Azadqadin.az / Biz mətbuatda

"Hələ toy olmamışdan boşanmanı planlamışdım"- MÜSAHİBƏ

Aynur_Qurbanqizi | 17-07-2013, 13:00
17 673 98

Azvision.az saytına müsahibəm

"Həyatdan bezdiyim vaxtlar olur, hətta intihar belə etmək istəmişəm"

"Azvision.az" saytının növbəti müsahibi jurnalist, "azadqadin.az" saytının yaradıcısı Aynur Qurbanqızıdır. Feminist düşüncələrilə məşhurlaşan bu xanım elə müsahibə boyu da fikirlərindən əl çəkməyib.

- Azadqadin.az saytını yaratmaqda əsas məqsədiniz nə idi?

- Azərbaycanda bir qadının yaşadığı bütün problemlər məndən də yan keçməyib. Təhsilimə, sərbəstliyimə qadağalar, daha sonra məcburu evlilik, uğursuz ailə həyatı, "ər evindən kəfənlə çıxacaqsan” kimi ifadələrlə boşanmama icazə olmaması... Buna görə həyatımın 7 ilini əzabla keçirmək və bir çox yaşadığım nüanslar bu cəmiyyətə içimdə bir nifrət hissi yaratmışdı. Azadqadin.az saytı bu hislərdən doğdu. Həyat şüarım belədir: "Özünü xilas edəcək yeganə insan sənsən”. Məqsədim qadınlara məhz bunu anlatmaqdır. Çünki, qadın kimi doğulmaq bizim günahımız deyil. O zaman niyə biz qadın olmağın çətinliklərini yaşamalıyıq?! Ailə uğursuz olub deyə bir qadın ömrünün sonuna kimi bədbəxt yaşama məhkum olunmalıdır?!

- Bəs dediyiniz kimi uğursuz ailəsi olan bir qadın özünü necə xilas edə bilər?

- Qadın köləliyinin, əsarətinin, problemlərin kökündə kişidən maddi asıllıq dayanır. Demək, qadının xilası bu asıllıqdan qurtulmaqdır. Təhsil, iş, hər hansı ixtisasa sahib olmaq, bir sözlə qadın öz ayaqları üstündə dayanmağı bacarırsa və psixoloji olaraq cəmiyyətin yaratdığı sterotipləri qıracaq qədər mənən güclüdürsə, bu onun qurtuluşudur. Yeri gəlmişkən, məhz buna görə saytımda iş elanları bölməsi də istifadəyə vermişəm.

- Sizin azadlıq kriteriyalarınız nədir? Necə bir qadını azad qadın hesab edirsiz?

- İki il öncə saytı istifadəyə verəndə azadqadın.az domen adına görə, böyük təzyiqlərlə üz-üzə qaldım. İnsanlar heç cür bu ifadəni qəbul edə bilmirdilər. Cəmiyyətimizdə azad qadın dedikdə yalnız fahişələr hesab olunur. Mənsə, hər zaman demişəm ki, fahişə azad deyil, çünki azad qadın mənliyini pula satmaz, kişilərə möhtac qalmaz. Mənə görə, qadın azadlığı öz hüququnu bilməsi, haqqını müdafiə etmək bacarığına və istəmədiyi hər bir şeyə YOX demə gücünə sahib olmasıdır. Qısacası, azadlıq insanın ruhunda olmalıdır. Bəzi qadınlar var ki, çadrada gəzir, amma mini yubka geyinib gəzənlərdən ruhən daha azaddırlar.

- Bəs saytınıza daha çox hansı problemlərlə müraciət edirlər?

- Azadqadin.az-da çoxsaylı maraqlı layilərimiz var. Onlardan ən məşhuru "Məktub var” layihəsidir ki, gündəlik bir qadının taleyini insanların müzakirəsinə veririk. Yəni məktub şəklində hər kəs öz problemini, yaşantılarını, həyatını bizə yazıb göndərir. Biz isə, ona həm mənəvi dəstək olur, məsləhətlər verir, eyni zamanda oxuculara təqdim etməklə istəyirik ki, başqalarının səhvlərindən özlərinə nəticə çıxartsınlar. Problemlər adətən kişilər tərəfindən təzyiq və aldanmalarla bağlıdır. Məktublar o qədər maraqlı olur ki, çoxları bunun real olduğunu qəbul edə bilmir, zənn edirlər ki, biz özümüzdən uydurub yazırıq. Amma, gerçəkdən bunlar real yaşantılardır. Hətta bəzən mən özüm oxuduqda şoka düşürəm ki, ilahi, Azərbaycanda nələr varmış, nələr yaşanır...

- Gələcəkdə bu işi genişlənidrib qadınların hüquqlarını müdafiə edən hər hansı bir QHT və ya qadın təşkilatı yaratmaq istərdinizmi?

- Demək olar ki, bir qadın təşkilatının gördüyü işləri görürük. Hətta bəzilərindən daha çox iş görürük. Azadqadin.az-da pulsuz hüquq, psixoloq bölmələri fəaliyyət göstərir. Fəaliyyətimiz genişdir, amma təəssüf ki, maddi dəstəyimiz olmadığına görə bir çox layihlər də yarımçıq qalır. O səbəbdən ki, jurnalistlərə qonarar vermək gücündə deyilik. Təkbaşına da bu qədər işi uğurla görmək çətin olur. Bu səbəbdən bir ara təşkilat açmaq haqda ciddi düşünmüşdüm. Təşkilat olduqda müəyyən qurumların layihələrə maddi dəstək göstərməsi daha rahat olur və bununla qadınlara daha çox yardımımız toxuna bilərdi. Amma, təşkilat sahəsində heç bir təcrübəm və ətrafımda da bu işi bilən bir komanda olmadığı üçün hələlik fikrimdın vaz keçdim. Bir işdə uğurlu olmaq üçün öncə onun incəliklərini bilmək lazımdır.

- Adınızın əvvəlinə feminist sözünü yazmaq olar? Yeni siz özünüzü feminist hesab edirsiniz?
- Mənə görə, feminizm qadın və kişi hüquq bərabərliyi uğurunda mübarizə aparan cərayandır. Bu yöndən özümü feminist hesab edirəm.

