Azadqadin.az / Biz mətbuatda

"Hələ toy olmamışdan boşanmanı planlamışdım"- MÜSAHİBƏ

Aynur_Qurbanqizi | 17-07-2013, 13:00
16 226 98


Azvision.az saytına müsahibəm



 

"Həyatdan bezdiyim vaxtlar olur, hətta intihar belə etmək istəmişəm"


"Azvision.az" saytının növbəti müsahibi jurnalist, "azadqadin.az" saytının yaradıcısı Aynur Qurbanqızıdır. Feminist düşüncələrilə məşhurlaşan bu xanım elə müsahibə boyu da fikirlərindən əl çəkməyib.

- Azadqadin.az saytını yaratmaqda əsas məqsədiniz nə idi?

- Azərbaycanda bir qadının yaşadığı bütün problemlər məndən də yan keçməyib. Təhsilimə, sərbəstliyimə qadağalar, daha sonra məcburu evlilik, uğursuz ailə həyatı, "ər evindən kəfənlə çıxacaqsan” kimi ifadələrlə boşanmama icazə olmaması... Buna görə həyatımın 7 ilini əzabla keçirmək və bir çox yaşadığım nüanslar bu cəmiyyətə içimdə bir nifrət hissi yaratmışdı. Azadqadin.az saytı bu hislərdən doğdu. Həyat şüarım belədir: "Özünü xilas edəcək yeganə insan sənsən”. Məqsədim qadınlara məhz bunu anlatmaqdır. Çünki, qadın kimi doğulmaq bizim günahımız deyil. O zaman niyə biz qadın olmağın çətinliklərini yaşamalıyıq?! Ailə uğursuz olub deyə bir qadın ömrünün sonuna kimi bədbəxt yaşama məhkum olunmalıdır?!

- Bəs dediyiniz kimi uğursuz ailəsi olan bir qadın özünü necə xilas edə bilər?

- Qadın köləliyinin, əsarətinin, problemlərin kökündə kişidən maddi asıllıq dayanır. Demək, qadının xilası bu asıllıqdan qurtulmaqdır. Təhsil, iş, hər hansı ixtisasa sahib olmaq, bir sözlə qadın öz ayaqları üstündə dayanmağı bacarırsa və psixoloji olaraq cəmiyyətin yaratdığı sterotipləri qıracaq qədər mənən güclüdürsə, bu onun qurtuluşudur. Yeri gəlmişkən, məhz buna görə saytımda iş elanları bölməsi də istifadəyə vermişəm.

- Sizin azadlıq kriteriyalarınız nədir? Necə bir qadını azad qadın hesab edirsiz?

- İki il öncə saytı istifadəyə verəndə azadqadın.az domen adına görə, böyük təzyiqlərlə üz-üzə qaldım. İnsanlar heç cür bu ifadəni qəbul edə bilmirdilər. Cəmiyyətimizdə azad qadın dedikdə yalnız fahişələr hesab olunur. Mənsə, hər zaman demişəm ki, fahişə azad deyil, çünki azad qadın mənliyini pula satmaz, kişilərə möhtac qalmaz. Mənə görə, qadın azadlığı öz hüququnu bilməsi, haqqını müdafiə etmək bacarığına və istəmədiyi hər bir şeyə YOX demə gücünə sahib olmasıdır. Qısacası, azadlıq insanın ruhunda olmalıdır. Bəzi qadınlar var ki, çadrada gəzir, amma mini yubka geyinib gəzənlərdən ruhən daha azaddırlar.

- Bəs saytınıza daha çox hansı problemlərlə müraciət edirlər?

- Azadqadin.az-da çoxsaylı maraqlı layilərimiz var. Onlardan ən məşhuru "Məktub var” layihəsidir ki, gündəlik bir qadının taleyini insanların müzakirəsinə veririk. Yəni məktub şəklində hər kəs öz problemini, yaşantılarını, həyatını bizə yazıb göndərir. Biz isə, ona həm mənəvi dəstək olur, məsləhətlər verir, eyni zamanda oxuculara təqdim etməklə istəyirik ki, başqalarının səhvlərindən özlərinə nəticə çıxartsınlar. Problemlər adətən kişilər tərəfindən təzyiq və aldanmalarla bağlıdır. Məktublar o qədər maraqlı olur ki, çoxları bunun real olduğunu qəbul edə bilmir, zənn edirlər ki, biz özümüzdən uydurub yazırıq. Amma, gerçəkdən bunlar real yaşantılardır. Hətta bəzən mən özüm oxuduqda şoka düşürəm ki, ilahi, Azərbaycanda nələr varmış, nələr yaşanır...

- Gələcəkdə bu işi genişlənidrib qadınların hüquqlarını müdafiə edən hər hansı bir QHT və ya qadın təşkilatı yaratmaq istərdinizmi?

- Demək olar ki, bir qadın təşkilatının gördüyü işləri görürük. Hətta bəzilərindən daha çox iş görürük. Azadqadin.az-da pulsuz hüquq, psixoloq bölmələri fəaliyyət göstərir. Fəaliyyətimiz genişdir, amma təəssüf ki, maddi dəstəyimiz olmadığına görə bir çox layihlər də yarımçıq qalır. O səbəbdən ki, jurnalistlərə qonarar vermək gücündə deyilik. Təkbaşına da bu qədər işi uğurla görmək çətin olur. Bu səbəbdən bir ara təşkilat açmaq haqda ciddi düşünmüşdüm. Təşkilat olduqda müəyyən qurumların layihələrə maddi dəstək göstərməsi daha rahat olur və bununla qadınlara daha çox yardımımız toxuna bilərdi. Amma, təşkilat sahəsində heç bir təcrübəm və ətrafımda da bu işi bilən bir komanda olmadığı üçün hələlik fikrimdın vaz keçdim. Bir işdə uğurlu olmaq üçün öncə onun incəliklərini bilmək lazımdır.

- Adınızın əvvəlinə feminist sözünü yazmaq olar? Yeni siz özünüzü feminist hesab edirsiniz?
- Mənə görə, feminizm qadın və kişi hüquq bərabərliyi uğurunda mübarizə aparan cərayandır. Bu yöndən özümü feminist hesab edirəm.

- Qadınları azadlığa səsləyən Aynur xanım bəs özünü necə azad qadın hesab edirmi?

- Facebook səhifəmdə bu sualla dostlarıma müraciət etdim və məlum oldu ki, mən azad qadın deyiləm (gülür). Bayaq qeyd etdiyim kimi, mənim azadlığımın ruhumdadır. Kimsə mənə nəsə məcburiyyət edə, yaxud hər hansı arzumun reallaşmasının qarşısını kəsə bilməz. Amma bəzi məsələlər var ki, orada azad deyiləm. Tutaq ki, mən bir kişiyə aşiq olsam "azad və yetkin qadınam, ürəyim nə istəyir onu da edərəm” deyib o şəxslə yaxın münasibət qurmaram. Yaxud, kefim istəyən vaxt istədiyim yerə gedə bilmərəm. Çünki, bir Azərbaycanlı ailəsində doğulmuşam, atamın-qardaşımın dəyərlərinə hörmət etməliyəm. O cümlədən, özüm üçün qoyduğum bəzi sərhədlər var ki, azadlığım orada çərçivələnir.

- Facebook demişkən, bu sosial şəbəkədən neçə vaxtdır istifadə edirsiniz? Ümumiyyətlə facebook sizə nə verir?

