Azadqadın həyatı / Bizim kollektiv

Azadqadın.azlıların həyatlarında ən çox qorxduqları və sevindikləri gün.(2-ci hissə)

Ay_Sun | 25-12-2014, 13:38
3 638 39


SULTANIM
 
Qorxularım olur, həmdə çox həyəcanlanıram. Adi bir şeydən, ən çox gecə, vaxtsız gələn telefon zəngindən qorxuram..
 
Bir də, Allah qorusun, əzizlərimi itirməkdən.

Sevinclərim çox olub, Maşallah olsun. Sevinclərim ailəmlə, övladlarımla bağlıdır. Onların uğurları, bir ana kimi, daim məni sevindirir. 

 

Girl
 
Qorxduğum gün olmayıb heç.Sevindiyim günlər isə çox olub.

Balaca olanda Yeni İl şənliklərinə gedəndə,hədiyyə alanda sevinirdim wink.

İndi isə böyümüşəm məktəbdəki,uğurlarım məni daha çox sevindirir.Bundan başqa hələlki,mənim üçün  sevincli nə ola bilər?

 
Birdane
 
Ən şox sevindiyim gün oğlumla qızımın dünyaya gəlməsidir. Onda sevincimin həddi- hüdudu yox idi.

Ən çox qorxduğum gün qızım 4aylıq idi bərk- bərk ağlayıb birdən birə dayandı.

Elə bil nəfəs almərdı tərpədirdim hərəkət eləmirdi havaya çıxardan kimi uşaq özünə gəldi.Ən qorxduğun an idi .

Allah bütün balaları qorusun Amin.

 
azerin.f
 
Ən sevindiyim gün Emilimin dünyaya gəldiyi gündür.

Həyatımdakı qorxularım ailəmi,əzizlərimi itirmək qorxusudur.

 
SEVDA
 

 Qorxduğum gün 22.07.2014, yadımdan heç çıxmır.Elə bildim ki,yodaşım yoxdu daha həyatda.....

Sevindiyim günler çoxdu həyatımda....

Allah hər kəsə sevincli günlər qismət eləsin...

 

dream reality
 
Mənim ən çox qorxduğum yox ən çox kədərləndiyim gün Babamın olüm günü Martın 31 .

Ən çox  sevindiyim gün isə Bacımın qızının anadan olan günü yəni Dekabrın 21.

 
Inci deniz
 
Hər bir insan fərqli olduğu kimi sevincləri də,qorxuları da fərqli olur.Mən ilk öncə ən qorxduğum hadisə haqqında yazmaq istəyirəm.Mənim usaqlıq dövrümün bir çox hissəsi müharibənin qızğın dövrlərinə təsadüf edir.Yadımdadı,o qədər qorxurduq ki,müharibədən,ermənilərdən.Uşaq yaddaşımda onlar əsl yırtıcı kimi qalıb.Televiziya ekranlarında öldürülmüş uşaqlar,dağıdılmış evlər gözümün qarşısından getməzdi.Bir gün çox yaxın qonşumuzda oturmuşduq,mənlə yaşıd olan rəfiqəmlə oynayırdıq,anamız isə söhbət edirdi.

Onun nənəsi mətbəxdə tek oturub gözünü pəncərədən çölə zilləmişdi.Hava qaralmışdı.AZ tv1 dən yənə də dağılmış evləri göstərirdilər.Arada atışma səsləri eşidilirdi.Elə bu vaxt qəflətən pəncərə şüşələri çilik-çilik oldu.Biz qeyri-ixtiyari qışqırdıq"ermənilər gəldi".Bədənim elə titrəyib,ürəyim elə əsirdi ki,buz kimi soyumuşdum bir neçə saniyənin içində.Anam bizi arxa pəncərədən düşürüb bizim evə yola saldı.Onların evində kişi yox idi.Bizə getdik,atamsa əynini geyinib harasa cıxdı.Sonradan biz atamın öyrəndiklərindən bildik ki,pəncərələri bir neçə cavan oğlanlar daşlayıbmış.Çünki o mətbəxdə oturub gözünü çölə zilləyən həmən qoca arvad ərməniydi.Mənim həyatımda yaşadığım ən qorxulu hadisə bu idi.