- Qadınları azadlığa səsləyən Aynur xanım bəs özünü necə azad qadın hesab edirmi?

- Facebook səhifəmdə bu sualla dostlarıma müraciət etdim və məlum oldu ki, mən azad qadın deyiləm (gülür). Bayaq qeyd etdiyim kimi, mənim azadlığımın ruhumdadır. Kimsə mənə nəsə məcburiyyət edə, yaxud hər hansı arzumun reallaşmasının qarşısını kəsə bilməz. Amma bəzi məsələlər var ki, orada azad deyiləm. Tutaq ki, mən bir kişiyə aşiq olsam "azad və yetkin qadınam, ürəyim nə istəyir onu da edərəm” deyib o şəxslə yaxın münasibət qurmaram. Yaxud, kefim istəyən vaxt istədiyim yerə gedə bilmərəm. Çünki, bir Azərbaycanlı ailəsində doğulmuşam, atamın-qardaşımın dəyərlərinə hörmət etməliyəm. O cümlədən, özüm üçün qoyduğum bəzi sərhədlər var ki, azadlığım orada çərçivələnir.

- Facebook demişkən, bu sosial şəbəkədən neçə vaxtdır istifadə edirsiniz? Ümumiyyətlə facebook sizə nə verir?

- Səhv etmirəmsə, 3 ilə yaxındır sosial şəbəkə qurbanıyam (gülür). Facebook mənə çox şey verir və verdiyi qədər də alır. Fikirlərimi minlərlə insana çatdırmaq şansı, tənhalıqdan uzaqlaşmaq, özümü ifadə etmək, yaxşı dostlar qazanmaq, bir çağırışıma qısa vaxtda yüzlərlə insandan dəstək gəlməsi, saytımın daha geniş çərçivədə tanınması və s. Məndən aldığı isə, qızıldan qiymətli olan vaxtdır. Saytımın facebook səhfəsi 50 min, adımı daşıyan şəxsi səhifəmin üzv sayı isə 24 minə çatır. Mən artıq səhifəmi bəyənənlərə görə, məsuliyyət daşıyıram. Onlar mənə bu cür dəyər verirsə, demək mən də onlara günlərini maraqlı keçirmələri üçün, eyni zamanda qarşıma qoyduğum missiyamı çatdırmaq üçün maraqlı yazılar təqdim etməliyəm. Bunun üçün axtarışlar edirəm, şəkillər hazırlayıram, o cümlədən xanımlar öz problemlərini mənə facebookdan yazdıqları üçün hər gün onlarla məktub alıram, onlara baxmaq, cavab yazmaq böyük vaxt itkisidir. Bəzən olur ki, səhərə qədər oyaq qalıram. Bir sözlə, şəxsi həyatımı işə qurban gedib.

- Bəs saytın maliyyə problemlərini necə həll edirsiniz? Sayta sponsorluq edən var ? Yoxsa reklam hesabına dolanırsınız?

- Saytın maliyyə problemlərini özüm təkbaşına həll edirəm. Təbii ki, bu mənim üçün çox çətindir. Əksər hallarda universitetdən aldığım maaşımı sayta xərcləyirəm. Reklam sahəsində də uğurlu deyilik. Baxmayaraq ki, sayta gündəlik 13-14 min İP adresindən giriş var. Aylıq 300-400 min arası insan daxil olur. Qadın saytları arasında reytinqə görə, birinci yerdəyik. Sadəcə, mən gücümü saytın inkişafına qoymuşam deyə reklamla maraqlanmağa vaxtım qalmır. Bir reklam şirkəti ilə müqaviləmiz var, o da aylıq o qədər az pul ödəyir ki, artıq müqaviləni pozmağı düşünürəm. Ümid edirəm ki, gələcəkdə bu problem həll olunacaq.

- Əgər yoldaşınızdan ayrılmasaydınız yenə belə feminist fikirləriniz olacaqdi?

- Mən sevmədən məcbur şəkildə ailə qurmuşam. Hətta, hələ toy olmamışdan artıq boşanmanı planlamışdım. Amma təbii ki, o mənim sevgimi qazansaydı, bir insan olaraq dəyər versəydi ayrılmağı əsla düşünməzdim, çünki hər bir qadın xoşbəxt bir ailəyə sahib olmaq istəyər. Ola bilər feminist düşüncələrimin bir az da alovlanmasına həyatımda düzgün bir kişinin olmamasından irəli gəlib. Kişi sevgisi, qayğı və nəvazişi ilə əhatə olunmuş xoşbəxt qadın necə kişilərə nifrətlə baxa bilər? Amma, hazırda işim qadın problemləri ilə bağlı olduğundan bu gündən sonra ailə qursam və şəxsi həyatımda hər şey əla olsa da, kişilərə mövqeyim dəyişməyəcək. O səbəbdən ki, illər öncə sadəcə özümü düşünürdümsə də, bu gün artıq bütün qadınların problemlərinin həlli üçün mübarizə aparıram.

- Bəs tək yaşamaq problem yaratmır ki..?
- Əksinə, evlilik həyatımı düşünəndə deyirəm ki, ilahi, mən 7 il necə dözmüşəm. Hər şey mənə yuxu kimi gəlir. O illəri həyatımdan itmiş hesab edirəm. Bir ildir boşanmışam və insan kimi yaşamaq nədir hələ indi hiss edirəm. Qulağım dincdir, öz qərarlarımı özüm verirəm, kimsə işimə qarışmır, qaynana problemləri yoxdur, yanımda da ən sevdiyim insanlar - Anam və qızım... Qadınların tək yaşamaq problemi adətən maddi imkansızlıqdan olur ki, mən də bu sahədə kiməsə möhtac deyiləm.

