"Nuruş" 2 il Bizimlə!!!
Bu gün saytımızın userlərindən biri olan,Redaktorumuz Nuruşumun, saytda 2 ili tamam olur...
Saytın seçilib, sevilən userlərindənsən. Mehriban, səmimi və dürüst bir qızsan.
Virtualda olsa nə yaxşı ki, tanımışam səni..)) Sən olmasan mən nə edərəm??))
Yaxşı ki, varsan və bizimləsən :0144:-yim...
:love: Saytda ki, 2 ilin mübarək!!! :love:
Bu gün Nuruşumuzun saytda iki yaşı olur tamam,
Nuruş kimi məndə bu saytdan ayrılmaram.
Nuruşu biz yaman çox istəyirik,
Bizlər Nuruşumuza bağlanmışıq yaman. :0115:
Nurkam sənə uzun ömür, can sağlığı arzu edirəm,
Mən səni saytda hamıdan çox sevirəm.
Saytdakilər kimi sənə dəyər verirəm
Mən səni bu saytda tək qoyub getmərəm. :0109:
Nurkam səni, bütün ailən ürəkdən təbrik edir
Səni böyük ailəmizdə hamı çox sevir.
Sənə hamı ailədə böyük sevgi bəsləyir
Böyük ailəmiz sənə çox dəyər verir... :love:
:winked: Keçək Nuruşumla müsahibəmə... :winked:
1. İlk öncə userlərə özünü tanıt. (Tanımayanlar üçün).
Adım-Nuranədir.27 yaşım var.Ailədə 6 nəfərik.Anam,atam,2 bacım,qardaşım və mən.İlk övlad mənəm ailədə.Sadə,gülərüz,hərkəslə yola gedən,ünsiyyət qurmağı bacaran bir qızam.Tez inciyib-küsən,amma tezdə barışan biriyəm.Heçvaxt,heçkimə yox deməmişəm.Bunu sizdə bilirsiz.Çalışdığım qədər hər kəsə yaxşılıq edirəm,qəlb qırmağı sevmirəm,əgər kiminsə qəlbini qırıramsa üzr istəməyidə bacarıram.İşləməyi çox sevirəm.İşimidə bilirsiz-Dərzi işləyirəm.
2. Nikinin mənası?))
Nikimin mənası odurki,ailədə,məktəb illərində,dostlarım,rəfiqələrim,bir sözlə kimlər məni tanıyırsa, hamı mənə Nuruş deyə müraciət edirlər.Ona görədə istədim,Azadqadin.az ailəsidə məni bu adla tanısınlar...
3. Saytımızla bağlı fikirlərin?
Azadqadin.az saytını çox sevirəm.2-ildir artıq burdayam,bu il ərzində 1 günümü belə saytsız təsəvvür edə bilmədim.Bura mənim 2-ci ailəmdir.Sizləri çox sevirəm. :0109:
4. Bəs userləri ilə bağlı fikirlərin?
Userlərimizin hərbirinə münasibətim əladır.Mənə 1 dəfə can desələr,mən onlara 10 dəfə haycan deyirəm. :0144:Deyib-gülürəm,nazları ilə oynağı çox xoşlayıram.Nə istəsələrdə onu edirəm.
5. Saytda sənə yaxın olan 5 user? Tam səmimi...
Allaha and olsun ki,düzünü deyirəm saytda sayla seçə biləcəyim user az deyil.Mənimlə yazışan və məni istəyən userlərin hər birini ayrı-ayrılıqda çox istəyirəm. :0115:Bir neçəsinin adını yazıram,yadımlar çıxanlar məni bağışlasın.Meryem Duyğu,Tenha Melek,Girl,Cuci,Nigar_,G-Damlam,Pəriş,Aytekin,Ayberq,Şokom,Lale,Nara,Naranin Ureyi(Zulya xalam),Jale xalam,Nigar(sənin bacın)Səbinə xalam,Gülcin xalam...Mehri-Ban,Sevgi,sayta əvvəl olan userlər var-onlar saytda olmasalarda feyzde yazışıram,Gulya 20,Melek,Nərgiz Love,FiDanN,Sevinc,Huseyn 80,...Bir sözlə çoxları var...Adlarını unutsamda onlar mənim ürəyimdədirlər :0109:
6. Ən böyük arzun?
