Azadqadin.az / Bizim kollektiv

Qadın ürəyi(TOFIQ BAYRAM)

dılay | 4-02-2017, 13:30
12 869 5

 
 Qadın Ürəyi 
 
 


Necə rəhmlidir, necə amansız,
Necə mehribandır qadın ürəyi!
Sən onu sındırsan, bil ki, a qansız,
Ağlayan kamandır qadın ürəyi.

...Güldürsən, ömürlük səadətindir,
Söndürsən, yanmağı bir də çətindir.
O, əsl qayğının, məhəbbətindir,
Sevgisiz zindandır qadın ürəyi.

Daşı da əridər, daş da olar o,
Əriyib gözlərdə yaş da olar o.
Bahar da olar o, qış da olar o,
Damladır, ümmandır qadın ürəyi.

Onunla dünyadır sənə qəfəs də,
Onsuz heç yaşama bu torpaq üstə.
Sevən bir ürəyə axır nəfəsdə
Ən gözəl dərmandır qadın ürəyi.

Onu alçaldan da, ucaldan da biz,
Dərd verib, vədəsiz qocaldan da biz.
Qədrini biləndə bu cahanda biz,
Həmişə cavandır qadın ürəyi.

Bəzən gül tək solar acı bir sözdən,
Ağlayar xəlvəti, gülsə də üzdənE
Bəzən uşaq kimi bir ürəksizdən
Məhəbbət umandır qadın ürəyi.

Bir namərd əlindən zəhər içəndə,
Keçirər ömrünü o, yas içində.
Bəzən ən qiymətli libas içində,
Nalədir, fəğandır qadın ürəyi.

Sənsiz əl çəkərəm arzudan, kamdan,

B.Fereh | 21 mart 2017 12:03 | Status: Nəzarətçi | Şərh: 6 975
Sitat: Ayka6696
qizlar kim deye biler burda yerlewdirilen elani nece silmek olur admine mesaj ata bilmirem elan yerlewdirmisem silmek isdeyirem nece edim bunu komeklik ederdizde zehmet olmasa

Xanim men silerem elaninizi.
Ayka6696 | 20 mart 2017 21:45 | Status: Qonaq | Şərh: 0
qizlar kim deye biler burda yerlewdirilen elani nece silmek olur admine mesaj ata bilmirem elan yerlewdirmisem silmek isdeyirem nece edim bunu komeklik ederdizde zehmet olmasa

[quote=Ayka6696]qizlar kim deye biler burda yerlewdirilen elani nece silmek olur admine mesaj ata bilmirem elan yerlewdirmisem silmek isdeyirem nece edim
Gülçin | 28 fevral 2017 11:35 | Status: Brilliant user | Şərh: 6 780
Çox sevirəm bu şeiri.
Bəs niyə yarımçıqdı?!
Cicim İncim | 4 fevral 2017 23:09 | Status: Gümüş user | Şərh: 2 456
Çooox sevirəm bu şeiri...
Bir daha oxumaq xoş oldu...Təşəkkürlər, gözəlim
Gül heyat | 4 fevral 2017 22:31 | Status: Şərhçi | Şərh: 370
sızlayan kamandı qadın ürəyi,

Əla şeirdi,