- Yəqin ki, bu cür mövqeyinizə görə, çoxları sizi qadınları boşanmağa səsləməkdə qınayır

- Bilirsiniz, hər kəs öz həyat təcrübəsindən çıxış edir. Əgər mən hər dəfə 7 ilimi boş yerə itirdiyimə bu qədər təəssüflənirəmsə, indi təsvir edin ki, bir qadın bir ömür boyu bədbəxt yaşayıb 60 yaşına çatdığında nələr hiss edər. Bir həyatı boşa itirməkdənsə, boşanıb insan kimi yaşamalarını məsləhət görürəm. Təbii ki, özlərini ayaq üstə saxlamaq gücünə sahibdirlərsə... Amma, hər xırda məsələdən ötrü də ayrılmağın əsla tərəfdarı deyiləm. Ona görə ki, hər bir qadının bir kişiyə ehtiyacı var. İstər mənəvi, istər maddi... Boşanmış qadının 2-ci dəfə ailə qurması çətindir. Bir ömür boyu kişi sevgisindən məhrum qalmaqdansa, maksimum güzəşt edib ailəni qorumaq lazımdır. Amma əgər bir ailədə bütün dəyərlər ölübsə, xoşbəxtlik bərpa olunmayacaq həddədirsə və geri yol yoxdursa, o zaman tək yaşamaq seçimini edə bilərlər.

- Yəqin ki, eşq təklifləri, sevgi etiraflari edənlər çox olur. Bəs evlilik təklifi necə? Edənlər olub?

- Evlilik mənim üçün çox ciddi məsələdir. Birinci səhvimi əsla təkrarlamaram. Ailə qurmaq xatirinə yox, məni xoşbəxt edəcək kişi ilə birlikdə həyatın gözəlliyini yaşamaq üçün bu qərarı verə bilərəm. Hazırda kişilərə güvənim o qədər aşağıdır ki, ümumiyyətlə hətta eşq elan edənə də məni yaxından tanıma şansını vermirəm. İki insan ünsiyyət qurub bir-birini yaxından tanımazsa, demək evlilik də olmaz. Güvənsizliyim Azərbaycanda boşanmış qadına münasibətin aşağı səviyyədə olmasından irəli gəlir. Biri qadından xoşlanırsa, ilk ağlından keçən onunla evlənmək yox, sadəcə qeyri-rəsmi yaşamaqdır. Hətta evlilik təklifi edəndə də, çox vaxt məqsəd bu yolla qadını əldə etməkdir. Yəni bəzi oğlanlar iyrənc məqsədlərinə çatmaq üçün bu yola əl atacaq qədər alçaqdırlar. Mənə aldanmış xanımlardan gələn məktublar və müşahidəm bunu deməyə əsas verir. Mənsə, xoşbəxt bir ailəm olsun istəyirəm və kimsənin məşuqəsi olmaq kimi hörmətsizliyi özümə etmərəm. Düşünürəm ki, qadına dəyər verən kişi onu məşuqəsi etməz, evinin xanımı, qəlbinin yarı edər.

- Bir gun o qapınıza çiçəklə gəlsə, hər şeyi unudaq yenidən başlayaq deyib üzr diləsə nələrsə deyişə bilərmi?

- Onu sevsəydim, nəyinsə dəyişəcəyinə ümid etmək olardı. Çünki, sevgi hər şeyə qadirdir. Amma indiki halda əsla! Çünki, mən xoşbəxt olmaq istəyirəm. Məni isə, yalnız və yalnız sevgi hisləri xoşbəxt edə bilər.

- Ötən dəfə tv verilişlərinin birində Aydın xan Əbilovla fikirləriniz arasında narazılıq yaşandı. Sizcə sizi qadınları bu qədər müdafiə etdiyiniz görə dəstəkləyənlər çoxdu yoxsa?

- Ən pis odur ki, hətta bir sıra qadınlar da mənim əleyhimə danışırlar. Qadın zorakılığına qarşı çıxanda "ərimdir, sevər də, döyər də”, "Yaxşı at özünə qamçı vurdurmaz” kimi ifadələri də məhz qadınlar işlədir. Bu məni təəssüfləndirir, hətta bəzən həvəsdən salır, düşünürəm ki, yəni belələrinə görəmi bu qədər əziyyət çəkirəm?! Amma, məni dəstəkləyən xanımlar da az deyil. Bəziləri var ki, hətta mənəvi baxımdan məndən güc aldıqlarını söyləyirlər. Bir haşiyəyə çıxım. Təbii ki, hər bir normal insan kimi mənim də həyatdan bezdiyim vaxtlar olur, hətta intahar belə etmək istəmişəm. O anda inanın ki, məni bundan saxlayan anam-qızım yox, məhz mənə güvənən qadınlar olub. Düşünmüşəm ki, onların güclü qadın inamlarını darmadağın etmək haqqım yoxdur.

- Gələcək üçün ən maraqlı planınız nədir?
- Qadın.az adlı böyük bir qadın portalı açmaq planım var. Azadqadin.az sırf sosial, qadın problemlərini işıqlandıran sayt olacaq, qadın.az-da isə, heç bir qadın saytında olmayan layihələrimiz olacaq. O cümlədən, ailəquraq.az domeni də məndədir, maddi çətinliyə görə bir ildir bu layihəni hazırlamaqda gecikirik. Azərbaycanda ciddi bir tanışlıq saytının olmasını istəyirəm. Daha bir planım isə, təlimçilik fəaliyyətidir. Pulu sürətlə artırmağın texnikası, varlanmağın sirləri mövzusunda seminarlar təşkil etmək və kitab yazmaq istəyirəm. Bu sahədə təcrübəm var və bu da ayrıca müsahibə mövzusudur.

- Tanışlıq saytı vasitəsilə ailə qurmağa inanırsınız?

- Azərbaycanda bir çox məşhurlar var ki, internet vasitəsilə ailə qurub. Hətta Azadqadin.az-da "Ailə qurmaq istəyirəm” kiçik tanışlıq bölməsi vasitəsilə 8 nəfər ailə qurub. Düşünürəm ki, bunu daha da genişləndirmək olar. Çünki, insanlar öz yarını internet vasitəsilə daha asan tapa və daha rahat ünsiyyət qura bilərlər. Bu layihədən danışanda saxtakarların problem yaradacağını söyləyirlər. Amma saxtakar insanlar real həyatda da var. Real həyatda da şirin yalanlarla qızları yoldan çıxaran oğlanlar minlərlədir. Yəni real yaxud virtual fərq etmir. Əsas olan aldanmamaqdır ki, bu da insanın özündən asılıdır.

