A.Mubariz - Toyun mübarək!!!
Hande
Canım,sənə dünyanın ən gözəl neməti olan xoşbəxtliyi,ömür boyu sevib-sevilməyi,uzun ömür və bitməyən sevgini,gələcək həyat yoldaşından heç doymayacağın qədər ''səni sevirəm'' sözünü,arzuladığın qədər sevilməyi,ruzini və bərəkəti,sənin ürəyindəki mərhəmətin əksik olmamasını və sevdiyin hər kəsin daim yanında olmasını,sənə və gələcək həyat yoldaşına,ailənə və yaxınlarına heç bitməyəcək qədər xoşbəxtlik diləyirəm,həyatda heç vaxt ''uff'',''necə eliyim''demiyəsən.Hər gününə addım atdıqca Inwallah həyat yoldaşının sənə olan sevgisi dahada artar,səni sevməkdən heç vaxt yorulmaz.Amin,,,Canım səni ürəkdən çox sevdiyim birisi kimi tam səmimi qəlbdən təbrik edirəm..Öpürəm..Bir daha təbrik eliyirəm canım mənim..
gulcan
Təbrik edirəm.Xoşbəxt olsun.Necə deyərlər oğullu-qızlı olsun...İnşAllah ömrünün sonuna kimi ailəsi ilə xoşbəxt bir ömür sürsün!! Bütün gözəl nemətlər onunçün olsun...
Nikita
a.mübariz o gün olsun ki, balaca bəbələrinin, sora bəbələrinin böyüyüb toyunun təbrik xəbərini oxuyaq bu saytda hamının qibtə eliyəcəyi bir ailə həyatı arzulayıram sənə. Allah sizi bir-birinizə çox görməsin...
Eyc
Canım bacım Almira mənə ismarıc yazanda, A.Mübarizin toyu olacaq, buna çox şad oldum.Saytımızda 2-ci bir toyun olacağını eşidəndə çox sevindim...Bu AzadQadin.az saytındakı 2-ci toyumuzdur.Həyatınız toy günü əlində tutacağın güllər qədər təravətli və gözəl olsun...Sev, sevil və xoşbəxt ol! InşAllah ailə quracaqsan. InşAllah çox xoşbəxt olarsan. Evinizdən körpə səsi gəlsin. XOŞBƏXT OL CANIM. Sağ əlin AzadQadın.azlılardakı bütün subay userlərinin başına. Öpürəm.
konul mamedova
Əzizim A.Mübariz bu gözəl gün münasibətilə səni səmimi qəlbdən təbrik edirəm!Qədəm qoydugun yeni həyatin sənə səadət sevgi və xoşbəxtliklər bəxş etsin...Getdiyin yerdən xoş sadaların eşidilsin..Təbriklər!!!!
dr.Samira
Təbrik edirəm.Xoşbəxt olasız!Evinizdən hörmət,məhəbbət,süfrənizdən ruzi-bərəkət,qulaqlarınızdan uşaq səsləri,ürəyinizdən Allah sevgisi əksik olmasın.Allah Təala,sizə xoşbəxt ola bilmək üçün hər bir fürsəti verib,çalışın bunu düzgün dəyərləndirin.
