Azadqadin.az / Azadqadın həyatı

AzadQadın.azlılar ilin "ənləri" ni seçir :)

Aytekin82 | 24-12-2014, 18:37
2 896 46

 
Budur  2014 –cü ilin son həftəsini yaşayırıq.  AzadQadın.az saytının möhtəşəm binasının girişində qələbəlikdir...
Demək olar ki, aylardır binanın qapısını döyməyən istifadəçilər belə burdadırlar. Qabağa boylandım, gördüm Cirl əlində böyük bir siyahı qapının önündə dayanıb. 
Maraqla soruşdum: 
- Nə məsələdir,Girlcim?
- İlin"ənlərini” seçirik...
- Bəs burda niyə durmusuz?
- Aynur Qurbanqızını və Banu xanımı gözləyirik – dedi.
Gülümsədim. 
  - Banu xanım  harda olsa özün çatdıracaq, amma Aynur Qurbanqızını  gözləməyin. Gəlsə də pəncərədən baxıb çıxıb gedəcək...
Elə bu anda binanın qapısı açıldı. Banu xanım  təbəssümlə qızlara müraciət etdi:
- Mən bayaqdan sizi gözləyirəm, ay mənim gözəllərim... - deyib qapıları taybatay açdı. Qızlar hay-küylə saytın binasına girdilər. Saytın kişi istifadəçiləri  Vətənpərvər, Allegretto, Elgun_Azizov, Black_sTaR, A.Amid  kənardan qızların hay-küyünə tamaşa edirdilər.
Royamsanın gözü Black_sTaRın   üzündə qalmışdı... Black_sTaR  ona başının işarəsiylə " get” deyincə, Royamsan da qızların dalınca qaçdı...
Binanın akt zalında rəyasət heyyətindəki stolda adəti üzrə  Banu xanım  tək oturdu. Redaktorlar birinci sırada, nəzarətçi- ekspertlərdə öz yerlərində idilər.  Girl  natiqlərin kürsüsünə keçib sözə başladı.
 - ... Hörmətli userlər, hər il olduğu kimi bu ilin də "ənləri”ni seçmək vaxtı gəlib çatdı. Userləri 32 nominasiya üzrə seçəcəksiniz. Əvvəlcədən xəbərdarlıq edirəm, mənim xəbər, layihələrimdə heç kəs dəyişiklik etməsin. Mən bilirəm neynirəm....  İndi isə buyurun söz sizindir....
İlk olaraq  ŞehZam  fikrini bildirdi:
- İnşallah, cavab verərəm...
Fraulen  əlini qaldırdı və dedi:
-       Mən saytda yeniyəm. Amma məncə ən yaxşı redaktor Leyla Məhərrəmova, aktiv istifadəçi SELENA, maraqlı xəbər müəllifi Aytekin82dir.
Beləliklə, müzakirələr başladı. Hərə növbə ilə öz fikrini bildirirdi. Elə bu vaxt  Nuruş yerindən durub ucadan dilləndi:
- Kecen il bu xəbərdə  mən qalib olmusdum cox suallarda. Amma kim isə paxilliqla dava saldi səslər hesablanmamişdi,ona gorə bu xəbərdə istəmirem kimsə mənim adimi qeyd etsin,cox xaiş edirəm..”
Girl  təmkinlə istifadəçilərə müraciət etdi: - Xahiş edirəm, bir-birinizin fikrinə hörmətlə yanaşın...
Aytekin82 yerindən qalxdı və özünəməxsus tərzdə dedi: - Canlarım mənim, nə vaxtdı ki, lazım olmasa xəbər redaktə etmirəm. Ona görə mənə redaktor kimi səs verməyin...
Royamsan  isə qalxıb  Girlə  narazılığını bildirdi: - Redaktorların siyahısına gərək redaktorluqdan öz xoşu ilə gedənləri də salaydın... Ən azınnan nə qədər zəhmətləri olub....
Mavish  yerindən qalxıb üzünü zala tutdu: - Məni indi burda tanıyan az olsa da adım illərdir sayta düşüb... İndi qoca nənə kimi çəkilmişəm saytın küncünə baxıram sizlərə....