Səbinə Məmmədova

AzVision.az üçün

http://az.azvision.az/news.php?id=8686#.UeW0o217FAJ

Lumia | 18 iyul 2013 17:33 | Status: Professional user | Şərh: 5 378
Sitat: Gunel
Sitat: Lumia
Nisani qayitmis qiz hec de nese demek zad deyil Aynur xanim.Biz burda ersiz qadinlar terbiyesiz olur deyen userin agzindan vururuq,siz de ozunuz bilirsiz nisani qayitmis qiz ne demekdir deyirsiz.O mutereqqi fikirleriniz nedir,bu sozunuz nedir men anlamadim.Men birinci nisanimi qaytarmisam,pis zad da baxan olmayib mene,ne qeder de evlenmek isteyen vardi menle bile bile ki,nisan qaytarmisam.Men de onlardan birini secdim ve aile qurdum,cox da xosbextem,yoldasim bir defe de olsun o barede menden hecne sorusmayib.Teze tanis olanda ozum demisdim,dedi problem yoxdu,heyatdi haminin basina gele biler,esas odu sen yaxsi olasan.Bir de cemiyyet dediyin bosanmisa nisani qayitmisdan daha pis baxir.Sozum size ve ya kimseye aid deyil ha,menim ucun hec bir problem yoxdur,men qardasima da,ogluma da bosanmis qadin alaram.Sadece muqayise eledim.

Mende bir defe nishan qaytarmisham indi ne edim oldurum ozumuki qarshima sehv insan cixdi deye?Aynur ele yazdiki o sozu boshanmish onun yaninda yalan cixdi lap.Nishan qaytarmaq hans yonden baxsaq boshanmaqdan min defe yaxshidir.Namusun,bakireliyin uzerinde elinde bir ushaqla qayitmirsanki.Insaniq kimisi sehv secim ede biler kimisi sadece shirin soze aldana biler.Mendede bele oldu tanimamish bilmemish qerar verdim deye daha sonra her shey aydin olunca gec olmamish uzuyu qaytardim.Sozune quvvet meni meger indi isteyen yoxdur yoxsa?Bir iki neferde yox nece yerden isteyirler hamsida bilirki nishan qaytarmisham.Atasi,anasi done done deyirlerki qizim uzuk qaytaranda nolurki beyem?ya ele oglanin ozu deyir haminin bashina gele biler insaniqdaa.esas odurki ziyanin yarsinnanda geri qayitmisan.Ona gore Aynur birde bele sozler ishletme her halda uzuk qaytarmaq boshanmaq qeder felaketli bir ish deil.Boshanan qadina ikinci defe aile qurmaq cetin olur, nishani qayitmish qiza ise bu hecde cetinlik vermir.Yaxshi terbiyesi olan,namusu uzerinde olan qizi her kes evinin gelni etmek isteyir.

Esi deyir de,ureyive salma her sozu.Sadece bunu basqa biri deseydi men o qeder de fikir vermezdim,amma her yerde qadin huquqlarindan danisan,qadinlar ucun calisan,daima cemiyyetimizi qadinlara olan birmenali munasibetde qinayan Aynur xanimin bele demeyi menim de xetrime deydi sozun dogrusu.En azindan deye bilerdi ki,menim ailemde,menim etrafimda nisani qayitmis qiza pis baxirlar,amma bele umumi danismagi ona hec yarasdirmadim.Elbette lap 3 defe nisan qaytar,yene de bosanmaqdan yaxsidir,hec cemiyyete gore de yox,qadinin ozune gore,her bir qadin ister ki,yaninda,arxasinda bir kisi olsun.Men hec telesik qerar vermemisdim birinci nisanimda,duz 2 il surundu dalimca eclaf,ne diller tokdu,ne hoqqalardan cixdi he demeyim ucun ona,men de gordum yarasiqlidir,7 yas menden boyukdur,savadi,seneti var,meni de cox sevir,munasibet qurdum,baglandim.bir ilden sonra da nisanlandiq.6 ay nisanli qaldiq cemi.Ic uzu cixdi ortaya,tamam basqa adammis deme,menim 19-20 yasim vardi onda adam tanimaqda tecrubem,seristem yox idi,hele hele melek donuna girmis iblisi,maskalanmis birini hec taniya bilmezdim.Nisandan sonra yirtildi maskasi,canavar sifeti cixdi ortaya,o 6 ayda cehenneme dondu heyatim,her gun dava,qirgin,eseb,stress.Ele hey calisirdi alcaltsin meni,ailemi bele yarasdirmirdi ozlerine,agzina geleni deyirdi mene adi sozumuz cep gelende,xeyanet de ki,oz yerinde.Ele bilirdi,men dozecem,amma tupurdume.Sonradan bildim ki,menden evvel de nisanli olubmus,qiz qaytaribmis nisani.Bir sozle Allahin sevimli bendesiymisem,ziyanin yarisindan dondum.3 il sonra yoldasimla tanis oldum.Qurban olum yoldasima,men indi bilirem ki,esl kisi ne demekdir,esl sevgi ne demekdir,esl xosbextlik ne demekdir.Allah seni de xosbext elesin,qarsina seni ureyinin ustunde gezdirecek,herterefli omur gun yoldasi cixartsin.Amin!Opurem seni.
Aliyeva | 18 iyul 2013 17:27 | Status: Yazar | Şərh: 4 036
Sitat: Gunel
Sitat: Aynur_Qurbanqizi
Ozunuz bilirsiz ki, nishani qayitmish qiz ne demekdir.

