AzadQadın. az 4 yaşın mübarək!
4 il öncə ürəyinin ən ülvi arzusu bir sayt yaratmaq olan Aynur Qurbanqızı ətrafında ehtiyacı olan, gününü şən və mənalı, maraqlı keçirmək istəyənləri birləşdirən AzadQadın.az saytını yaratdı. Soyuq bir fevral günündə yüzlərin, minlərin həyatına bir nur, hərarət gətirən bir ocaq yaratdı. Tezliklə bu ocağın istisinə özünü, könül rahatlığını burda tapıb, səmimi dost sorağında olan qadınlar toplaşdı.
Və bu gün saytın 4 yaşı tamam olur. Bu 4 ildə ayaq üstə durmağı, sözünü, istəyini ifadə etməyi bacaran qadınların
2-ci evi olub bu sayt...
Yenə də AzadQadın. Az saytının "xeyir-şər” zalında ağız deyəni qulaq eşitmir. Saytın redaktoru Aytekin82 əl-ayaqdadır. Gah ora qaçır, gah bura qaçır, içəri girib stolların üstünə nəzarət eliyir ki, saytın kişi userləri, xüsusən də Vetenperver stolların üstündəkilərə əl uzatmasın... Yoxsa gah o stola, gah bu stola boylana-boylana qalıb... Necə olsa qızlar zəhmət çəkiblər...
Stolların üstündə nələr yoxdu?
Aytekin82-nin salatları, Gulçin70 –in şirniyyatları, isti yeməkləri, Ağ Gul – ün peçenyeləri, CUCİ-nin keksləri, Cirl-in tortları, mamasının ürəyinin şirniyyatları, Sevdanıın kotletləri, Sevgi istambulun qutabları, Nazlı-kızın mürəbbələri və Banu xanımın öz əlləriylə hazırladığı gözəl içkilər, şirələr....
Qızlar dəstə -dəstə yerlərini tutmağa çalışırlar. Azadlıqdır, Banu xanım qızlara səslənir ki, kim-kimnən istiyir otura bilər...
Zalda canlanma davam edir, Nuruş baş tərəfdəki stollardan birini zanit eliyib, öz bacılıqlarını əlinin işarəsi ilə çağırır. Elgün tərs-tərs ona baxır. Onun acığına gedib başdakı digər stolda əyləşir və Aytəkinə səslənir:
- Banu xanıma de ki, burda ona, Aynura və Shehə yer saxlamışam...
Sevgi əlində bir dəstə çanta içəri girir:
- Ay qızlar, "sumka”larınızı götürün ki, sonra yaddan çıxmasın...
Bir tərəfdə qızlar pıçıldaşırlar:
- Qızlar, xəbəriniz var, şəhərin ortasında oğlan qıza xarici dildə evlilik təklifi edib?
CUCI dillənir:
- elede qeyri adilik yoxdur.
xosbext olsunlar ne deyek
Drop gülür:
- yeah yeah , with great pleasure)))
inkiwaf edir camaatimiz)
Perishka mızıldanır:
- Görəsən qadın haralıdı ki,bu dildə yazıb?
Utanmırsız ey dilimizi dəyişənlər,axı bu Nizaminin,Fizulinin,Sabirin dilidi.Heç olmasa onların adına hörmət qoyun.
Sevgi istambul başını bulayır:
- goresen qiz ne deyib qebul edib yoxsa ired edib)))
evropalasiriqdayna
Elə bu vaxt bəzənib düzənmiş Aynur Qurbanqızı, yanında Banu və Sheh qapıda görünürlər. Qızlar onları görcək sevindiklərindən çığırışırlar. Elgün ayağa qalxıb qızlara acıqlanır:
- Bir az sakit olsanız, yahşı deyil axı, adam görməmisiz?
Nuruş onun sözünü kəsir:
- Sənə nə var, gör nə vaxtdı Aynur xanımı, Shehi görmürük...
