Azadqadin.az / Bizim kollektiv

Diqqət!Müsahibə...

VILVET | 7-02-2013, 12:00
4 710 79

1)Özünü təqdim et...Özün haqda qısaca məlumat ver...

-Adım Sapir-dir. Bir neçə gün əvvəl 26 yaşımı keçirtdim. 

2)Saytımızın həyatına qazandırığı kiçik və ya böyük bir qazanc var?Varsa nələrdir?

-Sayt mənə maraqlıdır, həm xəbərlər baxımdan həm də istifdəçilər. anamla aramda həmişə uyqunsuzluq var idi və səbəbini bilmirdim, sayt mənə bu səbəbi açıqladı.

3)Adətən, insanların 70 faizinin dinləməklə arası yoxdur,buna görə də bir çoxları içinə qapanır.Çünki ona qulaq asacaq birini tanımırlar.Çoxları isə psixoloqa müraciət edirlər.Bəs Sapir necə,Danışmağı yoxsa qulaq asmağı üstün bilir və bilmək istərdim ki,qarşında sənin uzun-uzadı danışdıqlarını dinləyəcək biri varmi?

-Susan insan deyiləm, bir problemim olanda bilirəm ki, susmaqla olmayacaq. üstündən bir az vaxt keçəndən sonra problemim olan insanı söhbətə tuturam. Belədə daha çox qulaq asan insanam, hamının söhbət üçün axtardığı oluram. Mən isə indiyə kimi uzun-uzadı iki insanın qarşısında danışmışam, biri psixoloqum, ikinci isə nişanlım.

4)Heç bir xəyal reallaşmayacaq qədər böyük, heç bir ümid yüngülə alınacaq qədər kiçik deyildir!Xəyallarına qovuşmusanmı və ümidlərinə bağlı insansanmı?Əgər bir insanın ümidləri ölmüşsə,artıq özü də ölmüşdür deyilməsini çox güman ki,eşitmisən.Bu barədə fikirlərini bizimlə paylaş.

-Bəlkə də mənim qədər xəyalların gücünə inanan ikinci insan yoxdur. Mən xəyallarıma bağlı insanam, insan nəsənin xəyalını görməlidir ki bilsin nə üçün mübarizə aparır. Məsələn, hər hansısa proyektə başlayanda ilk onun maketini ya planını çəkirlər sonra işə başlayırlar. Xəyallarıma isə adətən qovuşuram. Çox bəxtim yoxdur, yəni hər istədiyim üçün çox zəhmət çəkməli oluram, amma olsun belə daha dəyərli olur ))

Ümidlərdən isə qorxuram. Ümidlər carəsizliyin ikinci adıdır mənim üçün. Əgər işim ümid etməyə qalıbsa, deməli vəziyyət çətindir ))

5)Pul insanların həyatında bu gün mərkəz nöqtədə durub.Pulun qazanılması ilə xərclənməsi arasında böyük əlaqə olduğu məlumdur.Necə deyərlər,asan yolla qazanılan pul,asanlıqla da dəyərsiz bir şeyə xərclənəcək.Sənin pula olan münasibətin,xərcləməklə olan əlaqən(xəsislik və ya öz kefinə..mənasında),pula görə edə biləcəyin ən böyük iş nələrdir?

-Pulun dəyərini həmişə bilmişəm, 16 yaşımdan işləyirəm. Elə o vaxtdan geyimimi də, gündəlik xərclərimi də özüm qarşılamışam. Pulum az olanda az almışam, çox olanda isə özümə xərcləməyə daha çox icazə vermişəm. Pulu çox ehtiyatla xərcləyirəm. Məsələn, ev üçün ərzaq almağa gedəndə siyahı tuturam, geyim üçün endirimləri gözləyirəm. Bunlar gözdə mənasız görülə bilər, amma əmin olun ayın sonunda əməlli məbləq alınır (iqtisiyyatçı tərəfim )) Ucuzdur deyənə mənə lazım olmayan hec nəyi almıram. Amma çox xoşuma gələn hər hansısa ayaqqabını ya geyimi hər neçəyə oldu ala bilərəm )) 

Pula görə edə biləcəyim ən böyük iş... gündə 14 saat işləmişəm )) elə indidə 10 saata yaxın işləyirəm. Amma sərhədlərim var, məsələn, heç vaxt heç kimi işindən etmərəm, heç kimin haqqını öz adıma keçirtməmişəm

6)Adətən,məşhur alim və ya uğur qazanmış insanlara psixoloqlar belə bir sual verirlər.Gözünüzü bir anlıq yumun və diqqətli şəkildə düşünün.Özünüzlə əlaqəli olan uşaqlıq vaxtında gözünüzə görünən və nə demək olduğunu anladığınız hadisəni bizə deyin.

-ilk yadıma gələn valideynlərimin övladlıq etdikləri bacımın öz nənə-babasınin illərdən sonra bizə gəlmələridir.

