Aktual / Xəbəriniz olsun!

Məşhur müğənnilərimizin biabırçılığı

Aynur_Qurbanqizi | 10-11-2012, 13:00
9 699 72

 

                                                              Öndə gedənlərimiz bunlardırsa, vay bu vətənin halına

 

 

Bunlar bizim öndə gedənimizdir?

Bayraq - hər dövlətin, millətin varlığını sübut edən əsas rəmzdir.

Təsadüfi deyil ki, tarixən döyüşlərdə bayraq öndə aparılıb, idman yarışlarında qalib ölkənin bayrağı qaldırılıb. Onun təhqir edilməsi bağışlanmaz hal hesab olunub.

Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı – Dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Özünü azərbaycanlı adlandıran hər bir vətəndaşın üçrəngli bayrağımızın rəmzini bilmək borcudur.

9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Təsadüfi deyil ki, çoxlarımız Bayrağımızın rəngləri və mənasını, gerbimizdə olan nişanların mənasını, himnimizin musiqisini və yazarını, kim tərəfindən, nə zaman hansı şəraitdə yaradılmasından xəbərsizik.

Azərbaycan bayrağından kliplərində istər geyim kimi, istərsə də dövlət atributu kimi istifadə edən müğənnilərimiz var. Aralarında bir neçə dəfə bayrağı tərs şəkildə tutanlara da rast gəlmişik.

Lent.az Azərbaycanın bir neçə müğənnisinin bayraqla bağlı bilgilərini sorğulayıb. Aldığımız cavabları olduğu kimi sizə təqdim edirik:

"Yeni Ulduz-7” müsabiqəsinin qalibi Çingiz Mustafayev: "Mən bildiyim qədəri ilə belə olmalıdır: mavi-dəniz, qırmızı-od, yaşıl-ot... Ay-ulduzların mənasını isə bilmirəm. Bir dəfə demişdilər, yadımdan çıxıb. Türkiyənin bayrağında da ay-ulduzlar var. Xatırlaya bilmirəm”.

Heç kimi bəyənməyən müğənni Əli Mirəliyev: "Hər bir ağıllı adam bu 3 rəngin mənalarını bilir. Mən dəqiq yalan deyərəm, amma bildiyim qədər, belədir: mavi - səmanı, qırmızı - Novruz bayramının gəlişində təbiətinin rənginin dəyişməsi, qırmızı rəngə boyanması, al-əlvanlığı göstərir. Yaşıl – ot, çəmənliyi göstərir. Ay-ulduz isə oğlan və qıza işarədir. Ümumiyyətlə, bayrağımızın hər bir mənası, səmaya, Allaha, təbiətə işarələr verir”.

Əməkdar artist Elza Seyidcahan: "Qırmızı - qovuşmaq, Yaşıl - islam bildirir. Mən həm də onu dirçəliş kimi deyirəm, canlanmanı göstərir. Mavi - türkçülüyümüzü, ay-ulduz Azərbaycanın xoşbəxtliyini bildirir”.

Müğənni Elariz Məmmədoğlu: "Mavi - türkçülük, qırmızı - müasirlik, yaşıl - islamı bildirir”.

Xalq artisti Səməd Səmədov: "Azərbaycan bayrağı Ginnesin rekordlar kitabına düşüb. Ən böyük bayraq bizdədir”. Bayraqdakı rənglərin mənalarını soruşduqda isə Səməd Səmədov telefonu qapatdı. Bir neçə dəqiqədən sonra yenidən zəng etdik: "Mavi - türkçülük, qırmızı - müasirlik, yaşıl - islamçılıq. Ay-ulduzun mənasını isə bilmirəm. Qoca kişiyəm, siz deyin, mən bilim”.

Müğənni Ayan Babakişiyeva: "Mavi - müasirlik, qırmızı - türkçülük, yaşıl - islamiyyəti bildirir”.

Günel Ələkbərova (Pişik Günel): "Mavi, yaşıl qırmızı rənglərdən ibarətdir. Yaşıl - müsəlmançılığı bildirir. Qırmızı... qırmızı nədir? Mavi... nə bilim. Siz birisinizsə, mənim yerimə yazın”.

