Azadqadin.az / Azadqadın həyatı

Qalib Aytəkin82 ilə müsahibəm

Elgun_Azizov | 4-02-2015, 16:44
3 189 31
 
 
 
- Salam Aytəkin xanım. Necəsiz?
- Salam. Sağ olasız.

- Özünüzü qısaca olaraq xarakterizə edin. Yəni, necə tip bir insansız?
- Həyatsevər, bir az romantik, bir az reallıqlara göz yummaq istəyən, amma bacarmayan biri... :feel: 

- Anlayıram... AzadQadın.az-a ilk gəlişiniz? Təsadüf, yoxsa məsləhətlə gəldiniz bura?
- Düzü başqa bir saytda əhval - ruhiyyəmlə səsləşən xəbərlər axtarışında təsadüfən Aynur Qurbanqızının "Bir həyat yoldaşım olsun istədim" xəbərinə rast gəldim və bu saytı tanıdım... Amma qeydiyyatdan keçməyim 7-8 ay çəkdi.

- Niyə? Qərar verə bilmirdiniz? 
- Yox, sadəcə bu sayt mənə çox çətin gəlirdi... wink 

Aytəkin deyəndə hamının ağlına məncə gülərüz və şən bir xanım gəlir, əslində bu gülüşlərin altında kədərli bir həyat var bildiyim qədəri ilə... Nələr yaşadınız həyat adlı səhnədə?
- Bu həyat səhnəsində mən bacarıqlı aktyor ola bilmədim heç havaxt... Həmişə səhnə arxası "suflyorlar" məni idarə elədi... Etiraz etmək istəyəndə elə hey dedilər ki, həyat belədir, alış, döz... İndiyətən də sərbəst deyiləm...
Gülüş isə mənim içimi gizlətməkçin silahımdı :feel:

- Həyatda yaşadığınız səhvlər üçün kimləri günahkar bilirsiniz?
- Yox, səhv yaşamadım, qədərimi yaşadım və yaşayıram...
Birdə ki, doğulub böyüdüyüm mühit məni belə öyrətmişdi ki, qane ol, bacar yaşa..

- Səmimi söylə bacara bilirsənmi?
- Bilməzmiyim? wink

- Yəqin ki, bacararsan, güclü qadınsan, həm fiziki, həm də mənəvi... :winked: 
- Tək deyiləm, yenə də "suflyorlar" özfəaliyyətindədirlər, amma dəyişikliklər var müsbətə doğru.. Ən azından sözümü deyib, dura bilirəm...


Bu günkü gün ayaqda durmağınız üçün kimlər dəstək oldu sizə?
- Mən mərhum Nənəmə bu günkü günümü borcluyam.. Bu günkü gün qaynanam yanımdadı... İşim var...

- Allah rəhmət eləsin. Şükür Allaha...

- Sağ olasan.

- Uşaqlarınız var mən bilən, yaşları və adları sirr deyilsə?
- Həəə canparələrim - Yusifim 13 yaş, Nurayım 9 yaş :love:

- Allah saxlasın. Hansı sizi daha çox əsəbləşdirir və hansını bir az daha çox istəyirsiz? 
- Yusif mənim canımdı, nəfəsimdi, yaşam səbəbimdi. Nuray çox koket qızdı, nənəsini və atasını çox istəyir. Mənimlə yola getmir, bəzən deyirlər ki, uşaq uşaqdı fərq eləməz, amma mən deyirəm ki, yox, mən oğlumu çox istiyirəm...

- Məncə sən fərq qoyma. Qız uşaqları eqoist olur bir az... :0100:  
"İki şeyi həmişə unut - sənə edilən pislikləri və etdiyin yaxşılıqları”... Edilən pisliyi unuda bilirsənmi?
- Səncə olarmı? Məncə yox, amma sadəcə unutmuş kimi özümü göstərirəm və özümü inandırıram... Yaşatmıram onları bacardığım qədər..