Sevinclərim çox olub.Amma yadımdadı ki,qardaşımla mən balaca olanda anam xəstəxanadaydı.O gedəndən ikimiz də çox kədərliydik,üzümüz gülmürdü.Gecələr mən gizlicə ağlayırdım.Biz onda babamgildə qalırdıq.Anamın yanına ,xəstəxanaya uşaqları buraxmırdılar.Ən sevindiyim gün onun evə qayıtdığı gün  olmuşdu.Onda xoşbəxtlik,sevinc nə olduğunu daha yaxşı anlamışdım.Yadımdadı ki,o gecə səhərə kimi oyanmadan,ağlamadan yatdım.Allah heç bir uşağı anasız qoymasın!Anama uzun ömr,sağlamlıq arzu edirəm.

 
perishka2
 
Bir dəfə qaynanam bizdəydi,böyük oğlumu atıb tuturdu,mən də balacamı yedizdirirdim.Birdən arvad elə qışqırdı ki,qorxudan dura bilmədim.

Sən demə uşağın nəfəs almağa macalı olmayıb,handan hana danışdı.Bu qorxduğum gün oldu..

Keçən il oğlum 1-də oxuyanda 8-martda müəllimələri onlara anaları üçün açıqca yazdırmışdı.

Sevindiyimdən ağlayırdım.Bu da sevindiyim gün oldu.

 
boris arxan
 
İlk övladımın dünyaya  gəlməsi.Həm sevindiyim ,həmdə qorxduğum gündü .Sevincimin həddi hüdudu yox idi.
 
Çünki, ana olmuşdum. Qorxdum özüdə çox yənədə övladımı itirirəm deyə 12gün övladım şüşə altında qaldı.

Hər baxanda hansı hissləri kecirdiyimi dilə gətirib yaza bilmirəm çünki, həm qorxurdum həmdə sevinirdim.
 
Naranin Ureyi 
 
Həyatda qorxduğum gün atam möhkəm xəstələnmişdi, sağalmağına ümid azıydı.
 
Çox şükür bu gün yaxşıdı.

Sevinirəmki, qızım xoşbəxtdi, bir balası var. Onda məndə xoşbəxtəm.Təşəkkür canım. 

 

Aynur_Mezahirli
 
Qorxduğum an...orta məktəbdə oxuyurdum il hansı il olduğu yadımda deyil, amma ayı-günü yadımdadı noyabr 25-i həmin vaxt zəlzələ olmuşdu onda çox qorxmuşdum .Özüdə otağımızın birində mən tək oturmuşdum mahnı dinləyirdim, mamamda atamda bacımda digər otaqda idilər. Məndə ilk dəfəydi zəlzələ nə olduğunu onda görmüşdüm və onda həqiqətən çox qorxmuşdum bilmirdim neynim donub qalmışdım mamam, atam, bacım hamımız çölə çıxdıq zəlzələdən sonra neçə saat evə çıxmadıq.
İkinci qorxduğum isə atamın ölümü oldu, recourse atam xəstə olsaydıda atamçün ölüm ağlımın kəndarından keçmirdi çünki atamın sağalacağını düşünürdüm düzdü ölüm hamıya var amma atam üçün hələ tez idi, uşaq vaxtı həmişə elə başa düşərdimki ölüm yalnız qocalar üçündü ,amma indi anlıyıramki əslində elə deyilmiş...) nəisə.
Və sevindiyim gün...sevdiyim insanla ailə qurmağım, iki şirin balalarımın dünyaya gəlişi, onların varlığı dünyada mənimçün ən sevindirən anlarımdı saniyəm, dəqiqəm hər şeyimdilər. Allahıma çox şükür, onlar yanımdadılar, mamamda həmçinin Allah mamamı başımın üstündən əskik etməsin Amin...!!!
Canım sənə  də çox təşəkkür edirəm mənidə düşündüyün üçün Allah razı olsun, əllərinə sağlıq bacı. 0109