Ne demekdirki ay Aynur?De bizde bilek?belke qebahetli ish gormushuk?

bawa duwmedim ?nolub niwan qaytarmiw qizlara? bowanmiw qizlarla eyni miqyaslanir?
Gunel | 18 iyul 2013 16:48 | Status: Professional user | Şərh: 4 087
Sitat: Lumia
Nisani qayitmis qiz hec de nese demek zad deyil Aynur xanim.Biz burda ersiz qadinlar terbiyesiz olur deyen userin agzindan vururuq,siz de ozunuz bilirsiz nisani qayitmis qiz ne demekdir deyirsiz.O mutereqqi fikirleriniz nedir,bu sozunuz nedir men anlamadim.Men birinci nisanimi qaytarmisam,pis zad da baxan olmayib mene,ne qeder de evlenmek isteyen vardi menle bile bile ki,nisan qaytarmisam.Men de onlardan birini secdim ve aile qurdum,cox da xosbextem,yoldasim bir defe de olsun o barede menden hecne sorusmayib.Teze tanis olanda ozum demisdim,dedi problem yoxdu,heyatdi haminin basina gele biler,esas odu sen yaxsi olasan.Bir de cemiyyet dediyin bosanmisa nisani qayitmisdan daha pis baxir.Sozum size ve ya kimseye aid deyil ha,menim ucun hec bir problem yoxdur,men qardasima da,ogluma da bosanmis qadin alaram.Sadece muqayise eledim.

Mende bir defe nishan qaytarmisham indi ne edim oldurum ozumuki qarshima sehv insan cixdi deye?Aynur ele yazdiki o sozu boshanmish onun yaninda yalan cixdi lap.Nishan qaytarmaq hans yonden baxsaq boshanmaqdan min defe yaxshidir.Namusun,bakireliyin uzerinde elinde bir ushaqla qayitmirsanki.Insaniq kimisi sehv secim ede biler kimisi sadece shirin soze aldana biler.Mendede bele oldu tanimamish bilmemish qerar verdim deye daha sonra her shey aydin olunca gec olmamish uzuyu qaytardim.Sozune quvvet meni meger indi isteyen yoxdur yoxsa?Bir iki neferde yox nece yerden isteyirler hamsida bilirki nishan qaytarmisham.Atasi,anasi done done deyirlerki qizim uzuk qaytaranda nolurki beyem?ya ele oglanin ozu deyir haminin bashina gele biler insaniqdaa.esas odurki ziyanin yarsinnanda geri qayitmisan.Ona gore Aynur birde bele sozler ishletme her halda uzuk qaytarmaq boshanmaq qeder felaketli bir ish deil.Boshanan qadina ikinci defe aile qurmaq cetin olur, nishani qayitmish qiza ise bu hecde cetinlik vermir.Yaxshi terbiyesi olan,namusu uzerinde olan qizi her kes evinin gelni etmek isteyir.
nurka85 | 18 iyul 2013 15:59 | Status: Şərhçi | Şərh: 242
Sitat: leyla meherremova
Bəlkə də mənim belə danışmağımda çoxları elə başa düşər ki həyat yoldaşım qısqanc deyil və həyatım su kimi axır belə şeyləri başa düşmürəm.Ancaq mən ilk övladım olana kimi ev dustağı olmuşam.Sözün həqiqi mənasında qapını üzümə kilidləyib işə gedib axşam açıb,özü evə girəndə.Ancaq ata-anam gəlməsinə icazə verilib,Gün ərzində 20 dəfə evə zəng vururdu evə, hamama da telefonla girirdim.Çünki bir az gec cavab verəndə istintaq başlayırdı 2-3 gün söz söhbət kəsmirdi.Telefon niyə zanit idi,nə bilim niyə gec cavab verirsən...Uşağı havaya belə anam gəlib çıxarıb mən çıxa bilməzdim.Mənə inanıb güvənənə kimi səbr etməliydim,etdim də.İkinci uşaq olandan sonra mən azad oldum bir qədər.Ancaq bir dəfə də nə əl qaldırıb,nə də nalayiq bir söz işlədib.Belə olsaydı bir dəqiqə də dözüb qalmazdım. Ər-arvad da olsaq aramızda həmişə bir pərdə saxlamışıq.(Əgər o pərdə götürülərsə birlikdə yaşamağın mənası yoxdur.) Evə gəlib bir şirin söz deyəndə hər şeyi unudurdum.Çünki aramızda böyük bir sevgi vardı.Elə indi də, heç vaxt xətrimə dəymir,mənə qulaq asır,bir sözlə evinin qulluqçusu,uşaqlarının baxıcısı kimi deyil evinin xanımı,həyatının qadını kimi münasibət göstərir.Mənim də borcumdur ona hörmət edim. Mənim feminist olmağa haqqım varmı??

He baci! Oxudum senin erini seni qisqanmagi sevgiden ireli gelirdi. Amma bezen ele olmur.Ozu eve gizli nomre ile zeng vurub sonra senden sorusur ki o kimdir . Axi kim oldugunu bilmirsen bilmirem deyende de o qeder doyur ki sonra da baslayir ele salmaga ki xeste qiz veribler mene yerinden dura bilmir. Bele ksilere dzomeye deymez!
Sabahım. | 18 iyul 2013 15:18 | Status: Professional user | Şərh: 3 359
Sitat: Gunel
Sitat: Aynur_Qurbanqizi
Ozunuz bilirsiz ki, nishani qayitmish qiz ne demekdir.

Ne demekdirki ay Aynur?De bizde bilek?belke qebahetli ish gormushuk?

HİŞANI QAYTARMAQ YAXŞIDIR NƏİNKİ AYRILMIŞ QADIN OLMAQ.
nailem | 18 iyul 2013 14:56 | Status: Şərhçi | Şərh: 314
of basim yaman qarisdi diyesen men ere getmiyecem gelecekde qorxuram yaxsi insanla qarsilasmayim ayrilim bir de namuslu qadin evli de bosanmis da olsa namusludur
Lumia | 18 iyul 2013 14:40 | Status: Professional user | Şərh: 5 378
[quote=Gunel][quote=Aynur_Qurbanqizi]Ozunuz bilirsiz ki, nishani qayitmish qiz ne demekdir.[/quote]

Ne demekdirki ay Aynur?De bizde bilek?belke qebahetli ish gormushuk?

