 880
    Oxumadim cox uzun movzudu

    Oxumadim cox uzun movzudu
  25. Ag Gul | 5 noyabr 2014 14:47 | Status: Professional user | Şərh: 4 337
    Allah ailemize can sağlığı versin

    Allah ailemize can sağlığı versin
  26. N....N92 | 3 noyabr 2014 17:04 | Status: Professional user | Şərh: 4 355
    Sitat: kalbimin sahibi
    Allah cansaigi versin anam atAma.amin


    Sitat: kalbimin sahibi
    Allah cansaigi versin anam atAma.amin
  27. Miraj | 2 noyabr 2014 23:07 | Status: Professional user | Şərh: 2 631
    Sitat: TENHA_MELEK
    Allah hec kimi boyuksuz etmesin Amin.Atam menim canim,nefesimdir.

    Allah hec kimi boyuksuz etmesin Amin.Atam menim canim,nefesimdir.


    Sitat: TENHA_MELEK
    Allah hec kimi boyuksuz etmesin Amin.Atam menim canim,nefesimdir.

    Allah hec kimi boyuksuz etmesin Amin.Atam menim canim,nefesimdir.
  28. KARAGULUM | 30 oktyabr 2014 06:55 | Status: Gümüş user | Şərh: 1 433
    Allah cansaigi versin anam atAma.amin
  29. Ay_Sun | 25 oktyabr 2014 19:13 | Status: Brilliant user | Şərh: 13 427
    Allah hec kimi boyuksuz etmesin Amin.Atam menim canim,nefesimdir.

    Allah hec kimi boyuksuz etmesin Amin.Atam menim canim,nefesimdir.
  30. Saida Kerimova | 30 may 2013 07:06 | Status: Professional user | Şərh: 1 672
    Atalarımız ideallarımızdır.Təbriklər!