Sumeyye
Ayyyy çox sevindim bacım üçün Allah xoşbəxt eləsin... inşaAllah bacım sənə evlilik həyatında uğurlar arzu edirəm və bir iki məsləhətdə vermək istəyirəm. getdiyin evdə böyüyün kiçiyin hörmətini saxla inşAllah, ailəndə olanlar elə ailənin daxilində qalsın. problemin olanda onun həllini kənarda məsləhət şəklində axtarma.inşAllah yoldaşını indi necə sevirsənsə 50 ildən sonrada eyni sevgi ilə sevəsən inşAllah...Allahın Peyğəmbəri (s.) buyurur: Ailə qurun, qızları ərə verin, subay kişiləri evləndirin. Hər bir müsəlmanın şərəf və səadəti odur ki, qızlarını vaxtı çatdıqda ərə versin və yerbəyer etsin.Allahın Peyğəmbəri (s) buyurur: Asimanın rəhmət qapıları dörd yerdə açılır: yağış yağdıqda, övlad ata-ananın üzünə baxdıqda, Kə`bənin qapısı açıldıqda və nikah baş verdikdə..Allahın Peyğəmbəri (s.) buyurur: Subay oğlan və qızlarınızı evləndirin. Həqiqətən mütəal Allah onların əxlaqlarını yaxşı, ruzilərini bol, abır-şərəflərini artıq edər.Allahın Peyğəmbəri (s) buyurub: Ailəli şəxsin qıldığı iki rəkət namaz, gecələri oyaq qalıb ibadət edən və gündüzləri isə oruc tutmaqla keçirən subay adamın əməlindən fəzilətlidir..Allahın Peyğəmbəri (s) buyurur: Hər kəs (qadın və ya kişi) evlənsə öz dininin yarısını qorumuşdur. Qalan yarısını da təqvalı olsun.Allahın Rəsulu (s) buyurur: Bakirə qızlar ağacın meyvələri kimidirlər. Meyvə yetişdikdə yığılmasa günəş və küləklə xarab olduğu kimi, bakirə qızlar da qadınların gördüyü şeyi gördükdə ərə getməkdən başqa çarələri qalmır. Əgər onlar ərə getməsələr fəsaddan amanda qalmayacaqlar, çünki onlar insandırlar və insani ehtirasları vardır.Allahın Rəsulu (s.) buyurur: Hər bir şəxs cavan ikən ailə qurduqda şeytan nalə çəkib deyər ki, vay olsun mənə, vay olsun mənə, bu gənc dininin üçdə ikisini mənim şərrimdən qorudu...ALLAH səni xoşbəxt etsin bacım...və saytda subay olan hər kəsə ailə nəsib etsin inşAllah içi mən qarışıq
Damla
A.Mübariz Allah sizi xoşbəxt eləsin!Bir ömür boyu xoşbəxt olasan sevib-seçdiyin insanla.Ata evindən çıxıb subaylığa əlvida deyəcəksən,kədərlənəcəksən.Amma bilki bu kədər özü bir sevincdir.Sevib-seçdiyin insana qovuşursan.Xoşbəxtlərin xoşbəxti ol.Bir-birinizi sevin ve dəyər verin.Ailə həyatı uzun ve çətin,eyni zamanda sevincli,fərx ediləsi bir yoldur.Bu yolda sene uğurlar arzu edirem.
sema dagistanli
Cox xoşbəxt olmasını arzu edirəm.İnşallah toy günü onun uğurlu günü olar.Bir omür boyu xoşbəxt həyat sürər.Qəlbindəki insan tipi elə yoldaşın olaraq qarşına çıxar.Xoşbəxtlikdən sərxoş olar.
arzusefeq37
Mən bacımıza möhkəm ailə səadəti,ailə xoşbəxtliyi arzu edirəm.Arzum budur ki,gələn il bu vaxt onu ana olmaq münasibətilə təbrik edək.Səni çox sevirik,xoşbəxt ol.
banuisc
Canım sənə dünyalar qədər xoşbəxtlik arzulayıram.Arzu edirəm ki,bu günün dünənində,sabahın bu günündən mənalı və gözəl keçsin!Arzu edirəm ki yoldaşın lazım gələndə sənə dost ,lazım gələndə qayğıkeş həyat yoldaşı,lazım olanda sevgili olsun!Xoşbəxtliyin yerə-göyə sığmaz İnşAllah.
