Novruz Bayramınız Mübarək, AzadQadın.azlılar!!!
Əziz AzadQadın.azlılar!!!
Yurdumuza ayaq qoyan Novruz Bayramı münasibəti ilə sizləri təbrik edirəm!
Arzum budur ki, bu novruz bayramında süfrəniz ruzili, cibiniz pullu, həyatınız su kimi saf, arzularınız isə gerçək olsun!
Novruz Bayramınız Mübarək Olsun!
Qoy bu novruz bayramının qədəmləri uğurlu, könül oxşayacaq sevincli günləri çox olsun.
Novruz şirin bayramdır. Bu bayramda sevənlər qovuşur, küsənlər baışır.
Arzum budur ki, bu novruz bayramında qəm-qüssəniz yox olsun!
Bu gözəl baharda sevincli günlər sizinlə olsun!
Novruz Bayramınız Mübarək Olsun!
Bütün AzadQadın.az userlərini bir yerə toplayırıq... Məclis qururuq :)
Böyüklü-kiçikli hər kəs gəlir və əyləşir..)) Userlərdən təbrik etmək istəyənlər ayağa durub, təbriklərinə başlayırlar ))
Gəlin, təbriklərini eşidək))
gulcin70
Mən, bütün Azadqadın.az kollektivinin hər bir üzvünü Novruz bayramı münasibətilə təbrik edirəm!
Hamıya can sağlığı, bol ruzi-bərəkət, xoş günlər arzulayıram. Allah, hər birimizi ürəyimizdəki bütün arzularımıza çatdırsın!
Bayramınız mübarək!
Qanad
Məndə bütün saytımızın üzvlərini təbrik edirəm. Bayramınız mübarək userlər!
Bu novruz bayramı hər kəsə düşərli olsun inşAllah.. Neçə belə gözəl bayramlar qeyd edək bir yerdə.
mamasının üreyi
Salam əziz və doğma bacılarım ..Sizləri bu gözəl novruz bayramı münasibəti ilə ürəkdən təbrik edirəm....
Bu bayramın tonqalı evinizi isidsin...Cibləriniz səməni kimi yaşıl olsun...Hər gününüz bayram qədər gözəl və özəl olsun....
Hər bir ağac kimi omrünüzdə çiçək açsın ..Bahar təravətli olasınız inşallah....Ğpürəm hər bir bacımı.
Təbrik edirəm hər kəsi.
sevgi istanbul
Saytımızın dəyərli userləri sizləri Novruz bayramı münasibəti ilə ürəkdən təbrik edirəm. Sizlərə və sevdiklərinizə can sağlığı, mənalı həyat arzulayıram.
Ruziniz bol olsun. Kimin ürəyində nə arzusu varsa hamısı reallaşsın.
Övladı olmayanların əkizləri olsun love. Xoş gunlər sizlərlə olsun.
Girclim, sənə çox təşəkkür edirəm 0115
Nuruş
Novruz bayramı münasibəti ilə xalqımızı və dünyada yaşayan müsəlman bacı və qardaşlarımızı ürəkdən təbrik edirəm..
Bol ruzi,xoşbəxtlik və gözəl günlər arzulayıram.
Bayramımız mübarək olsun!
Aytəkin82
Canlarım mənim!
Bayramların bayramı, sevən könüllərin, ruhumuzun, cismimizin təmizlik, paklıq bayramı münasibətilə bütün xalqımızı ürəkdən təbrik edirəm...
Can sağlığı, firavanlıq, könül xoşluğu hər zaman Sizlərlə olsun!
Bayramınız mübarək!
Ag Gul
Bütün AzadQadın.az-lıları Novruz bayramı münasibətilə təbrik edirəm. Bayram evlərinizə xoş əhval, bol nemət və firafanlıq gətirsin.
Novruz saytımıza da uğurlar gətirsin İnşAllah...Təbriklər AzadQadın.az-lılar...
Nigar
Bütün Azadqadın.az saytının üzvlərini Novruz bayramı münasibəti ilə ürəkdən təbrik edirəm.Can saqlığı, uzun ömür, gözəl bir il arzu edirəm.
Süfrələriniz bol ruzili, bərəkətli olsun.Hamı can deyib, can eşitsin.Bu il hamımıza düşərli olsun.Bayramınız mübarək!!!
Nergiz33
Mən saytımızın əsl bahar qızı, (21 martda düynana gəlmişəm) bütün saytımızın üzvlərini bayram münasibəti ilə təbrik edirəm.
Bayramınız mübarək, ürəyiniz ümidli, ümidleriniz atlı, sevdanız qanadlı, sevinciniz qatlı, süfrəniz dadlı, məkanınız taxtlı, ömrünüz bəxtli, eviniz bərəkətli olsun!
