Biz mətbuatda / Manşet

ANS-də "İncə maraqlar" verilişində olarkən... (fikirlərim + fotolar)

Aynur_Qurbanqizi | 25-11-2012, 00:25
10 439 86

  

 

 

 

Bu gün ANS-də hər həftəsonu saat 16.00-da başlayıb 2 saat canlı davam edən "İncə maraqlar" verilişinin qonağı idim. Bu mənim adıçəkilən qadın proqramında 3-cü iştirakımdır. Verilişdə gözəl aparıcı xanım Elnarənin Təhməzovanın da səsləndirdiyi kimi, nə yaxşı ANS və azadqadin.az saytı vardır ki, biz tanış olduq. Elnarə xanım güclü, özünə inamlı, kompleksiz xanımdır. Və tanışlığımız onun veriliş üçün axtardığı mövzuları araşdırarkən qarşısına azadqadin.az saytının tez-tez çıxması ilə başlayıb. "Nə axtarıram, sizin saytınızda tapıram" deyir gözəl aparıcı xanım. Və bir gün facebookda mənə məktub gəldi. "Sizi verilişimdə görmək istəyirəm" deyə... Bu mənim üçün gözlənilməz olması qədər, həm də olduqca xoş hisslər bəxş etdi. Çünki, Azərbaycan televiziyalarında yayımlanan qadın proqramları içərisində maarifləndirmək baxımından müzakirələrlə bol olan cəmi 2 verilişdən xoşum gəlirdi ki, bunun da biri "İncə maraqlar"dı...

 

 

 

 

 

Xususilə də məhz aparıcı özündə güclü qadın obrazını təcəssüm etdirdiyi üçün veriliş də hər zaman diqqətimi çəkib. Verilişdə ilk iştirakdan sonra efirlərdə gördüyümüz, çoxlarının "özündənrazı" kimi tanıdığı Elnarənin daha müsbət bir xususiyyətini kəşf etdi. O, həddindən artıq səmimi, incə qəlbli, yumor hissi olan olduqca maraqlı bir xanımdır. Reklam arası şən, səmimi zarafatları ilə qonaqları darixmağa qoymaz, onunla dəqiqilərin necə keçdiyini belə hiss etmirik. Bir sözlə, Elnarə xanım mənim üçün çox dəyərli insandır. Bəziləri tənqid edir ki, verilişdə qonaqlara danışmağa imkan vermir. Amma 3 dəfə "İncə maraqlar"da oldum, belə bir halla rastlaşmadım. Əksinə, bizim müzakirələrdə daha çox iştirakımıza şərait yaradırdı. Əgər nə vaxtsa efirdə belə bir hal olubsa əminəm ki, bu qonaqların maraqsız olmasından irəli gəlib ki, verilişə canlılıq qatmaq üçün özü müdaxilə etməli olub...

 

"İncə maraqlar"ın bu günkü mövzusu qadın paxıllığı idi. Cəmiyyətin sosial, psixoloji bəlası olan paxıllıq... Verilişin gedişatı ilə bağlı çox yazmayacam, çünki, onu artıq efirdən izləmisiniz. İzləyə bilməyənlər isə verilişin youtube variantına 1 həftə sonra azadqadin.az-da baxa bilərlər.

  

 

 