- Məncə insan yaşadığı heç nəyi unuda bilməz, sadəcə unutmağa çalışa bilər.
17 dekabr 2012-ci il tarixdən bu tərəfə kimləri qazandınız bu saytda və kimləri itirdiniz?
- Sziləri qazanmışam, saytın hörmətini, redaktor titulunu qazanmışam, +18 xəbərlərim məşhurdu....
Kstati, Elgün, fikir vermisən xəbərlərimin baxış sayına?  wink
Allah eləməsin, itirdiklərim olmayıb saytda, ən azınnan evdə də, işdə də saytı saatlarla açıq qoyub gedib işimi görə bilirəm.... Yəni inam məsələsi...

- Bu baxış sayını mən başa salım səndə başa düş :winked:   Hörmətli Banu adminəmizin Facebooka qoyduğu xəbərlərin hamısının baxış sayı katastrofik həddə çatır... wink  
Özündəki maraqlı xəbərlər qoyursan, bir kolleqa olaraq işini bəyənirəm.
Bir az müsahibəni pozitiv yönə dəyişək...  Nənənizin sitatlarından yaman çox istifadə edirdiniz. Ən çox hansı sitatını bəyənirsiz nənənizin? 
- Onun bütün sözləri, danışığı həmişə beynimdədi.. Necə olsa 8 ilə yaxın bütünlüklə özümü onun iradəsinə kökləmişdim.... Düzü indi çətinlik çəkirəm deməyə, amma yeri gələndə sitat gətirmək yerinə düşür...
Həəə,  televizorda bir veriliş ürəyicə olmayanda deyərdi ki,  "Əriyib çürüyəsiz".  wink

- Saytda fikir verirsinizsə tez-tez gənc ailələrin üzləşdiyi bir sıra problemlər işıqlandırılır. Yeni qurulmuş ailələrə və ya gələcəkdə ailə qurmaq istəyən şəxslərə hansı məsləhətləri verərdiniz?
- Elgün, düzü bəzən elə mənasız şeylərə görə qızlarımız ailələrinə söz-söhbət qatırlar ki... Ailə qurulur, hazır verilmir... Təməldə əgər səninlə bərabər həyat yoldaşın da səni dəstəkləyirsə o evi qurmaq nisbətən asan olur. Yetər ki, təmkinli, dözümlü, bir az şirindil, Nənəmin sözü olmasın, "qılıqlı" olasan.... Yəni dediyim odu ki, qadından çox şey asılıdır... Mən zəif, iradəsiz qadınları sevmirəm.. Nənəmdən sitat bu yerdə "Ərə getmək asandır, ər evi tikmək çətin...."
Soruşma ki, bəs sən özün niyə qura bilmədin? :feel: 

- Bəs həyatında verdiyin qərarlarında sən yanılmamısan ki?
- Məncə yox! O yerdə ki, türklər demiş mənim şəxsiyyətim söz konusudur, orda kim dözsə də mən bacarmaram, bacarmadım alçalıb yaşamağı... Bir də özümə inam, güvən hissim həmişə güclü olub, bəlkə də bürcümdən gələn xüsusiyyətdi  :love:
Qarşıma məqsəd qoydummu, ona gedən yolda inamla getməyi bacarıram, yolumdan sapmayaraq...

- Bəs özünüzə güvəndiyiniz qədər gözəlliyinizə də güvənirsizmi? 
- Nə gözəlliyi, ay Elgün? Sadə, qaraşın bir "qızam" Amma özümə baxımımda heç nəyi əsirgəmirəm, kosmetikanı çıxmaq şətilə.. :winked:

- Məncə qadın nə qədər makiyajdan az istifadə etsə bir o qədər gözəl görsənər.
- Makiyajı yerində işlətmək lazımdı... Mən işə gedəndə makiyaj eləmirəm...

- Sevib, sevilirsən?
- Sevib, sevilmək? hmmm... Həyatda sevdiklərim, sevənlərim var, amma "sevdiyim, sevgilim" var deməzdim....
Demirəm ki, olmayıb, amma qəbul edə bilmirəm... Ürəyim çox sınıb... Həm də Yusif kimi oğlu olan anaya bu barədə fikirləşmək belə günahdı məncə...
Mən hisslərimi idarə etməyi bacarıram...

- Məncə sən də bir qadınsan, ən azından ciddi birisi çıxsaydı qarşına düşünməyə dəyərdi. Yenə də sənin qərarındı, təbii ki, uşaqlarının psixologiyasını sən məndən yaxşı bilərsən.
- Elgün, zatən mən doğulandan indiyətən həmişə yaxınlarımın iradəsi, idarəsiynən yaşamışam... Ruslar demiş " eto mne sujdeno"... Və indi də uşaqlarıma görə hər şeyimdən keçirəm...

- Saytda xüsusi rəğbət bəslədiyin şəxslər varmı?
- Saytda Güneşim, Leylam olub, indi də bir çoxları var ki, onların yeri mənimçin bir başqadı...

- Azadqadın.az-da adminə olsaydın hansı dəyişiklikləri edərdin?
- Düzü fikirləşməmişəm, amma saytın ilk vaxtları mənə çox doğmaydı... İndi də nostalji ilə xatırlayıram..

- Səni səncə saytda necə birisi olaraq xarakterizə edirlər?
- Bunu qoy şərhlərdə userlər özü yazsın :winked:  
Həəə... O gün Günay dedi ki, saytın "şefi aşbazıyam" wink

- Yaxşı,  mətbəxdə ən dadlı bişirdiyin yemək hansıdır?
- Mətbəxdə şirniyyatlarım bəyənilir, yeməklərdən dovğa əlimdə yaxşı alınır...
Həə, bir də döşəmə plovuma uşaqlar bayılırlar... :love:
 
- İnşallah, dadına baxmaq bizə də qismət olar  :0100:
Bəs mətbəxlə, işi eyni anda idarə edə bilirsənmi? Çətinlik yaranmır kı?
- Mən əsasən şənbə - bazar günləri mətbəxə girirəm, gündəlik qaynanam idarə edir, o olmayanda isə özüm "tezbazar " reseptlərdən istifadə edirəm...

- Oğul anasısan səncə sən necə qaynana olacaqsan? 
- Yəqin ki, oğlumun istəklərilə razılaşan, oğlunu çox istədiyi kimi gəlinini də çox istəməyi bacaracaq bir qaynana... :love:
Bir az gülməli çıxdı həəə?
Mənə də mən deyərlər aaaa.... wink
Oğlumu incidən məni qarşında görər... "Gəlin mənim süpürgəmdi" prinsipinə hardasa əməl etməyə çalışaram wink 
Bu bir zarafat ... :love:

- Bircə onu bilirəmki çox qısqanc qaynana olacaqsan wink 
Sonda saytla bağlı arzularınız...
İstifadəçilərə nə arzu edərdiniz?

- Saytla bağlı arzularım, normal işləsin, hay deməmiş heç kim küsüb getməsin, maraqlı layihələr çox olsun... Hamıya cansağlığı, işlərində uğurlar, həyatda " nə edim, necə edim" deməməyi arzulayıram...

- Mən sizə öz təşəkkürümü bildirirəm, Aytəkin xanım, bu cür səmimi müsahibə üçün.
- Əsil mən təşəkkür edirəm ki, sayta qayıdışınla sayta gözəl əhval ruhiyyə gətirmisən...


ESMERRi | 17 aprel 2016 20:30 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: Purple_Butterfly
Allah ovladlarinizi qorusun. Maraqli idi teshekkurler.
Purple_Butterfly | 9 sentyabr 2015 10:15 | Status: Şərhçi | Şərh: 146
Allah ovladlarinizi qorusun. Maraqli idi teshekkurler.
SULTANIM | 7 fevral 2015 21:36 | Status: Ekspert | Şərh: 4 742
Aytekinin xetrin cox isteyirem. Suallara da semimi olaraq, ozu kimi cavab verib. Cox beyendim. Allah balalarini saxlasin. salamat boyudub xeyirlerin goresen. Allah ureyine gore versin.
Maraqli musahibeye gore Elgun beye tesekkur edirem.
Meryem_Duyqu | 7 fevral 2015 12:47 | Status: Yazar | Şərh: 4 130
Müsahibənin çox bəyəndim.Allah sizə, hər şeyin ən,ən,ən gözəlini qismət etsin.Siz xoşbəxt olmağa layiq qadınsınız.Amin love
Nur | 7 fevral 2015 08:02 | Status: Professional user | Şərh: 3 988
cooooox gozel semimi musahibe alinib,her ikinize tesekkur edirem,
Aytekin baci,seni cooooxxx isteyirem love ,xetrin menim ucun coox ezizdi,ne yaxsiki varsan
Allah iki balani saxlasin,istediyin arzuladigin kimi boyudesen insallah,eziyyetini itirmeyen balalardan olsunlar,sene xeyirli ovlad olsunlar,islerinde heyatinda bol bol ugurlar 0115 0109
Dəniz qızı | 6 fevral 2015 21:22 | Status: Brilliant user | Şərh: 8 017
Necə olub ki,mən şərh yazmamışam lol .Bacı mənim nəzərimi bilirsən hansı xəbərlərin cəlb edir?Bir birindən qəşəy reseptlərin.Mən özüm də çox sevirəm mətbəxdə nəsə hazırlamağı.Maraqlı alınıb.Təşəkkürlər. 0109
nurlana nurlana | 6 fevral 2015 18:09 | Status: Gümüş user | Şərh: 1 950
Men bura teze gelmisem uğurlar bu xanıma
Ay_Sun | 5 fevral 2015 12:10 | Status: Brilliant user | Şərh: 13 408
Canim Allah senide o,iki gul balanida xosbext bendelerden etsin Insallah.
Aytekin82 | 5 fevral 2015 09:35 | Status: Brilliant user | Şərh: 6 587
Sitat: Banu.
Elgun bey? teshekkur semimi musahibeye gore.Boyuk zobvqle oxudum/
Aytekini cox sevirem onun her sherhini, xeberini xususi hevesle oxuyuram.Bu gozel xanimda her shey idealdir deyerdim.Yeni onun Facedeen feal izleyicisiyem/Aytekim birdenem senin fanatinam))
Allah xoshbext etsin canim.Ovladlarini bashina tac etsin/


Sağ olasız, Banu Xatun...
Vallah qarşılıqlıdı... love

Şərh yazan hər birinizə minnətdaram, Canlarım mənim...
Yaxşı ki, varsınız, həyatımdasız... Öpürəm... 0109
sonsuz ucurum | 5 fevral 2015 00:57 | Status: Gümüş user | Şərh: 786
Sitat: boris arxan
Yaxindan tanidiq .Maraqli alinib .Her ikinizede tewekkurler
boris arxan | 5 fevral 2015 00:33 | Status: Professional user | Şərh: 4 784
Yaxindan tanidiq .Maraqli alinib .Her ikinizede tewekkurler
Ekberli Nermin | 4 fevral 2015 23:23 | Status: Şərhçi | Şərh: 305
Inaninki, azda olsa tanidim ve sizi cox sevdim
niwanli | 4 fevral 2015 22:55 | Status: Gümüş user | Şərh: 264
Tanimagima wad oldum)))
SEVA | 4 fevral 2015 22:41 | Status: Professional user | Şərh: 5 150
maraqli alinib her ikinizede tesekkur edirem
Allah xosbext elesin balalarinizin xos gunlerini goresiniz
Gülçin | 4 fevral 2015 22:36 | Status: Brilliant user | Şərh: 6 780
Çox maraqlı və səmimi mesahibə alınıb. Aytəkinin xətrini dünyalar qədər istəyirəm. Elgün bəyə də təşəkkürlər, belə gözəl müsahibə üçün.
drop | 4 fevral 2015 22:35 | Status: Gümüş user | Şərh: 2 448
2 redaktor yaratmisiz a )
Aytekin xanima simpatiyam var.cox istiyirem xowbext xanimlar cergesinde olsun.deyir qara qizam.ele ona goredi de wirindi).Allah balalarivizi saxlasin.xow gunlerin goresiz.
Elgun beye de tewekkur.yaxwi suallar hazirliyib , yaxwi cavablar da alib.
birdane | 4 fevral 2015 22:12 | Status: Professional user | Şərh: 3 726
Aytekin xala sizi yaxindan tanimagima sadam allah saxlasin balalarivizi xeyrini goresiz
Sitat: Banu.
Elgun bey? teshekkur semimi musahibeye gore.Boyuk zobvqle oxudum/

mende tesekkurler
Aynur_Mezahirli | 4 fevral 2015 21:50 | Status: Qonaq | Şərh: 0
Sitat: Girl
Aytəkin bacımı çox istəyirəm. Qəşəng yemək reseptləri olur..)) Bilinir ki əsl evdar xanımdır.. Şərhləridə çox maraqlı olur :)

Məndə Aytəkin bacını çox istiyrəm, maraqlı müsahibəydi bəyəndim.
Girl | 4 fevral 2015 21:36 | Status: Professional user | Şərh: 8 206
Aytəkin bacımı çox istəyirəm. Qəşəng yemək reseptləri olur..)) Bilinir ki əsl evdar xanımdır.. Şərhləridə çox maraqlı olur :)
Banu. | 4 fevral 2015 21:26 | Status: Admin | Şərh: 2 266
Elgun bey? teshekkur semimi musahibeye gore.Boyuk zobvqle oxudum/
Aytekini cox sevirem onun her sherhini, xeberini xususi hevesle oxuyuram.Bu gozel xanimda her shey idealdir deyerdim.Yeni onun Facedeen feal izleyicisiyem/Aytekim birdenem senin fanatinam))
Allah xoshbext etsin canim.Ovladlarini bashina tac etsin/
sadəcə MƏN | 4 fevral 2015 21:09 | Status: Brilliant user | Şərh: 4 771
Diqqət! Sizin gizli mətnə baxmağa hüququnuz yoxdur.
SARAXATUN | 4 fevral 2015 20:03 | Status: Professional user | Şərh: 1 529
Allah balalarivi saxlasin .Mende oqlumu Cox istiyirem.HeyatdA yawam sebebim oqlumdu.Hemde Cox semimi cavablardi.
Elgun_Azizov | 4 fevral 2015 19:39 | Status: Professional user | Şərh: 1 393
bu ikinci müsahibəmdi və bu müsahibələr səmimi olanda heç bitməsini istəmir adam :)
BULUTUM | 4 fevral 2015 19:01 | Status: Professional user | Şərh: 7 387
Cox semimi aalinib.twk
FLOVERandGİRL | 4 fevral 2015 18:35 | Status: Professional user | Şərh: 3 251
Çox semimidir müsahibe.Allah saxlasın uşaqlarınızı.
mamasinin ureyi | 4 fevral 2015 17:50 | Status: Professional user | Şərh: 1 112
Cox maraqli musahibe idi aytekin baci. Allah sizi balalariniza balalarinizda size cox gormesin insallah .....heyatda her zaman uqurlar size.
Miraj | 4 fevral 2015 17:35 | Status: Professional user | Şərh: 2 625
Aytekin menim canim cicim di o sene heyatda ugurlar balalarin xos gununu gor insallah qiz kocurub gelin getiresen insallah.bax ha sene dediyim kitabi cixartirsan menecerin menem haaaa 0103 basqa adami menecer tutsan ozuncun inanki damarimi kesesib qanimi ustune tokejjjemmm 0116
Vetenperver | 4 fevral 2015 17:22 | Status: Professional user | Şərh: 6 700
Hə,bu "qara qız" məsələsi ağır məsələdir.Qızlarda rəngi qara olanlar həmişə lağ məsələsi olub.Misal üçün filan qız qaradır deyib onu gözəl saymırlar)).
Aytəkin çox zarafatçıl,birazda şirindir.İndiki avatarı ona çox yaraşır.Onun oğlunu çox istəməsi adama ləzzət eləyir.Allah onun Yusifini ona çox görməsin.
Təzə təzə gələndə kişi düşməni idi,uzun danışıqlardan sonra düzəldi)))
Ag Gul | 4 fevral 2015 17:18 | Status: Professional user | Şərh: 4 333
Çox maraqlı və səmimi cavablar verilmiş müsahibədi. Yaxından tanımağıma şad oldum. Təşəkkürlər
ŞehZam | 4 fevral 2015 17:04 | Status: Professional user | Şərh: 2 577
Çox səmimi alınıb müsahibə, şad oldum..