Azadqadin.az / Bizim kollektiv




Ailənə məlhəm ol bir loğman kimi
Övladlar yetişdir bir bağban kimi
Səndə öz balana öz anan kimi
Çıraq tək alışıb yanan ol bacım
Qapınızda var çinar
Yarpaqı dinar dinar
Bəyimizlə gəlnimizi
Saxlasın Pərvərdigar





Saytın da bütün subay qızlarına Nuruşa,Günəşimə,Sadəcə-Mənə,Günəş batarkənə,Luce,Filoloqa,,Ferihaya,Princess-93,Hande18və bütün subay qızlarımıza qırmızı lentli xonçalar nişan toy büsat arzulayıram.
































Nara toyun mübarək!
Nurus. | 21-01-2014, 00:00
15 663 81

25 Yanvar tarixində saytımızın nazlı gözəli Narasubaylığa əlvida deyərək sevib seçdiyi yarı Anar bəylə ailə həyatı qurur.Belə desək saytımızın bir göyərçinidə gəlin köçür.Məndə Naranı çəx istədiyim üçün ona gözəl bir xəbər hazırlamağı qərara aldım.
Nara canım mənim sənin üçün yaxınların üçün çox özəl və gözlənilən bir gündür.Çünki sevdiyin insanla yeni həyat,yeni bir səhifə açırsan.Yaşamınız boyu bir-birinizi tamamlamağınız niyyətiylə xoşbəxtliklər arzu edirəm.

Hər gününüz bir-birinizi daha çox sevərək, bir-birinizə daha çox bağlanaraq sevgi dolu keçsin.Həyatınız boyu xoşbəxt, rahat və çox uşaqlı yaşam diləyimlə yuvanızdan heç vaxt sevgi əskik olmasın.Gözləriniz həmişə bir-birinizi axtarsın.Bütün həyatınız boyunca ən gözəl günləri, ən sevincli xatirələri, birlikdə yaşamağınızı arzulayırıq
Nara gözəlim bugün mənimlə bərabər bu xəbərdə səni təbrik etmək istəyən dostlarımızda var.Görək onların sənə olan arzuları nələrdir

Huseyn 80
Nara xanim toyunuz mübarək olsun, Allah səni sevdiyin insanla bir ömür xoşbəxt eləsin en gözəl günlər, aylar, illər sizin olsun o, qədər xoşbəxt olasınız ki qocalana qədər xatirinızdə yaddaşınızda qalsin. Və Allah sizə xeyirli əməli-saleh övladlar qismət eləsin.Birdaha toyunuz mübarək olsun! Sag əliniz subaylara insallah.
Aytekin 82
Əvvəlcə ürəkdən təbrik edirəm, Naracım səni.
Arzum budur, ürəyincə olacaq bir həyatın olsun. Xoşbəxt anlarla, sevinclə bəzənsin hər günün.
Naxçıvanlılar demiş, "ayağınla dövlət, başınla övlad gətirəsən getdiyin ocağa"...
"Qazanın qaynar, suyun sərin olsun" getdiyin ocaqda
Arzum budur, ürəyincə olacaq bir həyatın olsun. Xoşbəxt anlarla, sevinclə bəzənsin hər günün.
Naxçıvanlılar demiş, "ayağınla dövlət, başınla övlad gətirəsən getdiyin ocağa"...
"Qazanın qaynar, suyun sərin olsun" getdiyin ocaqda
Buda sizin üçün toy hədiyyəmiz olsun

Sadece Men
Nara,canım,təbrik edirəm səni..Sevib-seçdiyin insanla bir ömür boyu xoşbəxt olun İnşaAllah!Hər zaman elə bu günkü kimi böyük,saf məhəbbətlə sevin bir-birinizi..Rəbbim səni xoşbəxtlərin xoşbəxti etsin.Necə deyirlər,yarıyanlardan olasan
Gələn il bu vaxtı ana olmağın xəbərini eşidək..AMİN İnşaAllah!Bir daha təbriklər
Gələn il bu vaxtı ana olmağın xəbərini eşidək..AMİN İnşaAllah!Bir daha təbriklər

Royamsan
Əzizim,sənə arzum,Qədəm qoyduğun yeni həyatın sənə səadət sevgi və xoşbəxtliklər bəxş etsin.Getdiyin yerdən xoş sadaların eşidilsin.Ata evindən çıxıb subaylığa əlvida deyəcəksən,kədərlənəcəksən.Amma bilki bu kədər özü bir sevincdir.Sevib-seçdiyin insana qovuşursan.Xoşbəxtlərin xoşbəxti ol.Bir-birinizi sevin ve dəyər verin.Ailə həyatı uzun ve çətin,eyni zamanda sevincli,fəxr ediləsi bir yoldur.Bu yolda sənə uğurlar arzu edirem.Həyatınız toy günü əlində tutacağın güllər qədər təravətli və gözəl olsun.Sev,sevil və xoşbəxt ol!InşAllah ailə quracaqsan. InşAllah çox xoşbəxt olarsan.Sağ əlin bütün Azadqadın.az subaylarının başına

