Azadqadın həyatı / Psixoloji məsləhətlər

Pulun satın ala bilməyəcəyi 9 gözəl şey

Aytekin82 | 15-10-2014, 19:30
2 380 15



Əgər istədiyiniz şeyləri (yoldaşlarınla gəzmək, tətilə çıxmaq) pulunuz çatmadığı üçün edə bilmirsinizsə kədərlənməniz çox təbiidir, amma əlinizdəkilər üçün də şükr etmək və xoşbəxt olmaq həyatınızı gözəlləşdirər, inanın.
Xoşbəxt olmaq üçün çox pula ehtiyac  yoxdur:
 
Sağlamlığın varsa xoşbəxtsən...
Sağlam olmaq üçün müalicə və həkim xərclərini qarşılaya bilmək də əhəmiyyətlidir, amma sağlam olmaq sizə təbii olaraq gələn bir lütfdür. Bir çox insan sağlamlığını itirmədən bunun dəyərini təəssüf ki, anlaya bilmir. Siz, onlardan olmayın və sağlam oyandığınız hər gün üçün şükr edin.
Səviyyəlisənsə xoşbəxtsən...
İndiki vaxtda bir çox sonradan görən, zəngin və səviyyəsiz adamlar var. Belə bir dövrdə səviyyəninizi qorumaq, tərbiyəli, mədəni olmaq həqiqətən də böyük bir amacdır.
Qabiliyyətlisənsə xoşbəxtsən...
Hər kəsin mütləq özünə xas bir qabiliyyəti vardır. Qabiliyyət  pul gətirə bilər, amma pulla alına bilməz. Öz qabiliyyətlərinizin fərqinə varın və buna sahib olduğunuz üçün şükr edin.
Məmnunsansa xoşbəxtsən...
Pulun ala bilməyəcəyi bir başqa şey məmnunluq duyğusudur. Gördüyünüz işdən, etdiyiniz əməldən məmnun olmaq həqiqətən də böyük bir şansdır.
Eşq...
Eşq, bir insanın yaşaya biləcəyi ən güclü, qorxuducu və gözəl  hissdir. Heç bir pul bu hissi qarşılaya bilməz. Gerçək eşqə sahib olmaq bir şansdır.
Zaman...
Zaman puldan  daha çox qiymətlidir. Birinə təklif edə biləcəyiniz ən yaxşı şey zamanınızdır və ehtiyacı olan biriylə vaxtınızı paylaşmanız çox qiymətlidir.
Günəşin doğmasını  və batmasını izləmək...
Təbiətin bu möcüzəsini hər gün yenidən görə bilmək belə nə qədər şanslı olduğunuz göstərir. Bir çox adam artıq bu gözəl mənzərəni görə bilmir...
Gülmək
Yoldaşınızla, sevgilinizlə, ailənizlə olarkən  gülə bilmək, qəhqəhə çəkə bilmək  puldan çox daha qiymətli və əhəmiyyətlidir. Gülmək özünüzü yaxşı hiss etmənizi təminatçısıdır və əhvalınızı yüksəldərək sizi xoşbəxt edər.

Həyatın dadını çıxarmağı bacarın! 

Pul sizin üçün bir məqsəd deyil, bəzi durumlar   üçün yalnız bir vasitə olsun!

Ay_Sun | 19 oktyabr 2014 12:42 | Status: Brilliant user | Şərh: 13 408
Tekrar xeberdir ,ele bil.
ŞehZam | 17 oktyabr 2014 00:01 | Status: Professional user | Şərh: 2 577
Çox razıyam, təşəkkürlər..
Nara88 | 16 oktyabr 2014 17:21 | Status: Professional user | Şərh: 4 253
bos seydi))))bu zamanda cox sey pulla alinir
SABINA | 16 oktyabr 2014 09:16 | Status: Professional user | Şərh: 7 410
tekrar xeberdir sanki
fea | 15 oktyabr 2014 23:38 | Status: Gümüş user | Şərh: 1 737
bu xeber tekraradi
SEVA | 15 oktyabr 2014 21:50 | Status: Professional user | Şərh: 5 150
Sitat: Röyamsan.
Bu xəbər təkrardır axı elə bil. belay

mencede
Röyamsan. | 15 oktyabr 2014 21:13 | Status: Brilliant user | Şərh: 6 102
Bu xəbər təkrardır axı elə bil. belay
boris arxan | 15 oktyabr 2014 21:11 | Status: Professional user | Şərh: 4 784
duz deyirsiz pul her weyi hell etmir eger bu gunku gunu xowbext ailen,saqlam uwaqlarin .ve s .. varsa bundan artiq ne isteyirsen bu heyatdan
ehtibar | 15 oktyabr 2014 21:09 | Status: Gümüş user | Şərh: 2 547
maraqlidir
SEVDA | 15 oktyabr 2014 21:04 | Status: Nəzarətçi | Şərh: 17 439
Ayın 13 de xebere werh yazmıwam,tekrar xeberdir.
Dəniz qızı | 15 oktyabr 2014 20:44 | Status: Brilliant user | Şərh: 8 017
Sitat: Gule_R_124
Tekrar xeberdi.
Nergiz love | 15 oktyabr 2014 20:44 | Status: Professional user | Şərh: 7 871
Yazilanlarla raziyam pul bezi seyleri hel etsede digerlerini hel ede bilmez
Gule_R_124 | 15 oktyabr 2014 20:37 | Status: Şərhçi | Şərh: 609
Tekrar xeberdi.
sadəcə MƏN | 15 oktyabr 2014 20:07 | Status: Brilliant user | Şərh: 4 771
Bu xəbər olub axı saytda, bir neçə gün əvvəl, elə Aykamın xəbəri idi...
Gülçin | 15 oktyabr 2014 19:36 | Status: Brilliant user | Şərh: 6 780
Bu xebere serh yazmisdiq, axi.. Niye silinib?