Azadqadin.az / Biz mətbuatda

"Yenilikləri sevirəm, nə qədər eyni sifətə baxmaq olar?"

Aynur_Qurbanqizi | 25-05-2012, 17:28
6 186 160
Əziz dostlar, publika.az saytında dərc olunan müsahibəmi sizlərlə də bölüşmək istədim. 
Müsahibə təklifi üçün Gunay Muradlıya təşəkkür edirəm. 
 
 
 
Publika.Az-ın "Beşmərtəbə" layihəsinin budəfəki qonağı Aynur Qurbanqızıdır.

Dəyişmək istərdinizmi?

1. İllərin sürətini...
- Hə. Çox arzularımı reallaşdırmaqda gecikmişəm, zamana ehtiyacım var.

2. Çevrənizi...
- Hə. Monotonluqdan çıxa bilmirlər, məni də özləri ilə bərabər qaranlıq quyuya çəkirlər.

3. Adınızı...
- Hə. Yaxın günlərdə Aynurəni rəsmi şəkildə Aynurla əvəz edəcəm

4. Yaşınızı...
- Hə. Ciddi kompleksimdir, heç yaşlaşmaq, qocalmaq istəmirəm.

5. Bədəninizi...
- Hə. İndiki halımda da yaxşıdır, amma 5-6 kq arıqlasam pis olmaz.

 Görüşməyi arzulardınızmı?



 1. Yadplanetlilərlə...
 - Hə. Yenilikləri sevirəm, nə qədər eyni sifət görmək olar?

 2. İlk sevginizlə (ilk sevdiyinizlə)...
 - Yox. Hisslərim bitəndə heç vaxt geri qayıtmır.

 3. Məhəmməd Füzuli ilə...
 - Yox. O, heç bilmir facebook nədir...

 4. Vanqa nənə ilə...
 - Yox. Gələcəyimi bilmək qorxudar məni.

 5. İlk insan olan Adəmlə...
 - Hə. Bilmək istərdim zamanın ələyindən keçməyən insan necə olur?

 Darıxırsızmı?



 1. Uşaqlığınız üçün...
 - Yox. Qız doğulduğum üçün düz-əməlli, azad, ürəkdolusu uşaq sevinci yaşamamışam.

 2. Uzaq bir yer üçün...
 - Hə. Azərbaycan mühitindən qısa müddət də olsa uzaqlaşmaq, yeni, fərqli düşüncələr olan bir aləmə düşmək istərdim.

 3. Dünyasını dəyişmiş kimsədən ötrü...
 - Yox. İşim elə çoxdur ki, diriləri düşünməyə zaman çatmır.

 4. Gələcəyi gözləməkdən...
 - Yox. Zaman elə sürətlə keçir, üstəlik gələcək yaş artması deməkdirsə, gəlməyini heç istəmərəm.

 5. Bəzən səbəbsiz...
 - Hə. İş-ev arasında olan monoton həyatdan yoruluram.

 Oxuya bilirsizmi?



 1. Hər gün kitab...
 - Hə. İnsanlarla münasibət, aforizmlər, uğur qazanmağın yolları kimi mövzularda kitabları sevirəm

 2. Hər səhər qəzet...
 - Yox. Əvvəllər 1 gün belə ötürmürdüm, amma indi informasiya tələbatımı saytlar ödəyir.

 3. Elektron material...
 - Hə. Saytım olduğu üçün bu, vacibdir.

 4. Mahnı...
 - Yox. Müğənniləri utandırmaq istəmirəm.

 5. İnsanları üzündən...
 - Yox. İnsanlar o qədər hiyləgərləşib ki, hər kəsi üzdən oxumaq artıq çətinləşib.

 İnanırsızmı?



 1. Sevdiyinizə yüz faiz...
 - Yox. Olsaydı inanardım yəqin ki...

 2. Bəşəriyyətin xoşbəxt gələcəyinə...
 - Hə. Xarakterimdın irəli gələrək hər şeyə, o cümlədən gələcəyə də optimist baxıram.

 3. Allaha...
 - Hə. Bəzən pis formada təqdim edilən dinlərə inancım tükənsə də, Allahın varlığına hər zaman inanmışam.

 4. İlk dəfə rastlaşdığınız adamın vədlərinə...
 - Yox. Ümumiyyətlə insanlara nadir hallarda inanıram.

 5. "Siz hamıdan yaxşı adamsınız” sözünə...
 - Bəli, mən yaxşı adamam, amma məndən də yaxşıları var.