Vilvet cavab verir:
-Bu əslində hamıya qəribə gələcək bir sualdır,lakin oxuduğum kitabların birində rastlamışdım.İnsan gözünü yumub,ilk ağlına gətirdiyi hadisə və ya nəsə həmin insanın həyatını,onun düşüncələrini,onun xarakterini,onun əzizlərini bir şəkildə biruzə verir.Hətta çox sevdiyim bir məşhura da bu sual verilib,cavabına uyğun olaraq,həyatdakı məqsədi və vəzifəsi deyildikdə o insan da təəccübləndiyini söyləmişdi.İndi isə mən bu sualı Sapirə verdim.Sapirin yadına düşən onun bacısı və onunla əlaqəli kiçik ,amma onun həyatında,həyata baxışında böyük rol oynamış bir hadisəni söylədi.Çox güman ki,Sapirin bacısı,onun yaşadıqları Sapirin həyatında xüsusi iz qoyub və bu da onun təsiridir ki,gözünü yumub ağlına gətirdiyi ilk şey, məhz həmin hadisə oldu.Sizə də məsləhətim siz də gözünüzü yumub,özünüzü tanımaq üçün ilk ağlınıza gələn şeyə fikir verin.(p.s Uşaqlıqla əlaqəli olmalıdır)

7)İnsanlar xoşbəxtkən 1 mahnıya qulaq asarkən onun ritminə daha çox cəmlənər,kefsiz olarkən isə əksinə sözlərə fikir verər.Sapirin musiqi ilə əlaqəsi tam olaraq necədir bilmək istərdik.Sözlərə yoxsa ritmə üstünlük verənsən?

-Musiqiyə çox bağlı insanam, playlist-im illərdir eynidir, çox az yeni mahnı daxil olub. Hər yerdə öz seçilmiş  mahnılarıma qulaq asıram, evdə, maşında, tel.-də. Radio qəti sevmirəm. Ritmə üstünlük verirəm, bir kəlmə anlamadığım, amma 100 dəfələrlə qulaq asdığım mahnılar çoxdur. 

8)Budaq qırıldığı yerdən, insan da qırıldığı ürəkdən qoparmış.Qəlbində olan incikliyi necə ovundura bilərlər,sənin incikliyini silmək mümkündürmü?

 -Mənim ürəyim bir insan tərəfindən ancaq bir dəfə qırılır. Həmin insanla hər əlaqə həmin dəqiqə kəsilir. Çoxları elə bilir kin saxlayıram, əslində isə kin deyil, sadəcə həmin  insana qarşı tam laqeydlik yaranır. Hardasa qarşılaşanda danışıram normal, amma heç vaxt əlaqə əvvəlki vəziyyətə qayıtmır. Məndən aslı olan bir vəziyyət deyil.

9)Sevincli olduğun zaman bu hissi ilk kiminlə paylaşmaq sənə daha əziz və xoşdur?

-Ailəmdən birinci kimi gördüm elə ona da xəbər verirəm. Xususiylə zəng edim, xəbər verim elə bir insan yoxdur. Mən sevincli olanda qarşıma çixan hər kəs bundan pay alır )) 

10)Sapir üçün dəyərli olmaq,yoxsa əhəmiyyətli olmaq daha vacibdir?Yəni demək istədiyim hər mənaya aiddir.Əgər bir münasibətdə fərqi yox, istər sevgi,istər dostluq və digər münasibətlərdə dəyərli olduğunu ,lakin bir işə yaramadığını bilsən hansı reaksiyanı verərdin?

-Mən bəzək əşyası olmağı qəbul etmirəm. Ailəm üçün dəyərli ola bilərəm, onlar məni seçməyiblər, bir işə yaramasam da məni qəbul edərlər. Amma digər bütün əlaqələrimdə mənimlə əlaqədə olan insan "niyə mənimlədir?" cavabım olmalıdır. Nə qədər dəyərli olsam da əhəmiyyətsiz, bir işə yaramayan, qarşımdakına hec nə vermədiyimi  bildiyim bir əlaqədə qalmaram. O insan məni itirməkdən qorxmayacaq, ona hec nə hiss etdirməmişəm demək.  

11)Həyatda hər kəs üçün ən gözəl nailiyyət özünü tanıdığını bilməkdir.Bir çoxları bunu qəbul etmir.Bilirəm ki,özünü çox yaxşı tanıyırsan,bizə o tanıdığın Sapirin mənfi cəhətlərini sadalasan sevinərik.

Çox dəyişkən insanam. Bu həyatımın hər nöqtəsinə təsir edir. Ən böyük mənfim budur. Yanımda olan insana heç vaxt əminlik verə bilmirəm. Bu gün uğrunda hər şey edəcəyim insan sabah mənim üçün tam yad insan ola bilər. Hər hansısa işə çox böyük istək və həvəslə başlıyıram, amma arada bütün həvəsim keçir. Əhvalım da elədir. Ən sevincli ola bilərəm, gülərəm, danışaram birdən hec nə olmadan ağlamaq tutar məni, bütün əvvalım dəyişər )) Digər mənfim tərs olmağımdır. Mənə söz təsir etmir. Bütün aləm nəyisəni pisləyəcək, xəbərdarlıq edəcək, ehtiyatlı ol deyəcək, amma hec nə təsir etmir, ağlıma giribsə edəcəm. İnadkaram, balaca uşaq kimi, mənə "yox" deyəndə daha da üstünə gedirəm. Özüm yoxlamadan soyumuram. Bunlar olmasa yəgin ki,  həyatım daha asand olardı 

12)Insanların bütün həyatlarını yalnız 1 insana uyğunlaşdırması və xəyal etməsi nə dərəcədə düzgündür?Sapirin həyatı nələrə əsaslanaraq istiqamət alır?

Yəginki uçuruma gedən ən 100%-li yol budur. Hec vaxt insan öz həyatını başqasının etrafında qurmaz. İnsan qalan ancaq özü olacaq. Dünayadır bilmək olmur, heç kim ömürlük Tanrı ilə müqavilə bağlamır. Sabah o insan getsə, həyatsız qalacaqsan. Bütün arzuların, xəyalların, planların sıfırlanacaq, özunə aid hec nə qalmayacaq. Mənim həyatım istəklərimə əsaslanır. Çox təəssüf ki, həyatın bir dəqiqəlik olduğunu cox çətin yolla öyrənmişəm. Ona görə də mənim üçün gələcəyi düşünmək yoxdur. Etdiyim hər şey bu günümə baxır. Gələcək ya gələcək ya yox, bu günümü isə yaşayıram, istədiyim kimi.

13)Həyat fırtınalarla doludur.Bu fırtınalar bizi bəzən qayalıqlara çarpa bilir.Fırtınalarla mübarizədə nə qədər güclüsən? Kiminsə köməyinə ehtiyac duyursanmı yoxsa özün həll etməyə çalışırsan?

Kömək istəməyi sevmirəm, həmişə nişanlımla bunun üstündə problem olur, ondan kömək istəsəm yarım saata həll olunacaq işi mən bir günə edirəm, amma kömək istəmirəm. Məni çox sərbəst böyüdüblər, həmişə başımın çarəsinə tək baxmışam. Ona görə öyrəşmişəm.  Ümumiyyətlə inaniram ki, nə qədərki insan özü həll edə bilər heç kimə ağız açmasın (en yaxını olsa da). Belə nə kimsəyə özünü borclu hiss edirsən, nə də kimsədən nədəsə aslı.

14)Məsəl var, naçalnik. Deyərlər, adamın adı çıxınca canı çıxsa yaxşıdır. (Arxadan vurulan zərbə filmindəndir)Bu məsəli sualıma daha uyğun bildim.İndi isə deyə bilərsənmi bugünə kimi hər hansısa bir mövzuda fikir bildirdiyinə ,yaxud real həyatda etdiyin hərəkətə görə adın çıxıbmı və belə olan halda özünü necə hiss etmisən?Yəni demək istədiyim ,məsələn, bizim saytda adın çıxıb ki,Sözü fırlatmadan olduğu kimi deyən qızdır.Bəs Real həyatda hansı adların var?

Əslində mənə münasibət hec yerdə bir mənalı deyil. Hər yerdə məni ya çox sevirlər, ya da nifrət edirlər. Neytral hisslər oyatmıram )) Qohumlar arasında məni sevmirlər, orda məni " buz" adlandırırlar, mən hiss etdiyimin əksinə hərəkət edə bilmirəm, bir insandan xoşum gəlmirsə, oturub onun üzünə gülümsəyə bilmirəm. Ya da hər hansısa mövzuyla razı deyiləmsə deyirəm. 

Dostlarım üçün isə mən bütün dəvətlərdə ilk gəlirəm, ad günləri, party-lər təşkil edirəm, yeməklər, şirniyyatlar, kim nə gətirəcək bölürəm və s. Bir neçə üzlü insanam )) kim hansı rəftara layiqdir o rəftarı da görür məndən. O ki qaldı bununla necə hiss edirəm... buna hec düşünərək vaxt ayırmıram. Hər kəs doğrularını qorusun, onda onlar haqqında fikirlər ilə az məşğul olarlar.

 15)Adətən zamanın insanların həyatında  xüsusi bir rol oynayaraq,çox şeydə faydalı olduğu söylənilir.Bəzən məsləhət kimi də məhz zamanla hər şey düzələr deyilir.Bəs sənin həyatında zaman dedikdə hansl anlara canlanır?Zamanın sənə qazandırdıqları nələr olub?Zamanlama ilə aran necədir?

Zaman dedikdə həmişə çətin dövrlər canlanır. Mən səbrsiz insanam, gözləməyi sevmirəm, bacarmıram da. Həmişə hər problemi həmin gün, həmin dəqiqiə həll etməliyəm. Zaman deyib gözlədiyim vaxtlar isə həqiqətən carəsiz olduğum vaxtlar olub, artiq hər yolu yoxlayıb, gücsüz, zəif olduğum vaxtlar. Zamanla, gözləməklə qazandığım ancaq güc olub, və daha soyuqqanlı olmuşam. Zamanlama təcrübə məsələsidir, indi daha uğurluyam ))

16)Bəzən uzun-uzadı cümlələr qurar,sözlərimizlə fikrimizi ifadə edərik.Bəzən yeri gəldiyində isə söz qurtarar,səssizlik girərə söhbətə.Necə deyərlər susmaq özü bir cavabdır anlayana.Susduğun,sözlə ifade edə bilmədiyin mövzular hansılardır?Susaraq cavab verdiyin və ya cəzalandıdığın insan olubmu həyatında?

Bu günə kimi susduğum mövzu əsgərlik ilə bağlı hər movzu. Hər dəfə əsgərlik və ordakı xatirələr ilə bağlı söhbət olanda mən susuram. Orda yaşadıqlarım, orda olanlar bir ömürlük mənimlə olacaq. Sözlə izah ediləcək deyillər.

Nədənsə susaraq cavab verdiyim tək insan anamdır. Cünki dilimin ölçüsü yoxdur xətrinə dəyəcəm, ona görə də susuram, ne deyir razılaşmasam da susuram

17)Müasir dövrümüzdə insanların bir-birilərinə qarşı etdikləri ən böyük məsələ şübhədir…İnam duyğusu itirildikdə,insana sadəcə şübhə miras qalır.Sapişim,səncə,şübhə inamın qarşısını alır,yoxsa əslində heç inanmadığımız insanları şübhəni bəhanə edərək günahlandırırıq?Səncə insan aldanırsa və ya şübhə edirsə,günah kimdədir özündə yoxsa …?!

Şübhə insanın təcrübəsindən, yaşadıqlarından aslıdır. Nə qədər aldandığından, özünə inamından, ozünü tanımağından aslıdır. İnsanlar var başlanğıc nöqtələri inamdır, inamlarını doğrultmayan birdəfəlik silinir. Bu ozünə qüvənən insanlarda olur, bilirlər ki, həyat təcrübələri doğrunu səhvdən ayırmağa bəs edir. İnsanlar da var başlanğıc nöqtələri şübhədir, hər kəs özünü bu adamlara subut etməlidir, bütün həyatları kimlərisə yoxlamaqla keçir ki, aldanmasınlar birdən. Daha çox aldanırlar. İnsan aldana bilər, hec kimdə günah yoxdur, amma şübhə ilə yaşayırsa, günah özündədir.

18)Səssiz,gizlin,sadəcə ürkək baxışlarla sevdiyi insana baxaraq,gizlicə sevgi etirafları etmək….Gəlməyəcəyini bilə-bilə xəyallar qurmaq…Bütün bunlar qarşılıqsız sevgi qurbanlarının həyatlarından bir parçadır.Səncə qarşılıqsız sevgi insanın özünə etdiyi hörmətsizlik,yoxsa qarşısındakına bağlılığıdır?Qarşılıqsız sevgi barədə düşüncələrini bizimlə paylaş.

Hec vaxt hörmətsizlik kimi görməmişəm, həmçinin bağlılıq kimi də yox. Həqiqətən bir insanın ola biləcəyi ən carəsiz vəziyyətlərdən biridir. Məncə həm də çox təhlükəlidir, çünki sevgi birtərəfli olduğuna görə hər şey bir tərəfin xəyallrında baş verir. Xəyallarda isə hər şey idealdır. Bəlkə də qarşılıqlı olsaydı bir aya bitəcəkdi, amma belə illərlə sevən insanlar var.  Sevgi mövzusunda mənim sözlərim və fikirlərim sərhədlidir, burda qanunlar yoxdur )) Bir nəfər üşün düşünmədən hər kəsdən keçən biri olaraq bu mövzuda kiməsə sehvdir, düzdür deyə bilmərərm ))

 19)Bəzən biz insanlar sevdiyimiz insana və ya digər biri ilə söhbət zamanı  düşündüyümüz,hiss etdiklərimizin əksinə istər şifahi ,istər yazılı(mesajlaşma və s.) söhbət zamanı fərqli ifadələr,ayrı mənaları kəsb edən soyuq və ya şən sözlər işlədərik.Bu nədən asılıdır?Özümüzü necə görməklə əlaqəlidir yoxsa qarşımızdakı insanla münasibətəmi?

 Bu sualına cavab verə bilmərəm. Məndə olmayan bir haldır. Həmişə necə və nə hiss edirəmsə onu da deyirəm, ya yazıram. Tək müdürümə üzünə haqqında nə düşündüyümü demirəm )) O da ki, hərdən zarafata istədiyimi deyirəm, o da cavabımı qaytarır, qurtardı ))

20)Bu suallar isə Maviş nikinin sənə ünvanladığı suallardır...

1.İlk baxışdan,şərhlərinizdən ciddi birisinə bənzəyirsiniz,görəsən bu həyatda sizin üzünüzdən bu ciddilik simasını nə ala bilər ?

Ciddi deyəndə mən normalda adi insan kimiyəm )) dostlarım var, ailəm var deyirəm gülürəm. Sadəcə mən dediklərimi bəzəyib düzəmirəm, hec kimə də xoş görünməyə çalışmaq kimi bir istəyim yoxdur. Bəli, çox vaxt bir az sərt olur, amma bir cümləlik cavabı 10 cümləyə çevirib yumuşaltmağda məna görmürəm.

2.Ailədə qadın zorakılığı olanda,əgər qadının gedəsi yeri yoxsa nə məsləhət verərdiniz ki,xanımlarımız həyatının daha xoşbəxt olması üçün çalışsınlar və ya elə yol varmı ki kişini bu zorakılığdan xilas edə bilsinlər..

Sualın sonundan başlayım. Xeyir, ele bir yol yoxdur, kişi zorakarlığa meyillidirsə qadın  canını da versə, xilas edə bilməz. Kişilər problemli qadın ilə qarşılaşanda deyirlər :" sənə uğurlar, mən getdim, bəlanı məndən uzaq et". Qadımlar isə problemli kişi ilə qarşılaşanda deyirlər " mən onu düzəldəcəm, sadəcə o indiyə kimi doğru qadına rast gəlməyib. Mən onun istədiyi kimi olacam, istədiyini edəcəm, ona hec bir səbəb verməyəcəm". Anlamaq lazımdlr ki, zorakarlıq qadının davranışından aslı deyil. Zorakarlıq o insanın qanında var, o öz atasından belə görüb, onun dünyasında bu var. Saytda da var, yazırlar " Yaxşı at özünü döydürməz". Bunu deyən buna inanır. 

Qadın əvvəlcədən bunu qəbul etməməlidir. Kişi ilk dəfə əlini qaldıranda qadın sərt reaksiya verməlidir. 10-15 dəfə təkrar olandan sonra nə etsən də artiq kömək olmur. Deməyin mühit ayrıdır, bu səhv fikirdir. Ailədə qadının sərhədləri olmalıdır. Sözünü deməyi bacarmalıdır. Və xeyr, bu doğru deyil, hər qadının gedəcək yeri var. Hər qadın bir qarınlıq yemək üçün işləyə bilər. Əlbəttə ki asand deyil, amma mümkündür. Zorakarlıq görən qdının seçimi çox deyil, ya susacaq şiddət görəcək, ya da zəhmət çəkib hörmətlə yaşayacaq.

 3.Öz gözəlliyiniz üçün nələri qurban vermisiniz?

Düşünürəm xarici gözəllik nəzərdə tutulur. İndiyə kimi nəsə qurban verməyə ehtiyac olmayıb. 

21)Bu isə Sunrusu nikinin suallaridir...

-Hal hazirda sevdiyi varmı?

-Bəli var, nişanlıyam  smile 

Ailə heyatini neçə yaşında qurmağı düşünür?

Azərbaycan üçün yaşım çox sayılır )) amma hələ bir az vaxt var, həmişə 27 istəmişəm.

Türklər demiş ,niye belə dobradir?

Çünki insanların söz olsun deyə dediklərinə səbrim yoxdur. Özünə, yaxınına məsləhət bilmədiyini  başqasına məsləhət bilənlərə səbrim yoxdur. Süniliyə nifrət edirəm. Məsələn, elə sayta baxaq. Atasının isti evində oturub, heyatında heyatı ilə əlaqədər bir qərar qəbul etməyən şiddət görən ailəli qadını qınayır, ya nəsə öyrətməyə çalışır. Yazacaq cox şey var,amma məncə ehtiyac yoxdur, gözlə görüləni sözlə  yazmağa ehtiyac yoxdur. 

22)Sapişim,müsahibəmdən yorulmadın ki?

suallar maraqlı idi, ətraflı cavab verməyə çalışdım, amma bəzi suallarda söz azlığından tam özümü izah etmədim ))

 23)Suallar xoşuna gəldimi və hansı sualları görməyi ümid edirdin?

suallar mənim cavablarımdan uzun idi ))Düşündüyüm suallar verilib.

 25)Saytımızın istifadəçilərinə nə demək istərdin?

Bu uzunluqda musahibəni oxuduğunuz üçün təşəkkurlər ) 

Əziz userlər,Sapirdən müsahibə almaq çox xoş oldu.Ümid edirəm,sizə də onun cavablarını oxumaq xoş olar!


ESMERRi | 24 mart 2016 17:37 | Status: Brilliant user | Şərh: 5 376
Sitat: ESKA30
VILVET,
Cox sag olun!!!!!!!!!!!
Elgun_Azizov | 10 dekabr 2015 10:49 | Status: Professional user | Şərh: 1 393
- Sapirdə itdi getdi :( izi tozuda olmadı heç (
Akademik | 1 iyun 2013 20:38 | Status: Professional user | Şərh: 4 580
AY MAŞALLAH NƏ QƏDƏR SUAL VERMİSƏN))))))))))))
ESKA30 | 11 fevral 2013 15:34 | Status: Şərhçi | Şərh: 123
VILVET,
Cox sag olun!!!!!!!!!!!
ESKA30 | 11 fevral 2013 15:19 | Status: Şərhçi | Şərh: 123
VILVET,
Cox sag olun Allah razi olsun! Bir soz de sorusmaq isteyirem sizden men profilima baxanda gorurem ki orada 380 manat var! O nedir bes??????????
ESKA30 | 11 fevral 2013 14:32 | Status: Şərhçi | Şərh: 123
men de oxudum. cox xosuma geldi. Ay istirakcilar belke siz mene komek edesiniz. Men oz profilime girirem ve ora Mektub (3) goruremş Amma mektubun uzerine basanda Diqqet yalnisliq var! Teessuf ki siz sexsi ismaricdan istifade ede bilmezsiniz yazir. Men ne edim? niye bele yazir ki? qeyd edim ki men tze qeydiyatdan kecmisem.
Vetenperver | 11 fevral 2013 14:20 | Status: Professional user | Şərh: 6 699
Sitat: SaPir
cunki men yehudiyem ))

Nə,deməli yəhudisiz?Bax bu çox təəcüblü oldu.Heç oxşamır.Bayaqdan belə deyində.Yəqin dağ yəhudilərdənsiz.

Sitat: SaPir
ivrit dilinde f yazilmir.

ivrit dilində f yazılmasada tələffüzü sapfir kimi oxunur ya sapir?
SaPir | 11 fevral 2013 14:03 | Status: Yazar | Şərh: 979
Sitat: Vetenperver
Sizin adınızda isə "F" hərfi yoxdur,deməli sizin adınız Sapfir daşından deyil.

ivrit dilinde f yazilmir.
Sitat: Vetenperver
Marqqldır,sizin əminiz niyə sizə yəhudi adı qoyub?

cunki men yehudiyem ))
Vetenperver | 11 fevral 2013 10:21 | Status: Professional user | Şərh: 6 699
Sitat: SaPir
Sapir azerbaycanca safir deyilir men bilen. safir dashi var. adimi emim verib.

Daşın adı Sapfir-dir.Yəni "P"-dan sonra "F".Sizin adınızda isə "F" hərfi yoxdur,deməli sizin adınız Sapfir daşından deyil.Mən netdə baxdım Sapir İsraildə belə adda komunna var.Həmdə Sapir İsraildə yəhudi qadın adıdır.Marqqldır,sizin əminiz niyə sizə yəhudi adı qoyub?
SaPir | 11 fevral 2013 03:00 | Status: Yazar | Şərh: 979
Sitat: Vetenperver
Bu adın mənasını deyə bilərsiz?Və kim tərəfindən qoyulub?

Sapir azerbaycanca safir deyilir men bilen. safir dashi var. adimi emim verib.
Sitat: nergiz_zz
.SİZİN BACINIZI ÖVLADLIĞA GÖTÜRÜBLƏR?

beli valideynlerim ovladliga bir qiz ushaqi goturmushduler korpe olanda.
nergiz_zz | 10 fevral 2013 12:43 | Status: Professional user | Şərh: 3 814
TƏŞƏKKÜRLƏR.MARAQLI GƏLDİ.AMMA BİR SUAL MƏNİ DÜŞÜNDÜRDÜ.SİZİN BACINIZI ÖVLADLIĞA GÖTÜRÜBLƏR?ALLAH HƏR ZAMAN YARDIMÇINIZ OLSUN...AMİN...
lale-suleymanli | 9 fevral 2013 20:02 | Status: Qonaq | Şərh: 0
salam.qizlar musahibe cox xosuma geldi.selist dusunulmus suallar ve insani dusunduren aqilli cavablar tebrik edirem.men burda tezeyem sizleri tanidigima cox sad oldum.allah sizi xosbext etsin qizlar amin. smile
Vetenperver | 9 fevral 2013 10:24 | Status: Professional user | Şərh: 6 699
Sitat: SaPir
beli, adimdir.

Bu adın mənasını deyə bilərsiz?Və kim tərəfindən qoyulub?Mən elə bilirdim Sapir sizin nikinizdir,elə bilirdim Sapir Sapvir daşına görə belə qoymusuz amma sən demə bu sizin əsl adınızdır.

Sitat: SaPir
ayri-ayri yerlerde qulluq etmirik. eyni yerde qulluq edirik, eyni bazada. sadece yataq yerleri ve dush ayridir, o da ancaq arxa cebhede. on cebhede bazadan kenarda olanda hami bir yerde olmalidir, tehlukesizlik baximindan. onsuzda bazadan kenarda olanda hec kimin yatmaga hali da olmur, here harda yer tapdi bir-iki saatliq bashini atib yatir.

Aa nə yaxşı,məndə qızlarnan bir yerdə qulluq etmək istəyərdim))Ordakı oğlanların bu barədə bəxti gətirib)).Yatmaq və duş qəbul etmək əlbətdə ayrı olmalıdır))
sheh | 9 fevral 2013 09:54 | Status: Yazar | Şərh: 3 353
ay səni Viliçka,vallah istedadsan da....əsl ans-çisən,niyə jurnalistikaya girməmisən??əla müsahibə alınıb ,çox xoşuma gəldi,lap paxıllığım tutdu)))tez elə,məndən də müsahibə al,ayın 18-i saytda 1 illiyimdir
sema dagistanli | 9 fevral 2013 03:47 | Status: Yazar | Şərh: 1 340
Sitat: VILVET
Sema oldum oldum vallah gulmekden qarnimi tutub yixilmişam kravata.Allahhaqqi o kartof söhbəti olub e həqiqətən.Düz 1 həftə mənlə məzələnmişdi ki,kartofların necədir o gün bu gün day kartofun bioqrafiyasini açıb tökmürəm.Sən yazdıqlarını oxuyanda olurem gulmekdennn

men biliremde gordun ozumden uydurmamisamki az cox uje seni taniyiram.yaziq ksi sen bele basdamisansa Allah bilir hele aile qurandan sonra ne qeder zehle basin aparacaqsan usaqi opmek isteyende deyersenki Semacim bir xeber hazirlamisdi usaqlari opmek olmaz mikrobdur virusdur deyersen meni yada salarsan yada yada salma mikrob sozunden tesirlenib istemirem cinayat xeberlerinde senin haqqinda xeber oxuyum sen bu serhimi unut yada deyeceyin varsada deme n10

Sitat: SaPir
geceler senin ucun gelecem [/q

gozleyecem soz n23 n18 n28
SaPir | 9 fevral 2013 03:39 | Status: Yazar | Şərh: 979
Sitat: semaВ dagistanli
men her gece bura girende seni gorurdum

geceler senin ucun gelecem n22
Sitat: semaВ dagistanli
sizde yazinki Sema cox beklersin ged arxanca qara das atmaq bize borc olsun

agzindan bir xeyirli soz cixmaz ki )))
sema dagistanli | 9 fevral 2013 03:36 | Status: Yazar | Şərh: 1 340
Sitat: SaPir
mtahanlarim var ))

ne vaxt geleceksen birde n27

men her gece bura girende seni gorurdum indi yazar bu deqiqe yazarda Sapir serh mende oxuyaram deye ozleyirdim indi men kimi gozleyecem.heee?kimi n27 Vilvet gedir sen gedirsen mende gedcem onda sizde bir umud menim hesretimi cekersiniz n33 (sizde yazinki Sema cox beklersin ged arxanca qara das atmaq bize borc olsun)
SaPir | 9 fevral 2013 03:32 | Status: Yazar | Şərh: 979
Sitat: semaВ dagistanli
yene cinnerim yigildi

wink
imtahanlarim var ))
sema dagistanli | 9 fevral 2013 03:31 | Status: Yazar | Şərh: 1 340
Sitat: VILVET
Onsuz son gunlerimdi saytda)İnternetim mehv olacaq

bes mene bayaq ne hava atirdin ne problemin olsa Semacim yaz hara yaz kme yaz ?heeeeeeeee?itib cixib gedirsen Allah bilir ne vaxt geleceksen birde yansam burda ustume su tokmeye Vilvet axtarsan tapmayacam .niye cunki vilvet oz kefinde danisir. n33
Sitat: VILVET
Men heyatda da beleyem.Dersde qizlar Allaha yalvarirdilar ki,müəllimə məni çıxarsın Pedaqogika dərsində də az vermirdi dərs 3 4 fəsil birdən verirdi.Gəl danış da özü də mənim danışmağımı görəsən.İzahlar,aforizmler,filan alim bele dedi filan alim bunu tesdiq eledi.Bir de görürük 90 dəqin 1 45 dəqini mən danışmışam Allah axırımı xeyir eləsin

yaziq yoldasin indiden ureyim agridi ona sual vercek Vilvetcim heyatim bu yemeyin icine ne vurmusan ne gozel dadli olub ellerin derd gormesin.Vilvet sazi alacaq eline bax o kartof gedebey kartofudur 3 defe sualanmasa yaxsi dadi olmaz o etde toyuq etidir yemini filan yerden itxal edibler ondan dadlidir o sousda filan olkenin itxalidir filaninci ilde istifadeye verilib sohbete basdayacaq birde gorecekki erini yuxu tutub amma Vilvet hele danisir.yemeklerde buza donub ondan sonra insanda istah qalar.sen bir defe bele danissan narahat olma kisi biorde sehv edib sene sual vermeyecek arxayin ol n33
sema dagistanli | 9 fevral 2013 03:22 | Status: Yazar | Şərh: 1 340
Sitat: SaPir
ele terk etmish kimiyem. martin 14-ne kimi terk edirem

niye bax bele sok xeber verib meni uzme niye axi birde seni gormeyecekmiyik.kimin sert serhlerin oxuyub tok vurmus kimi yeniden ozume gelecik cavab yaz yatim bax yene cinnerim yigildi n11
SaPir | 9 fevral 2013 03:20 | Status: Yazar | Şərh: 979
semaВ dagistanli,
bu boyda xebere ele bu uzunluqda da sherh yarashir wink
Sitat: semaВ dagistanli
Sok Sok Sok sapir sayti terk edib?

ele terk etmish kimiyem. martin 14-ne kimi terk edirem wink

Sitat: VILVET
indi bilmirem alqiwdi qargiwdi seni gorum hemiwe bele esebelewesen men de doyunca gulum

tek deyilsen ))) men de yazmishdim, Sema sherh yazanda men ele bil qarshimda danishan insan gorurem. nece dushunur ele de yazir ))
sema dagistanli | 9 fevral 2013 03:11 | Status: Yazar | Şərh: 1 340
Sitat: VILVET
semaР’В dagistanli,
Sema oldum burda gulmekden indi bilmirem alqiwdi qargiwdi seni gorum hemiwe bele esebelewesen men de doyunca gulum diwlerim bele qalir e werhlerini oxuyanda Sualim vara yazmiwam da qiz niye yazmamisan biraz da uzadardim xeberi hele Aynur bu xeberi gormeyib,supurgeni goturub duwecek dalimca ki, o ne xeberdi oldurecem seni

sen bilmirsen men sualim vara ancaq sakit vaxtlarimda girirem .medeni medeni serh yazib cixiram n33 bes bilmirsen axi men medeni sakit etik qaydalara riayet eden oz axarinsa dinmez geden xanimam n33
Sen bele etmeyeydinde mene deseydin men sene pis cixmasin basa salardim sen xeberi teleserial kimi bolmelere boleydin bax ilk 4 bolum oz suallarin ve 5-6-7-8- ci bolumlerdede sapirin cavablari olardi.sonraki bolumlerdede userlerin suallari olardi ve Sapirin bolum bolum cavablari Sok Sok Sok sapir bu gun suallari nece cavablandiridi basligi altinda saytin suala cavab bolmesine yerlesdirerdin.birde gorerdik axirda suallar cavabsiz qalib Sok Sok Sok sapir sayti terk edib?niye vilvetin uzuuuuuuuuuuuuuuunnnnnnnn suallarinin ucbarindan n33

sen cani birde bele etmek fikirin varsa etme menim kimi qan azligi olan userleri dusun rehmin gelsin insafsiz nefesim kesidi suallari oxuyundan uzun uzun dolanbacli enisli yoxuslu suallari cox fikirlesmisdin ?sanki qiz inspektirdi wink
sema dagistanli | 9 fevral 2013 02:55 | Status: Yazar | Şərh: 1 340
kizzz Vilvet qesdime durmusan bile bile dua edirsenki Allaha sema eseblessin mende gulum heeeeeee n20 dedim gorum ne musahibe xeberidir bu giribbaxim sonrada gedim olum yatim gece yatmag bilmirem seherde ayilmaz demisem axirda delixanada ziyaretime gozleyecem kim gelmesede sen gelersen mutleq hec deyilse gulmeye . n33
neyse girdim xebere gordum Sapirin xeberidir dedim oxuyum bir azda melumati olsun suallari oxumaqdan sapirin cavablarini oxuya bilmedim duz emmeli baxdi az sen cani niye ele qisa suallar tutumusan bele eleme n33 mene niye xeber vermemisen 3-5 bilmedin 10-15 sual mende veredim n33
nefesim kesildi oxuyana kimi dedim serh yazim suala cavabdan sonra basim ele firlandiki zaten qan azligim var tezyiqim dusdu neynedi bilmirem serh yazdigim yerde elim basdadi esmeye gozum qarali narahat olma olmedim n33 elim deydi klavyaturada sondur knopkasini vurdum bu sefer komputer sondu butun yazdigi serh heder etdi dedim Das basina Sema ne girinc olmusan saat 3 dur ged ol yatda sonra oz ozume dedim yox ac komputeri gir serh yaz sonra ged ol yoxsa bu eseble sen onsuzda yata bilmeyeceksen hec deyilse ureyini bosalt dedim ve yazdim tezeden serh hal hazirda oxuyursan n20 wink
neyse Sapircim uzun sozun qisasi beyeniremde seni bunu bilirsende bilmirsensede ndi bildin. n23 ugurlar sekerim.heyatdada her seydede sexsi ,resmi heyatindada wink n23
SaPir | 9 fevral 2013 02:33 | Status: Yazar | Şərh: 979
Sitat: Sevinc_Bayramova
BU FİKİRLƏ RAZI DEYİLƏM İNCİMƏ

inciyecek hec ne yoxdur smile
Sitat: Lale
arzu ederdim ki, menim qizim sene oxwasin xarakterde

))))) sonra sozunu kecirde bilmezsen en yaxshisi bunu arzulama ))
cox-cox teshekkur edirem gozel arzularin ucun n17
Sitat: Vetenperver
Hə,amma orda qızlar və oğlanlar bir yerdə yox biraz ayrı yerlərdə qulluq edirlər,amma bir birlərini görürlər.Maraqlı görüntü olur.Adam istəyərdi qızlarla bir yerdə əsgərlikdə olsun)

adi goruntudur )) ayri-ayri yerlerde qulluq etmirik. eyni yerde qulluq edirik, eyni bazada. sadece yataq yerleri ve dush ayridir, o da ancaq arxa cebhede. on cebhede bazadan kenarda olanda hami bir yerde olmalidir, tehlukesizlik baximindan. onsuzda bazadan kenarda olanda hec kimin yatmaga hali da olmur, here harda yer tapdi bir-iki saatliq bashini atib yatir.
SaPir | 9 fevral 2013 02:21 | Status: Yazar | Şərh: 979
Vilvetin inanilmaz bacariqi var bu ishde. cox savadli ve dushunmeye mecbur eden suallar idi, heqiqeten uzun alinib. oxuyan her kese teshekkur edirem.

Nergiz33,
Ruqeyye,
ILKINIMINР’В ARZUSU,
hopeful-woman,
Aliyeva,
ruzgargulum,
meray,
Gunel,
feriha,
seva85,
SekineР’В Hesen,
Banu.,
AGAA,
meqa,
nursan,
HEYATIM,
Ayka21,
Torpaq,
DerinР’В 03,
zoluwka,
sanel,
SunRusu,
konulР’В mamedova,
_Peri_,
_Almira_,
rosee,
GlassВ heart,
ilka,
ARZUMВ 01,
gulya20,
Aytekin82,
Aziza,
Aynur,
Mavish,
elnareВ terlan,
Aya:)),
Damla,
TATLIВ GUZEL,
SolВ Naciente,
svetlana,
rufetВ ehmed,
zumer,
teshekkur edirem gozel sozleriniz ucun smile

Sitat: Vetenperver
1.Doğurdan sizin adınız Sapirdir?

beli, adimdir.

Esgerlik meslesine Vili aciqlama getirib artiq ))
zumer | 8 fevral 2013 16:59 | Status: VİP user | Şərh: 703
Belece saytimizin qizlarindan biri ilede yazindan tanis olduq... eslinde dusuncelerini beyendim.... BES NURUSDAN VE LOLIDEN NE VAXT MUSAHIBE ALACAQSINIZ? maraqlidi mene ..
rufet ehmed | 8 fevral 2013 12:59 | Status: Gümüş user | Şərh: 1 391
tesegurler
svetlana | 8 fevral 2013 11:56 | Status: VİP user | Şərh: 544
Ilk öncə Vilvete təşəkkür edirəm belə maraqlı və dolğun suallar hazırladığına görə.n26Deyəsən, Vilvet axırda ixtisasın dəyişib,jurnalist olacaq. wink Sapir də sualları çox gözəl cavablandırıb.Böyük maraqla oxudum.Bir sözlə zövq aldım bu müsahibədən!Hər iki xanıma təşəkkürlər!
Sol Naciente | 8 fevral 2013 11:48 | Status: Şərhçi | Şərh: 164
maraqla oxudum..twk
TATLI GUZEL | 8 fevral 2013 10:54 | Status: Professional user | Şərh: 5 781
Muasahibe cooox maraqli idi.Ozelliklede verilen suallari ve cavablari cooox beyendim.Sapiri de tanidigima shad oldum.Almishde dediyi kimi ciddi agilli ve agilla hereket eden xanimdir.Bele xanimlarada simpatyam boyukdur.Her ikinizede tesekkurler