Azadqadin.az / Azadqadın həyatı

Aynur Qurbanqızı, ad günün mübarək olsun!!!

Shebi | 23-04-2011, 23:00
6 940 117

 

Aynur Qurbanqızı, ad günün mübarək olsun!!!

 


 

Çox ama çox sevincliyəm bu gün hədsiz dərəcədə. Sevdiyim, insanlığına hörmət etdiyim, uğuruna sevindiyim, hamımız üçün əziz olan, hamımızın sevdiyimiz bir insanın ad günüdü.


Hər zaman qadın azadlığı uğrunda mübarizə aparan, qadınlarımıza hər tərəfli kömək olmağa çalışan bir insanın.

 

  www.azadqadin.az - portal saytının təsisçisi Aynur Qurbanqızı

 

Yevlax şəhərində 4 saylı orta məktəbi bitirib. Bakı Dövlət Universitetinin kimya fakültəsinin məzunudur. Hazırda BDU-nun mətbuat xidməti şöbəsində çalışır. Respublika mətbuatında bir sıra yazıları və hekayələri işıq üzü görmüşdür.

 

"Xanımların gözəllik sirləri” ilə bağlı 10-a yaxın kitabın müəllifidir. Tibbi sahəyə olan böyük həvəsi onun insanlar üçün olduqca faydalı və qiymətli olan "Orqanizmin təbii üsullarla təmizlənməsi” kitabını tərtib etməsinə səbəb olmuşdur. Yaxın günlərdə isə, Aynur Qurbanqızının bu səpkidə növbəti kitabları işıq üzü görəcək. Qeyd edək ki, müəllifi olduğu bütün kitablar Azərbaycanda ana dilimizdə ilk dəfə nəşr olunur. İstər gözəlliyə, istərsə də sağlamlığa aid bu kitabların hər biri hazırda mövzusuna görə ilk olmaqla yanaşı, həm də insanların ixtiyarına verilmiş yeganə nəşrlərdir.

 

www.aynurqurbanqizi.com


rəsmi web səhifəsidir.


Facebook-da shexsi profili

 

Aynur xanim az-az insanlardandir ki, onun facebook profil lövhəsinə saysiz-hesabsiz tebrik mesajlari qoyulub. Bu isə onun hər kəs tərəfindən sevildiyini göstərir.


  Aynur xanımın Nuray adlı bir qız övladı var. Bu il iyul ayının 24-də 6 yaşı olacaq. Anasını hədsiz dərəcədə çox sevən Nuray elə anasına da oxşayır.İnşallah bəxtinin , talehinin gözəl olmasını  arzulayırıq.

 


 Bəzən insanların etibarsızlığına görə həyatdan küsən Aynur Qurbanqızı, siz kimlərəsə görə heyfslənməyin. Bəlkədə hiss etmirsiz, ama sizi bu qədər çox sevən insanlar var. Hər kəs sizin etdiyinizin 1%-in etmək istəyir hər adam bacarmır. Uğurunuza ,sevildiyinizə görə 1 qadın kimi sizlə fəxr edirəm. Sizi həqiqətəndə çox istəyirik. 1 ailə yaratdınız biz də  sizin ətrafınızda birləşmişik.


 

 

Ürəkdə zirvələr fəth eyləmisən

Səhvləri hər zaman əhv eyləmisən.

Kədəri sevginlə məhv eyləmisən

Aynur Qurbanqızı ad günün mübarək olsun!!!


 Allahdan arzu edirik ki uğurunuz hər zaman daimi olsun, səsiniz uca yerlərdən  gəlsin. Sevinciniz sevincimizdi Allah kədər yaşatmasın.....

 

Şahidi olduğum bir şeyi deyə bilərəm ki, hər adam BDU universiteti kimi bir kollektivdə o qədər uğur, hörmət qazana bilməz. 1-2 saatlıq görüşümüzdə hiss etdim hər şeyi və inaninki sizə olan hörmətim çox artdı. 1 jurnalist üçün yazı hazırlamaq çox çətindir. Ama ümid edirəmki ürəyinizcə olar bu yazım. Nə qüsurum olsa inşallah bağışlayarsız sevincimə və həyəcanıma.

 

 

  1 ana kimi sizə qızınızın uğurun görməyi arzu edirəm, ağ gəlinlikdə gəlin köçürməyi arzu edirəm. Ailənizdə hər zaman sevinc olsun. Sizə can sağlığı arzu edirəm. Bu gün gözlərinizdə hansı xatirənin xəyalı, qulaqlarınızda hansı səsin həsrəti, ürəyində hansı arzunun həsrəti varsa hamısına qovuşmağınızı arzu edirəm.


Oyandıqca hər gün səhər,

Öpüş qonsun həyatına.

Yaş gəldikcə yaş üstünə,

Sevgi dolsun həyatına.


 Bu gün tək sizin sevinciniz deyil, ailənizin də, dostlarınızın da sevincidir. Onları da bu münasibətlə təbrik edirəm. Arzu edirəm üzünüz həmişə gülər, həyatın gözəllikləri hər zaman əhatənizdə olar. İstərdik ki , doğum gününüz ərəfəsində və yeni həyatınızda taleyin iztirablı məqamları,uğursuz və sıxıntılı anları geridə qalsın. Ürəyiniz hansı gözəl arzu üçün çırpınırsa, hər doğan günəş onu sizə gətirsin. Ay yerdən ayrılmadığı kimi siz də həmişə qoşa olun. Həyatının sevincinin göydəki ulduzların sayı qədər çox,günəşin parıltısı qədər işiqlı olmasını , ulu nənələrimiz kimi uzun bir həyat yolu, sevgi dolu bir dünyanızın olmasını arzulayıram. Heç bir söz ürəyimdəki hissləri ifadə edə bilmir.



Nə deyim, nə yazım, sözlərim çoxdur...

Artıq söz yazmağın mənası yoxdu..

Burada sözümü tamamlayıram və

sənə xoşbəxt bir həyat arzulayıram...

və sonda yazıram


Aynur Qurbanqızı sizi AZADQADİN.AZ ailəsi adından səmimi qəlbən təbrik edirik 100 yaşayın, sağlam yaşayın hər zaman bizimlə olun. Ən əsası da ildırım kimi səs salacaq, duman qədər başınızı bürüyəcək, göydən yağan qar kimi həyatınızı yeniləyəcək bir uğur arzulayıram.

 



ESMERRi | 17 aprel 2016 20:39 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: Frau...
kecmis ve gelecek ad gununuzu tebrik edirem.
Yagis_Negmesi | 1 dekabr 2015 17:35 | Status: Gümüş user | Şərh: 1 614
Sitat: Frau...
kecmis ve gelecek ad gununuzu tebrik edirem.
Frau... | 18 dekabr 2013 13:45 | Status: Şərhçi | Şərh: 104
kecmis ve gelecek ad gununuzu tebrik edirem.
ONEGIRL | 12 iyul 2013 19:28 | Status: VİP user | Şərh: 399
Sitat: aysun94
gecde olsa mende tebrik edirem nece bele illere)
Alone Girl | 25 iyun 2013 19:51 | Status: Gümüş user | Şərh: 1 679
GETDİKCƏ CAVANLAŞIRSAN, MAŞALLAH... AD GÜNÜN MUBARƏK.
Akademik | 1 iyun 2013 20:33 | Status: Professional user | Şərh: 4 580
GETDİKCƏ CAVANLAŞIRSAN, MAŞALLAH... AD GÜNÜN MUBARƏK.
Billurə | 21 mart 2013 23:28 | Status: Professional user | Şərh: 4 892
gecde olsa mende tebrik edirem nece bele illere)
Girl | 21 mart 2013 17:29 | Status: Professional user | Şərh: 8 206
aynusum seni tebrik edirem gecde olsa
AMARILLIS | 6 fevral 2013 08:33 | Status: Şərhçi | Şərh: 152
AYNURKA, TEBRIK EDIREM SIZI. OPUREM. CAN SAGLIGI, ARZULARIN HEYATA KECMESINI DILEYIREM UCA TANRIDAN!!!!! :n48:
Fatima Q. | 6 fevral 2013 04:26 | Status: Gümüş user | Şərh: 984
aaaaaaaaa menim ad gunum 24.udu ne xosh tesaduff..
Meqa | 29 yanvar 2013 09:39 | Status: Professional user | Şərh: 2 077
tebrik edirem
RaySum | 25 yanvar 2013 15:13 | Status: Professional user | Şərh: 2 594
:n43:
azeri_oglu | 29 sentyabr 2012 21:30 | Status: Gümüş user | Şərh: 2 243
her zaman xowbext olasan
TATLI GUZEL | 20 iyul 2012 10:32 | Status: Professional user | Şərh: 5 781
gecde olsa tebrikler
Ayka21 | 16 iyul 2012 17:17 | Status: Yazar | Şərh: 2 770
GECDE OLSA TEBRIK EDIREM SAYTIMIZIN GOZEL XANIMI
G-----16 | 26 iyun 2012 12:46 | Status: Gümüş user | Şərh: 2 227
gec de olsa tebrikler :n28: ne yaxsi ki bu saytdasiz