Azadqadin.az / Bizim kollektiv

AzadQadin.az-lıların son zəng xatirələri

Mavish | 31-05-2012, 11:00
21 150 218
31 may bu bəlkə də 11-il oxuyan şagirdin 11-illik tarixində yeganə gündür ki,o günü həm sevinclə,həm də kədərlə qarşılayır.Bu gün məktəb dövrünün ən son zirvəsidir.Bu  zirvəni yaşamaq əslind' çox qürur vericidir.Çünki bu gündən etibarən məktəbi bitirən o məzunlar şagird yox,artıq müstəqil Azərbaycanın azad gənclərinə çevrilirlər.Arzu edirik ki,məzun adından sonra tələbə adına müvəffəq olsunlar.
 

Dayanın çalmayın sonuncu zəngi,
Yoxsa ürəyimə toxunacaqdır.
Bir zaman -GƏL- deyən o doğma səslər,
Bir hicran nəğməsi oxuyacaqdır.
Zəngçalan nə olar əlini saxla,
Bu şagird ömrümü uzat bir azda.
Bu məktəb, bu bina, bax bu divarlar,
Bizim olmayacaq zəng çalınanda.
Hərə bir-birindən ayrı düşəcək,
Neçə könül dostum, yaxın yoldaşım.
O sarı köynəkli, gülərüzlü qız,
Daha olmayacaq sinif yoldaşım.
Qoyun bir dəfə də -mənimdir- deyə,
Sinif otağımı süzüm doyunca.
Tələsmə zəngçalan, bunun üçün sənə,
Minnətdar olaram ömrüm boyunca.
Çağırsın lövhəyə məni müəllim,
Bir misal versin ki, asan olmasın.
3 saat çalışıb, həll edim onu,
Tək arzum budur zəng vurulmasın.
Ürəyim titrəyir yad elədikcə,
Məktəbə getdiyim o ilk çağımı.
De, burda necə qoyub gedim mən?
Arxası çantalı uşaqlığımı,
Durub cərgə ilə müəllimlərim.
Baxırlar üzümə sözü var kimi,
Bu doğma mehriban şən baxışlara.
ƏLVİDA deməyə dilim gələrmi?
Bu da AzadQadın.azlıların son zəng macəraları....
 