Alice
Təbrik edirəm... Xoşbəxt olasan NARA ... Toy günü hər bir insanın həyatının ən gözəl və təkrarolunmaz günlərindən biridir.. Mən də səni bax " Toy Günün "" Təkrarolunmaz Günün " münasibətilə səmimi qəlbdən təbrik edirəm.. İnşAllah ömürünüzün sonuna kimi yeni qurduğunuz ailə ilə xoşbəxt bir ömür sürəsən !! Həyat yoldaşın hər zaman qayğıkeş və mehriban biri olsun... Səni daim sevindirməyi, üzünü güldürməyi bacarsın.. Təbii ki, səndə ona qarşılığını layiqincə verə biləsən.. Birlikdə hər zaman bir-birinizin hörmətlisi olasınız.. Ən xoşbəxt qadınlardan olasan ay Nara ... Necə deyərlər oğullu-qızlı olasan.. Bir gündə İnşAllah eşidək ki, artıq " Ana " olmusan.. Bax o zaman dünyanın ən xoşbəxti olasan... Əsl xoşbəxti... Həyatınız boyu sevib-sevilin.. Bir ömür boyu gözləriniz digər tərəfə baxmasın.. Sadəcə bir-birinizə baxsın.. Amin..

Gunes Batarken
ALLah xoşbəxt eləsin. Can deyib can eşidsinlər, bu ailənin təməli qoyulan gündü. Bu gün Allah onları bir birlərinə çox gormesin ! Həyatda heç bir zaman ne edim nece edim demesinlər əl ələ versinlər bir ömür boyu xoşbəxt olsunlar. Həyatda heç bir zaman nişan üzükləri barmaqlarinı sıxmasın ,bir yasdiqda qocalsınlar inşallah.Övladınızın olan günün xəbərini hazirlayarıq .Allah bir daha bu cütlüklərimizi xoşbəxtlərin xoşbəxti eləsin bütün subaylarımıza qismət olsun. AMİN

Decel
Naranı tanımasam da mənə söz verdiyin üçün mən də təbrik edim.ALLAH səni xoşbəxt etsin.Çörəyiniz bişmiş suyunuz daim axarlı təmiz olsun..Daim sevib seviləsiz..





Getdiyin ocaqın ocaq daşı ol
Getdiyin ocaqın daş yaddaşı ol
Ocaqa gəlin yox dövlət quşu ol
Bircə işarədən qanan ol bacım.
Şirin dil hörmətli edər qadını
Mehriban qarşıla doğma yadını
Qoru şərəfini qoru adını
Bəymizə hər bir an hayan ol bacım
Getdiyin ocaqın daş yaddaşı ol
Ocaqa gəlin yox dövlət quşu ol
Bircə işarədən qanan ol bacım.
Şirin dil hörmətli edər qadını
Mehriban qarşıla doğma yadını
Qoru şərəfini qoru adını
Bəymizə hər bir an hayan ol bacım

Ailənə məlhəm ol bir loğman kimi
Övladlar yetişdir bir bağban kimi
Səndə öz balana öz anan kimi
Çıraq tək alışıb yanan ol bacım
Qapınızda var çinar
Yarpaqı dinar dinar
Bəyimizlə gəlnimizi
Saxlasın Pərvərdigar





Saytın da bütün subay qızlarına Nuruşa,Günəşimə,Sadəcə-Mənə,Günəş batarkənə,Luce,Filoloqa,,Ferihaya,Princess-93,Hande18və bütün subay qızlarımıza qırmızı lentli xonçalar nişan toy büsat arzulayıram.

Nazlım
Nara xanimi tanimasam da munasibətim olmasa da ona Allahin neməti olan can sagligi ve xosbextlik arzulayiram.Yeni heyata başlayır və bu həyatda ona uğurlar sevgi günlər bəxş olsun.En əsasi Allah sevdiyi qullarından eyləsin.Amin





Sevənlərin himninə çevrilən bu musiqi kallektivimiz adından hədiyyəniz olsun
Aliyeva
Allah xoşbəxt eləsin... qısa bir zaman da hər kəsin hörmətini qazandın..əhsən..





Qanad
Unutmayın ki, paylaşdıqca çoxalan tək şey sevgidir.Evlilik kimi bir nöqtəylə əbədiləşdirdiyiniz sevginizinin həmişə çoxalmasını diləyirəm.
Sevginizi ölümsüzləşdirməyə doğru atdığınız bu addımda sevginizin həmişə ilk anda olduğu kimi, təzə qalması və xoşbəxt olmanız diləyilə .Nara Xoşbəxt ol!
Sevginizi ölümsüzləşdirməyə doğru atdığınız bu addımda sevginizin həmişə ilk anda olduğu kimi, təzə qalması və xoşbəxt olmanız diləyilə .Nara Xoşbəxt ol!





Feriha
Canim ,gözəlim təbrik edirəm!Xoşbəxt ol!Nişanlınla nə arzunuz var həyata keçsin inşallah!Oğullu qızlı olasan!getdiyin yerdən yarıyasan!Sağ əlin bütün subayların başına





Günəşim
Təbrik edirəm Allah xoşbəxt etsin bir ömür boyu.İnşallah gözəl qadın və mehriban Ana olar

Hande 18
Əgər yanınızda olsaydım sizi möhkəm-möhkəm qucaqlayardım.Həyatınız boyu gözlərinizdəki parıltının davam etməsini, bir-birinizi daim sevmənizi və sevinc içində dinc həyat sürmənizi diləyərdim.Bu mesaj da mənim orada söyləyə bilmədiklərimə vasitəçilik edir.Ömür boyu xoşbəxtliklər sizin olsun.
Bu gul dəsrəsini saytımızın qızları adından hədiyyə edirəm

Mehdiyeva Cinara
Naram canim bacım səni səmimi qəlbdən təbrik edirəm.Sənə ailə səadəti yoldaşınla xoş günlər arzu edirəm.insallah çox xoşbəxt olarsan.İnşallah gələn il bu vaxt balaca bebiş xəbərini təbrik edərik....Dünyanın bütün gözəllikləri səninlə olsun həmişə.....Getdin bizləri unutma.....səni hər birimiz çox istəyirik.





Girl
Əbədi sevgi yolunuzda atdığınız bu ilk addımda sizə uğurlar azulayıram.Həyatınız boyu xoşbəxt olmağınızı arzu edirəm.Xoşbəxt ol.





G-DAMLA
Nara Canım xoşbəx ol Daima İnşallah amin.....
Bir almanın iki yarısı kimisiniz. Yasam boyu bunu qorumanız və bir-birinizi həmişə tamamlamanız diləyiylə ... Xoşbəxtliklər
Sənə yoldaşınla birlikdə dinclik və xoşbəxtlik dolu bir həyat diləyirəm. Hər ikinizi də təbrik edər, xoşbəxtliklər diləyərəm
Bir almanın iki yarısı kimisiniz. Yasam boyu bunu qorumanız və bir-birinizi həmişə tamamlamanız diləyiylə ... Xoşbəxtliklər
Sənə yoldaşınla birlikdə dinclik və xoşbəxtlik dolu bir həyat diləyirəm. Hər ikinizi də təbrik edər, xoşbəxtliklər diləyərəm

Mehrin
Xoşbəxtlik və gözəl günlər arzu edirəm.Daima üzü gülsün.Allah gözəl övladlar nəsib etsin.Xoşbətlik həyatlarının BRENDİ olsunee öpürəm maçi quci edirəm..Allah həyatları boyu xoşbəxtlik və sevincli günlər nəsib etsin..HAPPY WEDDING MY DEAR.. 

Luce
Əzizim Nara. Bu gözəl gün münasibətiylə səni təbrik edirəm. Allah dilədiyin kimi bir ailə qismət edər sənə inşAllah. Hər zaman xoşbəxt ol. Hər zaman sevgi dolu bir yuvan olsun. Bol-bol xoşbəxtlik arzu edirəm sənə.





Shela
Əzizim Nara.Səni bu gözəl günün münasibətilə səmimi qəlbdən təbrik edirəm.Arzum budur gələn il bu ərəfələrdə ana olmağını təbrik edim.Ailə həyatı həm şərəfli bir az çətin və xoşbəxtliklə dolu bir yoldur.Sənə bu yolda üzüaçıq addımlamağını arzu edırəm.Qoy bu gündən başlayan həyatın sənə ən gozəl hədiyyələrini bəxş etsin .Yoldaşınla birgə ömür sürüb birlikdə qocalasız!XOŞBƏXT OLUN!










Nuruş
Nara gözəlim,xəbəri hazırlamağa çəx sevinc hissi və həyacanla Ya Allah deyərək başladım və gözəl alınması üçün əlimdən gələni etdimki gözəl alınsın.Çox şükür ki,ürəyimcə olan bir xəbər alındı.Ümüd edirəmki səndə bəyənərsən.Səninçün bu gün ən gözəl təbrikləri və gözəl arzuları qızlarımız səsləndirdilər.Məndə bütün arzulara qoşularaq Amin deyirəm.İnşallah qurduğun bu gözəl ailə sevib-seçilən ailələrdən biri olar.Xoşbəxtlik arzulayıram məndə .Sonda mənim sənə hədiyyəm bir vağzalı ifası olacaq.Qoy bu musiqi bütün ailələrdə övladlara qismət olsun.Valideynlərin gözlərində axan yaş öz övladlarının toyunda axan sevinc göz yaşı olsun.Amin...
Sonda sözüm saytımızın subaylarınadı.Bəsdirin oturdunuz-vaxtdır.
Naradan sonra növbə kimdədisə mənə desin onun üçündə belə gözəl xəbər hazırlamağa söz verirəm


Buyurun əziz Azadqadın.az saytının istifadəçiləri söz sizdədir.