Nisani qayitmis qiz hec de nese demek zad deyil Aynur xanim.Biz burda ersiz qadinlar terbiyesiz olur deyen userin agzindan vururuq,siz de ozunuz bilirsiz nisani qayitmis qiz ne demekdir deyirsiz.O mutereqqi fikirleriniz nedir,bu sozunuz nedir men anlamadim.Men birinci nisanimi qaytarmisam,pis zad da baxan olmayib mene,ne qeder de evlenmek isteyen vardi menle bile bile ki,nisan qaytarmisam.Men de onlardan birini secdim ve aile qurdum,cox da xosbextem,yoldasim bir defe de olsun o barede menden hecne sorusmayib.Teze tanis olanda ozum demisdim,dedi problem yoxdu,heyatdi haminin basina gele biler,esas odu sen yaxsi olasan.Bir de cemiyyet dediyin bosanmisa nisani qayitmisdan daha pis baxir.Sozum size ve ya kimseye aid deyil ha,menim ucun hec bir problem yoxdur,men qardasima da,ogluma da bosanmis qadin alaram.Sadece muqayise eledim.
Ayka21 | 18 iyul 2013 14:04 | Status: Yazar | Şərh: 2 770
[quote=Vetenperver]Sona-bakinka,
"Mence eri olmayan gadin terbiyesiz qadindi!"
Nə haqnan bu sözü işlədirsiz?!Günahdır bilmədiyin qadına tərbiyəsiz demək!Aynurun mən hələ tərbiyəsiz hərəkət etdiyini görməmişəm.Ərsiz qadınların hamısı eyni deyil,düşündüyünüzdə çox səhvsiz!Heç vaxt belə söz işlətməyin!

Sona-bakinka,
"agilli gadinlarin eri varli olur!"
Ərinin varlı ya kasıb olması o qadının ağlı ilə heç bir əlaqəsi yoxdur!

Sona-bakinka,
"Mence bu sayta ekseriyyeti oz agliynan yashamayan insanlardi!"[/quote]
Bizcə isə siz öz ağlınızı itirmisiz,çünki bilmədən belə söz yazmazdız.

Sona-bakinka,
"VETENPERVER bu sovbeti shishirt"
Sizin söhbətiniz heç xoşuma gəlmədi,ona görə onu şiritmək yox yatırtmaq qərarına gəldim.
[/quote]
Tamamile razıyam halaldı sene qardaşım çox sağolki qısa ve konkret cavabın verdiyin üçün
nurka85 | 18 iyul 2013 13:44 | Status: Şərhçi | Şərh: 242
Sitat: Vetenperver
Vetenperver

Cox sag ol! Yazdigin ellerin var olsun! Bizim exlaqimizi lekeleyen bax ele bu cur qadinlardir.
Vetenperver | 18 iyul 2013 12:46 | Status: Professional user | Şərh: 6 699
Sona-bakinka,
"Mence eri olmayan gadin terbiyesiz qadindi!"
Nə haqnan bu sözü işlədirsiz?!Günahdır bilmədiyin qadına tərbiyəsiz demək!Aynurun mən hələ tərbiyəsiz hərəkət etdiyini görməmişəm.Ərsiz qadınların hamısı eyni deyil,düşündüyünüzdə çox səhvsiz!Heç vaxt belə söz işlətməyin!

Sona-bakinka,
"agilli gadinlarin eri varli olur!"
Ərinin varlı ya kasıb olması o qadının ağlı ilə heç bir əlaqəsi yoxdur!

Sona-bakinka,
"Mence bu sayta ekseriyyeti oz agliynan yashamayan insanlardi!"[/quote]
Bizcə isə siz öz ağlınızı itirmisiz,çünki bilmədən belə söz yazmazdız.

Sona-bakinka,
"VETENPERVER bu sovbeti shishirt"
Sizin söhbətiniz heç xoşuma gəlmədi,ona görə onu şiritmək yox yatırtmaq qərarına gəldim.
nurka85 | 18 iyul 2013 11:42 | Status: Şərhçi | Şərh: 242
Sitat: sadəcə MƏN
sadəcə MƏN

Senin Sona bakinkana cavab veren dilivi yeyim!
NURLU | 18 iyul 2013 08:10 | Status: Professional user | Şərh: 5 552
hecne demiyecem her kes lazim olani yazib herenin bir qismeti var
Aynur89 | 18 iyul 2013 00:40 | Status: Qonaq | Şərh: 0
Niwanli olub qaytarmaq evlenib bowanmaqdan daha agilli hereketdir. Niwanlliliq ne ucundu r? Insanlarinin bir birini daha yaxindan tanimaq ucun verilen vaxt.! bu vaxtda ayrilmaq daha yaxwidir gedib bir uwaqla bowanmaqdan. siz ne qeder desez ki men cemiyyetden asili deyilem ama siz cemiyyetin qurbanlarindan birisiz. Siz cemiyyetin qazdigi quyulara duwenlerdensiz. cemiyyeti qulaq ardi edib niwani qaytarsaydiz indi belke de tamam bawqa biriyle gozel goycek aile qura bilerdiz. ziyanin harasindan donsen kardir deyirler
v_ü_s_ü | 18 iyul 2013 00:31 | Status: Şərhçi | Şərh: 37
Sitat: Aynur_Qurbanqizi
Valideynler ve cemiyyet mecbur etdi. Ozunuz bilirsiz ki, nishani qayitmish qiz ne demekdir. Hetta toy gunu evden qachmishdim turub geri qaytardilar

burası düzdür,şəxsən mənim qaynanamda elə birisidir ki,nişanı qayıtmış qızı oğluma heç vaxt almazdım deyir...buda fakt.
Gunel | 17 iyul 2013 23:50 | Status: Professional user | Şərh: 4 087
Sitat: Aynur_Qurbanqizi
Ozunuz bilirsiz ki, nishani qayitmish qiz ne demekdir.

Ne demekdirki ay Aynur?De bizde bilek?belke qebahetli ish gormushuk?

