Aynur Qurbanqızı, ad günün mübarək!
Bu gün əzizimiz Aynur Qurbanqızının ad günüdür.

İlk öncə onu deyə bilərəm ki,nə yaxşı ki bu ad günündə Aynurla birlikdəyəm,
səni tanıdığıma çox şadam
Aynur, sənə bu həyatda ən əsası uzun ömür,can sağlığı,qadın xoşbəxtliyi arzulayıram.
Nuray balanla neçə belə illərə çıxasız...
Bir il daha bitdi, amma? kədərlənmə zaman tez keçir deyə...
Unutma ki hər kəs eyni şeyi yaşıyır. Bu ilin sonunda geriyə baxdığında ümid edirəm "möcüzə bir ildi" deyərsən..
Bütün diləklərinin reallaşması diləyimlə.. Xoşbəxt illərə...
Əzizim, Aynur, bu saytı az müddətdə çox tanıtmısan, səsin zirvələrdən gəlsin,daima ucalasan...
Və sözü verirəm AzadQadin.az saytının userlərinə...
Allahin Gulu
Aynur təbrik edirəm.sev,sevil,sevin,üzün daim gülsün kədər sənə uzaq olsun,qadın ,ana,bacı xoşbəxtliyi arzulayıram...Allah nə arzuların varsa xeyirlisiynən həyata keçirtsin...
Gulcan
"Səmimi olaraq deyimki Aynur xanım mənim tanıdığım ən yaxşı,ən mehriban,ən gözəl ,ən səmimi admindir.
İstifadəçilərini bu qədər çox sevən admin mən heç görməmişdim...Bizdə gözəl adminimizi çox sevirik.Aynur xanıma xoşbəxtlik arzulayıram.Məncə ən gözəl arzu budur.İnşallah Nurayımızda çox xoşbəxt olar.Bu gözəl saytımızda,Aynur xanımın bir balasıdır.Uzun ömürlü olsun saytımız,istifadəçiləri bol olsun...
Çox sevinirəm ki,gözəl adminimizin ad günündə gəlin köçəcəm....
Səni çox sevirəm Aynur xanım.Nə yaxşı ki,varsınız.
Tanrı sizi qorusun gözəl insan.Amin!!!
konul mamedova
Arzu edirəm Allah her şeyi qelbinə görə versin. Çünki sənin qəlbin gözəlliklərlə doludur.Qəlbindən keçən arzuların həyata keçsin tez bir zamanda.Arzu edirəm ki,həyatda hər zaman istəklərinlə imkanların üst-üstə düşsün.Ömür yollarında istədiyin Arzuladığın insanlarla addımlayasan.Ad günün mübarək.
niwanli
Yaşa! Sev! Gül! Bunlar əksik olmasın yaşamından. Yaşın neçə olursa-olsun, hər şeyin ən gözəli səninlə olsun. Xoşbəxt illərə və həyat dolu yaşlara.
luce
İlk növbdə Aynur xanımı ad günü münasibətiylə ürəkdən təbrik edirəm. Xoşbəxt olsun hər zaman.
Mən çox saytlarda olmuşam, bu sayta təsadüf nəticəsində gəlib, qeydiyyatdan keçmişəm.
Hər sayta adminlərin necə xasiyyətə malik olmaları məni çox maraqlandırır. Çünki saytın idarə edilməsində admindən çox şey asılıdır. Şərhlər yazırdım, birdə baxdım ki hədiyyə gəldi Aynur xanımdan (xoş gəlibsən hədiyyəsi). Diqqətcil olduğunu gördüm (hər saytın admini belə deyil).
Sonra maraqlanmağa başladım...
Kitablarını, yazılarını, özü haqqında yazıları oxuduqca, xəbərlərdə yazdığı şərhləri oxuduqca onu daha yaxından tanımağa başladım və çox sevdim. Çox istiqanlı, çox diqqətcil, ürəyi yumşaq, mehriban, səmimi bir insandır. Uje 4 aya yaxındır ki mən bu saytdayam, bir narazılıq görməmişəm. Onun sayəsində burda çox hörmət etdiyim insanlarla tanış olmuşam, özümə yaxın insanlar qazanmışam. Bilmədiklərim bəzi şeyləri burdan öyrənmişəm. Yaxşı ki siz varsınız və yaxşı ki bu saytı yaratmısınız Aynur xanım.
Daha böyük uğurlar və naliyyətlər arzulayıram sizə...
M.M...
Sizi ad gününüz münasibəti ile ürekden təbrik edirəm. Size ən əsası can sağlığı, uzun ömür, xoşbəxtlik,dop-dolu sevgi, məhəbbət arzu edirəm.Arzu edirəm ki,yeni yaşınizda xoşbəxtliyin ən gözəlini yaşayasınız,uğur həmişə sizinlə olsun,həmişə belə gülərüz,gözəl qalasiz. Ulu tanrım ömrünüzə ömür, sevincinizə sevinc qatsın. Atdığınız hər atdım sizin həyatınıza uğur gətirsin. Gözlerinizdə daima sevinc qığılcımları parlasın.Bu arzular, sizi qanadına alıb ən uca zirvələrə qaldırsın və yenilməz olasiz! Və Siz özünüzə nə arzulayirsinizsa məndə sizə o arzularin iki qatini arzulayıram. ALLAH GÖZEL QIZINIZI SAXLASIN İNŞALLAH ONUN GÖZEL GÜNLƏRİNİ GÖRƏSİZ .AMİN! Ad gününÜz mübarƏk!
hopeful-woman
Canım sən doğulanda ulduzlar ağlayırdı,çünki aralarından ən gözəli ayrılıb yerə gəlirdi. Sən bu həyatda bütün xoşbəxtliklərə layiqsən.Sənə qadın xoşbəxtliyi arzulayıram.İnşallah gül balanın xoşbəxtliklərini görüb qürur duyasan.ALLAH sənə o qədər pul yetirsin ki,bütün planlarını həyata keçirmək imkanın olsun.Düzdü bəzən deyirik pul hər şeyi həll eləmir amma çox şeyləri həll edir.Xoşbəxtlik sənin kölgən olsun.
Ürəyindəki bütün arzular həyata keçsin. AD GÜNÜN MÜBARƏK!
Canim Aynur sən qayğıkeş ana,mehriban insan,bizim diqqətli adminimizsən, heç kəsin xətrinə dəymək istəmirsən.Allah ürəyinə görə versin...
Eyc
Happy Birthday!Arzu edirəm ki,yeni yaşında xoşbəxtliyin ən gözəlini yaşayasan,uğur həmişə səninlə olsun,həmişə belə gülərüz,gözəl qalasan.Həyatın boyu bir qızıl balıq kimi arzular dənizinin ən dərinliklərinə baş vurasan.Ən əsası da ildırım kimi səs salacaq duman qədər başını bürüyəcək göydən yağan qar kimi həyatını yeniləyəcək bir sevgi arzulayıram. AD GÜNÜN MÜBARƏK!!
sheyla
AYNUR CANIM SƏNƏ İLK NÖVBƏDƏ CAN SAĞLIĞI,UZUN VƏ MƏNALI ÖMÜR,HƏYAT YOLLARINDA BÜDRƏMƏMƏYİ ARZU EDİRƏM!ARZU EDİRƏM Kİ,QAFQAZ DAĞI KİMİ VÜQARLI,TORPAQ QƏDƏR MÜQƏDDƏS,BULUD KİMİ ƏLÇATMAZ,BAHAR ÇİÇƏKLƏRİ TƏK TƏRAVƏTLİ,GÖYQURŞAĞI KİMİ RƏNGARƏNG,ANA SÜDÜ KİMİ SAF VƏ YUXU KİMİ ŞİRİN ÖMRÜN,HƏYATIN BÜTÜN SINAQLARINA,İSTİ-SOYUĞUNA TAB GƏTİRƏCƏK MÖHKƏM SEVGİN OLSUN!DİLƏRİM RƏBBİMDƏN İNCƏ QƏLBİNDƏ YER SALIB,HƏYATA CAN ATAN ARZULARIN HƏYATDAN İŞIQ ALIB,SƏNƏ SEVİNC GƏTİRSİN VƏ BU NALİYYƏTLƏR DAİM SƏNİN HƏMDƏMİN OLSUN!TANRIM ANALIQ HİSSİNİ DAİMA TƏZƏ TUTSUN! VƏ ÖVLADINDAN ÖMÜR BOYU XOŞ SƏDALAR ESİDƏRƏK ÜREYİN QARTAL KİMİ ZİRVƏLƏRƏ UÇSUN!AMİN!