dr.Samira
Əslində,son zəng gününün hər anı xatirəmdədi,inanmıram ki,nə vaxtsa unuda bilim,çünki mən həyatımın ən önəmli anlarını gündəliyimdə qeyd edirəm...Nə bilmək olar,bəlkə gələcəkdə Alstheymer xəstəsi oldum(Allah uzaq eləsin),yaşanmış heç nəyi itimək istəmirəm.Bizim vaxtımızda son zəng mayın 25-də idi,bizim bütün sinif uşaqları hamısı dəst geyinmişdi,əvvəldən parça alıb mavi rəngdə paltarlar tikdirmişdik..məktəbin qarşısındakı tədbir bitdikdən sonra adət idi,hamı gedirdi Kürün sahilinə gəzməyə...bir də belə bir adət vardı...başqa-başqa sinfin uşaqları dəstə halında bir neçə nəfəri  dövrəyə alıb,bir-birlərinin əllərindən tutaraq,çıxmağa qoymurdular,bir növ tələyə salırlar və tələyə düşmüşlərə istədikllərini elətdirməyənəcən,buraxmırdılar wink..xülasə,bizi də başqa məktəbin 11-ciləri qəfil dövrəyə aldı..bir-iki yoldaşım,dövrə tam qapanmamış çıxmağı bacardılar,mən isə yox..Bu uşaqlar hərəmizdən bir şey istədi,birimizdən mahnı oxumaq,birimizə tapmaca dedilər,cavabını istədilər və s..məndən isə şeir deməyimi istədilər..Mənim şeir əzbərləməklə aram yoxdu,oxumağı sevirəm,amma əzbərləməyi yox,bildiklərimi də həyəcandan unutdum...dedim bilmirəm,başladılar gülməyə ki,məktəbin ən yaxşı oxuyanı olasan ,şeir bilməyəsən?...şeir deməyənə kimi heç birinizi buraxmayacağıq...axırda naəlac "Xoruz" şerini dedim buraxdılar...ondan sonra,həm çox utandım,həm özümə çox hirsləndim,həm də çox güldüm..və hər ehtimala qarşı,bir-iki şeir əzbərlədim.Qonaqlığımız isə səhəri gün oldu,bizim ev həyət evi olduğu üçün bizdə oldu,buna çox sevindim,çünki başqa evdə olsaydı,hava qaralmamış evə qayıtmalı olardım,amma belə...məclisin axırına kimi ola bildim wink 
gulya20
Mənim son zəngim 2008-ci ildə Gəncə şəhəri 20 saylı məktəbdə oldu. Həmin gün mən çox həyəcanlı idim, nəinki mən bütün sinif yoldaşlarim 4da həyəcanlı idi. 31 may günü həm sevincli idim həm də kədərli, sevincli idim cünki illərdir bu günü gözləyirdim,kədərli idim ona görə ki 11-il birlikdə oxuduğum,günümün yarısını keçirtdiyim məktəbdən, müəllimlərdən və ən əsasda sinif yoldaslarimdan ayrilacağdim.Son zəngdə biz maraqlı rəqsler etdik usaqlarla,bir-birimizin vinetkalarina və yaxamızdakı qirmizi lentə ürək sözlərimizi yazdiq,ən sonda da hamımız yaman agladiq,özümə söz vermişdimki ağlamayacam amma alinmadı,o ki son zəng çalındı özümüzü saxlaya bimədik.İndi son zəngin videosuna və şəkillərinə baxanda kövrəlirəm,helədə vinetkamı,yaxamdakı lenti və son zəng yaxa kartımı saxlayıram və ölənə qədərdə saxlayacam,onlar mənə son zəngimdən xatiredi.
nurashka
Son zəng deyəndə həmişə elə bilirdim ki nəyinsə axırıdı,nəsə tamam yox olacaq bəlkə də özüm yox olacam,
Çünki həmişə son zəngdən danışanda çox kövrələn insanları görmüşdüm...
Əslində bu mənə psixoloji cəhətdən təsir edirdi,axı mən universitetə hazırlaşırdım.Amma nəhayət o gün yetişdi 31.05.2010...
Çox həyəcanlı idim,amma getdikcə həyəcan tamam yox oldu..Mənə rol verilmişdi səhnədə oynamaq üçün men müəlliməmə göz vurmaliydım,amma heç cür alınmırdı,işim tərsə düşmüşdü.Uşaqlardan bir təklif gəldi:Alça ye...Ölmürəm alça üçün?!Birin yedim alınmadı,ikisin yedim alınmadı,bir də baxdım ki artıq yarim kiloya yaxın alça yemişəm...Axır ki həmin gün səhnədə müəlliməyə göz vura bildim..Amma günün qalan hissəsi alçanın təsirindən sərxoş kimi aşırdım(başım gicəllənirdi)
_Almira_
 9-cu sinifdəykən bir dəfə sinifimizlə birlikdə Hüseyn Cavid parkına getmişdik. Sinif rəhbərimiz elə-belə aparmışdı. Nəysə gəldik parka, müəllimə həmşəki kimi 1-2 qızla boş skamyalardan birində oturdu. Biz də uşaqlarla elə-beə gəzidik. Snora başladıq şəkil çəkdirməyə...Gah hovuzun üstünə cıxıb, çəkdiririk, gah qabağında dururuq, görən də elə bilər ki bu parka 1-ci dəfə gəlmişik))) Sonra oğlanlar istədilər maraqlı bir şəkil cəkdirsinlər. Başladılar heykəlin üstünmə çıxmağa...Biri Huseyn Cavidin qoluna çıxdı, biri qılıncın üstünə çıxdı(yazıq Huseyn Cavid bilsəydiki onun heykəlinin üstünə kimlər cıxacaq ,hec heykəlini düzəltməyə qoymazdı)))İndi İsa adlı sinif yoldşımız da bunların şəklini çəkmək üçün yuxarı cıxıb. Şəkli şəkmək istəyəndə biraz dala gəldi ki, yaxşı düşsün, həmin vaxt da yer su idi deyə ayağı sürüşdü. Yuxarıdan birbaşa hovuzun içinə yıxıldı. Həmin oğlan da(İsa) sinif rəhbərimizin oğlu idi. Yaxşı ki, müəllimə uzaqda durmuşdu. Tez sudan çıxdı, üstü bütov yam-yaş idi, telefonu da suya düşmüdü. Çox qorxduq ki, indi müəlliməyə nə deyəcik? İndi bütün uşaqlarla bunun qabağına düzülmüşük ki, guya şəkil çəkdiririk, halbuki İsanı gizlətməyə çalışırdıq)) Oğlanlar tez onu parkdakı ayaq yoluna( sözümə görə üzr istəyirəm) apardılar. Orda əli qurudmaq üçün olan cihazla koynəyini filan biraz qurutdular. Əsas gödəkçəsini qurutdular ki, üstden geyinsin və altda köynəyin yaş olduğu görünməsin. Nəysə birtəhər yola verdik. İsa həmin günü gödəkçəsini çıxarmadı. Sonra sabahı günü soruşduq ki, "müəllimə nəsə hiss etmədi?" Dedi "yox" .Dedik "bəs telefonun neylədin?" Dedi ki,"fenlə qurutdum, işlədi")) Həmin günü çox gülmüşdük.Bu da məktəb həyatımızda baş verən maraqlı hadisələrdən biri idi...
 
Nernine1
Onu deyə bilərəmki o gün çox kədərli idik hamımız.Son zəngdən sonra hamı bir yerə yığışıb bir vida günü keçirdik,o gün bizə elə gəlirdiki yenədə sabah bir yerdə olacağıq,amma imtahanlarda həqiqətən
ayrılığı hiss etdik,o gün nədənsə məktəbin direktoru biəe icazə vermirdi son zengi qeyd edək, yenədə biz keçirtdik,amma üzümüz heç gülmədi o gün indiki kimi yadimdadir.
 
banusic 
 Mənim son zənglə bağlı 2 xatirəm var biri yaxşı,biri pis.Pisden başlayım:Şar aparmalıydıq,mən də səhər durub şarları adi qazla doldurdum .Məktəbə getdik,elə oldu ki tədbirdən əvvəl Leninin heykəlinə əklil qoymaq üçün getməli olduq,məktəbin ən nümunəvi şagirdlərindən oldugum üçün əklilin bir tərəfindən mən tutmalı oldum,qazla doldurduğum şarlarımı sinif yoldaşım oğlana verdim ki o tutsun.Yolda bir oğlan yanan siqareti şarlara tərəf tulladı. Partlayış oldu,şarı tutan oglanın əli,üzü yandı.Cox pis oldum, hələ o günü unuda bilmirəm.Şarlar mənim əlimdə omalı idi axı...
İndi isə yaxşı xatirəmi yazım:Son zəng qurtaran kimi,bütün sinif bizə gəldi.Oynadıq, şənləndik,cox gözəl bir gün keçirdik.Axırda səsimizi,ürək sözlərimizi kasetə yazdıq.Sonralar o kaseti yazib bütün sinifə payladıq,indi də hərdən qoyub qulaq asıram.Cox gözəl,qayğısız günlər idi...
BAYACAM
SON ZƏNG GÜNÜMÜ HƏR DƏFƏ YADIMA SALANDA KÖVRƏLIRƏM.ÇOX ISTƏRDIM MƏKTƏB İLLƏRİM GERİ QAYITSIN.MƏKTƏBİ ARTIQ 3 İLDİ BİTİRİŞƏM.AMA DOĞMA MƏKTƏBİM,SİNİF YOLDAŞLARIM ÜÇÜN ÇOX DARIXIRAM.HAMI KIMI MƏNƏE SON ZƏNG GÜNÜ HƏM SEVINIRDIM,HƏMDƏ KƏDƏRLƏNİRDİM.SEVINIRDIM ONA GÖRƏKI ARTIQ MEKTEBi BİTİRİRƏM IRƏLIDƏ MƏNi DAHA BÖYÜK UĞURLAR GÖZLƏYIR,KƏDƏRLƏNİRDIM ONA GÖRƏKİ 11-İLLİK DOQMA MEKTEBIMNEN ,SINIF YOLDAWLARIMNAN AYRILIRDIM.O GUNDEN TEK XATIRE QALAN BIR YAZILI KOYNEYIM,BIRDE MEZUNUMDU.TEZ TEZ OXUYURAM.VE BIR ANLIQ KECMIWE QAYIDIRAM.BIRDE HEC VAXT YADIMNAN CIXMAZKI O GUNU NECE YORULMUWDUM.SINIF YOLDAWLARIMIZ ILE COXLU OYNAMIWDIQ MEKTEBIN HEYETINDE,SONRADA GECEYE KIMI GEZMIWDIK.
 
Milay
MƏN SON ZENG GÜNÜ ELƏ UTANMIŞDIM Kİ,HELƏ DƏ YADIMNAN ÇIXMIR.MEN 11-Cİ SİNİFDƏ OXUYARKƏN DEKABR AYINDA NİŞANLANDIM,SİNİF YOLDAŞLARIM MÜƏLLİMƏLƏRİM HEÇ KİM BİLMİRDİ MƏNİM NİŞANLANDIĞIMI.BİR TEK YAXIN PƏFİQƏM VAR O BİLİRDİ.SON ZƏNG GÜNÜ ZALDA ÇIXIŞIMIZ VAR İDİ,UŞAQLARIMIZLA ŞER DEYİRDİK,MƏNİM SIRAM ÇATANDA ŞER DEDİYİM YERDE NİŞANLIMI ZALDA GÖRDÜM ŞOKA DÜŞDÜM,ŞER YADIMNAN ÇIXDI,QATDIM QARIŞDIRDIM ŞERIMI,HAMI GÜLDÜ,ÇOX UTANDIM,HƏTTA QIZARMIŞDIM DA SİNİF YOLDAŞLARIM GÖRDÜLƏR Kİ MƏN BİR OĞLANA BAXIRAM ONA GÖRE CAŞIB QALMIŞAM,ELA BİLDİLER Kİ ,OĞLANI GÖRƏN KİMİ AŞİQ OLDUM (YENİ ELƏ ZALDACA BİRİNƏ VURULDUM )SONRA HAMI BİLDI NİŞANLIMDI
DİREKTORDAN TUTMUŞ BÜTÜN MÜƏLLİMƏLƏR MƏNİ TƏBRİK EDİR QUCAQLAYIRDILAR,MƏN DAHA DA ÇOX UTANIRDIM MÜƏLLİMMƏLER BİLDİYİ ÜÇÜN.KASETİ DƏ DURUR SON ZƏNGİMİN NECƏ OLUB HADISE ELƏCƏ DƏ DÜŞÜB KASETDE. HELƏ DƏ HƏYƏCAN KEÇİRİRƏM O KASETİME BAXANDA.BELƏ CANIM MƏNİM BELƏ YADIMDA QALIB
SON ZƏNGİM.Tatlim
QOBUSTAN
 Bizim sinifimiz XIç idi və biz qabaqcadan planlaşdırmışdığ ki, bizi təbrik etsinlər rayonda sonra gedək Şəhidlər xiyabanına və Umumilli Liderin qəbrini ziyarət edək. və getdik gül çiçək qoyub şəkil çəkdirdik sonra qız qalasına getdik, müəllimsiz getmişdik. və dənizə getməyi planlaşdırdıq getdik orada oğlan sinif yoldaşımız çiməy üçün dənizə girdilər bizdəki ozümüz üçün gəzirdik yəni qızlar birdən adını demeyecem bir sinif yoldaşım orada batdı polisə düşdük izahat verdik peşmanolduq evdə valideyinmizi qızlar hammımız aldadıq ki, müəllimlə gedirik amma ele etməmişdik. evdə valideyinlərimiz danladı bizi pis xatiredir...
 
laleyka
Qonşumuzda bir oğlan var idi.Onunla bir sinifdə oxuyurduq,məktəbə həmişə bir yerdə gedib-gələrdik son zəng günü onunla düşəcəkdim pilləkənlərdən o, da sinifimizde birdənə qiz var idi,sonradan gəlmişdi oğlan bu qizla məzələnərdiki guya onu istiyir, ne ise son anda oğlan didiki men o qizla düşəcəyəm pilləkənlərdən, o vaxt mene ele pis tesir elemişdi ona görə oğlanla dava elədim və çoxluca ağladım(indi xatırlayanda isə coxluca gülürəm) sonradan oğlan nə qədər yalvardısa da onunla düşmədim acığımdan, oğlan başqa bir oğlan dostu ilə düşdü , oh oldu ona... Eh məktəb illəri həqiqətəndə insanın ən gözəl illəridir hərdən elə darıxıramki,
kaş yenə məktəbdə oxuyaydım.
 
aynur.xuda
Bizim buraxılış tarixə son zəng keçirməyən 11 cilər kimi düşdü.O,vaxt 20 yanvar hadiseleri təzə baş vermişdi. Azerbaycan matəm içində idi.Ne son zeng, nede başqa bir şey ağlımıza bələ gəlmədi.Çox təsuflənirəm...
İnşallah bu sevinci uşağlarımızın son zəngində yaşayarıq.Bu ilki 11 cilərə uğurlar.
 
Vetenperver
Son zəngi rayonda olmuşam.O vaxtı video kamera təzə-təzə çıxıb dəbə minmişdi,və sinif yoldaşlarımızdan birində var idi gətirmişdi,hamımız kameraya müsahibə verirdik.Həmin gün sinif yoldaşımız iki bacı(imkanlı ailə) hamımızı qonaq çağırdı ki birinci onlarda keçirdək,iki müəllimimiz daxil olmaqla hamımız onlara getdik, biraz yeyib içəndən sonra maşına minib getdik rayonun mənzərəli yerinə(ancaq oğlanlar),təbiətdə kabab bişirib yeyib gəzdik,qarandıq olduqdan sonra evə gəldik.
Bax belə,olduqca maraqlı və mənalı keçdi bizim son zəng günümüz, sonradan video kasseti itirdilər nədi,bilinmədi.
 
Sumeyyə
Yadımdadı ki, o günü çox həvəslə gözləyirdim.Amma mən ancaq məktəbdəki son zəngimə gedə bildim.Atam restorana qoymadı məni getməyə .Yadımdadı ki, həmin gün evə gəlib çox ağlamışdım.
sinif yoldaşlarımızın çoxsu küçəmizdə qalırdı...
Axşamüstü gördüm onlar bəzənib gedirlər mən isə evdə... həddindən artıq pis olmuşdum. amma sonradan eşitdimki oğlanlar qızların bakallarına araq tökürmüş gizlin ...
Və ALLAHIMA şükür etdim ki, həmin gün mən orda yox evdə olmuşam.. bax belə..məktəb illərimdən mənə gözəl heçnə xatirə qalmayıb ..uşaq vaxtı məni kasıb olduğumuza görə həmişə agladırdılar lağ edirdilər. böyüyəndə də mən uşaq ikən elədiklərin gözümün önünə gətirib pis olurdum və hec kimlə yaxınlıq eləmirdim..Həmişə yerim birinci parta olub hamıdan birinci dərsə gəlirdim.hətta sinif yoldaşım arzu yazanda yazmışdı ki, o gün olsun birinci partadan durub başqa partaya keçəsən. amma müəllimlərimi unutmaram çox yaxşı müəllimlərim olub..sağ olanlara uzun omür , ölənlərə isə Allah rəhm etsin.Amin...
 
luce
 O günü heç vaxt unutmaram. Mənimçün ən yadda qalan günlərdən bəlkə də birincisidir. Səhər məktəbdə keçirtdik son zəngi, günorta isə şadlıq sarayında. Demək belə, son zəng günü xalam mənə bir dənə böyük mişka almışdı, qucağında balası da var idi. Sinif yoldaşım mənə dedi ki gəl sənə kömək edim, ver mişkanı mən saxlayım. Mən də verdim ki bu saxlasın, birdə gördüm ki mişkanın balasını götürüb aradan çıxır və mənə deyir ki "səndən mənə son zəng hədiyyəsi olsun". Nə qədər istədim balasını geri vermədi,
day mən də halallıq verdim getdi.
Günorta isə şadlıq sarayına getdik. Demək olar ki elə dəyişilmişdik ki, öz müəllimlərimiz bizi tanıya bilmirdi (əsas da qızları), bir-bir özümüzü təqdim edirdik qarşılaşdığımız müəllimlərlə. 1-2 saat keçərdi bəlkə də, qızlarla şadlıq sarayının baş hissəsinə gedirdik şəkil çəkdirmək üçün. Əyağım yerdə olan ipə necə ilişdisə birdə baxdım ki yerə yapışmışam. Yaxşı ki özümü tez ələ ala bilib yerimdən qalxdım. Sonra imtahanlar vaxti paralel sinifin uşaqları deyirdiler ki " son zəng günü kimsə yıxılıbmış şadlıq sarayında, görəsən kim olub elə?".
Mən də utancımdan dillənmirdim, guya heç nə görməmişəm, bilməmişəm
Bu da mənim son zəngim günü olan yadda qalan hadisəm.
 
a.mubariz
 Bizim məktəbin direktoru çox danışan idi.Həmişə məktəbdə tədbir olanda sonda ona söz verilir ve o yalan olmasın 2 saat danışır.Son zəngdə də belə oldu.Son zəng tədbiri başlandı,bütün müəllimlər danişdı,sonda yenə direktorumuz danışdı,ama qurtarmaq bilmirdi,ancaq özünü,məktəbi,müəllimləri tərifləyirdi,ayaqlarımız yorulmuşdu,ayaq üstə gözləməkdən...ama direktor susmurdu,müəllimləri də yuxu basırdı.Axırda bezdik birdən siniflə bərabər 11c  deyə qışqırmağa başladiqığ əl çaldıq.Zavuçumuz bizə göz ağardır,gözüylə işarə edirki susun!... Amma biz ona fikir vermirik.Direktorda bizə baxdı və "UZUN SöZüN QISASI" deyəndə bütün məktəbdən elə bir gülüş səsi çıxdı.Artıq heç kim özünü saxlaya bilmirdi,gülməkdən ölürdük. 
 
sheh
1992-ci ildə məktəbi bitirmişəm.O vaxtlar çətin zəmanə idi.Ölkədə hərc-mərclik hökm sürürdü,ona görə də biz son zəng keçirməməyə qərar verdik.Bizi mayın 25-ində günorta saatlarında dəhlizə yığdılar.direktorumuz nitq söylədi.....Sonra oğlanlarımız yığışıb bulvara getdilər.Biz isə yazıq-yazıq pəncərədən onların arxasınca boylandıq.Qızlarla and içdik ki,nə olursa olsun ,hər ilin bu günkü günü məktəb həyətində görüşəcəyik....
Və elə dərhal da andımıza xəyanət etdik.
Demək olar ki,əksər qızlarımız,içi mən qarışıqlı həmin il ailə həyatı qurduq...
Çünki,onda xəbərimiz yox idi,tale yazan pozulmayan yazıdan.....
 
Hande
Mən keçən il bacımın son zənginə getmişdim və düşünürəmki insan öz sevdiklərinin xoş günlərində iştirak etməsi onun üçün böyük sevincdir,hem son zeng olan insan üçün,həm də onun yaxınları üçün...Allah belə xoş anları hər kəsə yaşatsın.AMİN..Bütün son zəgləri olanları da səmimi qəlbdən təbrik edirəm...
 
Firam
 Son zəng günü mənim üçün əsl unudulmaz xatirəyə çevrilmişdi.Çünkü bu günü bacım dünyaya gəlmişdi.Uşağlar soruşur nə olub niyə belə narahatsan?...heç nə demirdim.Son zəng günü günümüzü keçirdəndən sonra uşağlarla bağa getdik.Hamı deyib-gülürdü,mənim ise ağlım telefonda qalmışdı.
Nəhayət günün sonunda şad xəbəri eşitdim.
 
Azizova
 Mən Son zəngimizi hər zaman gözəl xatırlayacam. Təşkilatçı özüm və sinifkom oğlan idi, qızlar üçün paltar dizaynın da mən verdim,tünd mavi rəngdə ətək və boyun yaylığı geyinmişdik hamımız,oğlanlar da qeyri-adi tərzdə şalvar geyinmişdilər. Qızlarımız ağ rəngdə, oğlanlarımız qırmızı rəngdə məzun lenti taxmışdılar.Son zəngdən bir gün əvvəl məktəbin həyətini bəzəmək üçün getmişdik, rəqib siniflə davamız düşmdü yer üstündə; səhəri gün günəşin altında qovrula-qovrula dayanmışdıq istədiyimiz yerdə (inadçı sinif idik).Günəş yadımızdan çıxmışdı, davanı salan sinif yoldaşımız olsa da onu tək qoymamışdıq. Amma o ki var rəqs etmişdik,
inada öz sinifmizin adını "11s! 11s!"-deyə xeyli qışqırışmışdıq...:) 
Qonaqlığımız bir restoranda olmuşdu amma həmişəki kimi "şou" ilə bitmişdi, restoranda dava salıb çıxmışdıq... oynamaqdan bezmirdik, yenidən gecə saat 1-ə kimi qonşuluqdakı sinif yoldaşımgildə olduq, analarımız da bizlə idi. O gün məktəbin həyətində hamı ağlamışdı ,Lalə Məmmədovanın ifasında "özümüzü biz hamıdan ağıllı, özümüzü nə bəxtəvər sanırdıq..." cümlələrin eşidəndə hüzünlənsəm də mən ağlamamışdım...
İndi hamısından xəbərim var, oğlanlar şükür ki gözəl yerlərdə oxuyurlar, qızlarsa bir neçəsi ailə qurub artıq. Tələbə yoldaşlarım əsla sinif yoldaşlarım qədər doğma ola bilməz mənçün...
 
Leylawka
Son zəng günü idi, son zənglilər tərəfindən hazirlanmış konsertdən sonra bir yerə yığıldıq və bulvara getməyə hazırlaşırdıq . Qızlardan biri qırmızı rəngdə bir dodaq boyası gətirmişdi, biz də dedik artiq böyümüşük bu gün dodaqlarımızı boyaya bilərik, elə hamımız boyayıb qurtarmışdıq ki, sinif rəhbərimiz otağa girdi yaninda fotoaparat , yanımızda dayandı və 7-8 ci sinifin bir nümayəndəsi idi ona dedik ki çək şəklimizi yadigar qalsin. O,şəkil doğurdan da yadigar qaldı amma bir az da gülməli,
dedik son zəng günü gizli bir şey eləyək o da tarixə düşdü. 
 

 iNsOmNiA85

Son zəngim 2002-ci ildə olub.Həmin günü çox sevincli idim dəliqanlı idim ele bilirdim ki,bu dünyada məndən başqa heç kim yaşamır... Səhər-səhər saat 6-da yuxudan durmuşdum və saat 8-ə kimi hazırlaşdım 8-də evdən çıxdım.Gəldim məktəbə,girdim sinif otağımıza son defə və bir sevdiyim qız vardı N.... ilk onu gördüm,salamlaşdım oturdum partamda.Sora sinif yoldaşlarımızın hamısı gəldi bir birimizlə zarafatlaşdıq,dedik,güldük.Ne ise saat 12-yə kimi son dəfə bir sinifdə olduq.12-dən sora hamılıqla çıxdıq gəzməyə,video da götürmüşdük çıxdıq şəhərə,bulvara getdik gəzdik gəmi ile və məən orda ilk dəfə sevdiyim qıza N... səni sevirəm dedim.... O,da mənə güldü getdi qızlarla söhbət etməyə,məndə qızardım...getdim oğlanların yanına...Artıq saat beş oldu.Hər birimiz gəzməkdən yorulmuşduq... Evə getmək qərarı aldıq hamımız.Oğlanlar tutdu ki,qızları aparaq evlərinə qoyaq.Ne isə... taksi tutduq sinif yoldaşlarımızı(qızları)apardıq qoyduq evlərinə... Məndə tək sevdiyim N.... olduğu taksidə oturdum.Getdim bunlar tərəfə qoydum evlerine vəssalam... o görüşüm son görüş oldu. O,maşından düşəndə gözlərimə baxa-baxa düşdü,mən onda bilmirdim bu baxışlar nəyin anlamıdır sora bildim.... Bir neçə gün sora ilk imtahanımıza gələndə sevdiyim qız N.... maşında qəzaya düşüb rəhmətə getdi...

Ondan sora mənim hər şeyim söndü....

Son zəng günü mənə onu xatırladır...

Düzdür mənə həm sevinc olub son zeng, həmdə kədər....  


kama13 

Mənim son zəng xatirələrim-mən düşünürdümki sinif yoldaşlarımdan ayrıla bilmerem,həmin günün tez gəlməsini istemirdim.son zengim 31.5. 2003-ci ildə olmuşdu.Hamı kimi gül bağışlamaq,hədiyyə verirdik son zeng çalınanda göz yaşlarımı saxlaya bilmədim.Birdəki sinifdə bir oğlan dostum var idi ondan heç ayrılmaq istəmirdim.Onunla son zəngdə sağollaşa bilmədim.Azərbaycanda yox idi artıq.Bu üzdən bir az sıxıcı oldu son zəngim.Xoş xatirələrdən biridə yığıncağımız oldu,doyunca oynadıq həmin gün gəzməyə getməsəydə, sonrası gün Qubaya getdik. o günü heç yaddan çıxartmaq olmaz xatirələrlə dolu bir gün dağın başı asma körpü.O günlərin yerini heç nə verməz. sinif yoldaşlarımla əlaqələrimiz helədə var. hamısını çox istəyirəm bilirəmki onlarda məni çox isteyirlər.Amma dostumu F... hamıdan çox isteyirəm. burda olmasa da.

 

M.M...

DEMƏLİ BELƏ YADIMA BIRI DÜŞÜB YAZIRAM. SON ZƏNGDƏN QABAĞ UŞAĞLARNAN AYIN 31-İ YƏNI SON ZƏNG GÜNÜ ÜÇÜN ÇIXIŞ MAHNISI SEÇİRİK ÇOX AXTARDIQ VƏ NƏHAYƏT BİR MAHNI SEÇDİK DEMƏLİ MAHNIDA TÜRK KINOSUNAN ŞER,BIR MAHNI IDI ''HABABAM SINIFI''NIN MAHNISI IDI. AYIN 31-İ SON ZƏNG GÜNÜ ARTIQ HAZIRLAŞIRIQ BÜTÜN 11-CI SİNİFLƏR MƏKTƏBIN DƏHLİZİNDƏ SIRAYA DÜZÜLMÜŞÜK GÖZLƏYİRİK SİNİFLƏRİ ÇAĞIRSINLAR VƏ MAHNILARIDA VERSİNLƏR. BİRİNCİ 11 A DEYİLDİ VƏ MAHNILARINI VERDİLƏR (BU ARADA ÇOX QƏŞƏNG MAHNI SEÇMİŞDİLƏR) VƏ ARXASINCA 11 B SİNİFİ ÇIXDI ONLARINDA MAHNISI ÇOX BƏYƏNMİŞDİK VƏ NƏHAYƏT SIRA BİZƏ GƏLDİ YƏNİ 11 C BİZDƏ DƏHLIZDƏ SƏS EŞİTMİRİK ANCAQ QAPI AÇILANDA Kİ SİNİF ÇIXSIN ONDA BİLİRİK Kİ HANSI MAHNIDI NƏİSƏ BİZDƏ ÖZ MAHNIMIZI BİLİRIİK DİYƏ SEVINƏ-SEVINƏ OYNUYA-OYNUYA ÇIXIRIQ BİRDƏN BAYIRA ÇIXANDA GÖRDÜK Kİ,MAHNINI QOYMUYUBLAR (PERT OLDUQ) NƏİSƏ OLUB. EH BİZDƏ ÇOX ÜZÜLDÜK ONDA ÇÜNKİ ÇOX AXTARMIWŞDIQ O MAHNINI HALBUKİ BÜTÜN SİNİFLƏR ÖZ MAHNILARIYNAN ÇIXMIŞDILAR ÇOX PİS OLMUŞDUQ ONDA. SORA UŞAQLARNAN GÖRÜŞƏNDƏ BİR-BİRİMİZƏ DEYİRDIK ÖZ ARAMIZDI QƏŞƏNG MAHNI İDİYA))))BU HEÇ VAXT YADIMNAN ÇIXMIR.


VILVET

 Mənim son zəngim çox başa bela olmuşdu.30 may 2011ci il. Sonuncu gün kimi getmişdim dərsə uşağlarla dedik ki, gəlin gedək son defe gəzək şəhəri.Bütün məşğələləri atdım bir qırağa,getdim sinif yoldaşlarımla gezintiyə.Bəxtimdən də həmin gün o qədər isti idi ki gün yanaqlarımı,burnumu qıpqırmızı etmişdi.Evə gəlmişəm hərə bir şey sürtür burnuma ki,bu qızartılar sabaha qalmasın.Nəysə gözlərimin krantlarını açmışam elə ağlayıram ki, bunlar keçməyəcək.Sonra qızartıları atdım bir qırağa,indi saçımın dərdinə qalmışam ki,ay Allah mən necə edim sabaha saçlarımı? Düz 8 dəfə saçımı müxtəlif formalarda hördürmüşəm,2 dəfə saçımı keçi yığdırdım,3 dəfə acıq qoydum.Nəysə nə başınəı ağrıdım oturub ağladım ki ,yoxe mən getmirəm saçım istədiyim kimi olmur.Səhər açıldı, saçımı daradım elə bil nəsə olmuşdu saç elə bil necə edirdimsə elə də qalırdı ,üzümdə də qızartılar çəkilmişdi.Özümdən də böyük mişkamı almışdım qucağıma,getdim məktəbə,sonuncu dəfə şagird kimi getdim məktəbə.Hər şey elə gözəl keçdi ki...11 il və ən nəhayət...

 Son Zəng çalındı

 zəng çalınıb hamı ağlaşma qurub mən isə wink 


Sonda isə onu deyə bilərəm ki,bu il Son zəng kimlər üçün çalınacaqsa bu son zəng onların müvəfəqiyyət qapılarının zəngi olsun və İnşallah o qapıları,açıb hər nəyə nail olmaq istəyirlərsə gərçəkləşər.



 Ps.   Azadqadin.az saytı adından bütün 11-lərə və Son Zəng hissini yaşayanlara...

