Azadqadin.az / Ad günü

Saytımızda Gulcan nikli userimizin xınayaxdısıdır

niwanli | 15-04-2012, 15:29
14 320 236

Saytımızda Gulcan nikli userimizin xınayaxdısıdır. Aprelin 23-də isə toyudur.

Gülcana userlərimizin ürək sözləri burada....


  

Canım mənim səni ürəkdən təbrik edirəm daima xoşbəxt ol. daima sevib seviləsən. həyatda hər şey ürəyincə olsun inşallah. amin. sevginizi ölümsüzləşdirməyə doğru atdığınız bu addımda sevginizin həmişə ilk anda olduğu kimi, təzə qalması və xoşbəxt olmanız diləyilə ... sizi təbrik edirəm və səni öpürəm. 

 M.M...

 


 

Gülcana quracağ ailə həyatında uğurlar arzulayıram.heç vaxt nə edim necə edim deməsin.həyatı xoşbəxt sevincli anlarla bol olsun. 

xoşbəxt olsun.

arzum budur bu şən həyat

daim gülsün üzünə

can sağlığı və səadət

daim nəsib olsun sizə

amin 

 ira


 

Canım xınan mübarək. ürəyiniz ümidli ümidləriniz atlı sevdanız qanadlı sevinciniz qatlı süfrəniz dadlı məkanınız taxtlı ömrünuz bəxtli eviniz bərəkətli olsun.Xoşbəxt ol.

princess_93

  


 

Gülcan içimdən gələni yazıram sənə bacım xoşbəxt ol Allah hər zaman ər evində üzün güldürsən xoş sədaların gəlsin bacım hər zaman mama hər zaman sən tərəfdən üzü gülsün könlün açılsın ogullu qızlı olun bir yastığda qocalın bacım xoşbəxt ol xoşbəxt ol xoşbəxt ol.

 S_A

  


 

Allah xoşbəxt eləsin. Gulcan xanima arzum o olar ki, həyatda layiqli yer tutsun xınası əllərində daimi xoşbəxtlik yazsın sevib seçdiyi insanla gözəl günlər görsün. necə deyərlər Allah yarıyanlardan etsin inşallah amin! 

Glass heart

  


 

Gülcan, mən səni təbrik edirəm, sənə qadin xoşbəxtliyi arzulayiram.sən yaxşi və ağilli qizsan,həmişə belə qal. 

vetenperver

 


 

Səni xoşbəxt olasan ömrüm can sağlığı arzu edirəm oğullu qızdı olasan Allah uzun omur can sa

ğlığı versin amin amin amin annanın qozu aydın olsun 

azerka

  


 

Təbrik edirəm,xoşbəxtlərin xoşbəxti olsun,inşallah gələn bahar bəbişi qucağında olar,ürəyindəki arzuları çiçək açsın inşallah,özümə nə arzulayıram ona da onu, 

 milay

 


 

Canım çox xoşbəxt ol həmişə üzün gülsün səni çox istəyirəm ürəyim sən bizim qəlbimizdəsən həmişədə elə qalacaqsan

Mestan

 


 

Canım "Gulcanım"səni bu günki xınayaxtı mərasimin münasibəti ilə təbrik edirəm..sənə Allahdan xoşbəxt və səadət dolu bir ömür arzu edirəm.həmişə üzün gülsün.həyatda ən gözəl şeylər sənin olsun.necə deyərlər bir yastıqda qocalasız))  qoşa qarıyasız.amin.saq elin saytımızdakı subay və nişanlı qızlarımızın başına.birincidə mənim) 

canım təbrik edirəm bir daha. öpürəm səni  xoşbəxt ol.amin.

BAYACAM


 

 

mən Gulcan bacımızı təbrik edirəm Allah onu xoşbəxt etsin inşallah getdiyi yerdə üzü həmişə gülsün yarıyanlardan olsun bir təzə gəlinə nə diləyərlərsə məndə onları Allahdan ona diləyirəm təbriklər canım.

  mamlik

 


 

Saytımızın sevimlisi olan Gülcanımız Aygül xanım səni həyatında baş verən bu gözəl xoş günün münasibətiylə səmimi qəlbdən təbrik edir sənə dunyanın bütün gözelliklərini arzulayıram Allah ürəyincə versin inşallahçevliliyiniz qya kimi möhkəm sevginiz sonsuz xoşbəxtliyiniz əbədi olsun,qəm gözlər sizdən uzaq,kədər ayağınızın tozu sevinc isə başınızın tacı olsun inşallah,xoşbəxd ol canım)

 (spring)

 


 

Gulcana yeni həyatında üzünün daim gülməsini və bol-bol sevgi arzu edirəm. məsləhətim isə budur ki, qaynanasına, qaynatasına, bir sözlə böyüklərinə hörmət etsin, amma özünü əzdirməsin. başqalarının diktəsi ilə yox, öz istəklərinə uyğun həyatıniı yaşasın. həyat yoldaşı ilə aradan pərdəni götürəcək qədər söz-söhbət yaratmasın. problem olanda da sevgi ilə yolunu qoysun. son məsləhətim, gecə həyatına diqqət etsin. ))) gündəlik qayğıları yatağa heç vaxt daşımasın ) 

 Aynur_Qurbanqizi

 


 

Axırkı əzizimiz Gulcanın xına yaxtısıdır....təbrik edirəm bu yaxınlarda gəlin olaraq getdiyin evə xoşbəxtlik və ruzi bərəkət apar.ailəndə həmişə firavançılıq ,əmin amanlıq hökm sürsün....qısası xoşbəxt ol!!!

  Mavi kepenek

 


 

Gulcan gözəl insan səni ürəkdən təbrik edirəm.bir ömür boyu xoşbəxtlik arzu edirəm sənə.xınayaxtı günün hardasa subaylığının son gecəsi olacaq.

 Ailə həyati çox gözəldir.sevib,seçdiyin insanın yanında hər zaman özünü əsl qadın hesab edəsən.inşallah gələn il bu vaxt sənin ana olmaq xəbərini eşidərik.

 Xoşbəxt diləkləri ilə Gulcanım

 damla

 


 

Gulcan səni ürəkdən təbrik edirəm əzizim inşallah xınayaxtın əla keçər ... sənə ürəkdən təbriklər canım ... arzu edirəm toyunu görək inşallah 

 

 

əsasən xınayaxtılarda bunlar deyilir lazım olar ::::

 

köynəyi tikən ölsün,haxişta

qəddini bükən ölsün,haxişta

mən sənə göz tikmişəm,haxişta

sənə göz tikən ölsün,haxişta

 

inşallah bu adetlərin hamısı sonuna qədər sizdə əməl edilsin canımm

 

 

 sənə uğurlar əzizim Allah xoşbəxt eləsin!  

sofiyyaaa angel

 


 

1 bir vahid olmaq üçün birləşən əlləriniz və qəlbləriniz bir daha heç vaxt ayrılmasın və hər zaman sevgi dolu baxsın gözləriniz.həyat boyu birlikdə irəliləməyə qərar verdiyiniz yolda gunəş həmişə qarşınızda olsun ki,kölgələr arxanızda qalsın.ömür boyu xoşbəxtlik arzulayıram :))) canım mənim.

çıxdım aya baxmağa

 qapıya qıfıl taxmağa

 Gülcan xına gönderib

Azadqadınlı userlərin əlinə yaxmağa.

 

 

 

sular kimi axmaram,

başa xına yaxmaram.

üzün görsəm bəsimdi,

aya, günə baxmaram.

oğlan adın alıdır,

dağların maralıdır.

verdiyimiz qızıl üzük,

bizim Gülcanımızdır

güllər açır deyərəm,

ətir saçır deyərəm.

əgər sən igid olsan,

"qızı qaçır" deyərəm.

  eyc


 

 

 

bəlkə də xatirlamazsan ilk tanişliğimizi,amma mən xatirlayiram.mən söhbət otağina girmişdim və sən də ordaydin...mənə sənin oğlan olduğunu dedilər və mən də səninlə danişmaqdan imtina etdim...sonra mənə üzərində "bu gül sənin üçündü"yazısı olan qızılgül göndərmiş və qiz olduğunu demişdin....nə yaxşi ki,səni tanıdım,səni çox lap çox istəyirəm..xoşbəxt ol əziz bacım,sən xoşbəxtliyə laiqsən.səni bu xına münasibəti ilə təbrik edir və sənə sonsuz bir sevgi arzu edirəm..inşallah hələ bu xoşbəxtliyinin başlanğıcıdı...

 nurashka

 


 

Gulcan, Allah sizi daima xoşbəxt etsin, bir yastıqda qocalasız. Allah səni bu seçimində heç vaxt peşman etməsin.

 dark lady

 


 

əziz gülcan!siz hər bir qızın arzusunda olduğu isti yuvanın təməlini atmağa hazırlaşırsız.sizə bu çətin, məsuliyyətli,şərəfli və bir o qədər də sevinc dolu bir işdə müvəffəqiyyətlər arzu edirəm.inşallah həyatda birgə addımlamağa qərar verdiyiniz insanla bir ömür boyu yanaşı gedəsiz və xoşbəxt olarsız.ailənizin meyvələri olan körpə səsi heç vaxt evinizdən,qulaqlarınızdan əksik olmasın.daim sevib seviləsiz,məhəbbətli,hörmətli və xoşbəxt qadin,qayğıkeş ana,sevimli nənə olasız.Allah sizi bəd nəzərlərdən qorusun.

 dr.samira

 


 

ona xoşbəxtlik, ailə səadəti arzulayıram.həyat yoldaşıyla daim can deyib,can eşitsinlər.sevgiləri günü-gündən alovlansın..həyatda heç vaxt çətinliklə üzləşməsin..xoşbəxtlərin xoşbəxti olsun.

shakush91

  


 

əzizim,Gülcan.səni az müddətdir tanisam da,qəlbimdə böyük yer tutmusan.sən xoşbəxt olmağa layiq bir qizsan,mənim əziz bacımsan.bacının da bacıya ən böyük arzusu nə ola bilər?sonsuz sevgi,can sağlığı,səadət dolu həyat,ailəndə ruzi-bərəkət arzulayıram sənə.səni çox sevirəm...

 filolog

 


 

əzizim Gülcan, sənə heyatda ən böyük arzum can sağlığı arzulamaqdır. xoşbəxt ol canım mənim, bütün arzuların, bütün istəklərin həyata keçsin. xoşbəxtliyin sonsuz olsun əzizim. sən hərşeyin ən gözəlinə layiqsən.

 luce

 


 

Gülcan,gözəl bacım səni çox sevirəm.özüm üçün nə arzu edirəmsə,sənədə onu arzulayiram.xoşbəxt ailə və həsəd aparılacaq sevgi arzulayıram.inşallah çox xoşbəxt olarsan.sən bunlara layiqsən.

life82

 


 

Gulcan xanımı ürəkdən təbrik edirəm. ona bu keşmə-keşli  həyatda  qadın səadəti, qadın xoşbəxtliyi, qadın azadlığı, qadın həmrəyliyi və nəhayət  ailə səadəti uzun ömür can sağlığı və ülvi məhəbbət arzu edirəm.

arzum  budur həyatda olasan gözəl ana.

arzum budur həyatda çatasan arzularına

bir nömrəli saytda  sirdaş oldun çoxuna

bizdə sənin üçün deyək

xoşbəxt yaşa xoşbəxt ol

OZ_DUNYAMIZ


 

əzizim gülcan:

səninlə ilk tanışlığım azadqadın.az vasitəsiylə oldu.amma bu qisa zaman ərzində sən mənim üçün sözün əsl mənasında doğma oldun!elə bu hisslərlə də sənə arzularımı ünvanlayıram.:

 _əzizim bir neçə gün sonra sən də evlənənlər cərgəsinə daxil olacaqsan.sənə bu yeni həyatda can sağlığı,saf sevgi,sevincli günlər,xoşbəxt ailə və qadın səadəti arzu edirəm.şekspir demişkən həyat bir tamaşadır,biz isə onun oyunçuları.canım istəyərdim ki,bu tamaşada sən ancaq müsbət rol oynayasan,və haminin rəğbətini qazanmış olasan.

canım arzu edirəm ki,gələcək həyatınızda hamının qibtə edəcəyi cütlük olasız.bir-birinizə olan sevginiz günəş tək parlaq və hətta qışın sərt çovğununda,otağınızı qızdıran şəfəq olsun nur olsun!qoy həmişə sənin ona hər sözün,onun sənə hər sözü xoş olsun,əziz olsun.elə bir ömür yaşayasınız ki,dönüb geri baxanda ötən günlərinizdən ancaq sevinc dolu anı qalsın,iz olsun.sevginiz ilk günkü kimi təravətli olsun.arzu edirəm ki,bu sevgi hər qaranlığa düşəndə başınızın üzərində parlayan ulduz olsun.ancaq bir-birinizin sevgi odunda,atəşində yanın.özgəsinin sözüylə əriməyən buz olun!dilərim rəbbimdən çox tezliklə,tanrım ailənizə sevinclərin əl ülvüsi olan xeyirli və sağlam övlad nəsib etsin.amin!

beləliklə sənə olan arzum sonsuzdur,yaza-yaza bitirə bilmərəm.tək diləyim tanrım ürəyindən keçənləri qısa bir zamanda çin etsin.Allahın lütfü hər zaman kölgə tək səni ve ailəni izləsin.yaradan ailəni kəm gözlərdən,pis nəfslərdən qorusun.arzuların qanadlı,ürəyin sevincli və sufrən halal ruzi ilə dolu olsun!amin!

sheyla


 

 

təbrik eliyirəm həyatin çətin və keşməkeşli yollarında ilk addımlarını atmağa hazırlaşır ona bu yolda uğurlar arzulayıram. yaratmağa çalışdığı kiçik dövlətdə yaxşı və ədalətli dövlət başçısı olmağı arzulayıram.

 laleyka

 


 

canım, səni xınayaxtın və toyun münasibəti ilə ürəkdən təbrik edirəm! həyat yoldaşınla hər günün bir-birinizi daha çox sevərək, bir-birinizə daha çox bağlanaraq sevgi dolu keçsin.həyatınız boyu xoşbəxt, rahat və əvəzsiz yaşam diləyimlə yuvanızdan heç vaxt sevgi əskik olmasın.bütün həyatınız boyunca ən gözəl günləri, ən sevincli xatirələri, birlikdə yaşayasınız. inşallah o qədər xoşbəxt olarsan ki heç biz də yadına düşmərik  . ömür boyu bütün xoşbəxtliklər səni izləsin!!! hər günün öncəkindən gözəl olsun!!!

 _almira_

  


 

Canım xoşbəxtlərin xoşbəxtləri olasan.xına günün mübarək.yaxşıki tanıdıq səni.təbrik eliyirəm təkrar səni çox istəyirik burda.

melayka

 


 

əzizim gülcan.səni tam səmimi gəlbdən təbrik edirəm. arzu edirəm ki,əlinə yaxdığın o xına həyatında xoş günlərin möhürünü vursun. sevib-sevilmən diləyilə...

gunelcik

 


 

canım gulcanım sənə əsl qadın xoşbəxtliyi,ailə səadəti,sevimli və şirin ovladlar,mehriban ailə və həmişə sevib sevilməyi arzulayıram.təbrik edirəm

gunes

 


 

Canım,sənə dunyanın ən gözəl neməti olan xoşbəxtliyi,ömür boyu sevib-sevilməyi,uzun ömür və bitməyən sevgini,gələcək həyat yoldaşından heç doymayacağın qədər ''səni sevirəm'' sözünü,arzuladığın qədər sevilməyi,ruzini və bərəkəti,sənin ürəyindəki mərhəmətin əksik olmamasını,və sevdiyin hər kəsin daim yanında olmasını,sənə və gələcək həyat yoldaşına,ailənə və yaxınlarına heç bitməyəcək qədər xoşbəxtlik diləyirəm,həyatda heç vaxt ''uff'',''necə eliyim''demiyəsən.hər gününə addım atdıqca Inwallah həyat yoldaşının sənə olan sevgisi dahada artar,səni sevməkdən heç vaxt yorulmaz.Amin,,,Canım səni ürəkdən sanki çox yaxınnan, çox sevdiyim birisi kimi tam səmimi qəlbdən təbrik edirəm..

Hande


 

 

artıq evliliyə ilk addımlarını atır çox sevindim bunu üçün insallah bir ömür boy xoşbəxt olar sevgiləri sonzuzadək davam edər opdumm 

LoVe_FoReVeR

 


 

əziz balam Gülcan.Bu gün sənin həyatında önəmli bir dönüş nöqtəsi qoyulur.Çalış bu nöqtədən başlayaraq elə bir düz xətt çəkəsən ki,heç vaxt əyilməsin,qırıq-qırıq olmasın.Uzun-uzadı səni yormaq istəmirəm,ancaq və ancaq xoşbəxtlik,səadət,ülvi məhəbbət.

p.s.küsəyənliyini də ata ocağında qoyub gedərsən.  

sheh

 


 

canım Gülcan.Artıq bir neçə gündən sonra gəlin koçürsən.Bilirəm ki,gəlin olmaq hər gənc qızın arzusudur.Hələ sevdiyin insanla ailə qurunca insan özünü lap xoşbəxt hesab edir.canım arzu edirəm İnşallah xoşbəxtliyin daimi olsun.O qədər xoşbəxt olasan ki,xoşbəxtliyin özü belə bu xoşbəxtliyə qısqansın və............ bütün arzuların həyata keçsin. 

hopeful-woman

 


 

əzizim gülcan səni bu gözəl gün münasibəti ilə təbrik edirəm.Allah sizi xoşbəxt etsin .səni tanıdığım üçün çox xoşbəxtəm.arzu edirəm ki həyat üzünüzə daima gülsün.əllərin həmişə xınali olsun.xınayaxtın mübarək olsun!  

        konul mamedova         

 


 

Gülcan məndə bütün təbriklərə qoşulub səni ürəkdən təbrik edirəm sənə sonsuz sevgi arzu edirəm inşallah gələn il bu vaxt bəbəşin olar qızıvın adını Gülcan qoyasan sən ozüvə nə arzu edirsənsə məndə sənə onu arzu edirəm valideynlərivin gözü aydın olsun sağ əlin birinci mənim başıma sonrada subayların olsun səni çox sevirik və heç vaxt unutmarıq

niwanli

 


ESMERRi | 21 fevral 2016 18:06 | Status: Brilliant user | Şərh: 5 376
Sitat: Gulshen.
xosbext olsunlar
Gulshen. | 25 mart 2014 12:33 | Status: Qonaq | Şərh: 0
xosbext olsunlar
Sabahım. | 16 mart 2014 18:21 | Status: Professional user | Şərh: 3 359
Sitat: Qanad
Gec de olsa tebrik edirem

Nigar | 17 fevral 2014 20:40 | Status: Gümüş user | Şərh: 6 063
Sitat: Naranin Ureyi
Sitat: Qanad
Gec de olsa tebrik edirem

Naranin Ureyi | 16 dekabr 2013 17:58 | Status: Gümüş user | Şərh: 1 577
Sitat: Qanad
Gec de olsa tebrik edirem
Qanad | 15 iyul 2013 09:58 | Status: Yazar | Şərh: 4 357
Gec de olsa tebrik edirem
Melek_1 | 13 iyul 2013 22:27 | Status: VİP user | Şərh: 1 002
xowbextlik arzu edirem
Wirin20 | 5 iyul 2013 21:03 | Status: Qonaq | Şərh: 0
XOWBEXT OL SAG ELIN BUTUN SUBAYLARIN BAWINA ICI MEN QARIWIG AMIN
Hande 18 | 3 may 2013 23:56 | Status: Professional user | Şərh: 3 302
xosbext ol tebrikler
Milaska. | 23 mart 2013 21:07 | Status: Gümüş user | Şərh: 1 486
hmmm xowbext olll
Girl | 21 mart 2013 17:26 | Status: Professional user | Şərh: 8 206
xosbext ol
Milaska. | 4 mart 2013 19:37 | Status: Gümüş user | Şərh: 1 486
tebriklr gejde olsaaaaaaaaaa n48
RaySum | 3 fevral 2013 13:28 | Status: Professional user | Şərh: 2 594
:n47:
Narin_yagis | 13 dekabr 2012 11:25 | Status: Gümüş user | Şərh: 601
TEBRIK EDIREM XOSBEXT OLASIZ
Feriha. | 1 dekabr 2012 15:26 | Status: Professional user | Şərh: 4 746
Sitat: MickeyВ Mouse
yene mene dememisizniz tebrik

ele,menede
Mickey Mouse | 22 noyabr 2012 22:16 | Status: Professional user | Şərh: 4 008
yene mene dememisizniz tebrik
Nurus. | 16 noyabr 2012 00:11 | Status: Brilliant user | Şərh: 6 982
Gulcan baci tebrik edirem sevib secdiyin beyle omurboyu xowbext olasan insallah
niagara | 10 noyabr 2012 18:25 | Status: VİP user | Şərh: 293
:n25:
azeri_oglu | 23 sentyabr 2012 06:08 | Status: Gümüş user | Şərh: 2 243
tebrikler
cucem. | 23 sentyabr 2012 02:19 | Status: Professional user | Şərh: 4 415
GECEE OLSA TEBRIKLER XOWBEXT OLUN BUTUN SUBAY XANIMLARA QISMET OLSUN
kq | 13 sentyabr 2012 11:20 | Status: Şərhçi | Şərh: 15
GEC OLSADA tebrikler...xosbext olun
TATLI GUZEL | 2 sentyabr 2012 13:39 | Status: Professional user | Şərh: 5 781
Uje coooooox gecdi.Amma yende tebrikler
GULLI | 23 avqust 2012 18:45 | Status: Qonaq | Şərh: 0
GECDE OLSA TEBRIKLER
nurashka | 20 iyul 2012 05:38 | Status: Qonaq | Şərh: 2 167
Sitat: gulcan
senincun olsun canim

Çox sağol canik
Sitat: SoFiYYaВ AnGeLВ 
AY Nuraaaaaaaaaa

Ay caaaaaaaaaaan
Aynura9112 | 26 iyun 2012 18:25 | Status: Qonaq | Şərh: 0
MENDE TEBRIK EDIB XOSBEXTCLIK ARZU EDREM

Diqqət! Sizin gizli mətnə baxmağa hüququnuz yoxdur.
Diqqət! Sizin gizli mətnə baxmağa hüququnuz yoxdur.