XEDİCE
A.Mübariz, XOŞBƏXT OLASAN, OĞULU QIZLI OLASAN, CAN DEYİB CAN EŞIDƏSİZ. HƏYAT YOLDAŞINLA BİR ÖMÜR BOLLUQ BƏRƏKƏT İÇİNDƏ YAŞAYASIZ. YAXŞI GÜNÜNÜZDƏ, PİS GÜNÜNÜZDƏ, BİR BİRİNİZİN YANINDA OLASIZ. İNŞALLAH "NEYLƏYİM, NECƏ EDİM" HEÇ VAX DEMƏYƏSIZ. SİZƏ HƏYAT YOLDAŞINLA AİLƏ SƏADƏTİ ARZULAYIRAM. XOŞBƏXT OLASIZ. TƏBRİK EDİRƏM. TOYUNDA ÇOXLU OYNA Kİ SONRA PEŞMAN OLMAYASAN.
hopeful-woman
Toy günü hər bir insanın həyatının ən gözəl günlərindən biridir.Canım mən də səni "TOY" günün münasibətilə səmimi qəlbdən təbrik edirəm.Bilirəm ki,bu toya çoxdan hazırlaşırsan və insan nə qədər həyəcan keçirir.İnşallah dünyanın ən xoşbəxt qadınlarından olasan.Həyat yoldaşınla birgə istədiyin,dilədiyin və xəyal etdiyin kimi bir ömür yaşayasınız.Canım qəlbində nə arzuların varsa hamısı İnşallah həyata keçsin.Ömrünüz nağıllardakı kimi sehirli və möhtəşəm olsun.
Unutmayın ki, paylaşdıqca çoxalan tək şey sevgidir.Evlilik kimi bir nöqtəylə əbədiləşdirdiyiniz sevginizinin həmişə çoxalmasını diləyirəm.Toy gününüz mübarək!
_mavi kepenek_
Nə yaxşı ki bacımız artıq ailə həyatı qurur,onun xoşbəxtliyi bizim xoşbəxtliyimizdir.Ailə həyatında ona uzun və sevgi dolu həyat arzulayıram...
Xoşbəxt ol yaşadığın üçün, Xoşbəxt ol yaşadıqların üçün, Yaşayacaklarin, yaşatacaqların üçün, Alığın nəfəs, içtiyin su üçün, İçin üçün ağlayabildiyin, Yeri geldiyində hıçqirabildiyin üçün, Xoşbəxt ol, insan olduğun üçün … Görəbildiyin üçün alabildiyincə uzaqları, Güzgü kimi, dəqiq görəbildiyin üçün, Yüksək səs keyfiyyətində duyabildiyin üçün həyatı, Hissedəbildiyin üçün sevinci, acını, Sevgini, eşqi yaşayabildiyin üçün… Allahın bu haqqları sənə verdiyi üçün, Xoşbəxt ol, dünyada olduğun üçün … Üzüləbildiyin üçün belə xoşbəxt ol, Ağladığın, gözyası d¨ktüyün zamanda belə, Həyatdan nifrətini dilə gətirdigin anda belə, Intihara qalxdığında belə, nələr düsünürəm de, Gül özünə və xoşbəxt ol … Sevə bilirsənsə həqiqətən əgər, xoşbəxt ol …
leylawka
ƏZİZ SAYT DOSTUM, MƏN DƏ HAMI KİMİ SƏNİ TƏBRİK EDİR, SƏNƏ YENİ HƏYAT BAŞLANĞICINDA SEVGİ, XOŞBƏXTLİK, AİLƏ SƏADƏTİ VƏ BOL RUZU ARZU EDİRƏM, İNANIRAM Kİ, SEÇDİYİN HƏYAT DOSTUNLA BİRLİKDƏ HƏR ZAMAN SEVGİ DOLU HƏYAT YAŞAYACAQSINIZ. BİR OLMAQ ÜCÜN BİRLƏŞƏN ƏLLƏRİNİZ HEÇ VAXT AYRILMASIN, GÜNƏŞ HƏR ZAMAN ÖNÜNÜZDƏ OLSUN Kİ, KÖLGƏLƏR ARXANIZDA QALSIN. AMİN!
gunelcik
Bir eşq gülümsəməklə başlar, Öpücüklə davam edər Və ölümsüzləşər.Sevginizi ölümsüzləşədirməməməyə doğru yaşadığınız sevginin ilk g¨nkü kimi təzə qalmasını və xoşbəxt olmağınızı diləyirəm
Hər gününüz bir-birinizi daha cox sevərək keçsin
Bəyaz göyərçinlər yollayıram burdan sizə.Həyatınız boyu sevib-sevilin deyə.
