Azadqadin.az-lıların Ramazan diləkləri - II hissə

Müselmanlara bir olmagi arzu edirƏm.Dünyada bu qƏdər muselman olkesi varken birliyimiz yoxdur.Vetenime,xalqima xow gun,bol bereket arzu edirem,azadqadinlilara daima ailelerinin yaninda xow firavan heyat surmelerini isteyirem.Allah haminin orucunu,namazini,dualarini qebul etsin!Kimin ne dileyi varsa yerine yetsin!
M.M
Allah hər kəsin Oruc və Namazını qebul etsin. InsAllah.Amin.. Dualarım ise hər zaman etdiyim Dualarim bunlardi Allahimnan tanıdıgım ve tanimadgim hər kəsin Dualarının qəbul olmasıdır. Butun əsgərlərin sag salamat evlerinə qayitmaları Xestelikden eziyyet çəkənlərin kömeyi olmasi her zaman. Kasiblarin,kimsesizlerin komeyi olmasi.Bir birini temiz saf duygularla sevenlerin qovuwub bir omur boyu xowbext olmalari. Birde canim menim sene InsAllah Analiq duygusunu yawamagi nesib etsin InsAllah tezlikle korpeni qucagina alarsan hemcininde bu hissi duymayan herkese nesib olsun. InsAllah. Amin. Allah herkesin dileklerini, Dualarini qebul etsin, gunahlarini bagiwlasin.
DARK LADY-
Allah bütün oruc tutan müsəlman bacı-qardaşlarımızın oruc və namazlarını qəbul etsin İnşallah.
Əsas da arzularım övladları olan userlərimizədir. Allah hamının balasını qorusun, imanlı, əməli saleh övladlar olsunlar.
Damla bacım da İnşallah sağ-salamat azad olar, ana-atasına layiqli övlad yetışdirər.
Ümumilikdə kimin nə arzu-diləyi varsa bu mübarək Ramazan ayında çoxlu dualar edib Allahdan istəsin və əgər xeyirlidirsə nəsib etsin İnşallah.
LALE MEHRALİ
Müsəlman deyiləm, amma bu müsəlman userləri təbrik etməmək üçün əsas deyil. Tanrı bütün diləklərini qəbul etsin hamının, Allah hamıya könlünə görə versin.
LUCE
Dünyamız, müsəlmanlar veəAzadQadinlilar ucun sülh ve mehribanciligin olmasini istəyirəm. Acligin olmamasini, emin-amanligin olmasini arzulayiram.
SUMEYYE
bura mənim üçün çox doğma məkandı. hər birinizə bu gözəl aydan gözəl savab götürmək istəyirəm...çünki bu elə bir aydır ki, Allahın Rəhmət qapıları açıq olur, şeytanlar zəncirlənir,cəhənnəmin qapıları bağlanır, cənnətin qapıları açılır...Allahdan tutduğunuz orucların və qıldığınız namazların qəbul olmasını diləyirəm....bu Ramazandan Damla bacımın balasını sağ salamat dünyaya gətirməsini diləyirəm...Bu Ramazandan Alizesin balası ilə olan arzusunun gerçəkləşməyini diləyirəm...Bu Ramazandan Şeyla sənə bir körpə diləyirəm.inşAllah gələn Ramazana qucağında olsun Aminnnn...həmçinin Xalidə bacıya bu gözəlliyi diləyirəm...qızlar Rəbbim mənim dualarımı heç vaxt qarşılıqsız qoymayıb...mən hal hazırda elə xoşbəxtəm ki, fikirlərimi ifadə etməkdə çətinlik çəkirəm...bu gün səhər bacım mənə dediki namaza başlayıram bu gündən həmçinin anam....inanın bəlkəəd bu kimin üçünsə adi gələr ama bu mənim həyatımda olan ən gözəl Ramazandı..çünki illərdir mən evdən heç kimi namaza gətirə bilmirdim o qədər Rəbbimə dua edirdimki sən onlara rəhm et qəlblərinə o istəyi sal...Allahım dualarımı eşitdi demək zamanı indiymiş...sevincimdən hətta ağladımda. mənim həmişə Allahı sevən bir ailəmin olmasını arzulamışam..əlbətdə ailəm Allaha inanırdı amma vacibatlar yox idi. indi şükürlər olsun hər şey düzəlir.çox sevinirəm sevincimin həddi hüdudu yoxdu.həmişə o ailələrə yaxşı mənada həsəd edirdimki bir yerdə namaza qalxırlar imsak edirlər mən isə hər zaman tək idim (...amma Allah dualarımı qəbul etdi...inanıramki sizin üçün istədiklərim müüütləq həyatınızda öz yerini tapacaq əlbətdəəgər buna Allah izn versə...Ramazanınız mübarək olsun...