Royamsan bir də yerindən qalxıb üzünü  Fraulenə  tutdu: - Səni kim tanıyırdı ki, sevə də....  Sayəmdə tanınmısan, sənə  yazığım gəlir...
Gulcin70  səbirlə zala üzünü tutub təbəssümlə dedi: - Məni səmimi, ədalətli, sevilən seçən bütün userlərə təşəkkürümü bildirirəm...
Leyla Meherremova  da söz alıb onun adını çəkən userlərə minnətdarlığını bildirdi. 
Birdən nə oldusaAytekin82  üzünü  kalbimin sahibinə  tutdu və kinayə ilə dedi:
- Özündən razı mənə deyirsənsə, bəli, özümdən razı olmamağıma heç bir səbəbim yoxdur.  Ən azından burdakı 2 üzlü, "minnikli” userlərdən daha səmimiyəm...
Girl  yenə də xəbərdarlıq etdi. 
Qanad xanım  sayta gec-gec gəldiyinə görə üzr istəyib dedi: - Bəli ilin ən passiv useri özüməm...
Aysun94  fikirlərini deyəndə  Nazlı-Kız  o tərfdən replika atdı: - Bəyənmədin bizi?
Elə o anda da  Nuruş  yerindən sıçradı: - Niyə ki? Mən sənə nə etmişəm ay qız? Yoxsa səni kimsə küyləyib göndərib üstümüzə? Daşımız ağırdı, düşüb hamının başına, bir sən qalmışdın, sən də gir onların növbəsinə... Sənin və bəzi bir çox özündənrazı, arxadan işçevirənlərin hələ burda mənə çatmağına və mənim qədər sevilməyinə çox qalıb, əzizim, bəlkə də bunu yuxuda görəcəksiz... Qoy hürsünlər bundan sonra, nə qədər istəyirlər cavab verəsi deyiləm, eləcədə sənə... İnsanı hövsələdən çıxardırsızee, istəyirsiz ki, acı söz deyib xətrinizə dəyim...Get tayını tap, yaxşımı?
Allegretto özünə məxsus təmkinlə üzünü zala tutdu: - Əziz userlər, mənim adımı "it dəftərinə” saldığınıza görə sizə dərin minnətdarlığımı bildirirəm...
Elgun_Azizov  söz alıb kürsüyə çıxdı.  Banu xanım ona xəbərdarlıq elədi ki, sözünü yerindən deyə bilər...
Amma o tövrünü pozmayıb nitqinə başladı.
- Mənim beynimdə hamıya layiq olduğu bir vəzifəsi varda onu sonda açıqlayaram... Çünki burda əksəriyyətin yahınnan uzaqdan çohh yahşı tanıyıram... Və elə bu kürsüdən elan edirəm ki, bir nominasiya da əlavə etsəydiniz ki, saytın ən yaltaq useri, deyərdim ki, saytın 90 faizi...
Userlər yer-yerdən onu qınadılar. Kürsüdən şəstlə düşüb özündən razı halda keçib yerində oturdu.
Elə bu yerdə  Damla  söz alıb fikrini bildirdi:- "Her ilin sonu olan maraqli ve mubahiseli xeberlerden biridir.
Menim adimi ceken her bir kese derin tesekkurumu bildirirem.Allah razi olsun!
Men suallari cavablandirmayacam.Cunki adini cekeceyim istifadecilerin coxu sayta gelmir ve yeni istifadeciler onlari tanimir.
Sadece demak isteyirem ki, hec kim demasinki bura virtualdir hami burda ferqlidir.Xeyir insan realda nedirse ela virtualdada odur.
Ne yalanlar gorduk,ne vefasizliqlar,ne iftiralar eyni zamanda vefa gorduk,dostluq gorduk,dostlar qazandiq..
Allah hamiya ureyine gore versin!" 
Zala sakitlik çökdü. Girl istifadəçilərə baxıb mızıldandı: - müəyyən səbəblərə görə yığıncağımızı təxirə salırıq... Aynur Qurbanqızı, Banu xanım və saytın ağbirçəyi olan Sheh anamızın fikirlərini gözləyirik.
Gedə bilərsiniz....
AzadQadın.azlılar  ilin "ənləri" ni seçir :)


esma inci | 14 may 2015 15:02 | Status: Gümüş user | Şərh: 1 096
Sitat: Menim balam.
Maraqlı xeberdır
Billurə | 28 dekabr 2014 12:22 | Status: Professional user | Şərh: 4 892
Aysun94 fikirlərini deyəndə

Alemsiz ,vallah :))
Menim balam. | 27 dekabr 2014 14:50 | Status: Şərhçi | Şərh: 25
Maraqlı xeberdır
Gulus. | 27 dekabr 2014 14:29 | Status: Professional user | Şərh: 2 436
Maraqli xeberdir.yenede eyni adamlarin adlari yazilib
ALLEGRETTO | 26 dekabr 2014 18:15 | Status: Gümüş user | Şərh: 2 218
Bkililar demişkən Alaaa Bu it deftəri sobetü diyen çox canlar alcey))))) wink p.s müəllifə təşəkkürlər Redaktor deylee ürəydi ürəy winked wink
Elgun_Azizov | 25 dekabr 2014 20:11 | Status: Professional user | Şərh: 1 393
Anlamadığım tək şey adın çəkilməyibsə inciməh nəyə lazım.Yazmıyıb yazmıyıbda..hamvuz bir qulp qoymusuz gələn səfər xahiş səndə bir şey yaz burda olmuyannarın adını sadala dincəlsinnər. medal verdilər bizə onnar qaldı..
Lale | 25 dekabr 2014 19:36 | Status: Yazar | Şərh: 3 264
Aykam, Allah uzunu guldursun her zaman)cox maraqli xeber alinib))
Aytekin82 | 25 dekabr 2014 19:18 | Status: Brilliant user | Şərh: 6 587
Şərh yazan Canlarım mənim, bu xəbərimdə kefinizi açıb, üzünüzü güldürdümsə nə xoş mənə....
Əslində bu pozitiv enerjiyə mənim də ehtiyacım var idi...
Hamınız sevirəm, yaxşı ki, varsınız.... love
Damla | 25 dekabr 2014 16:07 | Status: Brilliant user | Şərh: 7 177
Maraqli ve semimi xeber alinib...
Ag Gul | 25 dekabr 2014 11:52 | Status: Professional user | Şərh: 4 333
Çox gözəl və maraqlı xəbərdi. əllərinizə sağlıq
Vetenperver | 25 dekabr 2014 11:18 | Status: Professional user | Şərh: 6 700
Seç deyirsən seçəkdəəə,problem yoxdur.
SEVDA | 25 dekabr 2014 10:21 | Status: Nəzarətçi | Şərh: 17 439
Sitat: Gulya2676
Hemisheki kimi yene özünüzden yazmisiz .

Ay ağzınıza sağlıq........

Sitat: TERANE1978
Butun gunu yatiram burda hec adim cixmadi.

Ay bacı deme daha......
Gulya2676 | 25 dekabr 2014 09:16 | Status: Gümüş user | Şərh: 2 586
Hemisheki kimi yene özünüzden yazmisiz .
Ay_Sun | 25 dekabr 2014 07:07 | Status: Brilliant user | Şərh: 13 408
Menim adim yoxdurrrr recourse