Sitat: Aynur_Qurbanqizi
İndi 1 aydir atasi ile kef edir. Menim yanima sentyabrda gelecek. Qizim butun gunu atasi iledir. Ve kefe de eladir

Eger ele yaxshi atadirsa o zaman niye yeniden birlikde aile qurub tam olaraq yashamirsiz?Xoshunuza gelir ushagi her defe bele ora bura dartmaq?Olmazki ele atasi,anasi ile birlikde bir damin altda qalsin?Deyirsen atasi ile kef edir.Belke dushunesen hele aileni berpa etmek ucun hele nese var ola biler.
N.Lady | 17 iyul 2013 23:18 | Status: Şərhçi | Şərh: 84
Sitat: Aynur_Qurbanqizi
Bash uste ))

Basin var olsun.
Sitat: Aynur_Qurbanqizi
Allahim, bu cur qadinlari ozumu asmaq isteyirem

Yox sen elini qana bulama o bu agilla ozu-ozunu asacaq bele getse lol
sheh | 17 iyul 2013 23:11 | Status: Yazar | Şərh: 3 353
o biri səhifələr açılmadı məndə.Aynurdu da,nə deyim e ))))balaca bacımdı da.İnsan bacısına qarşı necə yanaşır,pisinə də gülümsəyib keçirsənş.amma qıraqdan biri bir söz deyəndə aslana dönürsən)))
Allah balanın xoşbəxtliyini görməyi sənə qismət eləsin,bacım.Qarşına elə bir kişi ççıxsın ki,bütün bu müsahibələri onunla baş-başa gülə-gülə oxuyasan.
Papasinin_Gul_Balasi | 17 iyul 2013 22:52 | Status: Qonaq | Şərh: 0
Mence Aynur xanim sizin ailenizde dava -dalasin sebebinen biride sizin qarsi terefe olan istekliyiniz olubdu.Cunki,seven insan ucun sevdiyinin aci sozude ona xos geler.Siz eger kecmis yoldasinizi sevseydiniz o dava dalasda olmazdi o derecede.Bele basa dusdum siz gozlemisinizki o sizin ureyinizi alsin o sizi ozune asiq etsin.Ancaq gerek sizde addim atardiniz.Mence ailede qadin onemli rol oynayir sirin dil ve sebr.Eger istemirdinzse ele nisanida atardiniz gerek.Qohum-qonsu aile qurmurki siz qurursunuz. Mence sirin dille ve sebrle en problemli ailelerde bele problemleri hell etmek olar. Yenede Allah layiq olan her kesi xosbext etsin.Amin.

Asagida bir beyinsiz user yazibki ''eri olmayan qadin terbiyesiz qadindi ,agilli qadinlarin eri varli olur''. Hiss olunurki bu user agilsizliqdan eziyyet cekir,duzgun dusunmeyi bacarmir. O qeder Ersiz qadin varki nece terbiyeli,oz namusun qoruyub. Pulu olan qeyretsize ere getmekdense kasib olub ancaq merd olan insana gederem. Sen dediyin agilsiz qadinlardiki onlar ere yox pula gedibler yeni bezileri. Pul xosbextlik demek deyil ,senin duzdu her bir maddi ehtiyacivi qarsiliya biler,Ancaq mueyyen vaxtdan sonra insana ona heqiqeten deyer veren onu seven insana ehtiyaci olur ,onun pulunu sevene yox! Userlerin eseblerini korlama !
Ceper Sercesi | 17 iyul 2013 21:52 | Status: Şərhçi | Şərh: 109
"Hələ toy olmamışdan boşanmanı planlamışdım"

Təqdirəlayiq plan olub, adminə xanım. wink
Necime | 17 iyul 2013 21:26 | Status: Qonaq | Şərh: 0
ne bilim Aynur xanim her fikrinize hormetle yanasiram.Dusunuremki cesaretli xanimsiniz
Sabahım. | 17 iyul 2013 20:59 | Status: Professional user | Şərh: 3 359
Sitat: Sona-bakinka
Mence eri olmayan gadin terbiyesiz qadindi!

bu düz deyil .cünki qismət...
"Hələ toy olmamışdan boşanmanı planlamışdım"
bu süz ondan xəbər verir ki sizin ücün əvvəldən ailə mənasız imiş.
Sitat: sadəcə MƏN
Yalnız 1 şeyi deyəcəm hər insan özü seçdiyi həyatı,taleyi yaşayır.İlk səhvinizi məhz sevmədiyiniz insanla evlənməklə etmisiniz

elə özü belə istəyib.sevmədiyi niyə özü tapıb ki internetdən.

Sitat: Aynur_Qurbanqizi
Hardan bilim ki, il aydan hamile qalacam

ərə gedənin uşağı olar da
Sitat: Aynur_Qurbanqizi
Atasz niye qalir ki? İndi 1 aydir atasi ile kef edir. Menim yanima sentyabrda gelecek. Qizim butun gunu atasi iledir. Ve kefe de eladir

deməli o ata kimi də kişi kimi də yaxşıdır.

kecmiş ərinin mərifəti burdan görünür ki bu qədər ittihamlarına bir dəfə cıxıb qarşılıq vermir.
ARZUM 01 | 17 iyul 2013 20:32 | Status: VİP user | Şərh: 768
7
Sitat: Sona-bakinka
Mence bu sayta ekseriyyeti oz agliynan yashamayan insanlardi! Mence eri olmayan gadin terbiyesiz qadindi! agilli gadinlarin eri varli olur! Aynur ozu batir ve ozun dalinca bir suru qadin cehenneme aparir! incime Aynur bu feminist sovbetidi!VETENPERVER bu sovbeti shishirt