NİKİTA
Azadqadin userlerinə və butun Azerbaycanimizin xanimlarina sadəcə bunu arzulayaram. Təki artıq yox, elə onların çəkdikləri ezəyyətin, fədakarlığın mükafatını verilsin Azəerbaycan qadınına. Öz ailəsi tərəfindən, yoldaşı tərəfindən və dövləti tərəfindən.

SHEH
Ilk öncə onu deyim ki,nəinki Ramazanda,elə bütün günlərdə də dua edəndəəvvəl ətrafımı.sonra isə özümüzü dua edirəm.Artıq 5 aydır ki, bu ətraf dairəmə azadqadınlılar da daxil olub,onların dərdi mənim dərdim,sevinci mənim sevincimə çevrilib.Hamına can sağlığı,bol ruzi arzulayıram,övladı olmayanlara Allah-təala övlad qismət eləsin,inşallah,işi olmayanlara iş,balası xəstə olanlara səbr və balasına şəfa diləyirəm.İnşallah o müqəddəs Qədr gecələrində bütün bildiklərimə birbəbir dua edəcəyəm,canım mənim ilk də sənin adını çəkəcəyəm,başıma Qurani-kərimi qoyub BİKƏ YA ALLAH dediyimdə ilk sənin qucağının dolu olmasıyçun dua edəcəyəm.inşalla,Allah ona tərəf açılan əllərimizi geri çevirməz.
KONUL MAMEDOVA
llk öncə hamini bu gözəl ramazan ayi münasibətilə təbrik edirəm!Allah tala hər bir oruc tutanlarin orucunu qəbul etsin.
Allahim bütün bəşəriyyəti müsibətlərdən xatalardan qorusun.allah bütün dualari qəbul etsin.allahdan bütün əzizlərim ücün həmişə bu dualari edirəm.sizlərdə artiq mənim əzizlərimsiz.
Yeri və göyü haqdan yaradan tanrim!şükr olsun sənin varligina qüdrətinə rəhminə.məni və mənim əzizlərimi darda qoyma.bizi hər zaman dogru yola yönəlt.bizlərə həyatin bütün imtahanlarindan üzü ag çixmagi nəsib et!kimki irqindən və ölkəsindən asili olmadan sənin qapina pənah gətirib sənin hüzürunda diz çöküb imdad kömək diləyir əli boş qaytarma.səndən başqa qüdrətli əzəmətli başqa varliq yoxdur ki ondan imdad diləyim. Sənin rəhminə güvənim sonsuzdur ya rəbbim.bizləri naümid qoyma.
FİLOLOQ
Belə gözəl və Allah dərgahının açıq olduğu bir ayda hər kəsə sonsuz xoşbəxtlik,bol ruzi,əmin-amanlıq arzu edirəm.İnşallah süfrələrdən ruzi-bərəkət,dillərdən xoş sözlər,qəlblərdən Allah sevgisi əksik olmasın.Orucunuz,namazınız və dualarınız qəbul olsun,əziz userlər!
HOPEFUL-WOMAN
Bu müqəddəs Ramazan ayında Allahdan diləklərim və arzularım çoxdur.Amma bir neçəsini yazmaq istəyirəm.Arzu edirəm bu Ramazan Allah hər kəsi qəlbindəki arzulara çatdırsın.bütün sevənləri qovuşdursun içində də məni Saytda sevdiyim userlərdən Xalidə,Laleyka,Sheyla-ya və arzusunda olan bütün qadınlar İnşallah tezliklə ana olmaq hissini yaşasınlar.Amin!Hər kəsin ruzisini bol eləsin,canımızı sağ eləsin,sevdiklərimizi hər zaman qorusun.Amin!Sonda demək stəyirəm ki,Allah hər kəsin namazlarını,oruclarını və dualarını qəbul etsin.Amin!
VİLVET
Həyat elə gözəldir ki bəzən bir iki kəlmə ilə bir ömür boyu bir insana borclu qalmağımıza səbəb olur.Bu bir iki kəlmə Allaha açılan əllər və ürəkdən edilən dualardır.Hansı ki bu müqəddəs Ramazan bayramında edilən dualarımız cümlə ağızdan Amin deyiləcək və İnşallah da qəbul ediləcək.
Allahımdan istərdim Bu Ramazan bayramında dərdi olanlara dərman,xəstələrə şəfa versin.Sofinin anasına və özümə şəfa diləyirəm.Sheylaya,Xalidəyə körpə səsinə,nəfəsinə qovuşmalarını diləyirəm.
