Azadqadin.az / Azadqadın həyatı

Məktəbli niyə özünü öldürdü? — “Bir neçə dəfə evdən qaçmışdı”

Banu. | 14-01-2016, 08:58
3 231 9

 

Xəbər verdiyimiz kimi, dünən Bərdədə 16 yaşlı məktəbli intihar edib.

Səbəb kimi isə onun psixi problemlərinin olması göstərilir. Hacallı kənd sakini 1999-cu il təvəllüdlü Aytac Zamin qızı Surxaylı uzun müddət idi ki, psixoloji problemlərdən əziyyət çəkirmiş.

"Aytac intihar etməmişdən əvvəl 1 həftə idi ki, dərsə gəlmirdi. Xəstəliyi ilə bağlı müalicə alırdı”.

Azadqadin.az xəbər verir ki, bunu musavat.com-a açıqlamasında E.Zeynalov adına 1 saylı Hacallı kənd tam orta məktəbin direktoru Səyyarə Zeynalova deyib.

Aytacın məktəbin tərbiyəli, savadlı şagirdlərindən olduğunu deyən S.Zeynalova bildirib ki, şagirdin məktəbdə heç bir problemi olmayıb:

"Ən yaxşı şagirdlərimizdən biri olub. Dərslərində də problemi olmayıb. Məktəbdə yoldaşları ilə də münasibətləri yaxşı olub. Müəllimələrinin də Aytacın dərslərinə hazırlığından şikayəti olmayıb. Psixi problemlərinin olduğunu bilirdik. Bir həftə idi ki, dərsə gəlmirdi. Xəstəliyi ilə bağlı müalicə alırdı. Bu barədə məlumatlı idik. Bu xəbər məni çox üzdü”.

Hacallı bələdiyyəsinin sədri Akif Əhmədov da açıqlamasında intiharın səbəbinin məktəblinin psixi problemi ilə bağlı olduğunu bildirib:

"Aytacın psixi problemi var idi. Onun atası və əmisi də ruhi-əsəb xəstəliyindən əziyyət çəkirdi. Aytac ruhi əsəb dispanserində də qeydiyyatda idi. Həkim müalicə üçün evlərinə də gəlirdi”.

A.Əhmədovun sözlərinə görə, Surxaylı ailəsinin maddi vəziyyəti həddindən artıq çətindir:

"Ailənin vəziyyəti çox çətindir. Maddi sıxıntıları böyükdür. Atası da xəstədir. Ailədə Aytacdan başqa 2 uşaq da var. Aytac çox tərbiyyəli, sakit və savadlı qız idi. Təəssüflər olsun ki, bu cür xəstəlikdən əziyyət çəkirdi. Bir neçə dəfə evdən qaçmışdı”.

Qeyd edək ki, faktla bağlı Bərdə Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.


Ay_Sun | 18 yanvar 2016 22:30 | Status: Brilliant user | Şərh: 13 408
Sitat: Dəniz qızı
Allah günahlarını bağışlasın..

Amin
Real Madrid CF | 17 yanvar 2016 23:18 | Status: Qonaq | Şərh: 0
Eyer psixioloji problemleri varsa tez uzerine dusmek lazimdir ki sonu bele olmasin,teeufki savadsiz valideyinler bunun ustunden bos verib kecirler.
Dəniz qızı | 16 yanvar 2016 16:12 | Status: Brilliant user | Şərh: 8 017
Allah günahlarını bağışlasın..
Cicim İncim | 16 yanvar 2016 09:32 | Status: Gümüş user | Şərh: 2 456
Allah günahını bağışlasın...
ESMERRi | 15 yanvar 2016 20:13 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: dılay
ElacI idi,terbiyeli idi ,yaxwI qIz idI amma psixoloji problemleri var idi. Bu nece ola bilerki?men bunu anlamadIm. Bir iw alan kimi deyirlerki ruhi eseb dispanserinde mualice olunurdur. Bele cIxIr ki AzerbaycanIn yarIsi ruhi eseb dispanserinde qeydiyyatdadIr.
GULYA-N | 15 yanvar 2016 01:37 | Status: VİP user | Şərh: 759
Bu mekteblerden qirxularından tezken kimese deli adını yapışdırırlarki onları nedese heç kim günahlandıra bilmesin.Belkede psixoloji problemi varmış ne bilim vallah bilmek olmur kime ve neye inanasan ya inanmayasan.Allah uzaq etsin ağlımızı elimizden almasın
SEVDA | 14 yanvar 2016 22:29 | Status: Nəzarətçi | Şərh: 17 439
Necə ailələr,necə dərdlər varmış....
Narin-Ulker | 14 yanvar 2016 12:16 | Status: Gümüş user | Şərh: 2 748
İndi hami əsəbidi artiq
dılay | 14 yanvar 2016 11:37 | Status: Brilliant user | Şərh: 8 183
ElacI idi,terbiyeli idi ,yaxwI qIz idI amma psixoloji problemleri var idi. Bu nece ola bilerki?men bunu anlamadIm. Bir iw alan kimi deyirlerki ruhi eseb dispanserinde mualice olunurdur. Bele cIxIr ki AzerbaycanIn yarIsi ruhi eseb dispanserinde qeydiyyatdadIr.