 

NUR-AY
 
Ən sevindiyim gün qızımın dünyaya gəldiyi gün,birdəki, o vaxt coooooxxx sevinicəmki, anam bütün çətinliklərdən qurtaranda,o günü səbrsizliklə gözləyirəm.
Ən qorxduğum gün isə hələki, olmayıb .

Elə bir günki, deyim həmin gün mənim ən qorxulu günümdü.Hər zaman fikirləşirəmki.
 
Allah eləməsin nəsə bir fəlakət,zəlzələ olsun və insan bütün sevdiklərini itirsin.

Allah hec kimə göstərməsin.Ən qorxduğum gün demək olarki o gündü,Allah uzaq eləsin.

 

 Nurlana Hebibova
 
Mənim qorxduğum gün.. yaşlanmaq qocalmaqdı.. Sevdiyim gün isə özəl və qeyd etdiyimiz günlərdi.

 

nurane55
 
Həyatımda qorxduğum günlər çox olub.Çünki çox həssas insanam,başqalarına kiçik görünən bir problem və ya xəstəlikdən çox narahat olan insanam.Amma bir-ikisini deyəcəm.5-6 yaşım olanda qəza keçirmişdik,onda qorxmuşdum.Üzr istəyirəm,oğlum bətnimdə 7aylıq olanda dünyaya tez gəlmək istəmişdi.O gün də ən çox qorxduğum gün olmuşdu.
Qardaşım ali məktəbə qəbul olanda,bir də əsgərlikdən gələn gün çox sevinmişdim.Əlbəttə ki,bir ana kimi ən çox sevindiyim günlər övladlarımla bağlı olub,onların sağ-salamat dünyaya gəlişi,dil açması,ilk addımları.Qızım məktəbə gedən gün hətta sevincimdən ağlamışdım.Bacı,xəbərdə mənə də yer ayırdığın üçün təşəkkür edirəm.

 
kalbimin sahibi
 
 Mənim həyatda ən qorxduğum gün,həyatımın faciəsi idi.Sevinərək böyük həvəslə yoldaşım üçün süfrə hazırlayırdım.Yoldaşımın işdən gəlməsini gözləyirdim.Gecikdi,narahat olub qapıya çıxdım.Birdən qapı açıldı bir neçə kişi  xalçanın içərisində nəisə gətirdilər,ağlayırdılar.Yaxınlaşdım çox qorxmuşdum ,özümnən getmişəm.
Ayılanda ancaq Allahıma dua edirdimki,yenidən qaytar gözəl günlərimi.
Sevindiyim gün atasız körpəmi dünyaya gətirdiyim gün idi.Elə bilirdim övladımız doğulsa yoldaşım geri qayidacaq...Amma sən demə qarşıda bizi çox əzablı günlər gözləyir..Körpələrimlə birgə bu çətinlikləri aşa biləcəmmi bilmirəm...
Övladlarım olmasaydı çoxdan özümə qəsd edərdim ..Amma körpələrimə heyfim gəlir..Onların bir günahı yoxdu axı...Bezirəm bu həyatın çətinliyindən.
Bir insan həyatda iki gün də olsa xoşbəxt yaşaya bilməzmi?

 

SARAXATUN
 
Sevindiyim gün ilk övladımın  dünyaya gəldiyi  gün idi.

Qorxduğum gün isə ikinci, övladımı itirdikdən sonra 6 ay xəstəxanada  xəstə yatdığım vaxtlar idi .