Amma maraqli alinib beyendim.
SABINA | 25 dekabr 2014 06:10 | Status: Professional user | Şərh: 7 410
Sitat: Fraulein
ay da nece lezzet eleyibse hele de gulureme, isde deyecekler buna nolub seher seher deli olub

eyni problemi yasayiriq canim/mende kompa baxib gulende qizlar deyir ne olub deyirem prikol oxuyuram 0102
Dəniz qızı | 25 dekabr 2014 05:27 | Status: Brilliant user | Şərh: 8 017
Bəs mənim adım niyə yoxdu? recourse
Fraulein | 25 dekabr 2014 05:23 | Status: Şərhçi | Şərh: 503
ay da o ki var guldum cox sag olun, en gulmeli hisse bu oldu
Allegretto özünə məxsus təmkinlə üzünü zala tutdu: - Əziz userlər, mənim adımı "it dəftərinə” saldığınıza görə sizə dərin minnətdarlığımı bildirirəm...
wink

Sitat: sirin bala
bu heqimi oubbbbbbbbbbbbb

heeee lol

ay da nece lezzet eleyibse hele de gulureme, isde deyecekler buna nolub seher seher deli olub love
Mavish | 24 dekabr 2014 22:49 | Status: Brilliant user | Şərh: 2 389
Ay inanın elə maraqnan oxuyurdum ki,öz adımı görmək məni təəcübləndidi. . . ALLAH razı olsun 5++++
ŞehZam | 24 dekabr 2014 22:14 | Status: Professional user | Şərh: 2 577
Öz şərhlərimizdən hazırlanıb , çox xoşuma gəldi əllərinə sağlıq..
Aynur_Mezahirli | 24 dekabr 2014 21:53 | Status: Qonaq | Şərh: 0
Maraqlıydı, təşəkkür. recourse
sirin bala | 24 dekabr 2014 21:43 | Status: Gümüş user | Şərh: 1 669
bu heqimi oubbbbbbbbbbbbb
mamasinin ureyi | 24 dekabr 2014 20:58 | Status: Professional user | Şərh: 1 112
Cox maraqli idi elinize saqliq
sheh | 24 dekabr 2014 20:42 | Status: Yazar | Şərh: 3 353
Sitat: TERANE1978
Butun gunu yatiram burda hec adim cixmadi.

əzizim, burda yatmaq yox, tam oyaq olmaq lazimdir))
BULUTUM | 24 dekabr 2014 20:36 | Status: Professional user | Şərh: 7 387
Butun gunu yatiram burda hec adim cixmadi.
drop | 24 dekabr 2014 20:36 | Status: Gümüş user | Şərh: 2 448
cox maraqli alinib.beyrndim baxmayaraqki adimiz yoxdu).bele xeber hazirlamaq ela fikirdi.
Röyamsan. | 24 dekabr 2014 20:22 | Status: Brilliant user | Şərh: 6 102
Aytəkin çox maraqlı alınıb :)) Təşəkkür edirəm bu cür gözəl və əyləncəli xəbər hazırladığın üçün. love
boris arxan | 24 dekabr 2014 20:21 | Status: Professional user | Şərh: 4 784
ehsen sene AYTEKIN 82 COX MARAQLI ALINIB qizlar baqiwlayin meni suallar cox olduquna gore vaxt tapib cavablaya bilmedim amma qisada olsa yazacam
Lumia | 24 dekabr 2014 20:16 | Status: Professional user | Şərh: 5 378
Adim olmasa da xeberi cox beyendim.Ozum son vaxtlar sayta gec-gec geldiyime gore bunu normal hesab edirem.Tesekkurler Aykam.
Aytekin82 | 24 dekabr 2014 20:01 | Status: Brilliant user | Şərh: 6 587
Sitat: SULTANIM
Aytekin cox maraqli xeberdir. Amma nedense oz adima rast gelmedim.
Buna gore tesekkurler.


Canım, SULTANIM xanım, vabşe fikrimdə tutmuşdum ki, bütün şərhlərdən istifadə eləyim, amma gördüm çox uzun alınır...

Adını vurğuladığım və vurğulamadığım hər birinizi sevirəm və deyirəm, yaxşı ki, varsınız....
Konul_1980 | 24 dekabr 2014 20:00 | Status: Şərhçi | Şərh: 245
tesekurler