necede agilsiz insansiniz.size xanim demirem cunki xanim sozune laiq deyilsiniz.nece boshanmish namuslu xanimlarimiza soz atirsiniz.bashiniza geler ve gelib burda xanimlardan uzr iseyersiniz
Gulnare4 | 17 iyul 2013 19:55 | Status: Gümüş user | Şərh: 1 255
ne bilim Valla Allah hec kimi sevmediyi insana qismet elemesin amma her bosanan qadinda Aynur kimi sansli olmaya biler
yanmış gündəliklər | 17 iyul 2013 19:07 | Status: Qonaq | Şərh: 0
MENI DE EVDEN VERIBLER .MEN BIR SEYI BASA DUSE BILMIREM INDI DE OZUM OZUME IZAH EDE BILMIREM KI AXI MENIM ANAM BIR ANA OLARAQ MENI 16 YASINDA OZUMDEN 14 YAS BOYUK OLANA NECE QIYDI(? OZUM INDI BIR ANA OLARAQ ANALIQ HISLERININ EN FEDAKARCASINA INKISAF ETDIRMIS BIR ANA KIMI OZ ANAMIN HISLERINI ANLAYA BILMIREM((((((BUNU VALIDEYINLERIME DE DEMISEM ATAMA DEMISEM KI MEN SENI ANLAYA BILMEREM CUNKI TEBII KI MEN ATALIQ HISSLERI NECE OLAR BILMEREM SEN O VAXTI NE HISSLER KECIRDIBSEN HANSI DUSUNCEYE ESASLANIB BU ADDIMI ATMISAN.AMMA ANAMI BIR ANA OLARAQ DERK EDE BILMIREM .VALIDEYIN MESULIYYETSIZLIYINE SON QOYMAQ LAZIMDIR EGER MENE IXTIYAR VERSEYDILER EN AGIR CEZANI ISTERDIM

Sitat: yanmış gündəliklər

[hide][/hide]

Banu. | 17 iyul 2013 18:45 | Status: Admin | Şərh: 2 266
Sitat: sadəcə MƏN
Bu hissəsinə isə əminəm ki layiqli cavab alacaqsan Vətənpərvər bəydən!

Men de o cavabi sebirsizlikle gozleyirem....
Banu. | 17 iyul 2013 18:38 | Status: Admin | Şərh: 2 266
Sitat: Aynur_Qurbanqizi
Sitat: Sona-bakinka
Mence bu sayta ekseriyyeti oz agliynan yashamayan insanlardi! Mence eri olmayan gadin terbiyesiz qadindi! agilli gadinlarin eri varli olur! Aynur ozu batir ve ozun dalinca bir suru qadin cehenneme aparir!

Allahim, bu cur qadinlari ozumu asmaq isteyirem dash2 İnshallah, qarshina bir eclaf chixar ve sen de ersiz qalarsiz. Onda baxariq gorek bele boyuk-boyuk danisha bilesiz, yoxsa yox. Yox eriniz varsa ve her shey yaxshidirsa, dilerim,o erinizi bir qadin yoldan chixartsin, ersiz qalin, o zaman atan evinde oturub terbiyesiz qadin olmaqini beyan edersen...

Herden fikirleshirem ki goresen bele yazanlar dpogrudan bele fikirleshirler ya diqqet cekmek ucun bele yazirlar((Teccub edirem insan dushuncelerinin bu qeder dayazligina((Tay sosum yoxdur size Sona Bakinka.
Aynur_Qurbanqizi | 17 iyul 2013 18:34 | Status: Technical | Şərh: 1 170
Sitat: Lumia
Ikincisi siz bele agillisiz ki,deyirsiz eri olmayan qadin terbiyesiz qadindi?Size kim ixtiyar verir bele umumi halda ersiz qadinlari tehqir etmeye?Sehv etmiremse ozunuz de ailelisiz,heyatdi bilmek olmaz hele sabah ne olacaq,Allah elememis,iraq olsun siz de bosansaz ve ya eriniz rehmete getse siz de ersiz statusu alacaqsiz,onda basqa ersiz qadinlara vurdugunuz terbiyesiz etiketini ozunuze de yapisdiracaqsiz?

good

Sitat: Seyidli
Heç kimi qınamayın həm də, ÇÜNKİ QINANMADAN ÖLMƏZSİZ, DEDİKLƏRİNİZƏ DƏ BİR_BİR CAVAB VERMƏLİ OLARSIZ!
NECƏ ƏSƏBİLƏŞDİMEEE.

wink Esebleshme ezizim )

Sitat: Nurus.
inanirsiz semimi sozumdu.Men Aynur xanimi tvde gorenden perestiskarliq edirdim.Saytda qeydiyyatdan kecendede hele bilmirdimki adminimiz Aynurdu.Sonra onun seklini gorende qizlardan sorusdumki bu jurnalisti tvde gormusem onun sekli burda ne gezir?Onlar mene deyendeki saytin adminidi inaninki sevincimden bilmedim ne edim.Cox isteyirem Aynuşu.Allah onun yolunu her terse aciq elesin.

Chox saq ol nn7
tenhaqiz | 17 iyul 2013 18:30 | Status: VİP user | Şərh: 477
Maraqlı müsahibədir.Xoşuma gəldi.
Aynur_Qurbanqizi | 17 iyul 2013 18:28 | Status: Technical | Şərh: 1 170
Sitat: N.Lady
Siz Allah bir isin qulpundan yapisib onu bitirib sonra digerine kecin...Yarim-yarimciq hec de gozel olmur

Bash uste ))

Sitat: Sona-bakinka
Mence bu sayta ekseriyyeti oz agliynan yashamayan insanlardi! Mence eri olmayan gadin terbiyesiz qadindi! agilli gadinlarin eri varli olur! Aynur ozu batir ve ozun dalinca bir suru qadin cehenneme aparir!

Allahim, bu cur qadinlari ozumu asmaq isteyirem dash2 İnshallah, qarshina bir eclaf chixar ve sen de ersiz qalarsiz. Onda baxariq gorek bele boyuk-boyuk danisha bilesiz, yoxsa yox. Yox eriniz varsa ve her shey yaxshidirsa, dilerim,o erinizi bir qadin yoldan chixartsin, ersiz qalin, o zaman atan evinde oturub terbiyesiz qadin olmaqini beyan edersen...
Gunnare_ok | 17 iyul 2013 18:25 | Status: VİP user | Şərh: 332
Yazi ucun tesekkurler,cox maraqlidir. Sizinle hemfikirem Baxmayaraq ki sizi şexsen tanimiram sizin kimi saglam dusunceli bir xanimla qururlaniram!!Insallah qarsiniza qoydugunuz işlerinizi de ugurla neticelendiresiniz. nn35