Qorxurdum ona görə ki, evdə yolumu

  gözləyən balam var. ALLAHA qurban olum dualarımı qəbul etdi balamı anasız qoymadı.

 

Mavish 
 
Qorxduğum an desəm çox yoxumdur,kədərləndiyim anlar olub, ancaq Allahdan qorxuram sorğu sualdan,birdə sunamidən... wink .Hə birdə qorxduğum an yox kədərləndiyim an olubki, onu unuda bilmirəm mənim birinci uşağım düşəndə mən ağlayarkən yanımdakı qız isə doğum edib əlinə körpəsini aldı stolda ikimiz idik o ,sevinib gülürdü mənsə ağlayırdım..

Həəəəəəəəəəəə,ama sevindiyim gün çox olub əlbətdəki,hamı kimi ana olduğum günlər,ailə qurduğum vaxt, və qısa-qısa anlarda..
 
 

Nurlana  Həbibova. 
 
Ən çox qorduğum yaşlanmaqdı hər ad günümdə pis oluram vaxt zaman tez gəlir keçir birdə baxacıq qocalmışıq( mən qocalmaqdan yaşlanmaqdan qorxuram...
Ən sevdiyim gün isə.. gün deməzdim günlərimiz deyərdim hansı ki yoldaşımla sevgili nişanlı evləndiyimiz günlərdiki yenidən o günlərə qayıdıram çox xoşbəxt oluram..
Hər ay 7. 14. 21 qeyd edilir unudulmur bu günlərimiz.Qeyd edim ki aralarda 7gün fərq var bu isə qəsdən yox bilməyərəkdən tarixlər seçilib.

 


 
P.S. ALLAH HƏR ZAMAN HƏR KƏSƏ XOŞ GÜNLƏR NƏSİB ETSİN İNŞALLAH.

Redaktə etdi:Nuruş

dılay | 21 fevral 2016 16:29 | Status: Brilliant user | Şərh: 8 183
Maraqli alinib
Real Madrid CF | 15 aprel 2015 16:03 | Status: Qonaq | Şərh: 0
Cox maraqli alinib tesekkurler meleskam.
Mavish | 21 yanvar 2015 18:53 | Status: Brilliant user | Şərh: 2 389
Tənha Melek bacı Vallah xəbəri indi gördüm və oxudum da əllərinə sağlıq zəhmət çəkdin. Hamıya ömür boyu xırda xırda xoşbəxt olmağı arzulayıram. Dama-dama göl olar wink
ziko zs | 15 yanvar 2015 14:48 | Status: Şərhçi | Şərh: 483
Sitat: Hande 18
Sitat: SEVDA
Allah hamıya sevincli,xoşbext günler qismet elesin.....

amin

AMiN
Hande 18 | 28 dekabr 2014 21:19 | Status: Professional user | Şərh: 3 302
Sitat: SEVDA
Allah hamıya sevincli,xoşbext günler qismet elesin.....

amin
Nazlı_Kız | 26 dekabr 2014 19:40 | Status: Brilliant user | Şərh: 6 473
Maraqlı oldu userlərlə bağlı bu xəbər təşəkkürlər canım Nuruş sənə də təşəkkürlər bitanem. bully
nurane55 | 26 dekabr 2014 19:31 | Status: Professional user | Şərh: 1 849
Biz istəsək də istəməsək də həyatımızda sevincli günlərimiz də,kədərli günlərimiz də olur.Yəni hər şey Allahın qəzavü qədəridir.Sevincli günləriniz bol olsun,inşallah!
FLOVERandGİRL | 26 dekabr 2014 18:35 | Status: Professional user | Şərh: 3 251
bəs mən????????
dream reality | 26 dekabr 2014 14:02 | Status: Professional user | Şərh: 1 449
Təşəkkürlər... İnşəAllah hamımız həmişə sevinərik
Ay_Sun | 26 dekabr 2014 13:38 | Status: Brilliant user | Şərh: 13 408
Sitat: Nurlana Həbibova
təşəkkür edirəm ama mən belə qısa yazmamışdım zənnimcə sad

Canim menim mene nece yazib gondermisen mende hemin yazini elave etmisem.Hecne silmemisem narahat olma.

P.S. Serh yazib fikir bildiren her kese cox tesekkur edirem.Allah her zaman sevincli gunler nesib etsin her birinize Amin.

Redkate ucun birdenem Nurusuma tesekkur edirem.
Ag Gul | 26 dekabr 2014 11:48 | Status: Professional user | Şərh: 4 333
Sitat: gulcin70
Aysunum, love əllərinə sağlıq, çox maraqlı layihədir. Allah, hər birimizə ancaq və ancaq sevincli günlər qismət eləsin! Qorxular, narahatlıqlar bir daha təkrarlanmasın! 0115

Amin!
Elgun_Azizov | 26 dekabr 2014 10:23 | Status: Professional user | Şərh: 1 393
O qədər sveinki hamı o qorhduğu günləri belə unutsun ama hakk edənlər o xoşbəhtliyi həqiqiətən hakk edən insanlar...
KARAGULUM | 26 dekabr 2014 06:31 | Status: Gümüş user | Şərh: 1 433
Coxsagolun bacilarim ....demeyiniz de besdi mene..bacilarim buna gore yaziram ki bezen insanlar xowbextliklerinin ferqine varmillar...heyatda Allah onlara her bir xowbextliyi gozel yoldawi,rahat ev ve s .nesib edir ama yene de heyatlarindan razi olmurlar....ama men Tanrima her gunumde yalvariram yene de bu ezablardan qurtara bilmirem yene sebr edirem...ele qiz tanidim ki ovladlarini yoldawini evini atib bawqa kiwiyle qacib...deyirem Allahim layiq olmayan insanlara bu xowbextliyi nesib edirsen..deyerlendirmirler...wukur etmirler bawqa maraq axtarillar...anlaya bilmirem
Narin-Ulker | 25 dekabr 2014 21:52 | Status: Gümüş user | Şərh: 2 748
oxudum teki haminin sevincli kunleri cox olsun amma kalbimin sahi-nin yazdiqlari meni cox tesirlendirdi eziz bacim duzdu insan bezen cetinliklerden o qeder bezir ki teselli vermeyenler bir kenara teselli verenlerede aciqi tutur ureyinde deyirsen ki sizincun demek asandisiz menim cekdiklerimi hardan bilesizki canim menim ALLAH teki seni evladlarin terefden xosbext etsin AMIN AMMA MENIM YAZIMYENEDE YOXDU COX INCIDIM
boris arxan | 25 dekabr 2014 21:01 | Status: Professional user | Şərh: 4 784
qizlar her ikinize tewekkur edirem allah hec kime pis gun gostermesin inaninki hamisin aqlayaraq oxudum kalbimin sahibi allah tela innen sonraki bextini versin ele bir hadisediki soznen teceli vermek cetindi allah balalarini saxlasin inwalah her wey yaxwi olar
Nurlana Həbibova | 25 dekabr 2014 20:41 | Status: Professional user | Şərh: 102
təşəkkür edirəm ama mən belə qısa yazmamışdım zənnimcə sad
SULTANIM | 25 dekabr 2014 20:14 | Status: Ekspert | Şərh: 4 742
Sitat: kalbimin sahibi
kalbimin sahibi