BİR ÖMÜR BOYU XOŞBƏXTLİK
Alizes
a.mubariz-səhv etmirəmsə saytımızın feminist xanımıdır...Bu həftə ailə quracağını dedilər mənə, sevindim...Özü ilə sıx ünsiyyətim, yaxın tanışlığım olmasa da optimist insana bənzədirəm. Hörmətimi qazanmış xanımlardandır. Hər zaman hörmətli qalasan,əzizim... Həyatında atdığın bu önəmli addım sənin üçün düşərli olsun İnşALLAH! Xoşbəxt, sevgi dolu bir həyat nəsibin olsun. Gözəl həyat yoldaşı, qayğıkeş ana olasan İnşALLAH!...Bir daha təbriklər!..
BAYACAM
A.MÜBARİZ, CANİM SƏNİ TƏBRİK EDİRƏM.XOŞBƏXT OLASAN.HƏMİŞƏ SEVDİYİN İNSANLA BİRLİKDƏ OLASAN.BU GÜN ƏN GÖZƏL GÜNDÜ SƏNİN HƏYATINDA.ARZU EDİRƏMKİ ƏN GÖZƏL GÜNLƏR NƏSİBİN OLSUN HƏR ZAMAN.YARIYANLARDAN OLASAN.SAĞ ƏLİN MƏNİM BAŞIMA.BÜTÜN SUBAYLARA QİSMƏT OLSUN.OĞULLU,QIZLI OLASAN.AMİN İNŞALLAH...
nursan
A.Mübariz səni təbrik ,edir qəlbindəki arzu və istəklərin həyata keçməsini arzulayıram.Yeni həyat sənə uğur ,sevinc və xoşbəxtlik versin!
sheh
TOY GÜNÜN MÜBARƏK,ƏZİZİM.NƏ GÖZƏL,NƏ YAXŞI Kİ,BU SƏNƏ DƏ QİSMƏT OLDU.QƏDRİNİ BİL,SƏBİRLİ OL,OD OLUB YANDIRMA,SU OL,SÖNDÜR(amma yoldaşının hisslərini söndürmə ya...)ŞİRİN DİLİNLƏ NECƏ Kİ,BİZİ VALEH ETMİSƏN,İNŞALLAH Kİ,ƏR EVİNDƏ DƏ BELƏ OLARSAN.SƏNİ ÇOX SEVİRİK,ƏZİZİM.GET,XOŞBƏXT OL(guya ki,mən icazə verməsəydim qız getməyəcdi)...MAŞALLAH OLSUN,MAŞALLAH OLSUN.....
Aynur_Qurbanqizi
A.Mubarizə ən böyük arzum həyatyoldaşı ilə sevgi həyacanının heç bitməməsidir. Nə qədər ki, sevgi-hörmət var, demək xoşbəxtlik də də onunla olacaq. Azadqadin.az-a daxil olmağı da unutmasın )) Toy fotolarını bizimlə paylaşsa əla olardı.
LUNA
Əziz user! Sizi ürəkdən təbrik edir ə m.Şəxsi tanışlığımız olmasa da çox sevindim.İnşallah çox xoşbext olarsınız.Bütün ömrünüz boyunca can deyib,can eşid ə siniz.Sağ əliniz bütün subay azadqadın.az-lıların başına.
cali_kushu
Yetişdi toy axşamı
Durun yandırın şamı
Gəlinə bəzək vurun
Gəlir oğlan adamı
Ay qız toyun mübarək
Oğlan toyun mübarək.
Təbrik edirəm, İnşAllah çox xoşbəxt olarsan.Xoşbəxtlərin xoşbəxti olarsan, Amin.Yeni qurulacaq ailənizə bol ruzi-bərəkət, sevgi, sayqı, xoşbəxtlik diləyirəm.
filolog
a.mübariz!sənə bu həyatda sonsuz xoşbəxtlik,ailə səadəti arzulayıram.həmişə evində qaz üstündə qazanın qaynasın,süfrən,qonağın bol olsun=)
dark lady
B irlikdə gülə bilmək, gəzə bilmək, xoşbəxt ola bilmək, sevinclər yaşaya bilmək üçün, ən əsası isə bir-birinizi həmişə sevə bilmək üçün bolluca “zaman”ınızın olmasını diləyirəm.Əlləriniz və gözləriniz bir-birindən heç ayrılmasın!!!
Milay
A.MÜBARİZ, SƏNİ ÜRƏKDƏN TƏBRİK EDİRƏM CANIM,XOŞBƏXT OLASINIZ.GELEN İL BU VAXT İNŞALLAH BEBİŞİN QUCAĞINDA OLAR CANIM.XOŞBƏXTLİK HƏR ZAMAN SİZİNLƏ OLSUN BACI,HEÇ BİR ZAMAN TƏRK ETMƏSIN SİZİ.ALLAH DAİMA SİZİ QORUSUN,HƏR ZAMAN BAŞINIZIN ÜSTÜNDƏ OLSUN BACI!
Nergizim_t
Qara atın nalıyam, һaxışta,
Üstdә ipәk xalıyam, һaxışta.
Çəkmә cәfamı qardaş, һaxışta,
Mәn özgəlәr malıyam, һaxışta.
Qapımızda cüt qalaq, һaxışta,
Qızın birin biz alaq, һaxışta.
Qardaşına demişik, һaxışta,
Anasına yalvaraq, һaxışta.
Canım mənim TOY GÜNÜN MÜBARƏK OLSUN...ALLAH sənin gedəcəyin qapıda üzünü hər zaman ağ,başınıda uca etsin...ən gözəl günlər senin ücün olsun....İNŞALLAH bizə körpə balanın şəkilini göstərəsən,sevincini paylaşaq...XOŞBƏXT OL GÖZƏL GƏLİN
Nermine1
Əvvəllər elə bilirdim oğlandır deyə danışmırdım onla Bir dəfə saçlara qulluq haqda yazanda mənə qəribə gəldi.Axı oğlanların saç ilə bağlı nəsə demələri mənə qəribə gəlirdi.Sonralar bildim sən demə qızdır.Cox sevindim.
Ona xoşbəxtlik arzu edirəm. Hər zaman üzündən gülüş əksik olmasın.Bütün arzularına yetsin İnşAllah.Ona sevgi dolu xoş günlər arzu edirəm.Qoy həyatı sevinc dolu günlərlə dolu olsun.Bizi heç zaman unutmasın.
VİLVET
Əzizim Aynur,Ay kimi gozel,Nur kimi parlaq olasan.Sənə ən böyük arzum ailə səadətinin dadını bütün ömrün boyu yaşayasan,Sənin üçün deyilən hər gözəl söz ürəyinə həkk olunub heç vaxt silinməsin,deyilən hər pis söz isə bal olub dilindən tökülsün.Qarşındakı insan sənin gözlərinə baxanda hər zaman sevgi dolu gül üzlü açıq qəlbli sevdiyini görsün sənin gözəlliyinlə ayenicə quracağın ailən işıq saçıb parlasın görənlərin gözünü oxşasın.Nə zaman darıxsan bilki hardasa bir yerlərdə səni çox istəyən Azad Qadın userləri var və mən Vilvet sənə Allahın ən sevimli qulu olub xoşbəxtlik dolu bir dünyaya qonaq getməyini arzulayıram.