Bu yazımda sadəcə pərdəarxası məqamlardan sizə söz açacam. "İncə maraqların" qonaqların biri də produser Təranə Səmədova idi. Onu yəqin ki, müğənni Rəqsanə ilə mübahisəli çəkişmələrdən, keçmiş həyatyoldaşı müğənni Kərimlə boşanma qalmaqalından daha çox xatırlayırsınız. Aqressiv çıxışları ilə yaddaşlarda qalan Təranə ilə mən də ilk dəfə yaxından məhz bu gün tanış oldum. Əvvəlcə xususi qeyd edim ki, olduqca gözəl xanımdır. Nədənsə şəkillərdə və efirlərdə başqa cür görünür, real həyatda isə tamam fərqlidir. O da mən də müsbət hisslər yaratdı. Əvvəlcə utandım ona yaxınlaşmağa. Necə edim-nə edim axırda "Facebookda siz mənim dostluqumda varsınız, amma fotolardan daha çox real həyatda cazibədarsız" deyə tanışlıq üçün ilk söhbətin başlanğıcını qoydum. Jurnalist olmağıma baxmayın, insanlarla münasibətdə çox utancağam. Hətta deyim ki, bu xəbərdəki fotolar da Təranənin səbəbinə çəkildi. Əlimdə fotoaparat düşünürdüm ki, necə edim ki, günün xatirəsi olaraq xəbər üçün şəkil çəkdirək. Bunu Elnarəyə söyləməyə utanırdım ki, Təranə köməyimə çatdı...

 

Təranədən saytımız haqqında maraqlı informasiyalar aldım. Demə, o hardasa eşidib ki, azadqadin.az ölkənin 1-ci xanımı Mehriban Əliyevaya məxsusdur. )) Dedim, ay Təranə, şaiyədirsə də, gerçək olsun. Təki saytımıza maliyyə dəstəyi ayırsın, qadınlarla bağlı layihərimizi gerçəkləşdirsin, saytımı kimə istəyirsə verirəm.

 

Təranə daha bir maraqlı söhbət saytımızda Nicat Kazımovun hekayesi ilə bağlı oldu. Facebookda "Mən fahişəyəm" hekayəsinin linkinə daxil olan, Təranə xanım gəlib saytımıza çıxıb. Oxuyub dəhşətə gəlib, hətta qadının taleyinə kövrəlib, ürək ağrısı da keçirib. Maraqlı məqam odur ki, müəlliflə eyni ad-soyadı daşıyan aktyorumuza zəng edib "sənin hekayəni oxumuşam" deyib. O isə and-aman edib ki, nə danışırsan mən hara, hekayə hara ))) 

 

Daha sonra Təranə xanım öz maşını ilə məni lazım olan ünvana çatdırdı. Yol boyu maraqlı söhbətlərimiz oldu, heyf ki, yol bitdiyi üçün biz də söhbəti bitirdik. Amma tezliklə ondan müsahibə alacam və yarımçıq qalmış söhbətlərimizi bol-bol davam edəcəyik.

 

Bu da mənim "İncə maraqlar"da bu gün yaşadıqlarım.... ) 


 


ESMERRi | 24 mart 2016 23:34 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: Purple_Butterfly
Maraqli idi. Teshekkurler.
Purple_Butterfly | 9 sentyabr 2015 10:03 | Status: Şərhçi | Şərh: 146
Maraqli idi. Teshekkurler.
Hasan311 | 9 aprel 2014 13:01 | Status: Qonaq | Şərh: 0
Soldan birinci xanim kimdi?
shela | 6 yanvar 2014 12:52 | Status: Gümüş user | Şərh: 2 910
Elnareden menim de xoshum gelir
Miss_Xerceng | 5 yanvar 2014 16:50 | Status: Şərhçi | Şərh: 314
Aparicidan xowum gelmirr
Lady SADA | 23 noyabr 2013 16:48 | Status: Şərhçi | Şərh: 110
Aparicini cox beyenirem
RaySum | 18 noyabr 2013 23:18 | Status: Professional user | Şərh: 2 594
Sekilde qeweng duwmusuz
Qaranliq_dunyam | 13 sentyabr 2013 10:57 | Status: Qonaq | Şərh: 0
hamisi maska weydiler..
.

Sitat: Feride 18
BU VERLISE COX BAXMIRAM...TEWEKKURLER... smile
...zor eliyirsen..