- Səhv etmirəmsə, 3 ilə yaxındır sosial şəbəkə qurbanıyam (gülür). Facebook mənə çox şey verir və verdiyi qədər də alır. Fikirlərimi minlərlə insana çatdırmaq şansı, tənhalıqdan uzaqlaşmaq, özümü ifadə etmək, yaxşı dostlar qazanmaq, bir çağırışıma qısa vaxtda yüzlərlə insandan dəstək gəlməsi, saytımın daha geniş çərçivədə tanınması və s. Məndən aldığı isə, qızıldan qiymətli olan vaxtdır. Saytımın facebook səhfəsi 50 min, adımı daşıyan şəxsi səhifəmin üzv sayı isə 24 minə çatır. Mən artıq səhifəmi bəyənənlərə görə, məsuliyyət daşıyıram. Onlar mənə bu cür dəyər verirsə, demək mən də onlara günlərini maraqlı keçirmələri üçün, eyni zamanda qarşıma qoyduğum missiyamı çatdırmaq üçün maraqlı yazılar təqdim etməliyəm. Bunun üçün axtarışlar edirəm, şəkillər hazırlayıram, o cümlədən xanımlar öz problemlərini mənə facebookdan yazdıqları üçün hər gün onlarla məktub alıram, onlara baxmaq, cavab yazmaq böyük vaxt itkisidir. Bəzən olur ki, səhərə qədər oyaq qalıram. Bir sözlə, şəxsi həyatımı işə qurban gedib.


- Bəs saytın maliyyə problemlərini necə həll edirsiniz? Sayta sponsorluq edən var ? Yoxsa reklam hesabına dolanırsınız?

- Saytın maliyyə problemlərini özüm təkbaşına həll edirəm. Təbii ki, bu mənim üçün çox çətindir. Əksər hallarda universitetdən aldığım maaşımı sayta xərcləyirəm. Reklam sahəsində də uğurlu deyilik. Baxmayaraq ki, sayta gündəlik 13-14 min İP adresindən giriş var. Aylıq 300-400 min arası insan daxil olur. Qadın saytları arasında reytinqə görə, birinci yerdəyik. Sadəcə, mən gücümü saytın inkişafına qoymuşam deyə reklamla maraqlanmağa vaxtım qalmır. Bir reklam şirkəti ilə müqaviləmiz var, o da aylıq o qədər az pul ödəyir ki, artıq müqaviləni pozmağı düşünürəm. Ümid edirəm ki, gələcəkdə bu problem həll olunacaq.

- Əgər yoldaşınızdan ayrılmasaydınız yenə belə feminist fikirləriniz olacaqdi?

- Mən sevmədən məcbur şəkildə ailə qurmuşam. Hətta, hələ toy olmamışdan artıq boşanmanı planlamışdım. Amma təbii ki, o mənim sevgimi qazansaydı, bir insan olaraq dəyər versəydi ayrılmağı əsla düşünməzdim, çünki hər bir qadın xoşbəxt bir ailəyə sahib olmaq istəyər. Ola bilər feminist düşüncələrimin bir az da alovlanmasına həyatımda düzgün bir kişinin olmamasından irəli gəlib. Kişi sevgisi, qayğı və nəvazişi ilə əhatə olunmuş xoşbəxt qadın necə kişilərə nifrətlə baxa bilər? Amma, hazırda işim qadın problemləri ilə bağlı olduğundan bu gündən sonra ailə qursam və şəxsi həyatımda hər şey əla olsa da, kişilərə mövqeyim dəyişməyəcək. O səbəbdən ki, illər öncə sadəcə özümü düşünürdümsə də, bu gün artıq bütün qadınların problemlərinin həlli üçün mübarizə aparıram.

- Bəs tək yaşamaq problem yaratmır ki..?
- Əksinə, evlilik həyatımı düşünəndə deyirəm ki, ilahi, mən 7 il necə dözmüşəm. Hər şey mənə yuxu kimi gəlir. O illəri həyatımdan itmiş hesab edirəm. Bir ildir boşanmışam və insan kimi yaşamaq nədir hələ indi hiss edirəm. Qulağım dincdir, öz qərarlarımı özüm verirəm, kimsə işimə qarışmır, qaynana problemləri yoxdur, yanımda da ən sevdiyim insanlar - Anam və qızım... Qadınların tək yaşamaq problemi adətən maddi imkansızlıqdan olur ki, mən də bu sahədə kiməsə möhtac deyiləm.

- Yəqin ki, bu cür mövqeyinizə görə, çoxları sizi qadınları boşanmağa səsləməkdə qınayır

- Bilirsiniz, hər kəs öz həyat təcrübəsindən çıxış edir. Əgər mən hər dəfə 7 ilimi boş yerə itirdiyimə bu qədər təəssüflənirəmsə, indi təsvir edin ki, bir qadın bir ömür boyu bədbəxt yaşayıb 60 yaşına çatdığında nələr hiss edər. Bir həyatı boşa itirməkdənsə, boşanıb insan kimi yaşamalarını məsləhət görürəm. Təbii ki, özlərini ayaq üstə saxlamaq gücünə sahibdirlərsə... Amma, hər xırda məsələdən ötrü də ayrılmağın əsla tərəfdarı deyiləm. Ona görə ki, hər bir qadının bir kişiyə ehtiyacı var. İstər mənəvi, istər maddi... Boşanmış qadının 2-ci dəfə ailə qurması çətindir. Bir ömür boyu kişi sevgisindən məhrum qalmaqdansa, maksimum güzəşt edib ailəni qorumaq lazımdır. Amma əgər bir ailədə bütün dəyərlər ölübsə, xoşbəxtlik bərpa olunmayacaq həddədirsə və geri yol yoxdursa, o zaman tək yaşamaq seçimini edə bilərlər.

- Yəqin ki, eşq təklifləri, sevgi etiraflari edənlər çox olur. Bəs evlilik təklifi necə? Edənlər olub?

- Evlilik mənim üçün çox ciddi məsələdir. Birinci səhvimi əsla təkrarlamaram. Ailə qurmaq xatirinə yox, məni xoşbəxt edəcək kişi ilə birlikdə həyatın gözəlliyini yaşamaq üçün bu qərarı verə bilərəm. Hazırda kişilərə güvənim o qədər aşağıdır ki, ümumiyyətlə hətta eşq elan edənə də məni yaxından tanıma şansını vermirəm. İki insan ünsiyyət qurub bir-birini yaxından tanımazsa, demək evlilik də olmaz. Güvənsizliyim Azərbaycanda boşanmış qadına münasibətin aşağı səviyyədə olmasından irəli gəlir. Biri qadından xoşlanırsa, ilk ağlından keçən onunla evlənmək yox, sadəcə qeyri-rəsmi yaşamaqdır. Hətta evlilik təklifi edəndə də, çox vaxt məqsəd bu yolla qadını əldə etməkdir. Yəni bəzi oğlanlar iyrənc məqsədlərinə çatmaq üçün bu yola əl atacaq qədər alçaqdırlar. Mənə aldanmış xanımlardan gələn məktublar və müşahidəm bunu deməyə əsas verir. Mənsə, xoşbəxt bir ailəm olsun istəyirəm və kimsənin məşuqəsi olmaq kimi hörmətsizliyi özümə etmərəm. Düşünürəm ki, qadına dəyər verən kişi onu məşuqəsi etməz, evinin xanımı, qəlbinin yarı edər.

- Bir gun o qapınıza çiçəklə gəlsə, hər şeyi unudaq yenidən başlayaq deyib üzr diləsə nələrsə deyişə bilərmi?

- Onu sevsəydim, nəyinsə dəyişəcəyinə ümid etmək olardı. Çünki, sevgi hər şeyə qadirdir. Amma indiki halda əsla! Çünki, mən xoşbəxt olmaq istəyirəm. Məni isə, yalnız və yalnız sevgi hisləri xoşbəxt edə bilər.

- Ötən dəfə tv verilişlərinin birində Aydın xan Əbilovla fikirləriniz arasında narazılıq yaşandı. Sizcə sizi qadınları bu qədər müdafiə etdiyiniz görə dəstəkləyənlər çoxdu yoxsa?

- Ən pis odur ki, hətta bir sıra qadınlar da mənim əleyhimə danışırlar. Qadın zorakılığına qarşı çıxanda "ərimdir, sevər də, döyər də”, "Yaxşı at özünə qamçı vurdurmaz” kimi ifadələri də məhz qadınlar işlədir. Bu məni təəssüfləndirir, hətta bəzən həvəsdən salır, düşünürəm ki, yəni belələrinə görəmi bu qədər əziyyət çəkirəm?! Amma, məni dəstəkləyən xanımlar da az deyil. Bəziləri var ki, hətta mənəvi baxımdan məndən güc aldıqlarını söyləyirlər. Bir haşiyəyə çıxım. Təbii ki, hər bir normal insan kimi mənim də həyatdan bezdiyim vaxtlar olur, hətta intahar belə etmək istəmişəm. O anda inanın ki, məni bundan saxlayan anam-qızım yox, məhz mənə güvənən qadınlar olub. Düşünmüşəm ki, onların güclü qadın inamlarını darmadağın etmək haqqım yoxdur.

- Gələcək üçün ən maraqlı planınız nədir?
- Qadın.az adlı böyük bir qadın portalı açmaq planım var. Azadqadin.az sırf sosial, qadın problemlərini işıqlandıran sayt olacaq, qadın.az-da isə, heç bir qadın saytında olmayan layihələrimiz olacaq. O cümlədən, ailəquraq.az domeni də məndədir, maddi çətinliyə görə bir ildir bu layihəni hazırlamaqda gecikirik. Azərbaycanda ciddi bir tanışlıq saytının olmasını istəyirəm. Daha bir planım isə, təlimçilik fəaliyyətidir. Pulu sürətlə artırmağın texnikası, varlanmağın sirləri mövzusunda seminarlar təşkil etmək və kitab yazmaq istəyirəm. Bu sahədə təcrübəm var və bu da ayrıca müsahibə mövzusudur.

- Tanışlıq saytı vasitəsilə ailə qurmağa inanırsınız?

- Azərbaycanda bir çox məşhurlar var ki, internet vasitəsilə ailə qurub. Hətta Azadqadin.az-da "Ailə qurmaq istəyirəm” kiçik tanışlıq bölməsi vasitəsilə 8 nəfər ailə qurub. Düşünürəm ki, bunu daha da genişləndirmək olar. Çünki, insanlar öz yarını internet vasitəsilə daha asan tapa və daha rahat ünsiyyət qura bilərlər. Bu layihədən danışanda saxtakarların problem yaradacağını söyləyirlər. Amma saxtakar insanlar real həyatda da var. Real həyatda da şirin yalanlarla qızları yoldan çıxaran oğlanlar minlərlədir. Yəni real yaxud virtual fərq etmir. Əsas olan aldanmamaqdır ki, bu da insanın özündən asılıdır.

Səbinə Məmmədova

AzVision.az üçün


http://az.azvision.az/news.php?id=8686#.UeW0o217FAJ


guldeniz | 9 dekabr 2015 21:59 | Status: Professional user | Şərh: 1 641
Sitat: Ag Gul
Sitat: ●♥ Meley ♥●
Tesekkurler
ESMERRi | 5 noyabr 2015 20:08 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: ESMER
Sitat: teenager
Insan oz heyatini istediyi sekilde yasayarsa xosbext olar,etrafi dusunmekle yalniz ozunu bedbext eder.
dılay | 23 oktyabr 2015 10:37 | Status: Brilliant user | Şərh: 8 184
Teweekkurlerre
ESMER | 21 sentyabr 2015 13:02 | Status: VİP user | Şərh: 817
Sitat: teenager
Insan oz heyatini istediyi sekilde yasayarsa xosbext olar,etrafi dusunmekle yalniz ozunu bedbext eder.
Purple_Butterfly | 9 sentyabr 2015 09:55 | Status: Şərhçi | Şərh: 146
Halal olsun size. Chox cesur xanimsiz. Ugurlar.
teenager | 23 iyun 2015 17:39 | Status: Qonaq | Şərh: 0
Insan oz heyatini istediyi sekilde yasayarsa xosbext olar,etrafi dusunmekle yalniz ozunu bedbext eder.
Sunay Elizade | 28 may 2015 16:14 | Status: Gümüş user | Şərh: 2 157
Sitat: Kenan25
Sitat: nurlana nurlana
Sitat: fea
tesekkurler
Kenan25 | 3 may 2015 14:54 | Status: Şərhçi | Şərh: 225
Sitat: nurlana nurlana
Sitat: fea
tesekkurler
Ag Gul | 4 aprel 2015 20:12 | Status: Professional user | Şərh: 4 333
Sitat: ●♥ Meley ♥●
Tesekkurler
xeyallarim) | 7 mart 2015 11:50 | Status: Qonaq | Şərh: 0
Mende mecburi aile quranlardanam hecde xowbext deyilem!! Ama bowanmayacam valdeyinlerim ,mecburi etseler bele.. meni bu heyata mecburen olaar vadar etdiler indide qoy gozleri qarwisinda evladlarinin ezab cekdiyini xowbext olmadigini gorsunler. Menim yandigimi gorsunler belke...
Nigar | 23 fevral 2015 16:56 | Status: Gümüş user | Şərh: 6 064
Sitat: nurka85
Sitat: Vetenperver
Vetenperver



Cox sag ol! Yazdigin ellerin var olsun! Bizim exlaqimizi lekeleyen bax ele bu cur qadinlardir.
nurlana nurlana | 22 fevral 2015 18:58 | Status: Gümüş user | Şərh: 1 950
Sitat: fea
tesekkurler
●♥ Meley ♥● | 10 fevral 2015 19:39 | Status: Gümüş user | Şərh: 413
Tesekkurler
Nergiz love | 24 noyabr 2014 09:58 | Status: Professional user | Şərh: 7 871
Sitat: fea omer
duzunu desem men hele usaq iken deyirdimki ere gedecem usagim olan kimi bosanacam ele de oldu

0101 Allah seni bundan sora xosbext etsin.canim
Miraj | 5 noyabr 2014 09:58 | Status: Professional user | Şərh: 2 625
duzunu desem men hele usaq iken deyirdimki ere gedecem usagim olan kimi bosanacam ele de oldu
fea | 26 oktyabr 2014 19:47 | Status: Gümüş user | Şərh: 1 737
tesekkurler
METANET YALANSIZ | 24 aprel 2014 12:30 | Status: Qonaq | Şərh: 0
AYNUR XANIM COOX GOZEL ALLAH BUTUN FIKIRLERINIZI ISLERINIZI XEYIRLI YOLLA HEYATA KECIRSIN
AYNISKA GULUM | 28 yanvar 2014 14:41 | Status: Qonaq | Şərh: 0
AYNUR XANIM DUZ DEYIR EYER ISTESE IDI AILESINI DAQILMAQA QOYMAZDI.EVI AQILLI  KISI TIKIR AQILSIZ QADIN DAQIDIR DEYERLER.
bayaz gulum | 12 yanvar 2014 02:01 | Status: VİP user | Şərh: 1 050
Aynur xanimin dedikleri ila raziyam ve onu cox yaxsi basa dusurem.ALLAH her birimize komek olsun.(amin).
nurtal | 29 noyabr 2013 00:02 | Status: Qonaq | Şərh: 0
Allah butun qadinlara komey olsun.Ve eziz xanimlar sebirli olun
cikoshum | 16 noyabr 2013 21:09 | Status: Qonaq | Şərh: 0
ALLAH O QIZA KOMEK OLSUN
indra | 10 sentyabr 2013 02:37 | Status: VİP user | Şərh: 908
Sizi birinci defedi bugun gunebaxanda gordim yemek hazirladiniz.

Sizi birinci defedi bugun gunebaxanda gordim yemek hazirladiniz. Inanin Aynur xanim mene bu sayt negeder komek oldu butun derdimi yazdim cox. Rahatlashmisham

Sizi
birinci defedi bugun gunebaxanda gordim yemek hazirladiniz. Inanin
Aynur xanim mene bu sayt negeder komek oldu butun derdimi yazdim cox
Rahatlashmisham. Mende sizin cekdiklerinizi cekirem. Allah sizi xoshbext elesin siz chox ureyi temiz xanimsiz.sizinkimi xanimi boyidib basha chatdiran anaya teshekkurler
sarakamil | 18 avqust 2013 11:59 | Status: Şərhçi | Şərh: 114
xanımlar zorakılığa dözməyin.
SULTANIM | 21 iyul 2013 08:49 | Status: Ekspert | Şərh: 4 743
Cesaretli xanimlardan xosum gelir.Musahibeni de cox beyendim.
Melek-Mehdi | 21 iyul 2013 07:51 | Status: Qonaq | Şərh: 0
Hami bilirki niwanliliq dovrunun adi tanimaq dovrudu ama eslinde qizida oglanida sayan yoxdu elcilik oldu niwan taxildi vesselam, niwanliliq dovru ailelerin pul problemini hell etmek ucun qoyduqlari vaxtdi. Yeniki qiz evinin cehizi, oglan evininde ev remontu toya hazirliq etmek ucun qoydugu vaxtdi. Aileler anlawmiyanda qizin niwani atmagina icaze verirler ama qiz xowbext olmadigi ucun uzuyu atsa onda qohumdan tutmuw yada kimi hami pis baxir. Yeni her weyde aileler qerar verir ama duwunmurlerki o heyati ovladimiz yawayacaq birinci onun sozu vacibdi. Menim refiqem gozel qizdi onu ne qeder insan istiyirdi, anasinin bawini biwirdiler ozunden cox cox boyuk xalasiogluna niwanladi sonra cixdiki oglanin bir qadindan uwagi var ve olari saxliyir refiqem dozmedi uzuyu atdi buna gore butun nesli onu qinadi derdin olende elcilik ucun yalvaran insanlarda uzaq durdu. Sirf oglanin yalanciligini qebul etmediyi ucun ikinci qadin olmaq istemediyi ucun qinandi indide her kesden uzaq qacir uzunden guluw eksiy olmuyan sevgi dolu qizdan eser elamet qalmiyib
Bax budu realliq!!!
Aynur_Qurbanqizi | 19 iyul 2013 18:55 | Status: Technical | Şərh: 1 170
Sitat: Gunel
Ne demekdirki ay Aynur?De bizde bilek?belke qebahetli ish gormushuk?

Men pis baxmiram ee, bu cemiyyetin gicbeserleri pis baxir...
Akademik | 18 iyul 2013 23:08 | Status: Professional user | Şərh: 4 580
"Hələ toy olmamışdan boşanmanı planlamışdım"-
əvvəlcədən belə fikrə düşməkdənsə heç ailə qurmamaq yaxşıdır. Allah sənin sonunu gözəl etsin. Keçmişi unut, qabağa bax. Qızını fikirləş.
diana.eyre | 18 iyul 2013 22:46 | Status: Qonaq | Şərh: 0
bizim milletin cox movzularda yanlis fikirleri var.adi subay olub min oyundan cixanlar var onlar baresinde hec o qeder danisilmaz.nisanliliq mehz tanimaq ucundur.menim de ilk niwanim qayidib gedib bedbext olmaqdan deferle yaxwidir nisanin pozulmagi ve bu hec de problem olmadi ondan sonra da bir nece defe elci de gelib.sadece bizim milletin bir sira numayendelerinin bedbextciliyidir o ozunu qoyub ozgesinin heyatina olur olmaz qariwmaq vedreler vannalar baglamaq
Gunel | 18 iyul 2013 18:51 | Status: Professional user | Şərh: 4 087
Aliyeva
Seyidli


Aynur dediyinnen ele cixdiki sen deme nishan qaytarmaga necede pis baxirlarmish.Maraqlidiki bes onda heri,nishan toydan evvel neye gore edirlerki?tanimaq ucun olurdaa bunlar hamsi.Uygunluq yoxdursa ayrilirlar.Yeri gelerse 5defe qaytararam uzuyu hec ufda demerem milletin ne dediyini bele dushunmerem.ellbetde hansi qiz istemezki qarshisina dogru duzgun insan cixsin.Indi ne edekki alnimiza bu yazilmishdi yenede shukur Allahin meslehetine ellbetde.

Sitat: Lumia
Sadece bunu basqa biri deseydi men o qeder de fikir vermezdim,amma her yerde qadin huquqlarindan danisan,qadinlar ucun calisan,daima cemiyyetimizi qadinlara olan birmenali munasibetde qinayan Aynur xanimin bele demeyi menim de xetrime deydi sozun dogrusu


Eynen bacim bax menede tesirli gelen ele o oldudaa.bashqasi dese deyerem oz fikrdir bilmek olmaz ne cur xasiyyeti var sadece Aynur hemishe qadinlarin terefinden cixish eden onlarin haqli oldugunu subut etmeye calishan bir qadin bele soz demesi meni emelli bashdi deli etdi.Oz ozume dushundum nolubki nishan qaytarana?Olum deilki.Mendede eynen senin heyatindi ele bil ne qeder surundu arxamca ailesi,bacisi yalvarirdiki yaxshi oglandir taniyin eleyin.Mende safligima saldim 19 yashim vardi cemi ne bileydimki bu insanfsizlarin ic uzleri hele acilmayibmish.Nishan taxannan ilk gunnen meni deli edirdi evimize gelen qonaga qeder qarishirdi deirdi denen gelmesinler menim xoshum gelmir adama deyerler senin atavin evidirki hele qanunda qoyursan mene?deirdi bacinin toyunu bizimkinnen qabaq etseler seni toydan sonra anangile qoymayacam gedesen delilik deil bu bes nedir?atasi atamla danishanda deirdi 2 otaq verecem geline dedim olsun hamsini dolduraram nece lazimdir sen deme bunlarin konlunde hele mashinda var imish boyuk ogluna qaynatasi komek edibmish almaga ishtahlari boyuk idi deirdi sende gor neynirsen.Gor indi bu cur insanla yashamaq mumkun olardi butun omur boyu?Men cemi 1ay yarim nishanli qaldim amma bu muddet mene 1il kimi geldi o qeder ezab cekdimki bir Allah shahiddir.Allah her birimizi xoshbext etsin hec kim bilerekden sehv addim atmaq istemez hec vaxt.Esas olan odurki Allah ozu meni bu yolda xilas etdi shukurler olsun.Allah senide xoshbext etsin bacim.O gun olsn analiq hissinin xoshbextliyini yashayasan.Mende opdum.
Seyidli | 18 iyul 2013 17:43 | Status: Yazar | Şərh: 2 706
Sitat: Vetenperver
Sona-bakinka,
"Mence eri olmayan gadin terbiyesiz qadindi!"
Nə haqnan bu sözü işlədirsiz?!Günahdır bilmədiyin qadına tərbiyəsiz demək!Aynurun mən hələ tərbiyəsiz hərəkət etdiyini görməmişəm.Ərsiz qadınların hamısı eyni deyil,düşündüyünüzdə çox səhvsiz!Heç vaxt belə söz işlətməyin!

Sona-bakinka,
"agilli gadinlarin eri varli olur!"
Ərinin varlı ya kasıb olması o qadının ağlı ilə heç bir əlaqəsi yoxdur!

Sona-bakinka,
"Mence bu sayta ekseriyyeti oz agliynan yashamayan insanlardi!"
Bizcə isə siz öz ağlınızı itirmisiz,çünki bilmədən belə söz yazmazdız.

Sona-bakinka,
"VETENPERVER bu sovbeti shishirt"
Sizin söhbətiniz heç xoşuma gəlmədi,ona görə onu şiritmək yox yatırtmaq qərarına gəldim.

nn29

Sitat: Lumia

Sitat: Gunel

Əzizlərim məncə Aynur xanım burda nişanlı olub qaytarmagın neqativliyini öz düşüncəsi kimi qələmə vermiyib. Yəni onun ətrafı və cəmiyyəti belə düşünüb. Və əlbətdəki nişanı qayıtmış qıza bu cür yanaşan cəmiyyət, boşanmışa da bundan betər yanaşacaq. Sadəcə Aynur xanım nişanlı vaxtı edə bilmədiyini, ailə qurub 7 il keçdikdən sonra etməyi bacarıb. Yəni o özü bu cür münasibət bəsləmir məncə nişan qaytarmaga. Çünki toy günü qaçıb və onu geri qaytarıblar. Yəni özü belə düşünsəydi qaçmazdı ki. Yəqin valideynləri tərəfindən basqı olub deyə nişanın qaytara bilməyib. Təəssüf! Şəxsi fikrimdir!