Azadqadin.az

Astoroloji məsləhətlər

Banu. | 18-04-2017, 22:56
12 126 0

 

 

Xarakterimiz, zövqlərimiz, geyim tərzimiz, qısqanclığımız, hətta insanlarla ünsiyyətimizin belə aid olduğumuz bürc və ya illə əlaqəsi olduğunu  fikirləşsək, deməli, astrologiyanın həyatımızın hər saniyəsində izi var deyə bilərik. Qəribə olsa da, onun insan sağlamlığı ilə əlaqəsi mövcuddur.

Belə ki, lazımlı məlumat və təchizata sahib bir astroloq, bir adamın doğum xəritəsini analiz edərək, o adamın bədəninin güclü və zəif istiqamətlərini,  xəstəliklərə uyğunluq vəziyyətini və qidalanma səhvlərini təyin edə bilər. Nə qədər dəqiq elm olduğu haqda şübhələr olsa da keçmiş tarixdən bizimlə gələn astrologiya elmi insanlara maraqlı olub və bundan sonra da olacaq. Çünki, astroloqlar ulduzların və planetlərin vəziyyətinə əsasən insanların gündəlik əhval-ruhiyyəsini müəyyənləşdirirlər. Bəziləri buna inanmasa da, gündəlik həyatını bürclərin göstərişləri ilə quran insanlar da az deyil.

 

Planetlər baxımından şanslı dövrlərdə, heç bir şey etmədən otursaq, bu fürsətləri qaçıra bilərik. Odur ki, lazım olan anda lazımi yerdə olmağı unutmaq olmaz.  Şansınız hər zaman üzünüzə gülsün!

 

Pozitivenerji.com Astroloji məsləhətlər verir,

Suallarınızı ünvanlaya bilərsiniz.