Azadqadin.az / Ad günü

Bu gün saytımızın redaktoru Hopeful womanin ad günüdür

VILVET | 28-01-2013, 00:00
10 820 75


Bu gün saytımızın dəyərli useri Hopeful womanin ad günüdür. Hopiş ilə ilk tanışlığım yadıma düşəndə hələ də deyirəm ki,nə yaxşı ki o xəbər olub,nə yaxşı ki,mən Hopişi tanımışam.Sayta təzə gəlmişdim,hər təzə gələn istifadəçi kimi mən də xəbər göndərməyə çalışmışdım.Bantikli bir xəbər göndərmişdim.OK-HOPE yazılmışdı qarşısında.Elə oldu ki,həmişə xəbərlərimi o yoxlayırdı .Xatırlayırsansa,Hande üçün ad günü xəbəri hazırlayanda şəkil problemim olmuşdu.Təsəvvür edin, Hopiş neçə dəfə mənimlə yazışdı.Xəbər üçün şəkillər hazırlamaqda kömək etdi.Öz ürəyimdə deyirdim, ay Allah, bu insan niyə belə mehribandı+səbirlidi.Mən Hopişin yerində olsam,o xəbərin üstündə dəli olmuşdum.Dedim mən də Hopiş kimi olacam.Onun qədər səbirli,hamıya kömək edəcəm.Elə ilk o hərəkəti ilə qəlbimdə yer tutdu.Mehribanlaşdıq.Sonra Aynuş getdi Türkiyəyə.Saytı Samira xanıma,redaktorlardan da Banuya,Hopişə tapşırdı.Hopişin mənim xəbərlərimi redakte etməsi sayəsində,Aynurun gözündə guya *yaxşı xəbər hazırlayan *user olmuşdum winkAynur Türkiyəyə gedəndə məni qorxa-qorxa redaktor elədi getdi.Bazanın eşqi ilə yanıb tutuşan Vilvet Bazanı görəndə ilk ağlına gələn yenə də Hopiş oldu.İlk dəfə telefonla danışdıq.İlk dəfə xəbərlərdə bilmədiklərimi öyrətdi.Balaca uşaq bir işə qoyulanda, nə edirsə səhvlərini düzəldən böyüyü olur.Bax,Hopiş mənə həmin vaxtlar o böyüklüyü göstərdi.Yəni bu gün,bu saytda bu yerdəyəmsə,bu gün düzəməlli xəbər hazırlayıramsa,bugün bu qədər səbirliyəmsə bütün bunlar ondan özümə götürdüyüm müsbət cəhətlərdir.İnsan kimi də əsl dostluğa layiq insandır.Ən pis anımda,mən güc verib.

 

Hopişim,səni həqiqətən çox istəyirəm.Səbəb isə tərtəmizliyindir.Səni bu dünyaya gətirən ananın əllərindən öpürəm.Səni isə ad günün münasibətilə ürəkdən təbrik edirəm.Sənə həyatın üçün ən xeyirli və ən gözəl günləri arzu edirəm.Hər zaman belə mehriban,hər zaman belə sevgi dolu qalasan.Sevdiyinə qovuşasan!Bu güllər sənin üçündür!Ad günün mübarək! wink

 


 

Təbii ki bu xəbər təbrik xəbəri olacaq.Amma eyni zamanda bu xəbərdə - Hopişim yayda adi söhbət əsnasında saytda müsahibəsinin olmadığını söyləmişdi.Hörmətli userlərimiz,bu gün hər birinizin icazəsi ilə ondan aldığım müsahibəni sizə təqdim edirəm.Ümid edirəm,bu onun da xoşuna gələr... wink

 


 

 1.Əvvəlcə özünü bizə təqdim etməni və qısa bir məlumat verməyini istərdim.

Adım Nigar.Gəncə şəhərində anadan olmuşam.Ali təhsilliyəm.İxtisasca iqtisadçıyam. 

 

 

 

2.Saytımızda tutduğun vəzifə,etdiyin dostluqlar,oxuduğun məlumatlar...Bir sözlə saytımız sənə nə qazandırıb?

 

Birinci tutduğum vəzifədən danışım winkMən bura ilk gələn vaxtlarda təbii ki,adi istifadəçiydim.Heç açığı onda statuslar haqqında falan məlumatım yox idi.Yavaş-yavaş öyrəndim.Keçən il ad günümdə Aynur mənə redaktorluğu hədiyyə etdi.Elə bu günə kimi bu vəzifədəyəm və işimdən də razıyam(maaşım da qane edir wink

Dostluqlar deyəndə ki,çox sevdiyim,darıxanda duyğularımı bölüşdüyüm userlər var.Məni hər zaman dinlədikləri üçün canım Banuya,Vili sənə təşəkkür edirəm.Amma ümumiyyətlə saytda sevdiyim və hörmət etdiyim userlər çoxdur.

Oxuduğum məlumatlar,sayt mənə çox şey qazandırıb.Açığı deyim ki,bu saytla bir çox fikirlərim dəyişib.Burda lə şeyləri şahidi olmuşam ki,bəzi sərt fikirlərimi yumşaltmışam,bəzilərindən vaz keçmişəm.Azad qadın saytı mənim bağlandığım və üzvü olduğum yeganə saytdır.

 

3.Filmlər,seriallar...Hər birinin bir soundtracki oldu.Bəzisi şən mahnı olaraq yadda qaldı.Bəzisi isə Kədərli notların qəlblərə toxunması ilə.Nigarın həyatının bir soundtracki olsaydı əgər,Ağıllara gələn ilk duyğu,ilk söz nə olardı?

Sen kalbimin mehtabısın güneşisin,

Sen ruhumun vazgeçilməz bir eşisin

Bir şarkısın sen ömür boyu sürecek

Dudaklarımdan yıllarca düşmeyecek 

(Məncə bu sözlər hər şeyi izah etdi) 


 

 4.Duyğularını tez hiss etdirəən birisənmi?

Çox sevdiklərimə qarşı hiss etdirirəm.Yəni hiss etdirməkdən çəkinmirəm. 

 

 

5.Həyatı sənə sevdirən nədir?

Həyatı mənə sevdirən tək şey sevdiyim insanların bu həyatın içində olmasıdır.

Onlara görə bu həyatda yaşamağı və gələcəyə dair ümid etməyi sevirəm.



  

 

6.Sənin üçün üzr istəmək nə mənanı ifadə edir?Bəziləri məhz qarşısındakı sussun deyə üzr istəyib yola verərlər,Bəziləri isə üzr istəməyi özlərinə böyük qəbahət bilərlər.Bir də,Üzr istəniləndə bağışlamağı bacarırsan mı?Yoxsa ....

Bilirsən canım mən kimisə susdurmaq üçün heç vaxt üzr istəmirəm.Hətta o qədər qürurluyam ki,səhvim olanda belə üzr istəmirəm(bilirəm pis xüsusiyyətdir amma tərgidə bilmirəm)amma öz səhvimi başa düşəndə onu üzr istəməklə deyil başqa yollarla düzəltməyə çalışıram.

Mən ümumiyyətlə kinli insan deyiləm.Əgər üzr istəyən insan ağır,qəlbimi yaralayan səhv etmiyibsə onu bağışlayaram.

 

 

7.Öz həyatına aid qərarları nələrə əsasən qəbul edirsən?İnsanların fikri sənin qərarlarına təsir edirmi?

Bir neçə il əvvələ qədər öz qərarlarımı öz fikirlərim,istəklərim əsasında qəbul edirdim.Amma həyatımda sevdiyim insan olandan sonra təbii ki,onun da istəklərini nəzərə alıram.O ki,qaldı insanların fikrinə demək olar ki,yox təsir etmir. 

 

 

8. Qorxularınla mübarizə apara bilirsən mi?Heç kimə söyləmədiyin,qəlbində gizli saxladığın qorxular hansılardır?

Hə.Artıq mübarizə aparmağa başlamışam.Əvvəl nələrdənsə qorxub susurdumsa ,amma artıq belə bir fikrim yoxdur.Mənim həyatda əsas qorxularım sevdiyim insanları itirməkdir.Allah bu qorxuları mənə yaşatmasın.Amin! 

 

 

 

9.Çox az insan *Bəli mən pis insanam* deməyi qəbul edir.Digər 80 %insan isə özünə haqq qazandırır və xoşbəxt olmaq üçün mübarizə aparır.Səncə *Xoşbəxtlik əlçatmaz bir məfhumdur, yoxsa əlçatmaz olan insanların özləridir*.Xoşbəxtlik dedikdə Nigar nələri təsəvvür edir...Bizimlə Paylaşarsanmı?

Məncə xoşbəxtlik də insanlar da əlçatmaz deyillər.Xoşbəxtlik insanlar üçündür.Amma təbii ki,xoşbəxt olmağı bacaran insanlar üçün..Bəzi insanları adi bir şey,bəzilərini pul,bəzilərini sevgi,bəzilərini isə hər bir şeyi olduğu halda heç bir şey xoşbəxt etmir.Amma mən kiçik bir şeydən də xoşbəxt olan insanam.Xoşbəxtlik dedikdə təsəvvürümə gələn şey sevdiyim insanların xoşbət olmasıdır,onların mənim yanımda olmasıdır.

 

 

10. Hər kəsin ailəsi onun üçün dəyərlidir.Bəs sənin üçün müasir dövrümüzdə evliliklərin boşanmalar,cinayətlərlə sonlandığı bir vaxtda sağlam bir ailənin olması üçün əsas təməllər nə olmalıdır?

Düzdü canım təəssüf ki,sadaladığın hallar çoxalıb.Məncə sağlam bir ailə üçün əsas təməl sevgi olmasa da ailədə ən əsası hörmətin,anlayışın olmasıdır.Çünki qadın və kişi arasında anlaşma olmasa,hərəsi öz istədiyini etsə bunların sonu yaxşı nəticələnməz axı.Hm bir də ailədə bərabərlik olmalıdır.Kişi istədiyini etsin qadının istəkləri nəzərə alınmasın,qadağalar qoyulsun.Bu da ailəni sarsidan səbəblərdəndi məncə. 

 


  

11.Məqsədlər həyatında hansı yeri tutur?

Həyatda hamı kimi mənim də məqsədlərim olub və var.Yaşıma görə müəyyən mənada məqsədlərimə çata bilmişəm.Hal-hazırkı məqsədim xoşbəxt olmaqdır.Çünki bunu çox istəyirəm.Və buna nail olmaq üçün səbr edirəm və gərəkərsə mübarizə də  aparacam.Yəni 1-ci məqsədim xoşbəxt ailə qurmaq sonra yaxşı iş və s.

  

 

12. Hər kəsin bir sevimli kitabı(seriali,filmi və s)olur.Yalnız 1 qəhrəmanın həyatını özlərinə bənzədər,ona hörmətlə qarışıq bir sevgi bəsləyərlər.Nigarın sevimli qəhrəmanı kimdir?

 Canım açığı indi yadıma düşmür.Amma özüm öz xəyalımda bir qadın qəhrəmanı yaratmışam.Belə qəhrəman özüm olmaq istəyirəm indi və gələcək həyatımda.

 

13.Fikirlərini ifadə edə bilmədiyin vaxtlar olubmu?Bu zaman nə etmisən?

Olub elə vaxtlar.O zaman heç nə etmirəm sakit durub düşünürəm,çünki səhv etməkdən qorxuram. 

14.Bəs sən nəyi itirmisən ki,bu qədər mehriban olmusan? wink

 Ay canımmmm.Əgər dediyin kimi mehribanamsa bu yəqin ki mənim xarakterimdən irəli gəlir.Gərək insan nəyisə itirə ki, sonra mehriban ola? smile

VILVET:Nurashka demiş yaman yerdə axşamladıq wink

 

15.Niyə məhz hopeful woman? Niyə məhz ümid səni bu saytda qeydiyyatdan kecərkən ilk ağlına gələn oldu ?Ümidlərinin puç olduğu vaxt olubmu?

 Saytda ilk qeydiyyatdan keçəndə ad seçməkdə çətinlik çəkdim.Sonra fikirləşdim ki,hopeful woman(ümidli qadın)olsun.Çünki həyatda ümidlərlə yaşamağı sevirəm.Bilirsən canım mən kiçik şeylərə ümid edirəm.Allah həyata keçirir.Bəlkə ona görədir ki,ümidlərimin puç olduğu vaxtlar az olub.

 

16.Riskə girə bilirsənmi?Ümumiyyətlə *Çox istəyən azdan da olar* deyimi ilə aran necədir?Çox qazanmaq və ya bacarmaq üçün risk həyatında hansı sırada olur?

 Əslində riskə getməyə risk etmirəm winkHər şeyi əvvəlcədən götür qoy edirəm.Çox istəyən azdan da olar deyimi tamamilə doğrudur.Heç vaxt çoxu arzulamamışam.Məni qane edəcək qədər olsun mənə bəs edər.

17.Günümüzdə istər saytımıza yazılan məktublarda olsun,istər gördüyümüz insanlarda olsun .İnsanların bu qədər səhv addımlar atmağına səbəb ,zaman dəyişdikcə anaların uşaqlara keçmişə nəzərən   daha fərqli münasibət göstərməsi ilə əlaqədar ola bilərmi?Bu haqda düşüncələrini bizimlə paylaş...

Canım deməzdim ki,anaların fərqli münasibət göstərməsi ilə əlaqədar ola bilər.Çünki elə yaxşı anaların pis övladı və ya pis anaların yaxşı övladı olur ki.Yəni uşaqdan da çox şey asılıdır. 


 

 18.Neçə gün qaldı? wink

Məni sınamaq istəyirsən? wink

Artıq 5 ay,155 gün,3720saat,223200dəqiqə,13392000saniyə qalıb.

 

 

tez zamanda qovuşasınız winkAMİN

19.Sualları bəyəndinmi?

Həm də çooooox.Düzdür çətin suallar idi amma cavab vermək çox xoş oldu.

 


 

20.Hansı sualı görmək istərdin?

Canım sən elə suallar seçmisənki,görmək istədiyim sual da bunların yanında sönük qalır wink  


 


 

21.Azadqadınlılara demək istədiklərin... winkAynura demək istədiyin nəsə var?(p.s Yerində olsam maaşı artırsın deyərdim wink )

Yaxşı ki,bu sayt var.Yaxşı ki sizlər varsınız.İnşallah bu sayt uğurları ilə hər zaman 1-ci olsun.O ki,qaldı Aynura demək istədiklərimə:Aynur səni çooox istəyirəm.Allah sənə o qədər imkan versin ki,bütün planlarını həyata keçirə biləsən.

(Yox canım maaşımdan razıyam.Buna da şükür wink)

 VİLVET:AMİNwink

wink Bu qədər,ümid edirəm ki,bəyəndiniz.Təşkilati dəstəyə görə Aynur Qurbanqızına təşəkkür edirik winkŞəkillər bir az çox oldu winkÜzr istəyirəm. winkBir də olmayacaq wink

İndi isə sıra sizindir.Buyurun təbrik edək-Hopişimizi wink


Sevgi yolu | 1 iyun 2013 19:44 | Status: Qonaq | Şərh: 0
gelinlik hamiya butun qizlara nesib olsun Amin love
Girl | 22 may 2013 18:00 | Status: Professional user | Şərh: 8 206
gecde olsa tebrikler
Hande. | 26 mart 2013 16:02 | Status: Professional user | Şərh: 1 357
Ay canim,bagiwda burda olmamiwam,ama yenede ad gununu tebrik eliyem,musahibede cox gozel alinib e,la,vIlicim ellerine saglik,superdi/////Allah sene uzun omur,can sagligi versin,heyatim,hemiwe xowbext ol...... n45
ilaska-03 | 24 fevral 2013 14:50 | Status: Qonaq | Şərh: 0
tebtikler
Sevinc.F | 19 fevral 2013 21:18 | Status: Gümüş user | Şərh: 951
Tebrikler uzun omur. Xoshbextlikler senin olsun n50 n48
luce | 3 fevral 2013 02:25 | Status: Professional user | Şərh: 2 922
Cox sevdiyim ve hormet qoydugum userlerden biridir HOPE.
Canim Hope'm. Gec de olsa tebrikler ezizim, butun arzularina catmagini, xosbext olmagini ve heyatda istediklerinin Rebbim terefinden heyata kecirilmesini arzulayiram sene. Boyuk qiz ol bacican.
ayxan-09 | 31 yanvar 2013 00:29 | Status: Qonaq | Şərh: 0
sala deyirem bu sayta ehsen.hec kim belke de biri-birini tauzden tanimir amma ne qeder dogmadilar.her kes sene sirinim ,canim deyir inanin o qeder cox isteyirem seni ,Aynur Qurbanqizini gormeye.ne bilim eeeee o qeder semimiyyetsizler gormusem ki, bu halda deyecek soz tapmiram.nebilim insallah gelinliyinin tebriyini tanish olaraq qeyd ederik bagishlayin herf sehvi olsa
ruzgargulum | 30 yanvar 2013 13:38 | Status: Brilliant user | Şərh: 2 493
:n48: :n47: :n21: :n50: :n42:
TEBRIK EDIREM
Seyidli | 30 yanvar 2013 01:18 | Status: Yazar | Şərh: 2 706
TƏBRİKLƏR, TƏBRİKLƏR! XOŞ GÜNLƏR, XOŞ ANLAR, XOŞ DƏQİQƏLƏR , XOŞ SANİYƏLƏR NƏSİBİNİZ OLSUN! :n47:
Lale | 29 yanvar 2013 21:22 | Status: Yazar | Şərh: 3 264



[b][/b]Ad gununu tebrik edirem gozelim. Her zaman xowbext ol!! Sene can saqliqi, heyatda butun meqsedlerine catmaqi arzu edirem.
Əfşan | 29 yanvar 2013 16:05 | Status: Professional user | Şərh: 1 714
tebrik edirem canim gozum men cooox uzaqlardaydim,dunyadan xebersiz,seni tebrik edirem,ses soragin gozel yerlerden gelsin,hemishe onde,uzde hormetinle semimiyyetinle,istiqanliliginla goz onunde olasan,Allah seni qorusun,tek derdin derdsizliyin olsun
filolog | 29 yanvar 2013 12:27 | Status: Professional user | Şərh: 571
Vili yenə harikalar yaratmış:))Çox gözəl və özəl bir təbrik xəbəridi.Əladan da əlaa!
Hope,canım,səni ürəkdən,səmimi qəlbdən təbrik edirəm,əziz bacım.Üzündən həmişə təbəssüm,qəlbindən sevgi,ətrafından sevdiklərin,yaxınların və əlbəttə ki biz əksik olmayaq.Yeni yaşın sənə yeni uğurlar,sevinclər gətirsin:)
MELEK_ | 29 yanvar 2013 10:31 | Status: Professional user | Şərh: 3 949
ureyinde olan,amma heyata kece bilmeyen butun isteklerin reallasin xeyirlisi ile........
sema dagistanli | 29 yanvar 2013 00:53 | Status: Yazar | Şərh: 1 340
tebrik edirem .allah butun arzu ve isteklerini cin etsin seni tanimagima sadam.burada her kesi tanimagima sadam.her birinizin yeri ayri senide ele ezizim yaxsiki varsan.ve bizimlesen
Mavish | 29 yanvar 2013 00:49 | Status: Brilliant user | Şərh: 2 389
Sitat: VILVET
senin bu xexelerin meni oldurecek

xexe neynimdəəəəəəəə
Gunesh-cali_kushu | 29 yanvar 2013 00:48 | Status: VİP user | Şərh: 32
tebrik edirem canim menim.Inwallah tezliknen qovuwarsiniz. Allah butun esgerleri qorusun ici menim qardawim qariwiq. Butun arzularin cin olsun Inwallah.
konul mamedova | 29 yanvar 2013 00:15 | Status: Professional user | Şərh: 1 711
Artıq 5 ay,155 gün,3720saat,223200dəqiqə,13392000saniyə qalıb.
---bu cavabin məni kövrəltdi....Allah qovusdursun Nigarim....Sənin kimi bir qiza dünyanin ən gözəl arzulari ən gözəl dualari layiqdi...Təbriklər ömrüm günüm...Şirinim...
Ayka21 | 28 yanvar 2013 23:35 | Status: Yazar | Şərh: 2 770
Deyirler ki, terifde, tebrikde, ümumiyyetle semimiyyetden doğan bütün xoş sözler müsbet enerjidir. Ele ise men de bu enerjini sidq ürekle sene yollayıram. Çünki buna layiqsen. Allah qelbini sıxıntıdan, bedbinlikden qorusun *XOŞBEXT OL*! Xoşbext ol ki, sene bağlı olanlar da xoşbext olsunlar canım.
Sekine Hesen | 28 yanvar 2013 23:05 | Status: Gümüş user | Şərh: 3 112
tebrik edirem nece bele illere cixasiniz sevdiyiniz ve ailenizle birlikde
ayxan-09 | 28 yanvar 2013 22:32 | Status: Qonaq | Şərh: 0
salam ad gununuzu tebrik edirem.cox sag olun deyirem ki,bele gozel sayt yaratmisiniz.uzden uzaq olsaqda konulden bir-birimize dogmayiq bu saytda.size ugurlar sayta uzun omur arzu edirem.

:n48: :n36: :n47: :n48: bagisla gec oldu
Asya Qurbanova | 28 yanvar 2013 22:01 | Status: Gümüş user | Şərh: 715
Tebrik edirem boyuk qiz olasan yeni yasin sene sevinc ve sans getirsin .
cucem. | 28 yanvar 2013 21:52 | Status: Professional user | Şərh: 4 415
tebrik edirem wirinim seni o soz kifayetdirki bizde hemin tebrike qowulaq o gun olsunki sayta evvele niwan sonrada toy xeberini ele VILIWKA ozu qoysun AMIN! 1 DAHA TEBRIK EDIREM YAXWIKI OZUMU CATDIRDIMEEE GUN BITMEMIW wink :n47:
Nursan. | 28 yanvar 2013 21:15 | Status: Gümüş user | Şərh: 1 020
Axır ki şərh yerinə çatdıq.Necə qısa xəbərdir. smile
Təbriklərə qoşuluram.Can sağlığı,xoşbəxtlik arzulayıram.
Aynur | 28 yanvar 2013 21:07 | Status: Professional user | Şərh: 380
saytimizin cox sevdiyim qizlarindan birisen,
seni tebrik edirem,tezlikle sevdiinle qovusasan,
ferqane.s | 28 yanvar 2013 21:06 | Status: Şərhçi | Şərh: 102
Təbriklər! Sizə sağlamlıq, gözəllik, uğurlar, bəxtəvərlik, məhəbbət arzulayıram. Həmişə sevilən, sayılan və hörmətli xanımlardan olasan.
BAYACAM | 28 yanvar 2013 20:57 | Status: Professional user | Şərh: 1 042
CANIM MENIM TEBRIK EDIREM SENI BOYUK QIZ OLASAN.ARZULADIQIN BUTUN ARZULARINA CATASAN BU IL INWALLAH.,EN ESASI XOWBEXT OLASAN.YOLUNU GOZLEDIYINDE SAQ SALAMAT GELSIN INWALLAH.HEYATINDA HER WEY UREYINCE OLSUN.AMIN..OPUREM :n34:


QIZLAR AMA SIZDEN INCIMIWEMEEE :n25: 2 ILDI SAYTDAYAM AZ COX HAMI TANIYIR MENI.AMA HEC MENIM AD GUNUMDE XEBER HAZIRLAMADIZ.BURDA TANIMADIQIM USERLEE BELE HAZIRLAYIRSIZ AMA MEN UNUDULDUM.
incigirl | 28 yanvar 2013 20:33 | Status: Şərhçi | Şərh: 67
Canim bacim-seni cox ama cox sevirem.Sen menim canimsan,heyatimi menalandiran esas sebeblerden birisin.....Vilvet cox sag ol,cox maraqli musahibe ve xeber alinib...Ellerin var olsun.Bacimi da cox teriflemek istemirem,ta her wey goz qabagindadir :)....Canim bacim en esasi canin saglam olsun,tezlikle xeyirlisile sevdiyin insana qovuwasan ve cibinde hemiwe ehtiyaclarini odeyecek qeder pulun olsun,amin!...Hemiwe omrumuzun sonunadek mehriban olaq....
Derin 03 | 28 yanvar 2013 20:08 | Status: Şərhçi | Şərh: 421
tebrikler,gozel gunler arzulayiram.
Meqa | 28 yanvar 2013 20:01 | Status: Professional user | Şərh: 2 077
ay nə gözel baxmayaraqki Hopeyle sualım varda biraz dartışmışdıq amma sonda anlaşdıq amma heqiqeten insanı anlayan bir xanımsan sene heyatda bütün gözelikleri arzu edirem canım bacım olanlara baxmayaraq sene böyük hörmetim var mene fikir verme biraz delisovam tez yanıb tezde sönenem canım birdaha tebrik xoşbext ol üreyim gözelim saytımızın bitanesi sene işlerinde uğurlar en böyük ve semimi arzularla deli MEQA :n45:
RA | 28 yanvar 2013 19:53 | Status: Qonaq | Şərh: 501
özüm yoox baş adminin adından təbrik etdim ...mən də virtual təbrik deyilən 1 şey yoox heç olmuyubda...mən dostlarımı canlı təbrik edirəm canlı padarkalarnan smile necə diyərlər varın verən utanmaz)