Aktual / Xəbəriniz olsun!

Adımızda nələr gizlənir?

Aytekin82 | 27-08-2013, 20:00
27 773 63


Adlarda nələrin gizləndiyindən xəbəriniz varmı?

 Alimlər deyirlər ki, çox vaxt insanın xarakteri, hətta taleyi də adlardan asılı olur...

Ad zəifliyimizin və gücümüzün gizli xəzinəsidir...

Adların hecaları hesab olunur ki, adda nə qədər heca varsa, insanın həyat proqramı da bir o qədər başlıca hissələrdən ibarətdir.

Bir hecalı ad insanın bütün həyatı yeganə bir hədəfə aparır. Təəssüf ki, bizdə belə adlar yoxdu.

Iki hecalı ad- belə adı olanlar, o zaman özlərinə inamlı olurlar ki, yanlarında onlara dayaq və mayak olan kimsə var.

Üç hecalı ad- belə adı olan kişilər güclü, şəraitə tez uyğunlaşan, "sudan quru çıxan”, öz imiclərini qoruyan olurlar.

Qadınlar isə, başqalarını idarə edir, özlərinin haqlı olduqlarına inanırlar. Belələri başqalarının taleyinə qarışmamalı, onları dəyişməyə can atmamalıdırlar. Həlledici seçim etmək lazım gəldikdə, onları həmişə kritik vəziyyət cəlb edir.


Dörd hecalı ad - belə adı olanların həyatında çox şey vərdişlərdən, mənimsənilmiş qaydalardan asılı olur. Yaxınları onların həyatında mühüm rol oynayır.

Adlardakı hərflərin sayı cütdürsə, deməli kiməsə ümid etməməli, həyatda hər şeyə özü nail olmalıdır. Təkdirsə, o həmişə kimlərəsə maraqlı və cəlbedicidir.

Adımızda nələr gizlənir?


Adın ilk hərfi xarakter və temperamentdən xəbər verir.


Adın ilk hecasında - "A" hərfi olanlar, şəksiz liderdirlər. Əllərindən çox şey gəlir və başlarının üstündə kiminsə olmasını sevmirlər.

"İ" hərfi olanlar, başqalarını anlamaq qabiliyyətinə malikdirlər. İstədiklərini əldə edə bilirlər.

"O" hərfi olanlar, özünü fəda etmək qabiliyyətinə malik, sadiq insanlardır.

"U" hərfi olanlar, istedadlı amma qətiyyətsizdirlər. Təkbaşına ötüşə bilmirlər, qrup içində özlərini yaxşı hiss edirlər.


Hərflərin enerjisi .




A – intellektual, qabiliyyət, icraçılıq, zəhmətkeşlik.




B – incəlik, yardıma hazır olmaq.




V – dərrakəli, məqsədə meylli.




Q – analitik qabiliyyət, inandırma qabiliyyəti, siyasətçilik.


Ğ – mülayimliklə rasionallığın vəhdəti.




D – xeyirxahlıq.




E – fanatizm.

Ə – hədəfə meyl, açıqürəklilik.




J – bədii zövq, diribaşlıq.




Z – natiqlik, mətanət, israrlılıq.




İ – rasional, artistizm.




I – ağır oturub batman gələn, gec inanan.

(Bəzi adlar olur I hərfi ilə başlayan məs:Irmaq,Iraz kimi)




Y – müəllimliyə meyl, özünə inamsızlıq, vasvasılıq.




K – inandırmaq gücü, ədalətlilik, qapalılıq.




G – güzəştə meyllilik, sərbəstlik.




L – rahatlığa hədsiz meylilik.




M – səfərbərlik, məcaraçılıq.




N – qapalılıq.




O – prinsipiallıq və mühafizəkarlıq.


Ö – öz yolu və qətiyyətli olan.




P – məqsədyönlülük və həyatsevərlik.




S – emosionallıq.




T – ixtiraçılıq, dəyişkənlik.




U – istedadlılıq, mühafizəkarlıq.




F – intuitivlik, təşkilatçılığa meyllik.