Novruz bayramınız mübarək olsun!
fea omer
Novruz... Ən sevdiyim gözəl bayram. Hər bir evdə gözəl şirniyyatlar bişəcək, uşaqlar papaq atacaq, qızlar qulaq falına çıxacaq...
ALLAHdan arzu edirəm ki, bütün hər kəs bu bayramı ruzi, bolluq içində qarşilasın.
Bu bayram hər kəsə düşərli olsun həmçinində mənim ailəmə.
Həmişə üzümüz gülsün, kədər bizdən uzaq olsun və qardaşımda əsgərlikdən sağ salamat qayıtsın.
Hər kəsin bayramı mübarək! 0123
ELİSA
Əziz AzadQadın.azlı bacılarım və qardaşlarım, Novruz bayramınız mübarək olsun...
Qoy bu təravətli Novruz bayramı süfrənizi ruzu, qəlbinizi isə xoş hisslərlə doldursun.
Sağlamlığınız möhkəm, arzularınız sonsuz, umidləriniz gərçək olsun!
Xatun
Əziz AzadQadın.az əhli! Sizləri Türk xalqalrının bayramı olan, Novruz bayramı münasibəti ilə təbrik edirəm.
Sizlərə uzun ömür, can sağlığı arzu edirəm. Novruz bayramı süfrənizi ruzu, qəlbinizi isə xoş hisslərlə doldursun.
Bayramınız mübarək!
2kalp
Qoy bu təravətli Novruz bayramı süfrənizi ruzu, qəlbinizi xoş hisslərlə doldursun.
Sağlamlığınız möhkəm, arzularınız sonsuz, umidləriniz gərçək olsun!
Novruz bayramınız mübarək!
●♥ Meley ♥●
Bayraminiz mübarək,ürəyiniz ümidli, ümidləriniz atlı, sevdanız qanadlı, sevinciniz qatlı, süfrəniz dadlı, məkanınız taxtlı, ömrünüz bəxtli, eviniz bərəkətli olsun!
Hamınıza bol-bol şəkərbura, paxlava və qoğal arzulayıram.
Aclıqdı papaq atmayın love ..
flovers
Əziz Azadqadın.az-lılar! Sizi, Bahar Bayramı olan Novruz bayramı münasibətilə təbrik edirəm.
Novruz bayramında süfrəniz bol ruzi-bərəkətli olsun...
perishka2
Mən Novruz bayramını çox sevirəm.Uşaq vaxtı anam neçə həftə qabaqdan hazırlıq görərdi.Yorğan-döşəyi atardı günün altına,biz elə sevinərdik ki...
Başlayardıq atılıb-düşməyə.Yazıq əmidostum elə hey qışqırardı ki,tökdüz yorğan-döşəyin içini heç vecimizə almazdıq.
Sonra növbə gələrdi şirniyyata.Qoz-fındıq sındırıb təmizləməkdə guya ki,kömək edərdik də.....
Birin sındıranda birini də yeyərdik.İndiki kimi hazır təmizlənmiş yox idi ki,alaq.İç düzəldəndə də gözdən oğurlanıb qaşıqla yeyərdik.
Anam sobadan hazır şəkərburaları çıxarıb növbə ilə bizə verərdi.Ehhhh ovaxtkı,bayram keçirmək hara,indiki hara.İndi hərə öz evində keçirir,amma birlikdə keçirmək yaxşıdı.Keçmiş günlər geri qayıtmaz,nə qədər etsək də.
Mən bu bayram münasibətilə bütün Azad qadın kollektivini ürəkdən təbrik edirəm,hamıya can sağlığı diləyirəm.
Üzünüzdən gülüş,süfrənizdən bolluq,evinizdən təmizlik əksik olmasın.Qoy bu bahar canınızdakı ağrı-acıları özü ilə aparsın.
Bir daha hamını ürəkdən təbrik edirəm.Girl-imə də təşəkkür edirəm ki,mənim də təbriklərimə yer ayırıb. 0109
♥Sevgi♥
Bayramımız mübarək olsun!
Allah süfrələrimizi bol ruzili,bərəkətli etsin.Xəstə insanlara şəfa versin.Bütün dua və arzularımızı qəbul etsin.Amin!
Neçə belə bayramlara,inşAllah...
SARAXATUN
AzadQadin.azlılar, Sizləri Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, bu əziz bayram günlərində hər birinizə bahar əhval-ruhiyyəsi, cansağlığı və səadət arzulayıram.
Novruz bayramınız mübarək olsun!
SEVDA
Bayramınız mübarək, ürəyiniz ümidli, ümidleriniz atlı, sevdanız qanadlı, sevinciniz qatlı, süfrəniz dadlı, məkanınız taxtlı, ömrünüz bəxtli, eviniz bərəkətli olsun!
Novruz bayramınız mübarək olsun!
Narın-Ulker
Əvvəla, hər kəsin novruz bayramını təbrik edirəm.
Hər kəsə bol ruzi - bərəkət arzu edirəm. Mən novruz bayramı dedikdə, nədənsə uşaqlıq illərim yadıma düşür.
Bayram günü yeni paltarlar geyinərdik, bayramdan bir neçə gün sonra çoxlu qonaqlar gələrdi
Evin sonbeşiyi olduğum üçün gələn hər kəs mənə pul verərdi. Novruza aid fallar var idi. Məndə bacımla fala baxmağa gedirdik. Demək hərə öz adına bir yumurta götürüb, aparıb, tövləyə qoymalıdır və yanına bir qırmızı bir də qara qələm qoyub, arzu tutmalıdır. Özüdə ki, axşam.
Bizdə ki, tövləyə qoymağa çooox qorxurduq. Bu vaxt atam gəldi və bizdən nə olduğunu soruşdu. Bizdə vəziyyəti olduğu kimi atama danışdıq.
Atam da dediki aparım mən qoyum. Canım atam bizi sevindirməyi çox sevərdi.
Səhər açıldı bacıma getdik ki, yumurtaları götürək gördük ki, yumurtaların üzərindən qırmızı xətt çəkilib.
Atam işdən gələn kimi qaçıb, xəbər verdim. Gördüm ki, atam gülür.
Sən demə atam yumurtanı ora qoyanda özü üzərinə qırmızı xətt çəkib ki, biz sevinək.
Həmdə novruz bayramının mənim üçün ən önəmli səbəblərindən biri də həmin gün canım atamın ad gününün olmasıdır.
Onda bizdə ikiqat bayram olurdu. Amma bu xatirələr mənim üçün 6 il bundan əvvəl atam vəfat etdikdən sonra bitdi.
Demək olar ki, novruz bayramında yalnızca uşaqlarıma görə gülürəm. Onlarda bu bayramın şirinliyini bilməlidirlər.
Canım mənim, məni uşaqlıq illərimə apardığın üçün çox sağol.
Xəbərində mənə yer verdiyin üçün də təşəkkür edirəm...
Röyamsan
Arzum budur novruz bayarmında qüssə-qəminiz yox olsun. Sevgi dolu nur dolu novruz qarşılayaq.
Qoy bu təravətli Novruz bayramı süfrənizi ruzu, qəlbinizi isə xoş hisslərlə doldursun.
Sağlamlığınız möhkəm, arzularınız sonsuz, ümidləriniz gerçək olsun!Hamınızı Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm!
Qoy bu yaz öz gəlişiylə hamınızın həyatına yalnız və yalnız gözəl günlər gətirsin!
boris arxan
Hər kəsi bayram münasibəti ilə təbrik edirəm. Süfrənizi ruzuli, bərəkətli olsun.
Arzum budur ki, qəm-qüssəniz yox olsun, sevginiz çox olsun!
Bayramınız mübarək olsun!




gulçin70 xala səməni qoyub bizim üçün :)
gul sevinc xanım paxlava bişirib :)
perishka2 dolma bişirib gətirib. Bəh-bəh
Banu bacı plov bişirib :)
Terane1978 qapıdan boylanaraq dedi ki:
Xanımlar, xanımlar, plovun qovurması mənlikdir :)
Aytekin82 gəlir və deyir:
Məndə üç bacı bişirmişəmeyy :)) nənəmin mənə verdiyi resept ilə :)
Aynur_Mezahirli deyir:
Məndə bulka bişirmişəm.
Şheh xala lahmacun bişirib))
Mavish mimoza salatı hazırlayıb :)
Və beləliklə, digər userlərimizdə öz bişirdikləri yeməkləri gətirirlər... winked
Daha sonra isə saytımızın qızların səsləyirlər:
Ay qızlar, ay qızlar, gəlin süfrəni qurun...
Qızlar bunu eşidəcək tez gəlirlər...
Nuruş, Nigar, Xatun, Nergiz33, Saədəcə MƏN, Sevgi, Sevgim, Röyamsan, Nazlı_Kız, Girl,
Ağ gül, Deniz, sonsuz uçurum, fea omer, sevgi istanbul
mamasının üreyi, şirin bala, cuci, dream reality, TENHA_MELEK, ELİSA, ●♥ Meley ♥●, Flovers, SARAXATUN,Gulum.
Narın-ulker, my life is music və başqaları...
Qızlar süfrəni bəzəyirlər..
İlk səməni sonra isə yeməklər :)
Birdə görürük bəylərimiz kabab bişirib gətiriblər :))
Və beləliklə, Novruzu qarşılayırıq :)
Sonda Tonqalımızz Odlanırr :)))))))))
Bayramınız Mübarək!!!!