Damla
Əziz və sevimli Aynur ilk öncə təşəkkür edirəm bu saytı yaratdığın üçün!Bir xəbərin var Bir həyat yoldaşım olsun istədim....... sənə orda yazdığın kimi səni sən olduğun üçün sevən həyat yoldaşı arzu edirəm.Gözəl balanın ən xoş günlərini görməyi arzu edirəm sənə.Həyat üzünə o qədər gülsünki kədərli baxışların həmişəlik yox olsun gözlərindən.Hər zaman bəla qal sade ve semimi.
Azizova
Mən saytının uzunmuddətli istifadəçisi, Azərbaycanda ilk olaraq nəşr olunan "Gözəllik sirləri" seriyasından olan kitabların oxuyucusu olan və bunlar üçün; üstəlik qadınlar uğrunda apardığı böyük mübarizə üçün Aynur xanıma minnətdar olan biri kimi belə mühüm bir günün xüsusiliyini dərk edirəm. Bu gözəl və xüsusi gündə onu ürəkdən təbrik edirəm! Ona ürək sözlərim: Aynur xanım, qoy üzünüzdəki o xoş ifadə heç bir zaman itməsin! Uca Allah sizi daima qorusun! Allah yazdığı ömür hər nə qədərdisə onu layiqincə yaşamaq nəsibiniz olsun! Sizə duaçı olan insanların sayı durmadan artsın və Allah sizə məqsədlərinizə çatmaq üçün bu çətin həyat yolunda böyük güc-qüvvətç can sağlığı versin, o məlahətli səsiniz daha da yüksəklərdən gəlsin! Sizi hamımız doğurdan da çox sevirik! Şükürlər olsun ki varsınız, bizimləsiniz! Ad gününüz mübarək olsun!
nurashka
Həyata" salam" dediyiniz o ilk günü xatırlamazsiniz,amma siz həmin gün dünyaya sevgi və xoşbəxtlik gətirdiniz!Əbədi olsun!Simanızdan gülüş,qəlbinizdən sevgi əskik olmasın".Bir həyat yoldaşım olsun istədim"deyibən xəyallarınızda qurduğunuz xoşbəxtliyə yetişəsiniz.Sizə olan arzularımı ifadə etmək üçün söz tapmıram,Allah sizə o qədər xoşbəxtlik nəsib etsin ki,siz də bu sevincdən danışmağa söz tapmayasınız. SİZİ ÇOX SEVİRƏM GÖZƏL ADMİNİMİZ....AD GÜNÜNÜZ MÜBARƏK
rosee
Aynurla bağli kiçik fikirlərimi yazım.Aynur çox yaxşı qizdir gülər üz,şirin dil ,hami ilə yola gedən mübahisədən uzağ olan biridir.
Aynura nə arzulaya bilerem?
Qadin xosbəxtliyi gözəl həyat,həyatında həqiqi sevgini tapmağı arzulayiram.
HAPPY BIRTHDAY TO YOU WISH YOU ALL THE BEST
xalide
Aynur xanımı ad günü münasibətilə ürəkdən təbrik edirəm,
ilk növbədə can sağlığı və övladının xoş günlərini görməsini arzulayıram.
Ama ən böyük arzum - QADIN XOŞBƏXTLİYİDİR. onun bir yazısı vareee "Bir həyat yoldaşım olsun istədim" , arzu edirəm ki, artıq Aynur xanım bu yazının adını dəyişib "Bir həyat yoldaşım var..." qoysun!!! çünki bir xanım kimi sevib-sevilməyə layiqsiniz!
İnşallah, hamımızın sizə dilədiyi xoş arzularımız tezliklə çin olar beləəəəəə, məndən bu qədər...
Sheh
ƏZİZ AYNURUM.SƏN BİZİM HAMIMIZA AYRI-AYRILIQDA AİDSƏN,BİZSƏ HAMIMIZ SƏNİNİK.MƏN SƏNİ ÇOX SEVİRƏM.SƏN MƏNİM DÜNYAMI NURLANDIRDIN,SƏN MƏNƏ İKİNCİ NƏFƏS VERDİN.QOY XOŞBƏXTLİK İŞIĞIN HEÇ VAXT SÖNMƏSİN,BALANIN XEYİRİNİ GÖRƏSƏN.SƏN BİZİM MƏKANIN TƏKCƏ AYI DEYİL,HƏM DƏ GÜNƏŞİSƏN.AD GÜNÜN MÜBARƏK,CANIM MƏNİM.
Hande
Gülmək gülənin,ulduzlar gecələrin,amma mutluluqlar sadəcə sənin olsun,o qədər mutlu ol ki, gözündən axan yaş dəyərini bilməyənlərə sədəqə olsun,Arzu edirəm ki,yeni yaşinda xoşbextliyin ən gözəl zirvəsinə çatıb,uğur nərdivanlarını asanlığla addımlayasan.Hər zaman üzün gülsün,ad günün mübarək!,,,,,,
Bir az şans, bir az sevgi və səbr, bir parça zaman, müvəffəqiyyət və məmnuniyyəti də əlavə etsək vəsaitlərə, hamısını qarışdırıb sənin üçün uzun və diləklərinin reallaşdığı bir "həyat tortu" edə bilərik ...
AD GÜNÜN mübarək...
Yarpaqlara, güllərə, yaşıllara, allara,
Yarpaq gülə, al yaşıla yaraşır.
Ömrün boyu yaraşasan daha uca zirvələrə...
Ad günün mübarək..
Sumeyye
Aynur bacı təbrik edirəm ad gününü.Neçə yaşın olduğunu bilmirəm ama arzu edirəmki həmişə belə gözəl və cavan qalasan... Ən azından bildiyimi qədəriylə özünü qocalmış təsəvvür edə bilmirsən İNŞALLAH Nuray balanın həyatda müvəffəqiyyətlər qazandığını görəsən. məncə övladının problemi olmasa sənində problemin olmaz. İNŞALLAH öz ürəyində nə arzularin varsa və onlar sənə xeyir verəcəklərsə, ALLAH onlari çin etsin. Saytın uzun ömürlü olsun. səmimi qəlbdən bir daha təbrik edirəm
Nikita
"Aynur xanım sizə bu həyatda qarşınıza qoyduğunuz ən böyük məqsədinizə çatmağı arzulayıram.Bu yolda Allah yardımcınız olsun"
Lale Mehrali
Aynuru bir ildir ki, tanıyıram, əvvəl virtual, daha sonra real. Çox səmimi qadındır, səmimi dostdur. Olduqca çox müsbət enerjisi var,çox bacarıqlıdır. Saytını tez bir zamanda tanıtdı, maraqlı və fərqli bir məkanla tanış elədi bizi. Mən qadın saytlarına maraq göstərən biri olmamışam, amma bu sayta tez-tez gəlirəm. Düzdü, son bir ayda o qədər çox iş olur ki, az gəlirəm bura, amma necə deyərlər, cismim getsə də ruhum saytdadır :)))))) Aynuru təbrik edirəm, həyatın öz istədiyin kimi olsun.
FARIZ NAMAZLI
Aynuru doğum günü münasibəti ilə təbrik edirəm. Gözəl qızı ilə bir yerdə gözəl günlər yaşasın,əsl qadın xoşbəxtliyinə malik olsun.. Romantik xəyallardan uzaq olsun, reallıqla yaşasın ...
banuisc
Canım Aynur, sayt açılandan bu günə kimi az vaxt keçsə də bütün userlərin sevimlisinə çevrilmisən .Arzu edirəm ki, getdiyin hər yerdə beləcə seviləsən, gələcəyini quracaq hər yeni günün bir öncəsindən daha gözəl, isteklərinə uyğun və səni xoşbəxt edəcək şəkildə olsun Ad günün mübarək!
nano
Aynur xanıma ilk növbədə can sağlığı qadın xoşbəxtliyi segi dolu illər hər zaman sevib-sevilməyi arzu edirəm.Sonzus xoşbəxtlik arzulayıram neçə belə illərə İnşallah Sənidə öpürəm canım
MESTAN
Gözəl gündə gözəl insanlar xatırlanır,gözəl insanlara gözəl arzular ünvanlanır,bu gözəl gündə,doğum günündə dünyanın gözəlikləri sənin olsun canim iyiki varsin səni tanidiğım üçün çox xoşbəxtəm həmişə xoşbəxt ol,kədər ayağının tozu,sevinc başının tacı olsun. AD GÜNÜNÜ TƏBRİK EDİRƏM.SƏNİ ÇOX İSTƏYİRƏM CANIM MƏNİM NEÇƏ BELƏ GÖZƏL İLLƏRƏ
BAYACAM
SAYTIMIZIN GözəL,MEHRIBAN ADMINI AYNUR XANIM SIZI DOĞUM GÜNÜNÜZ MÜNASIBƏTI ILE TƏBRIK EDIRƏM.SIZƏ ALLAHDAN UZUN ÖMÜR,CAN SAĞLIĞI,VE HƏR QADINA NƏSIB OLMAYAN QADIN XOŞBƏXTLIYI ARZU EDIRƏM.BƏXT ULDUZUNUZ ƏBƏDİ MƏŞƏL TƏK SÖNMZ OLSUN VƏ HƏMİŞƏ ULDUZ TƏK PARLAYASINIZ.ULU TANRININ SİZƏ BƏXŞ ETDIYI BU HEYAT YOLUNDA HEMİŞE YAŞIL İŞIQ YANSIN.ARZULARINIZ ARZU OLARAQ QALMASIN.O GÖZƏL ÜZÜNÜZDƏN GÜLÜŞ ƏSKIK OLMASIN.ALLAHDAN SIZƏ ƏN XOŞ GÜNLƏR,ƏN XOŞ ANLAR,ARZU EDIRƏM.HƏR ŞEY ÜRƏYİNİZCƏ OLSUN.TƏBRIKLƏR.
nursan
Aynur xanima həyatda və işlərində uğurlar arzulayiram.
Naza
Mən ve qızım səni təbrik edirik sənə həyatda ən şirin olan can sağlığı arzu edirem.Həyatında həmişə yaşıl isiq yansın, gözəl qizim ürəyindəki bütün arzulara catasan. sofiyyaaa angel Aynur xanim sizə uzun ömür,can sağlığı arzulayiram ...azru edirəm ki, kədər ayaginizin TOZU,sevinc başınızın TACI olsun... gülmək gülənin,ulduzlar gecələrin,amma sevinc sadəcə sizin olsun,o qədər xoşbşxt olun ki, gözünüzdən axan yaş dəyərinizi bilməyənlərə sədəqə olsun... Arzu edirəm ki, yeni yaşınizda xoşbəxtliyin ən uca zirvəsine çatıb uğur nərdivalarini asanliqla addimlayasiniz...HER ZAMAN ÜZÜNÜZ GÜLSÜN...Ad GüNüNüZ MüBaRəK!
Gulay Azizli
Bu gün sənin doğum günündür, dünyaya gözəl bir xanımın göz acdığı gündür.Bu münasibətlə səni ürəkdən təbrik edirəm. Sənə can sağlığı və həmişə oldugun kimi mehriban qalmagı arzulayıram. Həyatda heç vaxt kədərlənməyəsən. Arzum budur ki, ailəni, qohum və tanışlarını hər zaman sevindirəsən, hər zaman ugur səninlə olsun!!! Sənə ən xoş niyyətləri, sevinc dolu günləri, bütün ürəyindəki arzuların həyata kecməyini arzulayıram canım .