 




ESMERRi | 24 mart 2016 17:31 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: EMILYA
maraqli xeberdi oxudum
EMILYA | 18 noyabr 2014 11:21 | Status: Qonaq | Şərh: 0
maraqli xeberdi oxudum
NURLU | 21 dekabr 2013 14:38 | Status: Professional user | Şərh: 5 552
mekteb illerim yadima dusdu.amma istemirem qayidimm o gunlere
M.Aliyeva | 15 dekabr 2013 23:26 | Status: Gümüş user | Şərh: 1 970
Sitat: SEVA00
mekteb illerim yadima dusdu lap.darixdim usaqlarucun.heyf deyildi o gunler
Saida Kerimova | 19 aprel 2013 11:49 | Status: Professional user | Şərh: 1 672
Sonda isə onu deyə bilərəm ki,bu il Son zəng kimlər üçün çalınacaqsa bu son zəng onların müvəfəqiyyət qapılarının zəngi olsun və İnşallah o qapıları,açıb hər nəyə nail olmaq istəyirlərsə gərçəkləşər.

Amin!!!
SEVA00 | 5 mart 2013 12:47 | Status: VİP user | Şərh: 1 013
mekteb illerim yadima dusdu lap.darixdim usaqlarucun.heyf deyildi o gunler
Torpaq | 1 fevral 2013 19:36 | Status: Professional user | Şərh: 3 570
men de 2007de bitirmisem...o gunu men de cox aglamisdim... :n27:
Sumigilin usaqlari ne pis usaqlar olubee...
ak onlari.bizimkiler hec vaxt ele elemezdiler...
_Nazlim_ | 1 fevral 2013 19:19 | Status: Professional user | Şərh: 2 267
menim son zengim 2007-ci ilde olmusdu.O gunu cox utanirdim.Sinif yoldaslarimin hamisi tans oynuyurdu men tek durmusdum.cunki cox utanirdim camaatin arasinda.ne qeder dediler ged sende oyna,amma utandigimdan oynamadim.mektebde oxuyanda deyirdimki ne vaxt mektebi qutaracam.amma mektebi bitirdikden sonra anladimki o gunler bir daha geri donmeyecek.ders zamani o qeder zarafatlar,deyirdik gulurduk.indi ise bir birimizden ayri dusmusuk...
Son zeng gunu cox pis olmusdum.Hetta sinif otaginda qizlarla idik,oturub qucaqlayib aglayirdiq....
Herden mektebimizin qabagindan kecende ozumu cox pis hiss edirem.Oz-ozume deyiremki cas o gunler arxaya qayidardi.En coxda sinif yoldaslarim ucun darixmisam....
Delim | 31 yanvar 2013 15:37 | Status: Qonaq | Şərh: 0
eeh mekteb ucun darixdim. cox gozel kecmisdi :n3:
Arzushkaa | 7 dekabr 2012 17:16 | Status: Şərhçi | Şərh: 192
seir kovreltdi meni. cox gozel iller idi o iller çaşki bir gunluk belle olsa o illere qayida bilerdim.
Gulnare3 | 7 dekabr 2012 15:00 | Status: Şərhçi | Şərh: 160
menim son zengim cox pis olmusdu super hazirlasmisdig son zenge.son zengden 1 gun qabaq tehsil sobesinin muduru vefat etdi pert oldug
leylawka | 3 oktyabr 2012 15:29 | Status: Professional user | Şərh: 1 866
SON ZENG HAQDA OLAN SEIR SUPER smile
Torpaq | 1 oktyabr 2012 17:58 | Status: Professional user | Şərh: 3 570
MARAQLIDI TESEKKUR
azeri_oglu | 11 sentyabr 2012 01:17 | Status: Gümüş user | Şərh: 2 243
mende hamisin tebrik edirem
sevinc keder | 9 sentyabr 2012 13:25 | Status: Professional user | Şərh: 3 818
SON ZENG,MEKTEB ILLERI ... EH KAWI DONE BILEYDIM O ILLERE :n31:
nurashka | 9 sentyabr 2012 13:19 | Status: Qonaq | Şərh: 2 167
Xoş günlərin şirin xatirəsi
NANICKA | 17 avqust 2012 15:23 | Status: Şərhçi | Şərh: 220
MENDEDE SON ZENG COX MARAQLI OLMUSDU COXLU OYNAMISDIM COX GOZEL GUNLERIYDI
TATLI GUZEL | 15 avqust 2012 11:38 | Status: Professional user | Şərh: 5 781
ne maraqli idi.Tesekkurler
BAYACAM | 16 iyul 2012 18:25 | Status: Professional user | Şərh: 1 042
TEWEKKURLER MAVIW CANIM.ELLERINE SAQLIQ.
nurashka | 16 iyul 2012 18:22 | Status: Qonaq | Şərh: 2 167
Sitat: SoFiYYaВ AnGeLВ 
men mektebimiz ucun cox darixdim =((

CAN HEC YADIMA DA DUWMURE MEKTEBIMIZ..CUNKI IKI MEKTEBDE OXUMUWAM..HEC BIRI O QEDER DE MARAQLI OLMAYIB MENIMCUN BUTUN GUN ORA GONDERIRDILER BURA GONDERIRDILER NESE MUSABIQE OLDU DAVAY NURAY BEZMIWDIM LAP smile
Melek_1 | 27 iyun 2012 15:24 | Status: VİP user | Şərh: 1 002
menim mektebi qurtarmaqa 3 il var ona gore indiden uzulurem