Arzularım sonsuzdur.Ən böyük arzum xəyallarıda yaşatdığım Ağ atlı Şahzədəm(Porşesi olsun,əlbətdəki... :winked: )gəlsin.Bəyaz gəlinliklə valideynlərimin xeyir duası ilə evimizdən vağzalı sədaları aldında gəlin köçməyimdir.Bu gözəl arzunun reala yetməsini subay qızlarımıza arzulayıram.Amin,İnşallah...
7. Qürurundan keçə bilərsənmi?
Lazım gələrsə,bəli keçə bilərəm.Yetəri ki,nəticəsi xoşbəxtlik olsun
8.Həyatında eşitdiyin ən dəyərli söz?
Anamin mənə-Gülüm,Atamın-Qızım,qardaşımın və bacılarımım,məni sevənlərin-Nunuşum,Nurkam,Nuruşum deməsi,mənim üçün ən dəyərli sözdür
9.Xoşbəxtsənmi?
Şükür Allahımın bu gününə.Bəli Xoşbəxtəm
10. Xasiyyətin?
Xasiyyətimi bilmirsinizmi?..Heç sevmədiyim xasiyyətim,tez inciyib,küsməyimdir :winked:İnsanlarla tez ünsiyyət qurub,ələ almağı bacarıram.Deyib-gülməyənəm,Şən birisiyəm. :winked:
11. Xəyanət görmüsənmi?
Bəli,görmüşəm :recourse:
12. Xəyanəti bağışlaya bilərsən?
Bağışlamışam,amma yenədə son nəticəsi sadəcə pislik...
13. Hobin nədir?
Musiqiyə qulaq asıram,teleseriallara baxıram.Mənim üçün nə maraqlıdırsa,oda mənim hobbimdir.
14. Sayta girəndə ilk düşüncən nə olur?
İlk düşüncəm,tez mənə gələn ismarrıcları oxuyuram.Sualım vara baxıram ki,görüm məni axtaran var,ya yox :0136:
15.Həyatını bir şəkillə ifadə et.
Coşqulu,şən,gülərüz,Həyatı sevən bir qız... :winked:
16.Səni ifadə edən musiqi hansıdır?
Alişan-Sarı güllər
Röya-Səninəm
17. Ulduzların köməyi ilə səmaya nə yazmaq istərdin?
"Rəbbim,Sənə Şükürlər Olsun"
18. Səni başqalarından fərqləndirən cəhət nədir?
Fərqlənəsi elə bir cəhətim yoxdur.Hərkəs kimi bir insanam.
19. Gələcək arzularından birini de.
Özümə aid şəxsi bir İş yerimin olmasını istəyirəm
20. Həyatda ki məqsədin?
Arzuladığım kimi ailə həyatı qurub,xoşbəxt bir gələcəkdə yaşamaq üçün mübarizə aparmaq...
21. Nifrət etdiyin oğlan tipi?))
Bütün günü dişləri çöldə qalıb gülən,Danışığına,hərəkətlərinə fikir verməyən,geyimini bilməyən oğlanlardan zəhləm gedir...Oğlan dediyin,hündürboy,səliqəli və ən əsası Yakışıklı birisi olsun.Ətirdən çox istifadə etsin.10 metrədən ətirinin iyisi gəlsin.. :winked:
22. Heç kimin səndə görə bilmədiyi bir xüsusiyyət varmı?
Xeyr,yoxdur canım.Hərkəs necə,məndə eləyəm
23.Qeyri-adi bacarığın var?
Qeyri-adi bacarıq deməzdim.Amma baş verəcən hadisəni əvvəlcədən hiss edirəm və yuxuda görürəm.Gördüyüm yuxular gec-tez çin çıxır
24. Səni ən çox nə əsəbləşdirə bilər?
Yalan danışmaq...İnsanlar özlərini olduğu kimi təqdim etmirlər çox zaman.Özlərini mələk kimi göstərsələrdə,amma daxilləri tamam bir başqa olur.Necə varsansa,elədə hərkəs səni tanımalıdır.Əvvəl-axır hərşey məlum olur.
25.Ümidlərlə yaşayırsan yoxsa xəyallarla?
Ümüdüm,yalnız Allahadır.Xəyal,elə xəyal olaraq qalır çox zaman
26. Bir şəxsi sualım var..)) Məni nə qədər çox istəyirsən?))
Bu nə suladır mənə verirsən hə?...Sən bilmirsən ki,mən səni nə qədər çoxxxxxx istəyirəm?...Allah səni Xoşbəxt etsin.Bütün arzularına çatasan.
27. Suallarımdan bezmədin ki?))
Əlbətdəki,yox birdənəm.Ənsinə çox xoşuma gəldi.Tam səmimi,sevə-sevə cavablandırdım məndə...Sən mənim gözəlimsən.
Təşəkkür edirəm sənə...Çox sağ ol... :0109:
28. Və sonda mənə sözün?)
Sənə sözüm:Hər zaman belə gözəl,şən və ən əsası-ağıllı bir qız ol.Valideynlərin hər zaman sənə baxıb,qürür duysunlar.Xoşbəxt ol canım mənim.Sən buna layiq,gözəlimsən.
Keçək sənə özəl videoma..)))
İndi isə keçək xəbərdə userlərimizin təbrikinə.
Sonra isə, şərhlərdə görərik..))
Mehri-Ban.
Canım mənim səni təbrik edirəm. Sən çox yaxşı redaktorsan,ümidvaram hele uzun illər bizimlə olasan.
Sən çox dəyərli insansan. Çox mehriban və sadəsən. Səni çox istəyirəm canım... :love:
AYSBERQ
(GUN22)
Canım Nuruşum! Sayta ilk gəldiyim gündən tanıdım səni. Mənə çox dəstək oldun.
Bacardığın bütün köməklikləri etdin.
Xəbər deyə göndərdiyim xəbərlərdən, xəbəri olmayan xəbərlərimi, xəbər halına saldın. :0116:
Məni heç bir zaman pis vəziyyətdə qoymadın.
Bu bir ildə dalaşdıq, vuruşduq amma bizi bir-birimizə bağlayan bacılıq hissi ayrılmağa qoymadı bizi.
Səni təbrik edirəm, daima üzün gülsün. Bu saytda 20 ilini qeyd edəsən.
Tezliklə ailə qurub, sevdiyin şəxslə xoşbəxt xəbərlərini yerləşdirəsən saytda.
Tezliklə sənin nişan, toy xəbərlərinə şərh yazım canım bacım.
Sonda sənə xoşbəxtlik dolu həyat arzu edirəm... :0115:
Sevgilərlə Zərifə bacın...
G-Damla
Səni öz adımdan və bütün AzadQadın.az ailəsi adından ürəkdən təbrik edirəm.
2 il yox ee Hər zaman bizimlə qal Bitanem mənim.
Hər zaman AzadQadın.az-da qal gözəl bacım. Bu saytda əziyyətin hədsiz çoxdu sən bizim üçün çox dəyərlisən hər zaman bizimlə qal.
Mənimlə qal gözəl bacım Uğurların hər zaman bol olsun Amin.
Bir daha ürəkdən təbrik edirəm səni Bitanem mənim.Bu gül sənin üçündür gözəl Bacım
gulcin70
Bu gün bizim şirin-şəkər, küsəyən, ürəyi təmiz Nüranəmizin, saytda 2 ili tamam olur.
Onu bu münasibət ilə təbrik edirəm. :love:
İnşAllah növbəti xəbərdə, onu nişanlanması münasibəti ilə təbrik edək.
Deniz
Saytımızın sevimli redaktoru olan Nurusu ürəkdən bizimlə birgə keçirdiyi iki ili münasibətilə təbrik edirəm... Yaxşı tanımasamda Nurusun səmimi, səliqəli,ünsiyyətcil biri olduğuna əminəm...Ona gələcək həyatında uğurlar, bütün ömrü boyu xoşbəxt olmasını diləyirəm
Röyamsan.
Təbrik edirəm. Uğurların bol olsun canım Tam 2 ildir ki bizimləsən və bizimlə birlikdə gözəl və sevincli günlər keçirmisən.
Arzumu budur bundan sonra da gözəl günləri sevinc dolu illəri bizimlə birgə keçirəsən. Bu gün AzadQadın.az, da sənin 2-iliyini təbrik edirik.
O, gün olsun ki, 2-ilini yox 20-ilini qeyd edəsən bizimlə.
Bura kimiləri üçün xoş və əyləncəli gün keçirmək üçün gözəl bir məkan olsada.
Kimə görə adi sayt olsada sənə görə bura bir Ailədi və Səndə bu Ailənin nazlı küsəyən qızı Nuruşsan.
Melek_
Seni tebrik edirəm, istərdim ki, saytımızın ömrü uzun olsun və sən də sona qədər bizimlə addımla...
Neçə belə xeyirli illərə...
Aytekin82.
Nuruşcum, ən böyük arzum budur ki, Azadqadın.azda hər zaman səmimiliyimizi qoruyub saxlayaq.
Çünki, bu sayt hamımızın sevimlisidi...
Sənə hələ çoxlu - çoxlu birlikdəlik arzusuyla deyirəm, hər zaman bizimlə ol, Azadqadın.azla ol!
Nigar_
"Nuruşum,canım,gözəlim,bacısının mələyi...
Söz tapa bilmirəm sözün bitdiyi yer...Səni o qədər sevirəm ki,bu sevgini sözlə ifadə etmək mümkünsüz Vallahi mümkünsüz.
Bildiyim tək bir şey var səni çox amma çox sevirəm canım bacım.Allahdan sənə bu saytda daha uzun müddət qalmağı arzulayıram.
Sən olmazsan Nigarın neyləyər?"
Cuci
Canım Nuruşum, neçə belə illərini qeyd edəsən bu saytda.
Xəbərlərin bol olsun, qızıl əllərin var olsun. Səni çooox istəyirəm.
Ürəyimdə xüsusi bir yerdəsən. Hər zaman gözəl redaktələrin ilə seçilirsən.
Gözəl xəbərlərin bol olsun inşAllah. Nişan, toy xəbərini qeyd edək. Amin.
Hər şey könlüncə olsun. Allah səni xoşbəxt etsin.
Dostluqda sadiq və möhkəm birisən.
Dilərəm hər zaman belə qalasan...
Huseyn80
Nuruş canım artıq iki ildir ki, bizimləsən və çox sevinirəm.
Redaktorluğunla, bacarığınla, mehriban xasiyyətinlə özünü çox istədmisən.
Sənin bu saytda ki, iki ilini təbrik edirəm sənə bu həyatda arzularının həyata keçməsini arzu edirəm.
Birdaha təbriklər canım!!!
Nergiz love
Səni təbrik edirəm. Daima bizimlə qal. Xəbərlərin ilə bizi sevindir.
10 ilini qeyd edək inşAllah. Birdaha təbriklər!!!
FiDaN
Nuruş canım, səni ürəkdən təbrik edirəm. 5-10 ilini qeyd edək inşAllah.
Həmişə bizimlə ol. Sənin yerin başqadır saytda.
Burda və həyatında uğurlar arzu edirəm.
Təbriklər...!!!
Naranin Ureyi
Canım Nuruşum!!! Səni saytda ki, 2 ilin münasibə ilə təbrik edirəm.
Bu sayta gəldiyim gündən ən çox sevdiyim xanımlardansan.
O gün olsun ki, bu saytda sənin xoş xəbərlərini qeyd edək.
Allah səni xoşbəxt eləsin. Nəzərdən qorusun. Gün o gün olsun ki, 10 ilini qeyd edək.
My white rose
Təbriklər!
Həyatda hər şey istədiyiniz kimi olsun.
Heç bir çətinliklərlə üzləşməyəsiz. Uğurlarınız bol olsun.
Banu.
Canım mənim, ağıllı ,gözəl qızım. Sənin yerin mənim qəlbimdə ayrıdır. Öz övladıma arzuladığım bütün arzuları sənə də diləyirəm Allahdan. Xöşbəxt ol, ürəyim. Yaxşı ki, bizimləsən, yaxşı ki səni tanıdım. Səni çox lap çox istəyirəm.
İndi isə keçək sənə olan hədiyyələrimə :)
Bu boyunbağı hədiyyən :)
Bu üzük hədiyyən.))
Bu mişka hədiyyən.
Bu gül buketi hədiyyələrin..))
Birdaha Təbriklər Nurkam...
Xəbər Azadqadın.az saytına məxsusdur...!!!