Azadqadin.az / Bizim kollektiv

Bir az da özümüzə gülək )))

_Almira_ | 13-05-2012, 21:00
5 554 142

 

 

luce

Ən çox gülməli hadisələrim məktəb illərində olub. Bir dəfə müəllim inşa tapşırmışdı yazmağa. Mən də imkanlaşdırıb yaza bilməmişdim. Sinif yoldaşımın yazdığı inşanı köçürtdüm (dedim nə olar, olar). Müəllim inşanı yoxlayıb qurtarandan sonra mənə 5, o biri sinif yoldaşıma isə 2 verdi. Ona da dedi ki "utanmırsan köçürtməyəç sənə qiymət verməyəcəyəm". Qız yazıq ele pis oldu ki, mən də müəllimə dedim ki "mən köçürtmüşəm, o məndən köçürtməyib". Müəllim de qayıdıb mənə nə desə yaxşıdır "sən oxuyan uşaqsan, bilirəm ki sinif yoldaşının tərəfini saxlayırsan, amma lazım deyil nəyisə subut etmək, bilirəm ki o səndən köçürdüb". Əlqərəz, mən o insana başa sala bilmədim ki mən köçürtmüşəm. Həmin hadisə sinifdə xeyli müddət gülüşə səbəb olmuşdu. İndi də hər dəfə sinif yoldaşımla qarşılaşanda, deyirəm ki "utanmırsan məndən inşa köçürtməyə".

Bir dəfə də universitetdə oxuyan vaxtlar idi. Mühazirə dərsində tələbə yoldaşımın biri (oğlan) arxa partaya keçdi, başını partaya qoyub musiqiyə qulaq asırdı. Dərs qurtardı. Patokun uşaqları çıxdı, biz sinifdə qalası olduq (məşğələ dərsi indi sonrakı dərs). Müəllim (başqası) gəldi, uşaqlardan bir-bir dərs soruşmağa başladı. İndi bu uşağın adını çəkir ki "gəl dərs danış", uşaqdan səs çıxmır. Müəllim durub uşağa yaxınlaşıb, əli ilə ciyninə vurdu ki "ay uşaq səninləyəm mən". Oğlan elə qışqırdı ki "gəlmə, yoxsa səni də döyəcəm". Müəllim və uşaqlar o qədər güldülər ki (elə özü də). Sən demə tələbə yoldaşım partada yatırmış (deyəsən yuxu görürmüş). Universiteti bitirənə kimi o oğlanı kim harda görürdüsə deyirdi ki "gəlmə, yoxsa səni də döyəcəm".



arzusefeq37

Mən kərtənkələdən çox pis qorxuram. Bir gün yayda həyətdən evə gəlirdim, birdən gördüm piləkənlərdə kərtənkələ var. Özü də 3-cü 4-cü 5-ci mərtəbələrdə piləkənlərda...Mən qışqıraraq evə qaçdım. Evə girdim eyvana qaçdım ki, hava dəysin mənə, bir də gördüm eyvanda da kərtənkələ var. Yoldaşım da yaxınlıqdakı restoranda toyda idi. Telefonu götürüb qışqıraraq dedim ki, məni əhatəyə alıblar. Bu sözü eşidən kimi yoldaşım elə bilib ki, kimsə evə girib məni əhatəyə alib. Necə gəldisə evə, nəfəsi kəsilərək...Qapını sındırmağa çalışırdı, mən qapını açıb əhvalatı ona danışanda çox güldü...

Bir gün də bir ad gününə gedirdim. Mənə ev yiyəsi tapşırdı ki, başqa bir xanım da var, onu da evindən götür gətir özünlə, tək gəlməsin. Mən də "yaxşı" dedim. O xanımın dalınca getdim, xanım evdə yox idi. Ad günününə gəldim, soruşdular ki, "nə oldu? Bəs xanım niyə gəlmədi?" Mən də zarafatca dedim ki, "Ağabala, mən heç kimi tapmadım"- Bəxtiyar kinosundan sitat gətirdim. Orda bir hörmətli qonaq var idi, sən demə o qonağın adı da Ağabala imiş. Mənim sözüm onun xətrinə dəydi, məclisdən cıxdı getdi.

 


Damla

 

Bir dəfə Danik şifoneri eşələyir.
Mən: Danik neynirsən orda?
Danik: Heç, ana xoşbəxtlik axtarıram.  
Mən: Danik bir dənə mahnı oxu, yaxşı?
Mən: İndi də başqasını oxu da...
Danik: Aaaaaaa şokolad ver oxuyumdaaa.Yoxsa acıram axıııııııııııııı.
Danik səhər bağçaya gedəndə ağlayır.
Mən:Danik tez ol sumkanı götür gecikirik!
Danik yerdə oturlu:ehhh ana men yorulmuşam işə getməkdən,həyat çox çətindir.
Danik kranti açıb su ile oynayır mən də deyirəm Danik tez ol suyu bağla
Danik: Sen yaxşı deyilsən
Men: Nə deyirsen Bir də təkrar elə
Danik gülə-gülə: Ata yaxşıdır,sən də qəşəngsən.
Danikə "Qırmızı papaq" nağılını danışıram.Sonda Danik:Ana heç güclü olmayıb.Mən olsaydım başına vurardım canavarın. Yeqin şokolad az yeyib dəəə...
Bir dəfə Danik şifoneri eşələyir.Mən: Danik neynirsən orda?Danik: Heç, ana xoşbəxtlik axtarıram.  
Mən: Danik bir dənə mahnı oxu, yaxşı?Mən: İndi də başqasını oxu da...Danik: Aaaaaaa şokolad ver oxuyumdaaa.Yoxsa acıram axıııııııııııııı.
Danik səhər bağçaya gedəndə ağlayır.Mən:Danik tez ol sumkanı götür gecikirik!Danik yerdə oturlu:ehhh ana men yorulmuşam işə getməkdən,həyat çox çətindir.Danik kranti açıb su ile oynayır mən də deyirəm Danik tez ol suyu bağlaDanik: Sen yaxşı deyilsənMen: Nə deyirsen Bir də təkrar eləDanik gülə-gülə: Ata yaxşıdır,sən də qəşəngsən.
Danikə "Qırmızı papaq" nağılını danışıram.Sonda Danik:Ana heç güclü olmayıb.Mən olsaydım başına vurardım canavarın. Yeqin şokolad az yeyib dəəə...

 


dr.Samira

Mən isə bu yaxınlarda olan bir hadisəni danışım...balaca oğlum ,böyüyün flomasterlərini götürüb,başlayıb koridorda,divarda rəssamlıq eləməyə..Bunu görüb,əlindən flomasterləri alıb,onu da o biri otağa aparıb qapını bağladım ki, tez,qurumamış divardakı cızma-qaranı silə biləm.Əlindən alanda artıq ağlamağa başlamışdı,mən də Əliyə dedim ki,qoyma qaqa ağlasın,başını qat,indi gəlirəm.Bir də eşitdim ki, ikisi də başladı ağlamağa,keçdim otağa ,görürəm ki,Əli ilə Yusif qucaqlaşıb,ağlaşırlar,özü də bir-birinin kürəyindən döyəcləyə-döyəcləyə..necə ki,böyük adam uşağı sakitləşdimək istəyəndə ,asta-asta,ritmik döyəcləyir kürəyini bax elə...Bunu görüb,özümü saxlaya bilmədim,gülmək krizinə düşdüm,çünki mənzərə çox qəribə idi,iki azyaşlı uşaq,dərdli-dərdli qucaqlaşıb ağlayırdı...Sonra Əlidən soruşdum ki,nə olmuşdu burda..dedi ki,Yusif ağlayanda həmişə sən qucaqlıyırsan,susur,mən qucaqladım susmadı,mənim də ona yazığım gəldi...


sofiyyaaa angel

5 Sentyabr--- Ilk ders gunumuz idi. Men de mektebimizde Goyercin seiri deyecekdim... Seiri deyende de elimde Goyercin var idi.. balaca idi goyercinden cox qorxurdum.. Amma goyercini qorxa-qorxa elimde tutmusdum. Seiri dedim qurtardim indi goyercini havaya buraxacaqdim ki, yaziq goyercini elimde o qeder sixmisdim ki, Goyercini havaya buraxanda yaziq oradaca yer dusdu.. O zaman her kes gulurdu mende goyercine baxirdim.. Sonra mektebimizi muellimlerinden biri goyercini goturub apardi.. Mende hem utandim,hem de sonradan guldum.. :))) Goyercin --ise olmemisdi.. O vaxtdan mektebi qurtarana qeder muellimim mene Hitler deyirdi... Balacaligimdan bu yaddimdan hec vaxt cixmir.. Bu da menim basima gelen hadiselerden biri ..... :)))))


 _Almira_
2-3 il bundan əvvəl yayda istirahət üçün rayona getmişdim. Rayonda xalam qızı ilə birlikdə dayimgildə qalirdiq. Biz gecə yatanda birdən qorxarıq deyə dayım arvadı da bizimlə bir otaqda yatırdı. Bir gün xalam qızı ilə fikirləşdik ki, gecə tək yataq həm də biraz söhbətləşərik. Nəysə...dayım arvadına dedik və gecə tək yatdıq. Tərslikdən də həmin gün eyvanın da işığı sönmüşdü, ona görə də otağa işıq düşmürdü. Biz yavaş-yavaş qorxmağa başladıq. Çox qorxurduq...Birdən qapı cırıldamağa başladı. İndi ikimiz də gözümüzü qapıya zilləmişik. Bir də gördük ki, qapıdan yavaş-yavaş gülən bir baş cıxır və get-gedə içəri doğru böyüməyə başlayır. Qorxudan ikimiz də var gücümüzlə necə qışqırdıqsa...Bütün evi ayağa qaldırdıq. Bir də gördük ki, dayım qaça-qaça gəlib, elə bilib ki, evə nəsə girib. Sonra işığı yandırdılar. Sən demə gələn dayım arvadı imiş. Otaqdan nəsə götürməyə gəlib, çöldən səsimizi eşidib deyə gülə-gülə içəri girib. Həmin günün sabahı özümüzə o qədər güldük ki...
Bir dəfə də nənəm bizdə idi. Bizdə də 2 ədəd ruletka metrə vardı. Biri isə xarab olmuşdu. Qardaşım da həmin xarabı götürdü açdı. İcinin bütün dəmirini çıxartdı. Sonra aparıb zibil vedrəsinə atdı. Zibil vedrəsi də dolu idi deyə zorla içinə basıb qapağını bağladı. Biraz sonra sen deme nənəm zibil qabına nəsə atırmış. Zibil qabının qapağını açan kimi ruletka metrənin dəmirləri birdən yuxarı atılıb. Bir də gördük ki, yazıq arvad rəngi ağappaq bir şəkildə üstümüzə gəlir. Deyir: "Bala ele bildim içindən ilanlar çıxdı!" Ele qorxmuşdu ki...Amma biz həmin hadisəyə çox güldük...


 Hande

Bir dəfə mən metroyla gedərkən əlim tutunacaq turbadan ayrıldı. Necə yerə yapışdımsaaa ,bir saat utancımdan üzüm qızarmışdı. Eh, ondan sonra əlimi turbadan bərk-bərk tuturam. Bu da mənim gülməli hadisəm.



konul mamedova
(BÖYÜKLƏRDƏN ÜZÜR İSTƏYİRƏM).
HAMİLƏ OLANDA HƏR AY DAVAMLI OLARAQ MÜAYİNƏDƏN KECİRDİM(BÜTÜN ANALAR KİMİ).NÖVBƏTİ MÜAYİNƏLƏRİN BİRİNDƏ HƏKİM MƏNİ MÜAYİNƏ EDƏRKƏN BİRDƏN HƏYACANLI SƏSLƏ TİBB BACISINA SÖYLƏDİKİ."BİRAZ FASİLƏ VERƏK BİR DƏ YOXLAYAQ.
BUNU EŞİDƏNDƏ QORXDUM...HƏM DƏ LAP ÇOX..SADƏCƏ QULAQLARİMDA HƏKİMİN BİR SÖZÜ TƏKRARALANİRDİ."..UŞAGIN ÜRƏK-NƏBZ DÖYÜNTÜLƏRİ MƏNƏ ŞÜBHƏLİ GƏLDİ.."AĞLIMA HƏR ŞEY GƏLDİ....AĞLAYA-AĞLAYA NÖVBƏTİ MÜAYİNƏYƏ GİRDİM.
YENİDƏN MÜAYİNƏ OLUNAN ZAMAN HƏKİM BƏRKDƏN QƏHQƏHƏ ÇƏKDİ VƏ BİZƏ DEDİ" 4 DÖYÜNTÜ SƏSİ GƏLİR.TƏBRİK EDİRƏM SİZİ!"
ƏVVƏLCƏ BAŞA DÜSMƏDİM SÖHBƏT NƏDƏN GEDİR.SONRADAN HƏKİM AÇIQLAYANDAKİ ƏKİZ ÖVLADLARIM OLACAQ ÇOX SEVİNDİM.BU MƏNİM HƏAYTIMIN ƏN HƏYACANLI VƏ MARAQLI BİR HADİSƏSİDİR.

Nergizim_t
Deməli bir gün marşrutkada gedirdim.Həmişə ki,kimi yenə çox insan var idi. Dayanacaqda dayananda bir qoca nənə əlini pul qabına atdı ki,bilet pulunu alsın baxdı ki,içi boşdu.Yüksək səslə dedi ki,nəvələrim götürüb eeeey, işə bax bir sən ( daha bilmədim pulu olmadığı üçün elə edib yoxsa doğrudan da nəvələri götürüb) Nə ise...mən insanlıq vəzifəmi yerinə yetirmek istədim həm də düşündüm ki,savab iş görmüş olaram Nənənin biletini mən aldım nənə xeyir dua verdi və düşdü.Özümü hardasa rahat hiss etdim. Kiməsə əl uzatmaq mənim üçün xoş oldu.Az da olsa bele...Arxada bir oğlan oturmuşdu ondan sonrakı dayanacaqda düşdü ve düşende mənə dedi xanim pulunuz çatdi düşərsiz. oğlanı da tanımıram Eləcə üzünə baxa baxa qaldım ki,bu nə demək oldu Sonra dedim bəlkə də insandı düşünüb ki,mənim də pulum qalmaz çünki,sonra mən çantamdan pul çıxartmadım ki düşəndə çıxardaram.. indi bu hələ də mənə aydın deyil görəsən savabı kim qazandı????

Azizova
Bilmirəm uşaqkən insan daha çox gülür ya nədirsə bu sual mənə ünvanlananda uşaqlıq xatirələri yadıma düşür... Bizim sinif roman məhəlləsi kimi idi, hər növ uşaq vardı, şənliyi də çox sevirdik. Dalaşıb-dalaşıb sonra da deyib gülürdük. Birləşib nələr-nələr etmişik... O vaxtlar siniflərdə soba yananda bir gün ingilis dilin öyrənmədiyimiz üçün sobanı qəstən tüstülətdik, nəticədə çoxbilmiş müəlliməmiz bizi aparıb buz kimi soyuq otaqda dərs keçdi. Hələ hazırlıq yollarında qarlı bir dərəyə yıxılmağım; yekə bir qara camışın bizi qovması; çox ciddi rejimlə dərs keçən ingilis-dili müəlliməmizin saatın irəli çəkməyimiz; bilik yarışında rayon üzrə qalib olanda diplomu götürüb rayonun küçələrində oğlanlarımızın qışqıra-qışqıra getməyi; son zəngdən bir gün əvvəl məktəbin həyətində yer üstündə dalaşmağımız və nəhayət səhəri gün həmin yerdə dayanıb günəşin altında zənciyə dönməyimiz... o qədər xatirələr var ki...

Eyc
Hə...deməli belə...Yoldaşım mənə yeni nömrə almışdı. Anama zəng etdim ki,yeni nömrəmi qeyd etsin. Telefonu bir qız açdı. Salam verdim, soruşdum qızdan: "xanım telefonun yiyəsi hardadır ki?" Mənə deyir ki, bazara gedib. Soruşuram: "siz kimsiz?" Telefonu götürən qız özünü təqdim etmir, deyir ki, xanım siz sözünüzü mənə deyin mən özü gələndə çatdıraram. Lap dəli olmuşam telefonda. Axı mama hanı? Bu qız kimdir? Qızdan yenə soruşuram: "xanım siz kimsiz?" Qız deyir ki: "telefonun yiyesinin qızı" Aaaa...lap gic olub qalmışam. Düşündüm ki, yəqin səhv düşmüşəm. Üzr istəyib adboy verdim. Nömrəyə baxıram ki, nömrə düzdür. Bu qız nə danışır? Anam hardadır? Yenə zəng etdim, yenə həmin qız telefonu açdı. Qıza deyirəm: "telefonun yiyəsinin adı Adilə xanım deyil?" Deyir: "hə". Soruşuram: "bəs özü hanı?" Deyir: "bazara gedib". Qıza yenə sual verirəm: "bəs sən kimsən?" Deyir: "qızı". Soruşuram: "xanım adınız nədir?". Mənim adımı söyləyir: "Aygün". Əstafurullah, düşdük də işə...Artıq əsəbimdən gülürəm, qıza deyirəm: "o necə olur? Adilə xanımın qızı mənəm, Aygün mənim adımdır. Məzələnirsən mənimlə sən?" Bir də gördüm qız telefonda gülməkdən ürəyi gedib, anama verdi telefonu. Anam götürüb gülür, deyirəm: "yeni işinizdəkilərin başı deyəsən işləmir, nə olub?". Gülərək deyir ki,gördüm başqa nömrədir, düşündüm ki,köhnə iş yerimdəndir. Yəqin müdürdür, telefon nömrəmi tapıb zəng vurub, örgənsin niyə işə gəlmirəm. Mən də telefonla demək istəmirəm ki, daha işə gəlməyəcəyəm. Istəyirdim gedib üz-üzə danışım bildirim ki, mən daha işə gəlməyəcəm, yeni iş tapmışam. Onun üçün burdakı qıza verdim telefonu, dedim söylə sən mənim qızımsan, mən də bazara getmişəm, telefonum evdə qalıb. Nə bilim ki, sənsən. Hə, bu da mənim başıma gələn gülməli hadisələrdən biri idi.

 

 Əziz userlər! Bəs sizin həyatınızda hansı gülməli hadisələr baş verib?


ESMERRi | 24 mart 2016 17:30 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: Nigar
Sitat: Girl
tewekkur edirem hamisi maraqli idi
Nigar | 22 fevral 2014 21:31 | Status: Gümüş user | Şərh: 6 063
Sitat: Girl
tewekkur edirem hamisi maraqli idi

ay gunes | 16 oktyabr 2013 19:57 | Status: VİP user | Şərh: 916
tewekkurler
Girl | 27 iyun 2013 12:29 | Status: Professional user | Şərh: 8 206
tewekkur edirem hamisi maraqli idi
Beren | 13 iyun 2013 17:59 | Status: Professional user | Şərh: 3 214
Hande

Bir dəfə mən metroyla gedərkən əlim tutunacaq turbadan ayrıldı. Necə yerə yapışdımsaaa ,bir saat utancımdan üzüm qızarmışdı. Eh, ondan sonra əlimi turbadan bərk-bərk tuturam. Bu da mənim gülməli hadisəm.

wink
Akademik | 1 iyun 2013 20:53 | Status: Professional user | Şərh: 4 580
wink wink wink TƏŞƏKKÜRLƏR.
Girl | 20 may 2013 22:54 | Status: Professional user | Şərh: 8 206
hamisi cox gulmeli idi twk
Mickey Mouse | 12 aprel 2013 17:30 | Status: Professional user | Şərh: 4 008

Almiranin ki tamda filmlerdeki kimiymis cooox guldum.konul mamedovaninki da gulmeli idi.

elnare terlan | 10 yanvar 2013 16:42 | Status: VİP user | Şərh: 1 407
dr samira xanim allah balalarimizi qorusun
Torpaq | 9 yanvar 2013 23:30 | Status: Professional user | Şərh: 3 570
Danik kranti açıb su ile oynayır mən də deyirəm Danik tez ol suyu bağlaDanik: Sen yaxşı deyilsənMen: Nə deyirsen Bir də təkrar eləDanik gülə-gülə: Ata yaxşıdır,sən də qəşəngsən.


caaaan :n3:
Nubar-Senan | 8 yanvar 2013 19:28 | Status: Şərhçi | Şərh: 381
:n3: gulmeli maraqliiii ))) ALLAH uzvuzu guldursuuun))) lIKE )

COOOXDUUU EE EN COXDA MEKTEB VAXTLARDA olub) hih yazmaga gelende hami yadimnan cixdii ) :n11:
Princess_93 | 6 yanvar 2013 22:07 | Status: Brilliant user | Şərh: 5 877
heqiqetende cox gulmelidi
Asya Qurbanova | 29 noyabr 2012 01:18 | Status: Gümüş user | Şərh: 715
Cox maraqli idi.Menim yadimda deyil vallah yadima dusende deyerem size :n10:
sanel | 8 noyabr 2012 17:41 | Status: Professional user | Şərh: 3 647
cox maraqlidilar
gulya20 | 23 oktyabr 2012 23:01 | Status: Professional user | Şərh: 4 677
Maraqlidi hemde gulmeli,mendede cox olub bele hadiseler.Danis danis bitmez.
cucem. | 18 sentyabr 2012 07:52 | Status: Professional user | Şərh: 4 415
1 SOZLE SUPER IDI ELA :n33: :n33: :n33:
_Ay_ | 18 sentyabr 2012 07:50 | Status: Gümüş user | Şərh: 394
ƏKİZ ÖVLADLARIM OLACAQ

ay ne goooooooooooooozeeeeeeeeeeeel ALLAH SAXLASIN
azeri_oglu | 16 sentyabr 2012 12:24 | Status: Gümüş user | Şərh: 2 243
biri maraqliidi
_Nazlim_ | 9 sentyabr 2012 16:25 | Status: Professional user | Şərh: 2 267
gulmeli ve maraqli idi
sevinc keder | 9 sentyabr 2012 13:26 | Status: Professional user | Şərh: 3 818
:n33:
TATLI GUZEL | 19 avqust 2012 10:43 | Status: Professional user | Şərh: 5 781
ne maraqli idi.tesekkurler
nurashka | 29 iyun 2012 01:30 | Status: Qonaq | Şərh: 2 167
:n33: