Ad günü / Bizim kollektiv

Ad günün mübarək, əziz bacım!

Gülçin | 8-08-2015, 18:13
6 867 15

 


 Bu gün Aytəkinin anadan olan günüdür- Ad günüdür...

Aytəkin, bu saytda xətri mənə əziz olan, kiçik bacım kimi çox istədiyim bir xanımdır.  Bu xəbəri ona hədiyyə kimi hazırladım. 

Düzdür, ad günü xəbərləri  rəngarəng  olur-süslü, bəzəkli...  Ancaq, mənim bu xəbərim bir qədər fərqlidir.

Şərhlərimdə yazmışam bu sayta necə gəlməyimi, qeydiyyatdan keçməyimə baxmayaraq heç cürə bura öyrəşə bilməməyimi...

Bir dəfə hansısa xəbərdə Aytəkinin bir şərhini oxudum, rəhmətlik nənəsindən sitat gətirmişdi. Əhvalımın olmadığı bir vaxtda bu şərh məni nəqədər güldürmüşdü..

Sonralar  heç tanımadığım bu xanımın şərhlərini, xəbərlərini izləməyə başladım.  Nə qədər qəribə olsa da məndə ona qarşı bir doğmalıq hissi yarandı. Bir dəfə isə öz həyatı haqqında hazırladığı bir xəbəri oxudum və dəhşətə gəldim...

Bu ürəyitəmiz, mehriban, səmimi gəlinin necə dəhşətli həyat yaşadığı mənə olduqca pis təsir eləmişdi.

Onun hər  hazırladığı mətbəx xəbərlərini həvəslə izləyirdim, bəzilərinin reseptini seçilmişlər bölümündə saxlayırdım.

Bu yaxınlarda özü haqqında hazırladığı xəbər isə məni tamamilə təəccübləndirdi. İlahi, bu xanımın necə böyük ürəyi varmış?!

Ailəsini dağıdan bir qadınla bayram süfrəsini belə paylaşırdı...  Axı, hər xanım bunu bacarmazdı...

Düzü, bir xanım, bir insan kimi özümü onun yerində təsəvvür edəndə belə, dəhşətə gəlirəm.

Dəfələrlə yardım istəmişəm ondan ki, filan şeyi necə edim. Onu ətraflı yazıb, şəkillərlə göstərib göndərib.  Sonra heç cavabımı gözləmədən yazıb ki, əgər yaxşı izah edə bilmədimsə, de, bir də göndərim...  Bax belə insandır, bu Xanım.  Mən onu belə tanımışam-mərd, sözübütöv, qəlbitəmiz, tam səmimi bir insan kimi...

Aykam, canım bacım, səni ürəkdən təbrik edirəm. Sənə ancaq və ancaq can sağlığı  arzulayıram. Allah canını sağ, ömrünü uzun eləsin ki, o iki balanın əlindən tutub onları büdrəməyə qoymayasan. Onların xoş günlərini, xoşbəxtliklərini görüb sevinəsən. 

Rəbbim xoş günləri, uğurlu  illəri sənə  ərmağan etsin!

Bu mənim ürək sözlərim idi, əziz xanımlar. Buyurun, indi təbrik sırası sizlərdədir.

 


 


 



Gülçin | 15 avqust 2015 20:02 | Status: Brilliant user | Şərh: 6 780
Sitat: Aytekin82
Canım Gülçincim, burda semimiyyetine şübhe etmediyim 2-3 nefer vardısa onlardan biri də Sən olmusan
Təbrik xəbərini oxudum və çox kövreldim.
Çox sağ ol, bacı, diqqetinçin.
Arzum budur o gözəl üreyine göre hemişe Tanrının seçilmiş bendesi olasan.
Təbrik edənlərin her birine təşəkkürümü bildirirem.
Allah razı olsun!