Publika.Az,  Gunay Muradlı
 
 
http://www.publika.az/news.php?id=5425

Buyurun oxuyun və fikirlərinizi yazın )  Hansı fikrimlə razı deyilsiz ) 



Purple_Butterfly | 9 sentyabr 2015 10:04 | Status: Şərhçi | Şərh: 146
Chox sag olun xebere gore. Maraqli idi.
Sunay Elizade | 1 iyun 2015 11:38 | Status: Gümüş user | Şərh: 2 157
sk xebere gore
Gulshen. | 18 fevral 2014 17:06 | Status: Qonaq | Şərh: 0
Heyatinda ugurlar
nurla | 13 fevral 2014 15:19 | Status: VİP user | Şərh: 824
AYNUR XANİM COX GOZEL VE AGİLLİSİNİZ SİZİNLE TAM RAZİYAM 
kepenek_0202 | 26 noyabr 2013 20:25 | Status: Şərhçi | Şərh: 221
bu xeberi hec gormemiwdim ne yeni aynur xanimin esl adi aynure olub ki
ramile79 | 26 noyabr 2013 09:03 | Status: VİP user | Şərh: 646
hamiyla razi deyilem bezileri tam dunyaperest fikirlerdir
Sebiska xanim | 12 avqust 2013 01:40 | Status: Qonaq | Şərh: 0
MENIM FIKRIMCE ESL QADIN SIMVOLUDUR DEYANETLI
Alone Girl | 25 iyun 2013 19:11 | Status: Gümüş user | Şərh: 1 679
hamisiyla raziyam
Inci deniz | 25 iyun 2013 01:56 | Status: Yazar | Şərh: 2 379
Demek olar ki hamisiyla raziyam
Akademik | 1 iyun 2013 19:40 | Status: Professional user | Şərh: 4 580
ƏLA MÜSAHİBƏDİR.
-ANGEL- | 18 may 2013 14:48 | Status: Şərhçi | Şərh: 167
MARAQLI MÜSAHİBƏDİR.
Girl | 7 may 2013 15:14 | Status: Professional user | Şərh: 8 206
maraqlidir
Akademik | 28 aprel 2013 01:41 | Status: Professional user | Şərh: 4 580
ÇOX MARAQLI İDİ. TƏŞƏKKÜR EDİRƏM. smile
H.Fidan. | 9 fevral 2013 17:29 | Status: Şərhçi | Şərh: 205
Sizin fikirlərinizlə razılaşmamaq olar?axı siz ağıllı xanımsınız.Maşallah.
kirik_kalp | 17 yanvar 2013 08:33 | Status: Qonaq | Şərh: 0
ugurlarinin davami gelsin canim :n36:
Gulnare4 | 29 dekabr 2012 21:46 | Status: Gümüş user | Şərh: 1 255
:n19:
Aliyeva | 29 dekabr 2012 21:38 | Status: Yazar | Şərh: 4 036
her gun yeni bir ugur arzulayiram
BAYACAM | 24 dekabr 2012 22:15 | Status: Professional user | Şərh: 1 042
uqurlar AYNUW
Listen to you heart | 14 dekabr 2012 10:48 | Status: VİP user | Şərh: 805
heyatinizda ve islerivizde ugurlar arzu edirem
Nurus. | 9 dekabr 2012 12:45 | Status: Brilliant user | Şərh: 6 982
Aynur xanim sizin bu xozel xasiyyetinize heyrem olnusam.Size ugurlar,xosbextlik arzulayiram
gulnar aydinli | 23 noyabr 2012 13:11 | Status: Qonaq | Şərh: 0
Ugurlar
P.S | 20 noyabr 2012 21:57 | Status: VİP user | Şərh: 995
ugurlar.
ruzgargulum | 19 noyabr 2012 19:00 | Status: Brilliant user | Şərh: 2 493
cox maraqli idi ancaq qocalmaqdan qorxmaq lazim deyil onsuzda qocalacagiq her ilimizi gozel qarsilayib gozel yola salsaq belkede heyatimiz 1az asanlasar
Asya Qurbanova | 11 noyabr 2012 22:04 | Status: Gümüş user | Şərh: 715
Cox maraqlu Size heyatda muveffeqiyyetler arzu edirem
sabina bayramzade | 11 noyabr 2012 20:18 | Status: Qonaq | Şərh: 0
Aynur xanim maraqli idi.Size sualim var.mende adimi deyisdirmek isteyirem,lakin kime muraciyyet edeceyimi bilmirem.Men Rusyada yasayiram,qizim burda mektebe gedir.Azerbaycana tez tez gele bilmirem.Bilmek isterdim ki,huquqi prosedur ne qeder cekir.|Mene komeklik etseniz cox sevinerem.
cucem. | 11 noyabr 2012 15:32 | Status: Professional user | Şərh: 4 415
Dine aid sual mene qaranliq qaldi qalan hamisi maraqli idi :n26:
KoBrA | 11 noyabr 2012 12:29 | Status: Şərhçi | Şərh: 115
İnanırsızmı?


1. Sevdiyinizə yüz faiz...
- Yox. Olsaydı inanardım yəqin ki...

Olsaydi mende inanardim wink
casiye 45 | 11 noyabr 2012 12:26 | Status: Gümüş user | Şərh: 1 449
maraqlidir,, hahahahahah
3. Məhəmməd Füzuli ilə...
- Yox. O, heç bilmir facebook nədir... cox xowuma geldi
Mickey Mouse | 11 noyabr 2012 10:53 | Status: Professional user | Şərh: 4 008
twk :n32:
elnare terlan | 11 noyabr 2012 10:35 | Status: VİP user | Şərh: 1 407
yaxsi adamam amma mendende yaxsilari var