Stilist Samiraldo: "Bütün xalqımızı bayram münasibəti ilə təbrik edirəm. Yaşıl rəng - islam dinini bildirir. Qırmızı - alov, Mavi - səmadır. Ola bilər, mən düz deməyim. Çünki oxumamışam”.

Rəqqasə Oksana: "Yaşıl - deyəsən islam, qırmızı - Türk cümhuriyyətinin...”

Əməkdar artist Ədalət Şükürov: "Mavi - türkçülüyümüzü, Qırmızı - şəhid olanların qanı, Yaşıl - islam dinini bildirir”.

Opera müğənnisi Ülvi Qılınc: "Qırmızı - şəhidlərin qanıdır. Mavi - dinin, Yaşıl - yadımdan çıxıb”.

Xalq artisti Bilal Əliyev: "Mavi - türkçülük, qırmızı - müstəqillik, yaşıl – islamı bildirir. Bir dəfə mən yuxuda aypara gördüm. Mənə dedilər ki, bu Allahın nuru deməkdir. Sonra mən çox kitablar oxudum. Öyrəndim ki, bir çox İslam ölkələrinin bayrağında aypara işarəsi var”.

Müğənni Əlikram Bayramov bir müddət telefonla bizimlə danışdı. Sualı səsləndirdikdən sonra isə "səsimizi eşitmədiyini” söyləyib, telefonu qapatdı.

Beləliklə, yaşadığı ölkənin əsas atributunun mənası bilməyən şou-biznes nümayəndələrinin nəzərinə!

- Azərbaycanda üçrəngli dövlət bayrağı 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilib. 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti süqut etdikdən və Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanda bu bayraqdan imtina edilib. Bu bayraq ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa edilib və Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilib. 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxıb və üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verib.

Azərbaycan Respublikası Konstitusiyasının 23-cü Maddəsində (Azərbaycan dövlət rəmzləri haqqında) bildirilir:

"Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir.

Mavi rəng - Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng - islam sivilizasiyasına mənsubluğunu ifadə edir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilib. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir”.

Qırmızı rəngin üzərində ortada aypara və səkkizguşəli ulduzun təsviri verilib. Tarixçilərin bildirdiklərinə görə, Xalq Cümhuriyyəti tərəfindən üçrəngli bayraq dövlət bayrağı kimi qəbul olunanda orada rənglərin nəyi ehtiva etdiyi göstərilsə də, aypara və səkkizguşəli ulduzun mənaları açıqlanmayıb. Bayrağın üzərindəki aypara və səkkizguşəli ulduzun mənaları barədə müxtəlif fikirlər var.

Aypara bir vaxtlar Bizans imperiyasının paytaxtı Konstantinopolun gerbi olub. İstanbulun fəthindən sonra həmin gerb Osmanlı tərəfindən islam dininin bir rəmzi kimi qəbul edilib və həmin dində olan başqa xalqlara da keçib.

Tarixçi Cəbi Bəhramov: "Bayrağın üzərindəki aypara türk xalqlarının simvoludur", – deyə bildirir. Səkkizguşəli ulduzun mənasına gəlincə bu, "Azərbaycan" sözünün əski əlifbada yazılışı ilə bağlıdır. Belə ki, əski əlifbada "Azərbaycan" sözü səkkiz hərflə yazılır.

Tarixçi alim Cəmil Həsənli bildirib ki, ay-ulduz türk simvolları hesab olunur. Qədim türk mifologiyasına görə, ulduzların sayı həmin xalqların taleyində rol oynayır. Ulduzlar səkkiz guşə kimi düzüləndə, həmin xalqın taleyində xoşbəxt hadisə baş verib".

Səkkizguşəli ulduzun mənasını AMEA-nın dissertantı Akif Məmmədli belə açıqlayıb: "Rəsulzadə dövlətin prinsiplərini müəyyənləşdirərkən 8 prinsipə əsaslanıb: bunlar türkçülük, islamçılıq, çağdaşlıq, dövlətçilik, demokratiklik, bərabərlik, azərbaycançılıq və mədəniyyətlilikdir".


