Azadqadin.az userlərinin başına gələn ən qorxunc hadisə
Nikita
Təxmini bir il bundan qabaq sevgilimlə 28 mayda idik, harasa gedirdik. Birdən atam zəng elədi, acıqlı şəkildə harda olduğumu soruşdu və tez evə gəlməyimi tapşırdı. Papam çox vaxt 28 mayda olduğu üçün məni gördüyünü düşündüm. Ona görə çox qorxdum və evə çatana kimi dua elədim ki, ya papa bizi görməmiş olsun, ya da görübsə də fəlakət baş verməsin :D amma onu da bilirəm ki, nişanlanana kimi bu həyəcanı zaman-zaman yaşamalı olacam :D
Eyc
Bir dəfə olub mən onda 4-cü sinifdə oxuyurdum məhlədə yaxın rəfiqəmlə oynayırdım o hadisə bu günki kimi yadımdadır mənə bir kişi yaxınlaşdı və mənə dedi ki,bu blokda mənim dəftərim,kitabım var onları gətirərsənmi yaxşı dedim və yuxarı qalxdım bu insan məni üçüncü mərtəbədə dayandırdı əlindəki lezvanı göstərib sakit dur tərpənmə qışqırmasan sənə heç nə etmərəm dedi qulagımdakı qızıl sırqamı açdı və qaçaraq getdi çox qorxmuşdum o qorxunu indiyənə kimi xatırlayıram nə isə cana gəlincə mala gəlsin bu hadisə beləcə xətasız bəlasız ötüşdü.
Dr.samira
Naza
Desəm inamarsınız mənim başıma uşaqlıqda qorxunc hadisə gəlməyib inanın ki ,vallah gəlməyib uşaqlar olandan sonra bir çox hadisələr olub, amma qorxunc olmayıb çalışaram ki, mənim uşaqlarımın başınada qorxunc hadisə gəlməsin ALLAH qorusun Ami!
Damla
Deməli 7-ci sinifdə oxuyurdum.Hər 6-cı günlər nənəmgilə gedirdim.Nənəmgilin küçəsində 3-4 dənə oğlan uşağı 12 yaşlarında üstümə iti saldırdılar.İt məktəb çantamdan və ayağımdan yüngülcə dişləmişdi.Məndə başladım qaçmağa 2 dənədə böyük küçə iti dalımca qaçırdı. Mən çox qorxmuşdum.Elə indidə uzaqdan it görəndə həmin hadisə yadıma düşür.
STUDENTKA
Ən qorxunc hadisə çox olub amma 1ni yazım da biz indiki evimizə təzə köçən vaxtı idi maddi problemlər oldugundan həyətimiz tikilsədə hasara alınmamışdı ona görə həyətimizdə gecə həyətə çıxanda it falanla qarşılaşmaq ehtimalımız olurdu amma bir gecə yay vaxtı idi qardaşlarımla( 2qardaşım var bu arada ikisidə məndən balaca) həyətə çıxmışdıq qaranlıq idi evin işığı 1az həyətə düşürdü oturmuşduq nəsə xışıltı gəldi qarşımıza elə bir canlı çıxdıkı inanınki hec nəyə bənzədə bilmədik amma başı insan idi bədəni heyvan bizə tərəf gəlirdi qışqıra-qışqıra qaçdıq evə qardaşım yıxıldı pilləkəndən papayla mama həyətə çıxdılar tez-telesik qardaşıma dərman zad verdilər ayaği çox əzilmişdi səbəbini dedim hec kim inanmadı kimse inanmasada qəribə olan bir şey var idi üçümüzdə eyni canlını görmüşdük amma nə papa nə də mama dedilərki yəqin itdi gördüyünüz amma üçümüzündə gördüyümüz eyni şey idi( xatırladımki mən 8də oxuyurdum qardaşlarım isə 4 və 5ci sinifdə idilər yanı balaca idilər)
Mavi Kepenek

Lale Mehrali
Bu günə qədər həyatımda çox qorxmuşam, ən cox da böcəklərdən. Məndə böcəklərə qarşı fobiya var, qarışqa və arıdan başqa hansını görürəmsə rəngim sapsarı olur, qışqırıram. Ən çox da çəyirtgələrdən və hamam böcəklərindən qorxuram. 12 ya 13 yaşım olanda bir dəfə həyatımın ən qorxulu hadisəsi baş verdi. Nənəmgilin kənddəki evinin önündə böyük bir söyüd ağacı vardı, kənddə olanlar və söyüd ağacını tanıyanlar bilər, onun kölgəsi çox sərin olur. Babam rəhmətə getmişdi və hamımız onun 40 mərasiminə yığılmışdıq. Yay ayı olduğuna görə söyüdün kölgəsində oturmuşduq. Nə qədər oturduğumuzu xatırlamıram, oradan aralananda hiss elədim ki, qarnım qıdıqlanır. Əynimdə don var idi, beldən kəməri olan, qırmızı, geniş ətəkli bir don idi. Yaxamdan baxdım içəri, heç nə görmədim, "yəqin balışdan tük-falan keçib" dedim. Aradan bir az keçəndən sonra qarnım bir də qıdıqlandı. Gördüm ki, belə olmayacaq, keçdim arxa otaqlardan birinə və donumu çıxardım. Gördüyüm mənzərə qorxunc idi, indi yaza-yaza tutrəyirəm, təsəvvür edin ki, donuma baş barmağınız qalınlığında və uzunluğunda bir qurd yapışmışdı, ona "söyüdqurdu" deyirlər. Sən demə, bayaqdan məni qıdıqlayan bu qurd imiş. Qışqırdığımı xatırlayıram, gerisi yadımda deyil. Gözümü açanda yas evindəki bütün adamların başıma toplandığını gördüm. O gündən sonra söyüd ağaclarının altında dayanmıram.
Rosee
Uşaq idim nənəmgilə istirahətə getmişdim nənəmin anası ölmüşdü mənə dedi get anamın çarpayısında yaz o biri çarpayılar məşğuldur,uşaq idim heçnə başa düşmürdüm anama dedim burda yata bilmerem qorxuram dedi qorxma uzandım çarpayıya canıma titretme düşmüşdü dəhşət qorxurdum otaqda buz kimi idi pis abu-hava var idi.Birdə gördüm pərdənin arxasında qara saçlı hündür boy ağ paltarlı bir qadın mənə baxır dəhşət qorxmuşdum qapı pərdə tərpənirdi qapıda açılıb-bağlanırdı o qadını görən kimi qışqırdım səsimə aşağıda oturan camaat başıma töküldü nə oldu nə oldu? Nə baş verib?Dedim ruh gördüm ( indi kimə deyirəm ruh görmüşəm inanmırlar deyirlər əcaib məxluq görmüsən :( səhərsi gün mənim halım dəyişdi xəstələdim hərgün başım ağrıyırdı ölürdüm bir molla qalmamışdı ki mən gedəm o deyirdi uşaq qorxub digəri deyirdi ruh görüb mollaların çoxu ruh gördüyümü təsdiqləyirdi.Çoxlu dualar yazmışdılar.Başıma gələn ən qorxulu hadisə bu olub.(mən bilirəm ki ruh görmüşəm gördüyüm qadın ruh idi)
Jasmin.
Bu yay Sankt -Peterburqda idim. Getmişdik kinoteatra. Film seçdim punkt znaçeniya 5. Kinoya baxdıq birinci körpü uçur. Ardınca hər adam bir çür olur. Axırdada təyyarə partlayır. Bəxtimə bax Piterdə də 238 körpü var və sabahsı gün Bakıya uçmalı idim. Kino bitib hələ təsirindəyəm. Mindik maşına birdə bir səs gəldi mən dəli oldum ki nə oldu. Daha sonra körpülər və sabahsı təyyarə. İnanın Bakıya düşənə qədər mən dəli olmuwdum((( şükür sağ-salamat gəldik
Aynur_Qurbanqızı
5-6-cı siniflərde oxuyanda həmişə gecə yatanda aynabənddən qab-qacaq səsləri gəlirdi, sanki çoxlu adamlar var. Qorxub gözlərimi yumub yatırdım. Bir dəfə gecə ayıldım və su içmək üçün yataq otağından çıxdım aynabəndə. Və şok oldum. Başı bağlı bir qadın var, məni görən kimi yoxa çıxdı. O gündən sonra bir daha o səslər aynabənndən gəlmədi. Hələ də anlaya bilmirəm ki, bu nə idi.
Başqa qorxduğum hələ nəsə olmayıb ))
Teymur
UŞAQ VAXTI BAŞIMA GƏLƏN VƏ İNDİYƏDƏK HƏLƏ DƏ UNUTMADIĞIM HADİSƏ,LİFTDƏ QALMAĞIM İDİ.LİFTİN TROSU QIRILMIŞDI,TƏSƏVVÜR EDİN,8-Cİ MƏRTƏBƏDƏ QALMIŞDIM,LİFT İSƏ BİRDƏN BİRƏ SÜRƏTLƏ AŞAĞI DÜŞÜR,BİR-İKİ MƏRTƏBƏ HÜNDÜLÜYÜNDƏ,QƏFİLDƏN DƏ DAYANIRDI...ELƏCƏ DÜZ BİRİNCİ MƏRTƏBƏYƏ QƏDƏR LİFT SÜRÜŞÜB DÜŞDÜ,İÇİNDƏ DƏ MƏN,HƏR DƏFƏ SÜRÜŞMƏYƏ BAŞLAYANDA,DÜŞÜNÜRDÜM Kİ,BU DƏQİQƏ YAPIŞASIYIQ PADVALA,AMMA HƏR DƏFƏSİNDƏ DƏ BƏXTİM GƏTİRİRDİ.AXIRI SAĞ-SALAMAT ÇIXDIM,AMMA O GÜNDƏN SONRA BİR DƏFƏ DƏ OLSUN LİFTƏ MİNMƏMİŞƏM
P:S Mən bir çox userlərə sual göndərmişdim bəziləri özlərinə sıxışdırıb cavab yazmadılar yazanlar sagolsun.)