O gün olsun Sheyla Gürcüstan səfərindən sevinclə qayıtsın.Sevənlər sevilənlər bir birindən ayrı qalmasınlar.Əsgərlikdə sevgilisi olanlar,sevdiyi uzaqda olanlara Allahım güc versin.İş axtaranlar iş tapsınlar.
Hamilə olanlar Damla Calı kushu Gülcan asanlıqla körpələrinə qovuşsunlar.Alizesin və Mavişin balalarına şəfa diləyirəm.Aynura bolluca qazanc diləyirəm
Banu xanımın evində həmişə dadlı yeməklərin bişməyini bir gün o yeməkləri yeməyin mənə də qismət olmasını diləyirəm
Süməyyənin evlənməsini
,Almira,Hande,G---16nın Uniyə daxil olmasını diləyirəm
Amin İnşallah
POWER
-Men bu ramazanda bütün sevdiklerime can sagligi, uzun ömür ve xosbextlik arzu edirem, bütün oruc tutanlarin oruclari qebul olsun. Bütün insanlar müharibesiz, dava dalashsiz bir dünya qursun. Körpelerimiz xoshbext ve eminamanliq icerisinde ömür sürsün isteyirem . AMIN !!!
NERGİZ ZZ
Allah sizdən razi olsun.bu mübarək ayda belə gözəl xəbər hazirlayirsiniz.
Allahim sən cəmi müsəlmanlarin tutduğu orucu,qildiği namazi dərgahinda qəbul et.cümləmizi xətadan bəladan kənar et.allahim sən darda olanlarin köməyi ol.kimsəsizləri qoru.körpəsiz evlərə körpə nəsib et.yolun azmişlari yoluna qaytar.hər kəsin ruzisini ver.bizləri iman sahib et.rəbbim sən bu mübarək ayda ramil səfərovada kömək ol.onun yollarini aç.vətənimizə firavanliq nəsib et.
Allahim saytimizda övlad həsrəti ilə ürəyi döyünən bacilarimiza körpə payi ver.dualarimizi dərgahinda qəbul et.günahlarimizdan keç.amin........
SEVA-AZER
Allah bütün oruc və namazlarinizi qəbul etsin! İlahi Amin!
Bütün Azadqadin ailəsinə, üzvlərini, xüsusilə Allahin Gulu, Banuisc, _Mavi kepenek_, _Mamedova_, Hopeful-women, Aynur Qurbanqizi, dr.Samira, Laleyka, Damla, Leylawka,Sheyla,Muslum woman, bacişko Alizes, Sheh, nəvəm Nurashka, qizlarim Sumeyye, Tatli Guzel, G-----16, Damla, Hande, Princess_93, eləcə də hörmət etdiyim Akif müəllimi Müqəddəs Ramazan ayini təbrik edirəm. Hamiya ən əsasi can sagligi, bol ruzi arzulayiram. Deyirəm ki, ürəkləriniz təmiz niyyətli olsun. Allahin nəzəri sizin və sizi sevənlərin üstündən əskik olmasin. Ailəli olanlarin evlərində uşaq gülüşləri, subaylarin evindən «Vagzali» sədasi əskik olmasin. İlahi Amin!
LALEYKA
Arzu edərdim ki Azadqadin az sayti Azərbaycanda birinciliyinə görə medal alsın, Azadqadin az əhlinə isə kimin nə arzuları varsa inşallah tanrım hər birimizə bizlərə xeyirli olanını çin etsin. Ən çox uşaq həsrətində olanlara tanrının onları sevindirməsini diləyirəm, sonra ev almaq arzusunda olanlara, ali məktəbə qəbul olmaq arzusunda olanlara və ən sonda diləyirəm ki Allah cümləmizin nəfsimizi ağlımıza tabe etsin AMİN!
Və sonda:
Sheyla
Kainatın yaradıcısı və aləmlərin rəbbi uca ALLAH'a sonsuz Şükrlər olsun! Mən də öz növbəmdə hər bir duaya amin deyərək Tanrinin hər kəsi öz duasıyla sevindirməsini diləyirəm.Ramazan bərəkətiylə, bolluğuyla gəlsin, bütün insanlar üçün xeyirlərə səbəb olsun.Dostluğu, sevgini və gələcəyi...Çörəyimizi, süfrəmizi... Hüznümüzü, ağrımızı, təkliyimizi paylaşdığımız,birliyimizi, qardaşlıq və dostluğumuzu ən isti şəkildə hiss edəcəyimiz mübarək Ramazanda hər birinizə xoşbəxtlik arzulayıram.Amin!
Böyüklərin əllərindən,kiçiklərin gözlərindən öpürəm.