Aynur gülümsəyərək onları sakitləşdirir və mikrofonu əlinə götürüb sözə başlayır:
- Azadqadin.az cəmi 4 il bundan əvvəl yaransa da, hazırda Azərbaycanda ən reytinqli və baxılan qadın saytıdır. Xanımların sevimli məkanı olan Azadqadin.az-ın bu cür sevilməsinə səbəb onun daim maraqlı layihələridir. Bu layihələrdən biri "Məktub var"dır. Gələcək planlarımızdan biri də məhz bu layihəni genişlətməkdir. Bunun üçün artıq Qadintaleyi.az domeni də alınıb. Tezliklə, saytımızda yayımlanan qadın taleləri, məktublar eyni zamanda bu saytda da işıqlanacaq, tanınmış psixoloqlar qadınlarımıza yardım göstərəcəklər. Digər yeniliklərlə də, saytımızın izləyiciləri tezliklə tanış olacaq. Azadqadin.az-ın aktiv üzvlərinə saytımızı seçdikləri üçün təşəkkür edirəm və çalışacağıq ki, onların könüllərini oxşayacaq yazılarla, maraqlı, hədiyyəli müsabiqələrlə onları sevindirək. Həmişə bizimlə olun. Sizi çox sevirik...
Zaldakılar hamısı bir səsdən Aynuru alqışlayırlar.
Banu xanım bir az qripləyibdi... Üzünü zala tutub üzr istəyərək sözə başladı:
- Saytımızın ad günüdür bu gun. Bütün AzadQadin.az heyyətini və istifadəçiləri təbrik edirəm. Hamınızı cox sevirəm. Çox sağ olun ki, bizimləsiniz.Yaxşı ki, varsınız, əzizlərim. Gün o gün olsun ki, bir yerdə 10 illiyimizi keçirək. Bir ailə kimi daim bir yerdə olaq.
Sheh mikrofonu Banu xanımın əlindən alıb, özünəməxsus "ciddiliklə" sözə başladı:
- İndi saytda olmasam da qəlbim hər an sizlərlə döyünür, mənim əziz oxucularim. Məni siz yaratdınız, məni siz yaşatdınız, siz olmasaydınız , mən də bu dünyada yaşamazdım. Bu Şeh əgər bu gün sevilirsə, əgər bu gün afişalarda, plakatlarda mənim konsertlərim anşlaqla keçirsə, buna görə siz oxucularıma minnətdaram. İnşallah, daha yeni - yeni ad günlərində görüşərik, əzizlərim mənim.
Və userlər yer-yerdən çığırışırlar: Yaşa Sheh! Səni və anonslarını hər zaman gözümüz axtarır....
Bu zaman Vetenperver bir gözü stollarda, bir gözü də Aynur Qurbanqızıda mikrofonu əlinə alır:
- Təbrik edirəm! Böyük sayt olsun. O gün olsun 50 illiyini keçirdək. Burda çoxları bir ailə kimidrlər, gəlin mehriban olaraq, ailəni dağıtmayaq. Xoş xatirələrdə olub, bəd xatirələr də,amma xoşu daha çox olub. Saytın rəhbəri Aynura da məsuliyyət arzulayaq, qoy heç olmasa arada saytının qeydinə qalsın.
Aynur xanım ona gülümsəyir, sanki deyir: "Gözlə, sənin arzularını lap tez yerinə yetirəcəm"...
Elgun_Azizov harda mikrofonu Vetenperverin əlindən aldı, bilən olmadı:
Azadqadın.az-a uzun ömür arzu edirəmm. Daim işləsin sayt. Aznetdə batıb gedən saytlardan olmasın. Bu saytı sayt edən onun maraqlı istifadəçiləridi. İstifadəçilərin hər zaman mehriban olmasını istərdim. Mehribançılıq olan yerdə yüksəlmək asand olur. Bu illər ərzində əziyyəti keçən hər bir insana təşəkkür edirəm. Azda olsa nəsə edə bilmişəmsə sayt üçün sevindirici haldı mənim üçün.