Canim, senin heyat hekayeni bilirdim, amma inan burda oxuyanda daha cox pis tesir etdi. InsAllah, qarsida seni xos gunler gozleyir. Buna eminem.
xebere gore Tenha Meleyime tesekkurler.
SABINA | 25 dekabr 2014 19:27 | Status: Professional user | Şərh: 7 410
Sitat: kalbimin sahibi
O xalcanin icinde heyat yoldawimin cansiz bedenin gorub deli olmuwdum.....Allah kimseye gostermesin

heyat birde seni bele sinaga cekmesin insaallah.inden bele gozel gunler qismetin olsun
Aygun Yagmur | 25 dekabr 2014 19:14 | Status: Qonaq | Şərh: 0
maraqlidi sagol
SEVDA | 25 dekabr 2014 19:10 | Status: Nəzarətçi | Şərh: 17 439
Allah hamıya sevincli,xoşbext günler qismet elesin.....
ada.. | 25 dekabr 2014 17:56 | Status: Qonaq | Şərh: 0
Sevincli gunləriniz çox olsun. Əzizlərim
SEVA | 25 dekabr 2014 17:49 | Status: Professional user | Şərh: 5 150
Butun burda yazilan pis gunleri oxuduqca pis oldum recourse Allah her kese xos gunler nesib etsin
Aydan18 | 25 dekabr 2014 17:34 | Status: Şərhçi | Şərh: 485
Mən küsüm çükü yoxam
KARAGULUM | 25 dekabr 2014 17:00 | Status: Gümüş user | Şərh: 1 433
[quote=Nergiz love][quote=kalbimin sahibi]Coxsagol meleyim ...Allah kimseye yawatmasin sevdiyi insanlarin itkisini....sevindiyim gunler inwallah qarwida geler....
Canim AllAllah sene guc qüvve versin balacalara gore.bundan sora daima šad xeberler esidersen insallah.[/quote]
Inwallah inwallah...baci inan o qeder ehtiyacim var ki buna...gece gunduz duamda namazlarimda Allahimdan ovladlarimla birge xowbext gunler arzulayiram ...inwallah tez gelsin o gozel gunler
mamasinin ureyi | 25 dekabr 2014 16:49 | Status: Professional user | Şərh: 1 112
Kaas ele bir dunyanin sakini olardiqki hec kimin pis qorxduqu gun olmazdi. Her kes ancaq yaxsi gunler olardi ....
Boris arxanadi sozum.canim o acini mende yasamisam. Ama cox sukurki balani qucaqina alibsan.mendede ilk usaqimlarim ekiz idiler nece gunlerle suse altinda qaldilar ...ve sonda heyatima aci herflerle yazilan gunu yasadim ....hec qucaqima almamis etirlerini qoxlamamis ..suse dalindan seyr etdiyim balalarim meni qoyub getdiler ....cox uzucu idi. sad
Nergiz love | 25 dekabr 2014 16:25 | Status: Professional user | Şərh: 7 871
[quote=kalbimin sahibi]Coxsagol meleyim ...Allah kimseye yawatmasin sevdiyi insanlarin itkisini....sevindiyim gunler inwallah qarwida geler....
Canim AllAllah sene guc qüvve versin balacalara gore.bundan sora daima šad xeberler esidersen insallah.
KARAGULUM | 25 dekabr 2014 16:24 | Status: Gümüş user | Şərh: 1 433
Inwallah bacim..inwallah..coxsagol Allah razi olsun
Damla | 25 dekabr 2014 16:13 | Status: Brilliant user | Şərh: 7 177
Kalbimin sahibi cox kederlendim heyat hekayenize..
Allah ovlad acisi yawatmasin!Allah sebir versin!Inwallah tezlikle iwiqli umidli qapilar acilar uzunuze.
Bu defeki 1-ciden maraqli idi.
Emeye hormet!
Aynur_Mezahirli | 25 dekabr 2014 16:04 | Status: Qonaq | Şərh: 0
Sitat: kalbimin sahibi
Gozel bacilarim Allah razi olsun coxsagolun..yaxwi ki sizin kimi temizurekli bacilarim var....inwallah gozel ailem olsun paylawacam sizle...

İnşallah canım.
Konul_1980 | 25 dekabr 2014 15:58 | Status: Şərhçi | Şərh: 245
TESEKURLER.