Mən yoxladım, uyğunluq var))) Sizdə necə???


@Xəbər azadqadin.az saytına məxsusdur, istifadə edilərkən istinad mütləqdir.


Redaktə etdi: Gunewim


Amma mən deyərdim ki, xəbəri yenidən işləyib, baxımlı əlavələrlə (şəkillər Günəşimə məxsusdur) sizlərə təqdim etdi: Gunewim

Aytekin82 | 28 avqust 2013 14:50 | Status: Brilliant user | Şərh: 6 586
Sitat: Xeyale05
mence mentiqsiz bir yanasmadi.adimi kimlerse qoyur da.bele cixr ki kimse bizim xarakteri ya tempramneti mueyyenlesdirir???


Xeyr, söhbət onnan gedir ki, sənin adını qoyannar niyə Xəyalə qoyublar, Sevinc qoymuyublar?))))



Sitat: Torpaq
Sitat: Gunewim
Her defe qizini profilde gorende uzumde tebessum yaranir masallah gozel usaqdi

a_a_a__men onun ele ozu bilirem axi)))

xebere gore de her ikinize tesekkur_)))


Ay mənim əzizlərim, profilimdəki şəkil qızım deyil eeee)))
Mənim ən çox sevdiyim aktrisanın şəklidü))))
Xeyale05 | 28 avqust 2013 13:36 | Status: Şərhçi | Şərh: 273
mence mentiqsiz bir yanasmadi.adimi kimlerse qoyur da.bele cixr ki kimse bizim xarakteri ya tempramneti mueyyenlesdirir???
Torpaq | 28 avqust 2013 13:29 | Status: Professional user | Şərh: 3 570
Sitat: Gunewim
Her defe qizini profilde gorende uzumde tebessum yaranir masallah gozel usaqdi

a_a_a__men onun ele ozu bilirem axi)))

xebere gore de her ikinize tesekkur_)))
Rako | 28 avqust 2013 13:10 | Status: Qonaq | Şərh: 0
Bes R herfi haradadir.butun herfler var r dan bawqa
Omrum 2mizin | 28 avqust 2013 12:33 | Status: Qonaq | Şərh: 0
tewekkulrer
Princess_93 | 28 avqust 2013 11:43 | Status: Brilliant user | Şərh: 5 877
Canim. Cox tewekkurler ama R herfi niye yoxdu ki
Just me | 28 avqust 2013 11:26 | Status: Professional user | Şərh: 1 296
Sitat: Aytekin82
Canlarım mənim, bəyəndiyinizə çox sevindim)))

Xəbərin belə gözəl alınmasının əsas səbəbkarı Gunewimdi)))
Aliyeva | 28 avqust 2013 11:06 | Status: Yazar | Şərh: 4 036
N – qapalılıq.
seva 1515 | 28 avqust 2013 10:29 | Status: Qonaq | Şərh: 0
R YOXDU YOXSA GOZUM ZEIFLIYIB???????////
svetlana | 28 avqust 2013 08:53 | Status: VİP user | Şərh: 544
Qadınlar isə, başqalarını idarə edir, özlərinin haqlı olduqlarına inanırlar. Belələri başqalarının taleyinə qarışmamalı, onları dəyişməyə can atmamalıdırlar. Həlledici seçim etmək lazım gəldikdə, onları həmişə kritik vəziyyət cəlb edir.
Razılaşıram qismən))
Aytekin82 | 28 avqust 2013 08:50 | Status: Brilliant user | Şərh: 6 586
Canlarım mənim, bəyəndiyinizə çox sevindim)))

Xəbərin belə gözəl alınmasının əsas səbəbkarı Gunewimdi)))
NURLU | 28 avqust 2013 07:59 | Status: Professional user | Şərh: 5 552
xeber eladi,uyqunluq coxdu,twkler yorulmayasiz
Leyla. | 28 avqust 2013 01:09 | Status: Professional user | Şərh: 2 597
MARAQLI IDI TEWEKKURLER.
Seyidli | 28 avqust 2013 00:55 | Status: Yazar | Şərh: 2 706
Adın ilk hecasında - "A" hərfi olanlar, şəksiz liderdirlər. Əllərindən çox şey gəlir və başlarının üstündə kiminsə olmasını sevmirlər.
-İntellektual, qabiliyyət, icraçılıq, zəhmətkeşlik.
– xeyirxahlıq.
- başqalarını anlamaq qabiliyyətinə malikdirlər. İstədiklərini əldə edə bilirlər.

Xəbər əladı, xoşuma gəldi!
ayka 51210 | 28 avqust 2013 00:52 | Status: Şərhçi | Şərh: 229
Uygunluq yoxdur
ayruska | 28 avqust 2013 00:34 | Status: Professional user | Şərh: 3 978
ay canim ne gozel xeber hazirlamisan
Qanad | 28 avqust 2013 00:15 | Status: Yazar | Şərh: 4 357
NE GOZEL XEBER HAZIRLAYIBLAR.HEM DE MARAQLIDIR.
Aytekin82 | 27 avqust 2013 23:52 | Status: Brilliant user | Şərh: 6 586
Öz adımda çox uyğun gəldiyi üçün bu xəbəri sizlərçin yazdım))))
indra | 27 avqust 2013 23:50 | Status: VİP user | Şərh: 908
Hardasa Uygunliq var
Lumia | 27 avqust 2013 23:45 | Status: Professional user | Şərh: 5 378
Menim adimda qismen uygun gelir,tesekkur.
Nermine1 | 27 avqust 2013 23:33 | Status: Gümüş user | Şərh: 673
bu haqda bilmirdim.yenilik oldu menim ucun.sag ol Gunesim
OZ_DUNYAMIZ | 27 avqust 2013 23:20 | Status: Gümüş user | Şərh: 1 205
sen zibile baxee butun herfler var tek R den basqaa
viska | 27 avqust 2013 23:18 | Status: VİP user | Şərh: 512
U herfi menimki tamamile doqrudur. cox tewkkurler.
Asya Qurbanova | 27 avqust 2013 22:57 | Status: Gümüş user | Şərh: 715
tesekkurler A herfidi mende deqiqi duz deyil
Aytekin82 | 27 avqust 2013 22:45 | Status: Brilliant user | Şərh: 6 586
Ayyyy Xəbəri bir nəfəsə elə oxudum ki...hələ də inana bilmirəm ki, bu mənim göndərdiyim xəbərdi.
Gunewim, canım, əllərinə sağlıq. Bu qədər zəhmət çəkibsən. OK veriləndə həmişə xəbərimə baxıram. İnan ki, o anda yanımda olsaydın əllərinnən öpərdim. Çox, çox, çox sağ ol!


Həəəə bir də R hərfi mənbədə də yox idi))))


Mayak - yəni yol göstərən)))
la ilahə iləllah | 27 avqust 2013 21:52 | Status: Qonaq | Şərh: 0
l hərfi və 2hecalı ad uygundur.
Gulum-1981 | 27 avqust 2013 21:31 | Status: Qonaq | Şərh: 0
BES '' R'' HERIFI HANII
gunes batarken | 27 avqust 2013 21:18 | Status: Professional user | Şərh: 958
c herfi yoxdur olsa deqiq bilerdim ama hardasa uyqunluq var tesekkurler
Beren | 27 avqust 2013 21:13 | Status: Professional user | Şərh: 3 214
A – intellektual, qabiliyyət, icraçılıq, zəhmətkeşlik.

Adın ilk hecasında - "A" hərfi olanlar, şəksiz liderdirlər. Əllərindən çox şey gəlir və başlarının üstündə kiminsə olmasını sevmirlər.

İki hecalı ad- belə adı olanlar, o zaman özlərinə inamlı olurlar ki, yanlarında onlara dayaq və mayak olan kimsə var.

Mayak nə deməkdir?
Maraqlı idi.Biraz uyğunluq var.Təşəkkürlər canım.
Ayan | 27 avqust 2013 20:57 | Status: Şərhçi | Şərh: 184
i herfi,3 hecali uygunluq var.Maraqlidir.Ayka,tewekkur