Bayaqdan üzündə məsum bir təbəssümlə zalı seyr edən Aysel Abdullazadə sakitcə mikrofonu əlinə aldı:
- Daima qadinlarin sevgisini qazanib liderlikde ozune yer edib yukselmekde olsun. Nece bele gozel illerini qeyd edek. Bu sayti bir butun halina getiren sevimli userlerdir, eziyyet ceken ise adminlerdir. Hamsina ugur ve bol qadin xosbextliyi dileyirem.
Saytimizin yaranma gunu qutlu olsun!
Və userlər təbrik və arzularını bildirmək üçün növbəyə düzülürlər...
SULTANIM
Gulçin70
Mən
bu sayta gələndə həyatımın, bəlkə də, ən çətin dönəmindəydim. Heç cürə özümə gələ
bilmirdim. Hamının adını eşidəndə belə, vahiməyə düşdüyü bir xəstəliklə mübarizə
aparmaq məcburiyyətindəydim. Həkimlər mənə müvəqqəti işdən ayrılmağı, qətiyyən əsəbləşməməyi
tapşırmışdılar. Belə bir çətin vəziyyətdə olanda oğlum bu saytı mənə tapdı, məni
qeydiyyatdan keçirdi. İlk vaxtlar heç cür adaptasiya oluna bilmirdim bura.. Həm
də həyatımda ilk dəfə idi ki, virtual aləmə daxil olurdum. Sonralar öyrəşdim
sayta, onun üzvlərinə.. Və bu sayt mənim ikinci evim oldu. İndi çox sevinirəm
ki, mən də bu kollektivin bir üzvüyəm. Virtual olsa da, bura mənə çox doğmadır.
Burdakı hər bir xanım mənə bacı kimi, qızım kimi doğmadır, əzizdir.
Banu bacı da daxil olmaqla, saytın bütün üzvlərini təbrik edirəm. Hamıya həm
real həyatda, həm bu saytda bol-bol uğurlar arzulayıram.
Saytımız uzun ömürlü olsun, inşAllah! AD GÜNÜMÜZ Mübarək!
Sadəcə Mən
"Hər zaman öndə olsun, uğurlarımız bol olsun.. Maraqlı xəbərlər, bol istifadəçi kütləsi arzu edirəm.. Userlərimiz mehriban, səmimi, sayta vəfalı olsunlar.. Yadda saxlayaq ki, saytı var edən elə biz istifadəçlərik..
Azadqadın, neçə belə illərə..."
Nurus
Başda Aynur və Seva bacimiz olmaqla,Redaktorlarımızı,ekspertlerimizi,yazarlarlmızı və bütün istifadəcilərimizi Ad günü münasibəti ilə ürəkdən təbrik edirəm...Inşallah çox illər birlikdə saytımızın ad gününü eyd edərik. Ən çox istədiyim saytımızda daha çox Ad günü, Nişan və Toy xəbərlərinin sayı çox olsun..Istifadəcilərimizin xoş xəbərlərini eşidib birlikdə sevinərik inşallah...Saytlmız hər zaman birincilər sırasıda olsun..Uğurlarlmız ildən-ilə artsın...
Sizləri çox sevirəm..
Ad günün mübarək"Azadqadın.az"!
Meryem_Duyqu
Saytımızı 4 yaşı münasibəti ilə Aynur xanım və Banu xanım başda olmaqla
bütün dəyərli userləri təbrik edirəm... Nə yaxşı burada sizləri tanıdım və bu
ailəyə qatıldım...Arzum budur ki, saytdan mehribançılıq, dostluq heç zaman əskik
olmasın. Səsin daima zirvələrdən gəlsin, AzadQadın.az. Birlikdə daha gözəl illərə.
Perishka
Neçə belə illər keçirsin saytımız. Mənim
ən sevimli məşğuliyyətimdi boş vaxtımda günümü burda keçirmək. Bu saytın sayəsində
özümə rəfiqələr tapdım.Həmişə arzulayırdım ki, ürəyimcə olan hekayəni, yazıları, şerləri
kiminləsə paylaşım. Amma buna imkan olmurdu. Bu sayt vasitəsilə bu imkanı əldə etdım. Bütün
redaktorlarımıza da can sağlığı diləyirəm, başda adminlərimiz olmaqla.Yaxşı ki, sizlər
varsınız...
Sirin
bala
Salam. Men de burdaki bir çox userlər kimi mene xos olar saytimizin ad gununu tebrik
edirem, her zaman aktiv olsun!
Nil heç vaxt qurumur, qelbin nil kimi hemişe axar
olsun! Ulduzların sayı yoxdur, hörmetin ulduzlar qeder olsun! Ay Yerden ayrılmadığı kimi, sen de hemişe qoşa ol! Güneş tekdir, ona
benzeme! Mehebbetin torpaq qeder davamlı olsun! Qem eyir, sevinc ucaldır
insanı! Qem görme! Sevinc, seadet dolu uca semalara qalxmaq üçün ayağının
altında hemişe nerdivan olsun.
ELİSA
Ad gunun mubarek
AzadQadin.az. Arzu edirem ki, uzunomurlu ve en reytingli saytlardan olsun.
flovers
Hə lap yaxşı.)Azadqadın.az-ın ad gününü tebrik edirem. Məndə 2012-ci ilden bu azadqadadın.aza girirem. Artıq
bağlanmışam. Bir gün girmesem ağlım qalır saytda, qızlarda və təbii ki, xəbərlərdə.
Yenə də,AZADQADIN.AZ ad günün mübarek...
Boris arxan
AzadQadin. az saytinin ad gunu munasibetile başda Banu xanim olmaqla butun userleri tebrik edirem.
Uzun omurlu olsun . Hemiwe mehriban olaq.
Cirl
Bilirem ki, menim kimi coxunun sevimli saytidir AzadQadin.az sayti... Bu sayt artiq bizim virtual ailemize cevrilib. Gelecek gunlerde daha da boyuyub, birinci yer tutmasini arzulayiram saytimiza. Ozum qarisiq saytimizin butun userlerini tebrik edirem.. Birlikde nece bele
illere.. )) Seni Cox
Sevirik AzadQadin.az !
Narın
Ulker
Azadqadin.az sayti, menim yaxin dostum, hem sirdasim , derd ortaqim bu
qurbet elde mene oz torpaqimin qoxusunu hiss eletdiren , tenha gunlerimde mene
dayaq olan, mene derdlerimi unurduran en eziz dostum, ad gunun mubarek! Dunya
durduqca bu saytin da uzun omurlu olmasini, gun-gunden daha da deyerli ve mohkem
olmasini userlerinin de bir-birlerine daha semimi, mehriban ve eziz olmaqini
arzulayiram. Aytekin82 size de meni yaddan cixarmadiqiniz ucun cox-cox
tesekkurumu bildirirem, ezizlerim menim haminizi sevirem...
Nazlı-kız
AzadQadın.az saytına arzum sonsuzdur təbrikim də saymaqla bitməz uzun
ömürlü olsun! Başda Aynur qurbanqızı və Banu xanım olmaqla birlik də sonra isə əziz istifadəçilərimiz olmaqla yaxşı ki,
varsan Azadqadın.az
SARAXATUN
AzadQadin.az sayiti uzun
omrlu sayitlardan olsun.Her zaman irelide olsun.
Royamsan
AzadQadın.az yaxşı ki, varsan. Hər zaman öndə olasan.
Saytımıza arzularım çoxdur. İlk öncə hər zaman saytımızın sürətini yaxşı
olmasını arzulayıram Hər zaman var ol. Bizdə səninlə birlikdə olaq.
Ad günün mübarək AzadQadın.az!
Sevgi
Təbrik edirəm:) Maraqlı,maarifləndirici, faydalı xəbərlərin bol olmasını,kriminal,
şou-biznes xəbərlərinin olmamasını arzu edirəm
Saytımıza uğurlar!
Sevgi
istambul
Her seherimi seve-seve Azadqadin.az sayti ile acan men
butun istifadecilerini tebrik edirem. Her kese can sagligi xosbextlik arzulayiram. Saytimizin gozel ve maraqli xeberli bol, daim irelide olmagini arzulayiram
birde saytdaki userler hamisi bir birileri ile mehriban olsunlar.
Çox sag olun Aytekin xanim meni unutmadiginiz ucun... :love:
UZUN İLLER VAR OL. BİRDE İNSAFİN OLSUN ARADA MENİ ÇOLE ATMA "SETİNİ" DEYİREM EYYY...
SURETİN MENE XEYANET EDİR
Ag Gul
Saytım, səni çox sevirəm. Tək arzum uğurları bol olsun saytımızın. Neçə illər sayt da, mehriban istifadəçilər də bizimlə olar İnşallah.
Mənə də yer ayırdığınız üçün təşəkkür edirəm.
Sonsuz
ucurum
Başda Banu xanım olmaqla
butun AzadQadin.az userlerini tebrik edirem, qoy bu sayt uzun omurlu olsun. Ən
baximlı,en maraqlı ve en cox useri olan bir sayt kimi fealiyyet göstersin...
SEVDA
Sevimli saytım ad günün mübarek. Başda idare heyyeti
olmaqla hamımızı tebrik edirem. Inşallah yeni yaşında saytımızın uğurları daha
çox olar. Hər zaman sayılan, seçilən, sevilən saytlardan olasan....
Həmişə
reytinqdə birinci olasan.....bir daha tebrikler....
Mamasinin
ureyi
Salam. Cox sevindimki mende bu
ili sizinle qeyd edirem. Ve sayta arzularim sonsuzdu. En onemlisi daimi olsun
insallah. Butun dunya terefinden taninsin .sayilib secilen sayitlardan olsun
....Allah bed gozlerden bed nezerlerden qorusun sayitimizi ve butun bu saytin
isdifadecilerini .......insallah maraqli xeberlerimiz bol olar ve Allah bu
saytin admini olaraq banu bacini redakter olar sizleri bu saytan eksik
etmesin.her kes mehriban sen olsun. ...
Arzularim coxdu sonsuzdu sayta yazsam
bitmez. :love:
TERANE1978
TEBRIKLER SAYITIN YARADICILARI HEMIWE VAR OLUN.HER ZAMAN SESINIZ
ZIRVELERDEN GELSIN.UGURLARIN DAVAMINI DILEYIREM.DAHA YUKSEKLERE IMZA ATMAQ
ARZUSUYLA INWALLAH.HEYATIN YENI YAWIN DOGUM GUNUN MUBAREK!
Fea
omer
aaa... Nece de xoş oldu . Bu
saytda cox gözəl insanlarla dost oldum. Bildim ki insanları görmədəndə tanimaq
və sevmək olur. Bura menim 2ci evimdi. Mən burda derdimi kədərimi unuduram. Men
başda Aynur xanım və gozəl adminəmiz Banu xatuna minnetdaram ki, belə gozəl sayt
yaradiblar, bizde burda hem öyrenirik hem de gözəl vaxt keçiririk.her kese
tesekkürlər. Seni də öpürəm, canim, mene de yer ayirdığın üçün.
P.S. 12- side menim ad
gunumdu eyyy menede xeber hazirliyarsan canim???
Lalita
Salam "ismaric" gonderdiyiniz
ucun cox sag olun. AzadQadin menim heyatimda ilk ve tek isdfade etdiyim saytdir
ve cox beyendiyim bir saytdir. Bir qadina bir insana lazim olan her bir melumat
burda var.
Sevimli saytima UZUN VE BOL YENI MELUMATLARLA DOLU BIR OMUR ARZU
EDIREM COXXX YAWAYIN !
dream
reality
Saytımıza daha da uzun ömürlü olmasını arzulayıram . İnşAllah daha da
maraqlı xəbərləri ilə bütun saytlardan seçilər.
Aska93
Azadqadin.az saytını ad
günü münasibəti ilə təbrik edirəm. Çox gözəl, mənalı və yararlı xəbərləri ilə həmişə
öndə olsun. Uzunömürlu olsun. Bir daha təbrik edirəm.
Nurane55
Bu sayt mənim çox
sevdiyim, qeydiyyatda olduğum yeganə saytdır. Ona görə də mənə çox doğma gəlir
bura. Komputerin qabağına keçən kimi yoldaşım deyir AzadQadın başladı yenə.
Ad günün mübarək olsun AzadQadın.az! Sənə ilk
arzum uzunömürlü olasan. Həmişə gözəl, maraqlı, faydalı xəbərlərinlə istifadəçiləri
özünə cəlb etməyi bacarasan. Ən çox sevilən və istifadə edilən saytlardan
birincisi olasan. Biz də azadqadın.az ailəsi olaraq sənin uğurlarını görüb sevinək.
Əlbəttə ki, burda ən əsas admin Banu xanımın və
redaktorların, bir də sayta maraqlı xəbərlər göndərən istifadəçilərin böyük əməyi
var. Azadqadın.az ailəsinin bir üzvü kimi hamısını təbrik edirəm. Uğurlarınız bol olsun,əzizlərim! Həə, yadımdan çıxmışdı bir də arzu edirəm
ki, saytdakı problemlər həll olunsun, yaxşı işləsin, istifadəçiləri bezdirməsin... Aytəkin, sənə də Saytın ad gününə belə bir xəbər
hazırladığın və nəhayət məni yaddan çıxarmadığın üçün təşəkkür edirəm. :love:
Drop
Azadqadin.az saytımızı ad
günü münasibətilə təbrik edirəm. Yarandığı gündən bizi özünə necə cəlb edibsə
arzu edirəm ki, bundan sonra da sükanı belə saxlasın. Daim maraqlı xəbərləri və
userləri ilə sevilib secilsin. Inşallah hələ qarşıda bir neçə ad günlərini
birlikdə keçirmək arzusu ilə ad günün mübarək sevimli saytım.
Hörmətlə sənin
"drop"un :winked:
Şehzam
Bu sayt çox doğmadır mənə, burda yaxşı insanlar tanıdım münasibət
qurdum.. Yaxşı ki bu sayta gəlmişəm, arzum uzunömürlü olsun saytımız..Təbriklər,
inşAllah neçə belə ad günün qeyd eliyək Azadqadin.az saytının.. Uğurlar...
Nara88
Salam,Ilk once butun kollektivi tebrik edirem, arzu edirem saytimiz
uzun omurlu olsun, nece nece ad gunlerini birlikde qeyd edek...
NUR-AY
İlk once
tebrikimi edim. Basda Banu
xanim, zehmetkes redaktorlarimiz olmaqla her kesi ad gunu munasibetile
tebrik edirem, insallah uzun omurlu sayt olsun, Allah Banu xanimi bu saytdan
eskik etmesin, isterem ki, hemise sayt yaxsi islesin... maraqli, eylenceli
xeberler olsun, userler arasinda her zaman mehribanciliq olsun, birinin sozu o
birisinin bogazindan kecsin. Bir birlierine qarsi aqresiya olmasin. Bir daha
her kesi tebrik edirem!
N....N92
Salam. Cox yaxsi her bir userimiz ve sayt
rehberini tebrik edirem nece bele illere cixaq. Burda cox gozel vaxt
kecirdirem. Insallah uzunomurlu olar.
Yeri gelmiwken bu gun menim sayta geliwimin 1 ili tamam oldu... :feel:
Gulya2676
Bu sayıta bir tesaduf neticesinde gelmişem. Amma
geldiyim üçün çox şanslı biri kimi özümü hiss edirem. Burdan çox şey öyrendim
helede öyrenmekde davam edirem. Bu sayitin uzun ömürlü olmasını
arzulayıram!
Gözel adminkalarımıza ise bu işde sonsuz uqurlar, her zaman
bizimle olmalarını çox isteyirem!
Gulya2676 sözünü qurtaran kimi Vetenperver ucadan səsləndi:
- Di haydı, qızlar, əyləşin... Acından öldük dəəə...
Hamı deyə-gülə yerinə keçdi.
Aytekin82 isə düz 12 tamamda bu xəbəri yekunlaşdırdı... :love: