Ad günün mübarək, Nuruşum.
Salam əziz AzadQadın.az-lılar.Bu gün yəni, 08.05.2014 tarixində saytımızıngözəl Redaktoru həm də, şirin bir qiz dünyaya göz açır.
Ad günün mübarək!
Sənə
ən əsası xoşbəxtli can sağlığı, dop-dolu sevgi, Məhəbbət arzu edirəm. Rəbbim
ömrünə-ömür sevincinə-sevinc qatsınAtdığın hər addım sənə uğur gətirsin
Mələyim. Gözlərində daima sevinc qığılcımı parlasın. Deli
kız, sən həmişə ürəyimdəsən canım mənim səni əgər nə vaxtsa üzüb
incitdimsə bağışla tamammı? Bil ki, mən səni bilərək incitməmişəm. Biz
məsafələrə kafa tutub dost olmuşuq başqası yalandı!.. Yaxşı ki, səni tanıdım
Mələyim səni nə qədər çox isdədiyimi özün bilirsən canım. Amma
yenədə deyim səni çox lap çox isdəyirəm yaxşı ki, səni tanımışam Mələyim.
Və məndə qərar gəldimki Nuruşun ad gününü restoranda keçirək :))

Nuruşun ad gününün qonaqları :))
Banu xanım, Leyla Məhərrəmova, Aytəkin82, G-Damla, Cuci, Gün22, Şheh, Gülüş, Nuranə55, Nara, Naranın Ürəyi, Qanad, Sultanim, Gülçin777, Şokolat,Məryəm_Duyqu, Girl, Nurlu, Alice, Beren, Günəşim, Gulya20, Mələk, Şehzam, Lumia, Tənha_Mələk, Mymostsite, Shela, Damla, Husniyya, Gülka, Nigar, Aliyeva, Dəniz Qızı, Hüseyin80, Filoloq, Akademik, Rüzgargülüm, Sanel, Bayacam, Feriha, Hande18, Nərgiz Love, Sabahım, Vətənpərvər, Seyidli, (Elşən Pərvanə), Sarı Gəlin, Allgeretto, Aida, Laura81, Nuray, Gülcan, Ayruska, Ferzanə, Princess_93, Toprak, A Mübariz, Alizes, Mavish, Mickey Mause,
Buyurun qonaqlar restorana :))
Qonaqlar buyurun rəks edin :))
Ad günü tortunu isə Cuci gətirib :))
Bu gülü isə Leyla sənə hədiyyə olaraq gətirib :))
Bu maşını isə Banu xanım sənə hədiyyə edir :))
Bu hədiyyəni işə Məryəm_Duyqu sənin üçün gətirib :))
Bu hədiyyəni isə Səma gətirib :))
Bunu isə Şheh xala sənin üçün gətirib :))
Bu akkaşları isə Qanad xala sənin üçün alıb :))
Bu isə aənin ad günündə geyinəcəyin donun. Sultanım xala alıb :))
Bu şeir isə Nuranə55-dən sənə hədiyyə :))
Allah eləsin ki,xoşbəxt olasan,
Özgə qismətində gözün olmasın.
Elə ömür boyu deyib-güləsən.
Kədərdən,qəhərdən gözün dolmasın.
Qəlbindən keçənlər verilsin sənə.
Yerinə yetməyən arzun qalmasın.
Qışın oğlan çağı olsada yenə,
Başının üstünü duman almasın.
Ömrün ən uzunu səninki olsun.
Dördnala çapmaqdan yorulmayasan.
Dünyan başdan-başa nur ilə dolsun
Qara gün əlindən qaralmayasan.
Sovuşsun üstündən qorxu,qan-qada,
Ömrün ağırlığı səni əyməsin.
Əllərin qalmasın əlimyandıda,
Ayaq barmağına çınqıl dəyməsin
Buyurun AzadQadın.az-lılar süfrə başına :))
Ad günün mübarək olsun Nuruşum. Arzu edirəm ki, yeni yaşında xoşbəxtliyin ən gözəlini yaşayasan, canım uğur həmişə səninlə olsun, həmişə belə gülərüz, gözəl qalasan.
Aytekin82-nin Nuruşa hazırladığı Ad günü hədiyyəsi
:0144: İndi isə keçək qonaqların təbriklərinə. :0144:
Sultanım
Bu gün gözlərində hansı xatirənin xəyali, qulaqlarında hansı səsin həsrəti, ürəyində hansı sevginin həsrəti varsa hamısına qovuşmağın diləyiylə ad günün mübarək olsun! Nuruşum səni ürəkdən təbrik edirəm.! :0109:
Gülçin777
Nuruşu ad günü münasibətilə təbrik edirəm. Ona xoşbəxtlik, xoş günlər arzulayıram. Nuranəyə ürəyincə olan,onu xoşbəxt edə biləcək bir həyat yoldaşı arzulayıram. Yeni yaşında uğurların. bol olsun! :0109:
Məryəm_Duyqu
Əzizim Nuruş! Yeni yaşını təbrik edirəm... Arzum budur ki, qarşına daim xeyirxaq insanlar çıxsın... Atdığın hər addım sənin həyatına uğur gətirsin. Simandan gülüş, qəlbindən sevgi heç zaman əksik olmasin. Həmişə sev və sevil, mənalı ömür yaşa... İnşAllah bu il, bütün arzularına çatarsan. Amin. :0109:
Nuranə55
Nuruş, sənə arzularım sonsuzdur. Arzu edirəm həyatın bu enişli, yoxuşlu yollarında büdrəməyəsən, atdığın addımlardan, verdiyin qərarlardan heç vaxt peşman olmayasan. Canım, həyatın həmişə ürəyincə olsun, ömrün qəlbinin gözəlliyi kimi keçsin. Allah qarşına səni sevən, dəyər verən, səni xoşbəxt edə biləcək bir insan çıxarsın.Və özünə arzuladıqlarını arzulayıram sənə,əzizim.Bu gün gözlərində hansı xatirənin xəyalı,qulaqlarında hansı səsin həsrəti,qəlbində hansı sevginin özləmi varsa hamısına qovuşman diləyilə! Ad günün mübarək! :0109:
Aytəkin82
Nuruşcum, bu saytda deyəsən hardasa məndən inciyən ilk user sən olmusan. Amma sağ ol ki, hər şeyə rəğmən bu gün bu ailədə birlikdəyik. Doğum günün mübarək! Arzum budur, hər zaman sevdiklərinin və sevənlərinin qürur, sevinc yeri olasan! :0109:
Nara
Nuruş buranın sevilən xanımlarından-dır. Hörmət etdiyim, çox isdədiyim bir xanımdır. Allah bütün arzularını çin etsin. Gözlərində sevinc göz yaşı olsun. Yeni yaşı düşərli olsun. Nişan toy xəbərini hazırlayaq inşallah. :0109:
Girl
Məndə bütün təbriklərə qoşuluram. Neçə belə illərə çıxasan ailənlə sevdiklərinlə bir yerdə. Şablon söz çoxda demək istəmirəm sadəcə sənin üçün bir arzum var: Yaşlı bir Nənə olduğunda bağçandakı kürsünə oturub köhnə günlərinə daldığında xatırlamaq istədiyin qədər gözəl günlər səninlə olsun. Ad günün mübarək olsun. :0109:
Cuci
Canım Nuruşum səni təbrik edirəm. Neçə belə illərə. Arzu edirəm yeni yaşın
heyatında yeni- yeni uğurlara yol açsın. Bu saytda ilk mənə yaxın insan sən
olmusan. Səni çox istəyirəm. Arzularına çatasan xosbəxt olasan. Tezliklə
həyatında səni xoşbəxt edəcək sevginə rast gələsən. Sevib sevilmək qismətin
olsun. Sən xoşbəxtliyə, xoşbəxt olmağa, sevilməyə laiq birisən. Allah səni
xosbəxt etsin. Daima səsin uca zirvələrdən gəlsin, ugurların bol olsun amin!
Bir daha təbriklər canım mənim. Öpürəm səni birdənəm :0109:
Qanad
Gözəlim ad gününü təbrik edirəm. Həyatın günəş kimi parlaq olsun. Qəm
görmə həmişə sevinc səadət içində yaşa! Xoşbəxtlik arzulayıram sənə. Hər zaman
üzün gülsün. Başını duman qədər bürüyən göydən yağan qar kimi həyatını
yeniliyəcək bir sevgi arzulayıram sənə. Heç vaxt neynim nece edim deməyesən.
Xoşbəxtlərin xoşbəxti ol. Ad günün mübarək!!! :0109:
Gün22
Nuruş səni bura gəldiyim gündən bəri tanıyıram. Çox mehriban, səmimi, qəlbə yaxın bir qızsan. Sənə arzun bütün arzularına çatasan. Neyniyim necə eliyim sözləri səndən uzaq olsun. Sən mələk simalı mələk əmməli xanımsan. Mənim canımsan sənə işlərində uğurlar... Çoxlu öpdüm xoşbəxt ol. Sonda porşesi olan nişanlın olsun :)) Ad günün mübarək canım. :0109:
Tənha Mələk
Bu gün mənim "Dünya gözəlimin ad günüdür" bu münasibətlə səni ürəkdən təbrik edirəm. Allah sənin bəxtinidə üzün kimi gözəl etsin bacım. Nuranə gözəlim sənə can sağlığı, uzun ömür, xoşbəxtlik arzu edirəm. Gələn il İnşallah ad gününü öz ailənlə birgə qeyd edərsən bacım.Bir daha səni ürəkdən təbrik edirəm bacım. :0109:
Sabahım
Saytda Nuruşun mənim üçün xüsusi yeri var. Redaktor olanda ilk redaktə etdiyi xəbər mənim xəbərim olub. Ona arzum odur ki, ümidləri imanında çiçək açsın. Arzuları imanında işıqlansın. Xəyyaları qol-budaq atsın. Heç vaxt imanı sıxıntılarında itməsin. Allahın sevdiyi qullarından olsun. Gözündə sevinc göz yaşı parlasın. :0109:
Sarı Gəlin
Canım Nuruşum Bu gün gözlərində hansı xatirənin xəyali, qulaqlarında hansı səsin həsrəti, ürəyində hansı sevginin həsrəti varsa hamısına qovuşmağın diləyiylə... Arzu edirəm kədər səndən uzaq olsun və gələcək günlər daim sənə yaxşı əhval-ruhiyyə bəxş etsin! Öten illerin gelen illerinin qarşısında aciz qalsın... 12 ay 365 günün her anı sevincle dolu olsun...Ad günün mübarək gözəlim. Sənə həyatında uğurlar və daim sevinc dolu günlər arzu edirəm.Arzu edirəm ki, daima Sevinc basınin tacı kədər isə ayağının altındakı toz olsun gözəlim Ad günün mübarək öpürəm. :0109:
Naranın Ürəyi
Canım Nuruş ad günün mübarək. Sənə həyyatda xoşbəxt, sevgi dolu günlər arzu edirəm. Bu il sənin üçün düşərli olsun. Çox səmimi mehriban qızsan. Allah qoysa gələn il ad gününü sevdiyin şəxsin yanında qeyd edərsən. Sevdiklərinin əhatəsində gözəl ömür sürəsən. Can sağlığı uzun ömür arzu edirəm sənə canım. Röyamsan sənədə təşəkkür edirəm. Xoşbəxt olasan. :0109:
Nigar
Nuruşum ad günün mübarək. Sənə həyyatda can sağlığı uzum ömür arzulayıram. Həyatında sənə layiq olan şəxslə ailə qurasan. Sevib-seviləsən. Neçə belə gözəl ad günləri qeyd edəsən. Sevdiklərinlə birlikdə 100-yaşa canım. Gözəl bacım ad günün mübarək. :0109:
Nurlu
Eşitmişəm bu gün dünyaya bir gözəl bala
gəlib. Ona gözəl bir ad qoyublar. O gözəl balaya xoşbəxtlik arzu edirəm.
Ətrafında o qədər sevdiklərin olsun ki, göydəki ulduzlar yanında biganə qalsın.
Ad günün mübarək. Heyatım yeni yaşın, doğum günün mübarək! Həyat eşqin, yaşamaq
eşqin sönməsin. Allah her arzunun qanadına bir ümid bağlayıb sənə göndərsin.
bir daha təbriklər canım mənim, tezliklə köçəsən canımız qurtarsın səndən.
:0109:
Gulya20
Nuruş canım səni ad günün münasibəti ilə ürəkdən təbrik edirəm. Sən bilirsənki mən səni cox istəyirəm. Sən hər şeyin ən gözəlinə layiqsən və layiq olduğun gözəllikləri də, bu həyat sənə bəxş edəcək.İnşallah tezliklə nişan toy xəbərinə təbriklərimizi yazaq. Bir daha təbrik edirəm səni. :0109: