Azadqadin.az / Maraqlıdır

Yumurta boyamaq üçün maraqlı üsullar

dılay | 15-03-2019, 08:30
4 528 0

 

Əziz xanımlar!


 

Biz sizə yumurta boyamaq üçün bir neçə maraqlı üsul təqdim edirik:


Yumurtanın üzərinə suda isladılmış göyərti yarpağını yapışdırın, bintlə (marli və ya kapron corabla) sıx bağlayın. Sonra soğan qabığı ilə bir qazanda qaynadın.


  1. Soğanın qabığını xırda-xırda doğrayın. Qedy edək ki, blender vasitəsi ilə bunu etsəniz daha gözəl effekt olacaq. 
  2. Yumurtanı suda isladın, sonra soğan qabıqlarını yumurtanın üzərinə yapışdırın, bintlə sıx bağlayıb qaynadın. Bu zaman qazana müxtəlif rəng çalarlı hazır boya da əlavə edə bilərsiniz.
  3.  Hazır olduqdan sonra bint ve soğan qabiqlarini çıxardın və soyuq suyun altında yumurtanı yuyun. 
    yumurta boyamaq
  4. Bir stəkanda hazır rəngi həll edin. Yumurtanı rəngdə bir dəqiqə saxlayın.

  5. Sonra stəkana biraz su əlavə edib yenə bir dəqiqə gözləyin. Yumurtanın üstü su ilə tam örtülənədək bu proseduru təkrarlayın. 
    yumurta boyamaq 
    Dükanlarda yumurtalar üçün hazır trafaretlər satılır. Siz sadəcə qaynadılmış yumurtaları həmin trafaretlərə keçirdib bir neçə dəqiqəlik qaynar suya salmalısınız.
  6.  
     Bu zaman qaynar suyun təsiri nəticəsində həmin trafaret yığılıb tam yumurtanın üzərinə yapışacaq.Bir kasaya 2-3 rəng çalarında xüsusi boyadan 3-4 damcı əlavə edin və incə naxış alınması üçün nazik çöplə rəngləri qarışdırın. Sonra yumurtanın bir üzünü səliqəli formada həmin rəngə batırın.
  7.  
     Yumurtanın bir üzü quruduqdan sonra digər üzünü də bu qaydada boyaya bilərsiniz. Yumurtanı və bir ovuc düyünü isladın. Sonra isə yumurtanı düyüyə batırıb bintlə sıx bağlayın. 
  8.  
    Soğan qabığı ilə bir qazanda qaynadın. Düyüdən başqa qarabaşaqda istifadə etmək olar.Ən asan üsul yumurtaları dükanlarda satılan hazır rənglərnən boyamaqdır.