Azadqadın həyatı / Gəlin, müzakirə edək!

Qərarsızlıq- Gəlin müzakirə edək!

dılay | 5-03-2016, 22:00
2 306 7
 


Bilməliyik ki, hər birimizin həyatı aldığımız qərarlarla formalaşır və bu istiqamətdə inkişaf edir. Sağlam qərarlar ala bildiyimiz müddətcə öz həyatımızın məsuliyyətini əlimizdə saxlaya bilərik. Bəzi qərarlar çox əhəmiyyətlidir, bəziləri isə əhəmiyyətsiz. Bəzi qərarlarımızı özümüz ala bilərik, bəzilərini isə ictimai təzyiqlər formalaşdırır. Buraya daxildir nə vaxt ailə qurmağımız, kimlərlə dostluq etməyimiz, mentalitetə uyğun geyim və rəftarımız və s. Lakin deyərdik ki, sağlam qərar vermək bir bacarıq və istedadır.
Sağlam qərar verməyə mane olan psixoloji faktorlara misal olaraq özünə həddindən artıq əminliyi, başqalarına bağlı olmağı, ətrafındakılar tərəfindən sevilmək və qəbul olunmaq üçün öz istədiklərini yox, onların istədiklərini etmək, səhv etməyi qəbul etməmək, hər şeyi eyni anda istəmək, utancaqlıq, qorxu, məsuliyyətdən qaçmaq və s. kimi halları göstərmək olar.
Bu kimi problemlərin olması insanların yeniliklərə qarşı qərarsız qalmasına, qərarsız qaldığı zaman əsəblərinin gərilməsinə, həyəcan keçirtməsinə və buna görə də sonda qərar verə bilməməsinə və ya yalnış qərar verməsinə gətirib çıxarır.
Seçim qarşısında qalmaq elə bir vəziyyətdir ki, burada əsas güc insanın öz üzərinə düşür. Araşdırmalar göstərir ki, qərarsızlığın kökündə, təbii ki, həmişə olduğu kimi yenə də bizim uşaqlığımız dayanır. Buraya övlad valideyn münasibətləri, ətrafımız, ünsiyyətdə olduğumuz insanlar və yaşadığımız hadisələr təsir göstərir.
Qərarsız bir insanla qarşılaşdığımız zaman və ya özümüzdə davamlı olaraq qərarsızlıq hallarını müşahidə etdiyimizdə analiz etməyə çalışmalıyıq, düşünməliyik ki, bu gerçək bir qərarsızlıqdırmı, yoxsa qərarsızlıq adı altında pərdələnən başqa problemlər mövcuddur? Bəzən hər hansı bir işi yerinə yetirmək üzrə olduğumuz zaman tənbəllik, utancaqlıq, qorxu, addım ata bilməmək, laqeydlik, ərincəklik, məsuliyyətsizlik kimi hisslər bizə mane olur və biz bunu qərarsızlıq adlandırırıq.
Əgər davamlı olaraq özümüzdə qərarsızlıq halları müşahidə ediriksə, ola bilsin ki, həyatımızda yolunda getməyən bir şeylər var. İmkan verməməliyik ki, qərarsızlıq xroniki hal alsın. Əgər bu xroniki hal alarsa, artıq qərarsızlıq bizim yaşam tərzimizə çevriləcək və ən sadə, ən primitiv mövzular qarşısında belə aciz qalacaqağıq və bu ömür boyu bizi müşayiət edəcək. Bu kimi halların baş verməməsi üçün qərar verərkən mütləq həm hisslərimizə, özgüvənimizə, həm də ağlımızın səsinə qulaq asmalıyıq.
Gündəlik həyatımızda da qərarsızlıqla bağlı bir çox hallara rast gəlirik. Məsələn, alışveriş zamanı nəyi alacağımızı və ya nəyə dəyər verdiyimizi bilməməyimiz, gündəlik olaraq nə geyinməyimiz və ya dostlarımızla görüş zamanı nə geyinməyimiz, məkan seçmək və ya nə yemək istədiyimizə qərar verə bilməməyimiz, seçim olaraq hansı mövzuda kitab oxumağımız, idmanla məşğul olacağımıza dair olan tərəddüdümüz, saçımızı rəngləmək və ya kəsdirmək və s. kimi rastlaşdığımız qərarsızlıq hallarını göstərmək olar.
Bəs, Siz qızlar, gündəlik həyatınızda ən çox hansı hallarda qərarsızlıq hissini yaşayırsınız?

halk_ | 25 mart 2016 00:55 | Status: Qonaq | Şərh: 0
teki heckime daha bawqa qerarlar verilmesin mence
Əsmər1 | 15 mart 2016 15:14 | Status: VİP user | Şərh: 1 584
Paltar seçərkən iki bir bir-birinən gözəl paltar görəndə qərar verə bilmirəm haansını alım məcbur qalıb ikisinidə alıram
Cicim İncim | 6 mart 2016 20:54 | Status: Gümüş user | Şərh: 2 456
Düzdü dərhal qərar verə bilmirəm...Qərar verməyim uzun çəkir, amma seçimimdə yanılmıram...
B.Fereh | 5 mart 2016 23:18 | Status: Nəzarətçi | Şərh: 6 975
TEREZI BURCUNUN EN PIS XUSUSIYYETI;BIR TURLU BIR WEYE QERAR VERE BILMEMEK.ELE HEY OLCUB BICIREM,AXIRDA OZUM BUNNAN BEZIREM sad
Ay_Sun | 5 mart 2016 22:55 | Status: Brilliant user | Şərh: 13 408
Sitat: dılay
P.S.Xeberi redakte edene tewekkurler(daha sehv etmek istemirem )

He baci sen adsiz tesekkur et wink

Men en cox paltar seciminde qerarsiz oluram oda her zaman yoldasim mene komek edir sagolsun.
dılay | 5 mart 2016 22:21 | Status: Brilliant user | Şərh: 8 183
Baxmayaraq ki xeber menimdir amma mande muzakirede iwtirak etmek isteyirem.
Her gun qerarsizligim yalniz yemek biwirmekde olur.Bilmmirem ne biwirim .Butun erzagi yigiram bir yere amma qerara gele bilmirem...Anama zeng edirem ki men yemek biwirmek isteyirem amma qerara gelmemiwem ne edim sen adini de men biwirim)))
P.S.Xeberi redakte edene tewekkurler(daha sehv etmek istemirem wink )
ESMERRi | 5 mart 2016 22:07 | Status: Brilliant user | Şərh: 5 378
Ən çox qərarsızlıq paltar alarkən olur məndə.Bilmirəm hansını seçim.Ona görəd əhəmişə alış verişə kimləsə gedirəm ki ,fikir bildirən olsun.