Can, kissing_heart qurban olaram sənə. Səni necə tanıyıramsa, o cürə də təsvir eləmişəm. Tək mən yox ey, bütün sayt səni çox istəyir. Bu istəyi, bu məhəbbəti sən özün qazanmısan-mərdliyinlə, dürüstlüyünlə, mehribanlığınla. İnanmaram ki, kimsə burda səndən zərrə qədər incimiş olsun.



Səni bir daha təbrik edirəm!
Aytekin82 | 15 avqust 2015 15:42 | Status: Brilliant user | Şərh: 6 587
Canım Gülçincim, burda semimiyyetine şübhe etmediyim 2-3 nefer vardısa onlardan biri də Sən olmusan love
Təbrik xəbərini oxudum və çox kövreldim.
Çox sağ ol, bacı, diqqetinçin.
Arzum budur o gözəl üreyine göre hemişe Tanrının seçilmiş bendesi olasan.
Təbrik edənlərin her birine təşəkkürümü bildirirem.
Allah razı olsun! love
Real Madrid CF | 13 avqust 2015 11:16 | Status: Qonaq | Şərh: 0
Ayka baci seni ad gunun munasibeti ile gecde olsa tebrik edirem canim 0109 coxlu-coxluuu opuremm 0109 0109 0109 o gul uzlu qizin Nurayidaa opuremm cox gozel qizin var insallah xosbext olar gelecekde love
Röyamsan. | 12 avqust 2015 15:39 | Status: Brilliant user | Şərh: 6 102
Gecdə olsa təbrik edirəm Aytəkin. Ad günün mübarək olsun, övladlarının xoş gününü görmək nəsibin olsun. Sənə can sağlığı xoşbəxt həyat arzu edirəm iyki doğdun. 0123 0158 0109

P.S. Xəbər isə çox səmimi və gözəl alınıb. love
Ay_Sun | 12 avqust 2015 14:26 | Status: Brilliant user | Şərh: 13 408
Sitat: SEVA
Gecde olsa mende tebrik edirem Ayka xanimi xetrini istediyim userlerdendi
Xalacan sizede tesekkur edirem bele xebere gore
SEVA | 11 avqust 2015 14:43 | Status: Professional user | Şərh: 5 150
Gecde olsa mende tebrik edirem Ayka xanimi xetrini istediyim userlerdendi
Xalacan sizede tesekkur edirem bele xebere gore
Gulus. | 11 avqust 2015 08:28 | Status: Professional user | Şərh: 2 436
Tebrik edirem 0158
SEVDA | 11 avqust 2015 00:12 | Status: Nəzarətçi | Şərh: 17 439
Texniki sebebler üzünden gec de olsa tebrik edirem....
SARAXATUN | 10 avqust 2015 23:54 | Status: Professional user | Şərh: 1 529
Gecde olsa tebrik edirem Allah balalarindan yaritsin!
nurane55 | 10 avqust 2015 22:33 | Status: Professional user | Şərh: 1 849
Mən də Gülçin xalamın arzularına qoşuluram,Aytəkini ad günü münasibətilə təbrik edirəm. 0147
Girl | 10 avqust 2015 21:55 | Status: Professional user | Şərh: 8 206
Gecə olsa, Təbriklər!
Sunay Elizade | 10 avqust 2015 20:12 | Status: Gümüş user | Şərh: 2 156
tebrik edirem
Nilay | 10 avqust 2015 17:23 | Status: Qonaq | Şərh: 0
Serh yazmaq mumkun olmurdu deye bacima hediyye atdim tebrik etdim ..Orda butun urek sozlerimi yazdim ,amma sayt islemirdi deye yuklenmemisdi arzularim ..Aytekini cox istirem 100 yasa bacim menim
Elcin_sangu... | 10 avqust 2015 15:40 | Status: Qonaq | Şərh: 0
Tebrikler canim
Dəniz qızı | 10 avqust 2015 15:12 | Status: Brilliant user | Şərh: 8 017
Nəhayət sayta girə bildik.Təbriklər bacım,100 yaşa.İlk like məndən.