Princess_93
Arzum odur ki bir ömür boyu xoşbəxt olsun. Hər gününüz bir-birinizə daha çox sevərək, daha çox bağlanaraq keçsin.Həyatınız boyu xoşbəxt və dinc yaşayın.Unutmayın ki, paylaşdıqca çoxalan tək şey sevgidir.Evlilik kimi bir nöqtəylə əbədiləşdirdiyiniz sevginizinin həmişə çoxalmasını diləyirəm.Sənə həyat yoldaşınla birlikdə, dinclik və xoşbəxtlik dolu bir yaşam diləyirəm.Hər ikinizi təbrik edirəm.Bu qədər...Allah xoşbəxt eləsin.
M.M...
Canım mənim həyat çox qısadır,həyatınız boyunca birlikdə olmağa söz verdiyiniz bu gündən etibarən, bir-birinizin ürəyini qırmamağı və hər zaman sevgi dolu günlər yaşamağınızı, hər gününüz bir-birinizi daha çox sevərək,daha çox bağlanaraq keçsin. Həyatınız boyu xoşbəxt və dinc yaşamağınızı arzu edirəm.Daima xoşbəxt olun.Amin.Təbriklər...
sheyla
A.Mubariz- cox sevdiyim və hörmət etdiyim userdir.Toy xeberine cox sevindim!Ona arzularim sonsuzdur.Gələcək həyatında ona bol bol sevgi arzu edirəm.Getdiyi evə özü ilə birgə sevgi,xoşbəxtlik,bol ruzi,isiq,nur aparsin.A.Mübariz-Sənə:Günəş qədər isti... Qar dənəsi qədər aydın... Yağış qədər saf və Təmiz bir ailə diləyirəm.Unutmayın ki, paylaşdıqca çoxalan tək şey sevgidir.Evlilik kimi bir nöqtəylə əbədiləşdirdiyiniz sevginizinin həmişə çoxalmasını arzulayıram.
Hər gününüz bir-birinizə daha çox sevərək, daha çox bağlanaraq keçsin.Həyatınız boyu xoşbəxt və dinc yaşayın.Canim sizə birlikdə gülə bilmək, gəzə bilmək, xoşbəxt ola bilmək, sevinclər yaşaya bilmək üçün, ən əsası isə bir-birinizi həmişə sevə bilmək üçün bolluca “zaman”ınızın olmasını diləyirəm.Əlləriniz və gözləriniz bir-birindən heç ayrılmasın!!!Gunəş nə qədər parlaq olsa da təkdir.Ona bənzəmə.Ay yerdən ayrılmadığı kimi sən də həmişə qoşa ol.Məhəbbətin torpaq qədər davamlı olsun.Qəm əyir,sevinc ucaldır insanı.Qəm görmə,həmişə sevinc,səadət icində ol.Amin!Xoşbəxtlik basinin taci,kədər isə ayağının tozu olsun.
Arzularim coxdur.Sən özünə nə arzu edirsənsə mən də sənə bunları arzu edirəm.
_Almira_
Canım bacım! Bu gün sənin həyatının ən gözəl günlərindən biridir! Sevdiyin insanla bir ömür boyu xoşbəxt olmaq üçün ilk addımını atırsan. Unutma, ən kiçik yollar da kiçik bir addımla başlayır. Sən də bu addımla başladın o yola...İnşAllah evlilik yolun bitməz-tükənməz olar...Bu yolda heç vaxt ayağın büdrəməz və irəliləməkdən yorulmarsan. İnşAllah gələn il sevginizin bəhrəsini görərsiniz, evinizdən#601;n b#601;l g#601;n b körp##305;n he601; s<¨1;si gələr. Sənə evlilik həyatında uğurlar canım! Hər günün təbəssümlə başlayar, gülüşlə keçər, sevinclə bitər İnşAllah... Öpürem seni!
[media=http://www.youtube.com/watch?v=-7qcz_oB2FA]
P.S: Əgər kimisə unutmuşamsa, üzr istəyirəm. Siz də təbrik etmək istəsəniz, öz rəylərinizdə buyurub təbrik edə bilərsiniz...
Videonu xəbərə yükləmək üçün mənə etdiyi köməkliyə görə hopeful-woman nickli userimizə dərin minnətdarlığımı bildirirəm!
¨