ESMERRi | 24 mart 2016 18:52 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: Mako
Bunu butun mekteb uwaqlari bilir onlara ar olsun .hec olmasa ayda bir defe teqvime baxsinlar ki hansi bayram var ,indi internet deyilen bir wey var ordan oxusunlar ki,utanmayalar camaatin qarwisinda
Cicim İncim | 22 oktyabr 2015 23:21 | Status: Gümüş user | Şərh: 2 457
Sitat: Mako
Bunu butun mekteb uwaqlari bilir onlara ar olsun .hec olmasa ayda bir defe teqvime baxsinlar ki hansi bayram var ,indi internet deyilen bir wey var ordan oxusunlar ki,utanmayalar camaatin qarwisinda
N....N92 | 1 dekabr 2014 16:42 | Status: Professional user | Şərh: 4 352
.Təşəkkürlər.
Nergiz love | 20 mart 2014 20:57 | Status: Professional user | Şərh: 7 871
AAAAAAAAAAAAAA
Mako | 23 oktyabr 2013 07:52 | Status: Qonaq | Şərh: 0
Bunu butun mekteb uwaqlari bilir onlara ar olsun .hec olmasa ayda bir defe teqvime baxsinlar ki hansi bayram var ,indi internet deyilen bir wey var ordan oxusunlar ki,utanmayalar camaatin qarwisinda
deniz kizi | 20 iyul 2013 14:07 | Status: Qonaq | Şərh: 0
bunu bilmeyenlere ar olsun
Inci deniz | 27 may 2013 11:45 | Status: Yazar | Şərh: 2 379
Yeqin kibu mugenniler hec olkemiz haqda hec neden xeberdar deyiller.
Beren | 4 fevral 2013 18:28 | Status: Professional user | Şərh: 3 214

Ne sesleri var nede ki,savadlari.
Bezilerini cixmaq sertile.Natavan Hebibini.Ferqlenir.Ozunude sesini de beyenirem.

meryem30 | 10 yanvar 2013 19:59 | Status: Şərhçi | Şərh: 156
temiz biyabirciliqdi
PrEnSeS_ | 2 yanvar 2013 12:02 | Status: VİP user | Şərh: 554
bir verlis var adi basla gorekdi ora artisitler muqenniler gelir nece sait onu bele bilmirler ne olsun muqenidirler?
Feriha. | 26 noyabr 2012 17:09 | Status: Professional user | Şərh: 4 746
Sitat: feriha
ne olsun ki mugennisiniz.
KoBrA | 16 noyabr 2012 18:55 | Status: Şərhçi | Şərh: 115
N.Lady,
Bugune kimi duwunmeden hereket elememiwem...! Ve neyi nece yazacagimida sizden orgenecek deyilem...!
Feriha. | 16 noyabr 2012 18:51 | Status: Professional user | Şərh: 4 746
Sitat: taclinsel
ne olsun ki mugennisiniz.
taclinsel | 16 noyabr 2012 12:02 | Status: Qonaq | Şərh: 0
bilikli ve savadli olmaq hamiya lazimdir.ne olsun ki mugennisiniz.
G-----16 | 13 noyabr 2012 11:37 | Status: Gümüş user | Şərh: 2 227
Sitat: AsyaВ Qurbanova
ELARIZIN BASI KECEL OLSADA SACLILARDAN AGILLIDI

:n3:
Asya Qurbanova | 13 noyabr 2012 00:13 | Status: Gümüş user | Şərh: 715
ELARIZIN BASI KECEL OLSADA SACLILARDAN AGILLIDI
casiye 45 | 12 noyabr 2012 21:42 | Status: Gümüş user | Şərh: 1 449
N.Lady,
her kesin oz fikri var,xahiw edirem sizde her kesin fikrine hormet edin.Ikinci bir terefdende sizle men taniw deyilem ki, mene sen diye muraciet edirsen.[b][/b]
Qaracaqiz | 12 noyabr 2012 12:53 | Status: VİP user | Şərh: 1 882
müqənnilər başqa onlara sərf edənləri yaxşı bilirlər.Onları nə bayraq nədə xalq maraqlandırmır, onlar üçün önəmli olan pul qazanmaq və televiziyada ozlərini reklam etdirməkdir.
rosee | 12 noyabr 2012 01:39 | Status: Professional user | Şərh: 1 850
seva-azer,

incisin da beledeki eri mireliyev kimdi
_Peri_ | 11 noyabr 2012 22:18 | Status: Gümüş user | Şərh: 1 662
twk
yerbezeyi | 11 noyabr 2012 21:23 | Status: Şərhçi | Şərh: 198
mən neçə dəfə öyrənmişəm yaddan çıxır.yenə öyrəndim.tşk
medis | 11 noyabr 2012 18:34 | Status: Qonaq | Şərh: 0
GOR NE GUNDEDIRLER DA. :n12:
KoBrA | 11 noyabr 2012 12:25 | Status: Şərhçi | Şərh: 115
Burda dovlet hokumet ayri seckiliyi edirsiz. niye? sebeb? bu dovletdi duzdu dogma vetenimizdi Azerbaycanliyiq! bu danilmaz faktdir amma gelin razilawin ki, bu dovleti batiran ele vizim xalqimizdir. bir birinin ayaginin altini qazimaqdan bir birine talkaw vermekden 20 ildir bir torpagi qaytara bilmirler bacarmillar... Cingiz Mustafayev. milli qehremanimiz, unudulmaz insan, o gosterdi bizim torpaqlarin nece aliwini, Wuwani nece qoyub qacdigimizi. yalandir? indi hansi dovlet ugrunda mubahise edirsiz? bizim dovletde diger inkiwaf etmiw dovler kimi bir dovletdir bes niye onlardan gerideyik? cunki bir birimizin ayaginin altini qazimaqdan ireli getmeye vaxt tapmiriq... nece nece igidlerimiz wehid duwur bu torpaqlar ugrunda analarimiz goz yawi agidir, amma bezi oglanlar vururlar boyunlarinin arxasina qacirlar esgerlikden, bizim dovletde buna werait yaradir. pul nedir pul? bele yerde deybler,

VARLININ PULU VAR CANI SAGOLSUN!
KASIBIN CANI VAR VETEN SAG OLSUN!

Bugun sabah muharibe bawdiyan kimi kasib gencler qurban gedecek yene varlilar oglanlarini qacirdacaq gozu yawdi qalan ana ana deyil? bucur dovlet ugrunda indi mubahise aparirsiz burda

casiyeВ 45, dogru soyleyir. Dinimi deyiwmerem! AMMA YERI GELSE VETENDAWLIGIMI DEYIWEREM!
casiye 45 | 11 noyabr 2012 12:03 | Status: Gümüş user | Şərh: 1 449
Sitat: zoluwka
Azerbaycan adinda qeribe nese var? belke yaxwi ad tapmisiz deyin deyiwekmence utanilacaq veziyyetdi.men her zaman bilmiwem soruwandada cavab vermiwem.Himni ezber bilirem.sozleri Ehmed Cavadin musiqisi Uzeyir Hacibeyovundu.

:n26:
Sitat: seva-azer
Siz deyesen dovletle hokumeti sehv salirsiz. sizin bunlardan neyiniz qaldi?

Qizlar men sizin kimi vetenperver deyilem neyleyim..Men dinimi hec vaxt deyiwmerem,cunki 12 Imam vurgunuyam,,ama vetendawligimi seve seve deyiwerem
Sekine Hesen | 11 noyabr 2012 10:01 | Status: Gümüş user | Şərh: 3 113
ne deyesen saadsizcasina cixib oxuyurlar,sorada vetenimi sevirem deyirler
sevinc keder | 11 noyabr 2012 02:02 | Status: Professional user | Şərh: 3 818
aa birdefe himnimizin bestekarlarini soruwmuwdular hecbiri bilmemiwdi eee semed semedov ise yaman eseblewmiwdi ki biz bilmediklerimizi gerek efire verib pert edesiz bizi :n3: ancaq ele toylara getmeyi bilirler
gulya20 | 11 noyabr 2012 01:54 | Status: Professional user | Şərh: 4 678
Bunlardan basqa ne gozleyirdizki?
leylawka | 10 noyabr 2012 23:58 | Status: Professional user | Şərh: 1 866
yaxsidir göy rengi -dollar demekdir- demeyibler wink
Seva-Azer. | 10 noyabr 2012 23:48 | Status: Qonaq | Şərh: 2 351
Sitat: rosee

zehlem gedir hamisindan hecbirinin perestiskari deilem.

eyib deyil, Eli mireliyev inciye biler
rosee | 10 noyabr 2012 22:03 | Status: Professional user | Şərh: 1 850
zehlem gedir hamisindan hecbirinin perestiskari deilem.