Sitat: Alone Girl
baxmiwam twk

yaxwi edirsen...
Feride 18 | 4 iyul 2013 19:59 | Status: VİP user | Şərh: 686
BU VERLISE COX BAXMIRAM...TEWEKKURLER... smile
Alone Girl | 25 iyun 2013 19:10 | Status: Gümüş user | Şərh: 1 679
baxmiwam twk
Nazlı_Kız | 11 iyun 2013 15:19 | Status: Brilliant user | Şərh: 6 473
Duzunu disem men o verliwe baxmiram ama yenede twk
Akademik | 1 iyun 2013 19:40 | Status: Professional user | Şərh: 4 580
BƏYƏNİRƏM BU VERİLİŞİ
ayruska | 22 may 2013 21:12 | Status: Professional user | Şərh: 3 978
hmmm lap yaxsiiii
SAYKA NUR | 8 aprel 2013 21:08 | Status: Qonaq | Şərh: 0

gozeller 

mehebbet adasi | 4 aprel 2013 01:30 | Status: Şərhçi | Şərh: 420

GOZELSINIZ

Meh_man | 2 aprel 2013 23:40 | Status: Şərhçi | Şərh: 362

Sitat: aysun94
u verliwi izleyirem)

 

wink

Billurə | 28 mart 2013 15:54 | Status: Professional user | Şərh: 4 892
bu verliwi izleyirem)
sevinc30 | 25 mart 2013 11:56 | Status: Şərhçi | Şərh: 123
elnare cox gozel xanimdi
Girl | 22 mart 2013 15:42 | Status: Professional user | Şərh: 8 206
n18
selime | 15 mart 2013 10:27 | Status: Qonaq | Şərh: 0
gun aydin nasilsiniz bakalim hmmm

en qewengi aynur xanimdir esil azeri xanimidir
Ay_Gun_82 | 14 mart 2013 22:57 | Status: Şərhçi | Şərh: 89
beh beh Aynur xanim necede gozel gorsenirsiniz ,goz deymesin.
H.Fidan. | 9 fevral 2013 17:18 | Status: Şərhçi | Şərh: 205
Aynur xanim indidə İncə maraqlardasiz.ilk defedir sizi canli efirdə izləyirəm.Danişığınızdan çox mehriban,səmimi bir insan təsviri yaratdınız məndə.hər zaman elə qalın.Uğurlarınız bol olsun İnşallah.
Vetenperver | 4 dekabr 2012 14:50 | Status: Professional user | Şərh: 6 700
Vay vay aparıcı Elnarə nə pis oturub.
Verilişə təsüf ki baxa bilmədim.
Mickey Mouse | 1 dekabr 2012 00:28 | Status: Professional user | Şərh: 4 008
aparici pis oturub ayib olmasin
rufet ehmed | 29 noyabr 2012 11:50 | Status: Gümüş user | Şərh: 1 391
canim cox gozel gorunursen
Meri16 | 27 noyabr 2012 21:02 | Status: Qonaq | Şərh: 0
superrdki amma merkez eladi qizdar yox :n30: bezilerinin
Ayka21 | 27 noyabr 2012 02:02 | Status: Yazar | Şərh: 2 770
Caneyyyy gozel adminimiz messurluq yolunda guclu adimlarla irelileyir ugurlarin dayim olsun baci
Nermine1 | 26 noyabr 2012 19:48 | Status: Gümüş user | Şərh: 673
bizim Aynur xanimdan var beyem??/ulduzdur-ulduz
AZAD QADIN- GOZELI onu cox sevirik.Allah pis gozden qorusun
her zaman onun ugur qazanmasi ucun dua edeceyeik

ugurlar
Arzushkaa | 26 noyabr 2012 17:10 | Status: Şərhçi | Şərh: 192
Aynur xanim cox gozel duwmusuz amma men bu hefte daha dogrusu nece heftedi baxa bilmirem.
leylawka | 26 noyabr 2012 17:04 | Status: Professional user | Şərh: 1 866
Aynur xanim papulyar olub gedirsiz, ugurlar ugurlar yenede ugurlar :n48: