Azadqadin.az / Ad günü
Qadın! Ey sevgili həmşirə, oyan!
Ana! Ey nazlı qadın, qalx! Uyuyan
Daima mövtlə həmduş oluyor,
Zillü möhnətlə həmaquş oluyor,
İştə sıyrılmada həp zülmətlər!..
Ağarır dan yeri, qalx,iştə səhər!..
Oyan, ətrafını seyr et də düşün!
Bütün övladi-vətən iştə bu gün
Yalınız səndən umar sədrə şəfa,
Yalınız səndə bular ruha qida.
Ana övladını bəslər, böyüdür,
Anasız millət, əvət, öksüzdür.
Sənin aləmdə vəzifən, hissən
Nə böyük, həm nə ağırdır, bilsən?!
Qadın! Ey sevgili, şəfqətli mələk!
Bu qədər səbrü təhəmmül nə demək?
O lətafət, o nəcabətlə sana,
Bu əsarət, bu həqarət nə rəva?!
Sən nəsən?.. Kəndini bil, zəfi burax!
Həp nəsibinmi sənin sillə, dayaq?
Çəkmə ah, eylə mükəddər, məhzun,
Ağla göz yaşların axsın, coşsun!
Ağla , fəryadını duysun ərlər,
Bəlkə insafa gəlib rəhm edələr.
"Ağla, həp ağla!” dedim, çox yanılış...
Çınlasın, mövcələnib yüksəlsin
O səsin qüvvəti, təsiri böyük...
Ağla, ta lərzəyə gəlsin yer, gög
Bax, bax insan nə qədər aldanıyor?
Xayır, əsla məni sən dinləmə, dur!
"Ağla, həp ağla!” dedim, çox yanılış.
Ağlamaqdan nə çıxar sanki? Çalış!
Oluyor iştə hüququn pamal,
Çalış, öyrən, ara, bul, haqqını al!
Pərdeyi-zülmət içindən sıyrıl!
Qəhrəmanlar kimi qovğaya atıl!
Fəzlü ürfanla mücəhhəz olaraq
Cəhli yıx, qəfləti yax, əczi burax!
Kimsədən gözləmə yardım əsla;
Yalınız kəndinə kəndin ağla!
Və sonda dünyanın bütün ağ qızılgülləri sənin üçün!
Banu, ad günün mübarək!
Aynur_Qurbanqizi | 20-11-2012, 00:49
9 599 97
Banu, ad günün mübarək!
Bu gün Azadqadin.az-da və saytımızın rəsmi facebook səhifəsində incə zövqlə seçilmiş xəbərləri, statusları ilə yadda qalan, sevilən Banumuzun ad günüdür. Onun əsl adı Sevincdir, amma həmişə deyirəm ki, xeyri yoxdur, mən sənə Banu deyəcəm. Çünki biz onu Banu kimi tanıyıb, Banu kimi sevmişik. Bir neçə dəfə evinə zəng edib telefonda danışmışıq. Sözündən-söhbətindən doymadığım Banu ilə ən az telefon sohbətimiz 1-2 saat çəkib. )) Banu elə bir gözəl xususiyyətlərə malik bir insandır ki, onun haqqında fikirlərimi ifadə edəcək söz tapmıram. Saytın çətin günlərində o mənə ana-bacı olub, yıxılmağa qoymayıb, əlimdən tutub. Həm mənəvi dəstək olub, həm də tək qaldığım zamanlarda ən yaxşı xəbərləri hazırlamaqla öz kömək əlini uzadıb.
Sözün əsl mənasında gözəl bir insan...
Ailəsində sevilən bir qadın...
Oğlu ilə dost olan bir ana.
Bacarıqlı bir xanım!
İşləmir, evdar xanımdır. Amma qarşısına bir məqsəd qoyarsa, onu mükəmməl bir formada təqdim edər. Aşağıdakı fotolardakı toxunma işləri də ona məxsusdur. Toxumaq istədi və internetdə video-fotolara baxaraq öyrəndi də...
Onun istəyib də, edə bilməyəcəyi də bir iş yoxdur. Xoşbəxt, sevgi dolu ailəsi var. Hər zaman "mən bu 2 kişini sevirəm" deyir. Yoldaşını elə sevir, ondan elə bəhs edir ki, sanki 18 yaşında yeniyetmə bir qızdır. Yəni bu qədər həssas, incə duyğuludur. Ailəsində çox tərbiyəli bir oğlan övladı böyüdür. Onun tərbiyəsini görən bu öğlan sizcə gələcək həyat yoldaşını heç incidərmi? Yeri gəlmişkən, saytımızın gənc, subay qızları, bəlkə nə bilmək olar Banu gəlin namizədlərini sizlərin arasından seçdi
Bu da Banunun yaraşıqlı oğlu )

Ad günü xəbərini Damlanın təbriki ilə davam etdirirəm. Hələ neçə gün əvvəldən bu xəbəri mənə göndərmişdi. Bazaya qoymurduq ki, admin xanım xəbəri görüb sürpriz pozulmasın ))) İstəyirdik ki,o elə bilsin ki, biz onu tamamilə unutmuşuq. Sonra birdən SÜRPRİİİİZ! Yeri gəlmişkən, bir az əvvəl facebookda Banunun bu statusunu gördüm.
Qorx ki, bizim də sürprizimi anlasın )))
Aynur Qurbanqızı
***
Bu isə Damlamızdan Banuya....
Bu gün, məhz bu gün bu tarixdə dünyaya gözlərini balaca bir mələk açdı. Ailəsinə böyük sevinc gətirmişdi öz gəlişi ilə.. Adını Sevinc qoydular valideynləru bu balaca mələyin... Sevgi dolu bir ailədə böyüyürdü Sevinc...Ancaq gənclik qapısını döyəndə həyatda ən böyük itkisini yaşayacaqdı...Ata itkisi.. Bir daha atası qızım deyə oxşamayacaqdı dəniz ləpələrinə bənzər dalğalı saçlarını..
Amma Allah onu bir daha sevindirəcəkdi dünyalar qədər sevdiyi insanı həyat yoldaşını çıxaracaqdı onun qarşısına birdə bir qadın üçün ən böyük hədiyyəni bəxş edəcəkdi ona ana olmağı.. Oğul anası olmağı..
Banucum, səni ürəkdən və səmimi qəlbdən təbrik edirəm.
Həyatın bütün gözəlliklərini sənə arzu edirəm. gid balanın ən böyük uğurlarını görmək doya-doya yaşamaq nəsibin olsun! Gözəllik arzu etmirəm bilirəmki çox gözəlsən sevgi arzu etmirəm bilirəmki qəlbin sevgi ilə doludur.Cəsarət arzu etmirəm bilirəmki mərdsən..
Fədakar Azərbaycan qadını, hər zaman var ol, başı uca, alnı açıq, sevgi dolu sevinc dolu.... Bu təbrikləri məndən və bizlərdən qəbul elə...
Bilirəmki aforizmləri, şerləri çox sevirsən.
Məndə sənə çox sevdiyim yazıçının bir şerini sənə hədiyyə edirəm.
Amma Allah onu bir daha sevindirəcəkdi dünyalar qədər sevdiyi insanı həyat yoldaşını çıxaracaqdı onun qarşısına birdə bir qadın üçün ən böyük hədiyyəni bəxş edəcəkdi ona ana olmağı.. Oğul anası olmağı..
Banucum, səni ürəkdən və səmimi qəlbdən təbrik edirəm.
Həyatın bütün gözəlliklərini sənə arzu edirəm. gid balanın ən böyük uğurlarını görmək doya-doya yaşamaq nəsibin olsun! Gözəllik arzu etmirəm bilirəmki çox gözəlsən sevgi arzu etmirəm bilirəmki qəlbin sevgi ilə doludur.Cəsarət arzu etmirəm bilirəmki mərdsən..
Fədakar Azərbaycan qadını, hər zaman var ol, başı uca, alnı açıq, sevgi dolu sevinc dolu.... Bu təbrikləri məndən və bizlərdən qəbul elə...
Bilirəmki aforizmləri, şerləri çox sevirsən.
Məndə sənə çox sevdiyim yazıçının bir şerini sənə hədiyyə edirəm.
Qadın! Ey sevgili həmşirə, oyan!
Ana! Ey nazlı qadın, qalx! Uyuyan
Daima mövtlə həmduş oluyor,
Zillü möhnətlə həmaquş oluyor,
İştə sıyrılmada həp zülmətlər!..
Ağarır dan yeri, qalx,iştə səhər!..
Oyan, ətrafını seyr et də düşün!
Bütün övladi-vətən iştə bu gün
Yalınız səndən umar sədrə şəfa,
Yalınız səndə bular ruha qida.
Ana övladını bəslər, böyüdür,
Anasız millət, əvət, öksüzdür.
Sənin aləmdə vəzifən, hissən
Nə böyük, həm nə ağırdır, bilsən?!
Qadın! Ey sevgili, şəfqətli mələk!
Bu qədər səbrü təhəmmül nə demək?
O lətafət, o nəcabətlə sana,
Bu əsarət, bu həqarət nə rəva?!
Sən nəsən?.. Kəndini bil, zəfi burax!
Həp nəsibinmi sənin sillə, dayaq?
Çəkmə ah, eylə mükəddər, məhzun,
Ağla göz yaşların axsın, coşsun!
Ağla , fəryadını duysun ərlər,
Bəlkə insafa gəlib rəhm edələr.
"Ağla, həp ağla!” dedim, çox yanılış...
Çınlasın, mövcələnib yüksəlsin
O səsin qüvvəti, təsiri böyük...
Ağla, ta lərzəyə gəlsin yer, gög
Bax, bax insan nə qədər aldanıyor?
Xayır, əsla məni sən dinləmə, dur!
"Ağla, həp ağla!” dedim, çox yanılış.
Ağlamaqdan nə çıxar sanki? Çalış!
Oluyor iştə hüququn pamal,
Çalış, öyrən, ara, bul, haqqını al!
Pərdeyi-zülmət içindən sıyrıl!
Qəhrəmanlar kimi qovğaya atıl!
Fəzlü ürfanla mücəhhəz olaraq
Cəhli yıx, qəfləti yax, əczi burax!
Kimsədən gözləmə yardım əsla;
Yalınız kəndinə kəndin ağla!
Və sonda dünyanın bütün ağ qızılgülləri sənin üçün!

Banu, ağ qızılgülləri sevdiyin üçün xəbərini də bu güllərlə bəzədik. Çox saq ol ki, bizimləsən!
Əziz xanımlar, siz də öz ürək sözlərinizi şərhlərdə yazaraq Banuya çatdıra bilərsiniz
Bu da Banunun 7 ay əvvəl saytdakı müsahibəsi, yaxından tanımaq istəyənlər üçün))