Aktual / Xəbəriniz olsun!

Mətbuatın gündəmində olan maraqlı xəbərlər

Aynur_Qurbanqizi | 7-10-2012, 12:00
2 953 44

 

 

Qara gözələ-Rihannaya centlmen şam yeməyi təklif edən nazir balası kimdir?

Artıq Bakıda olan və dünən ilk məşqini keçirən dünya şğhrətli müğənni elə dünən sevgi mesajı alıb.Adının çəkilməsini istəməyən mənbə bildirib ki, dünən məşq zamanı müğənni nazirlərimizdən birinin oğlundan 4 milyon müqabilində şam yeməyi dəvəti alıb.Müğənninin təklifə təbəssümlə cavab verdiyi bildirilir.Amma onun mikrofona "no" dediyi də xəbər verilir.( Xəbəri dəqiqləşdiririk).Xatırladaq ki, may ayında "Eurovision 2012" müsabiqəsinin keçirildiyi "Bakı Kristal Zalı"nda şənbə günü konsert proqramı ilə çıxış edəcək.R&B şahzadəsi, beynəlxalq mükafatların, o cümlədən iki "Qremmi" mükafatının sahibi Bakıdakı çoxsaylı pərəstişkarlarını hit mahnılardan ibarət eksklüziv şou ilə sevindirəcək. Rihanna ilə birlikdə ABŞ-dan Bakıya müğənninin 80 nəfərlik komandası da gəlib.Rihannanın Bakıdakı konsertinə müxtəlif ölkələrdən müğənninin çoxsaylı fanatlarının gələcəyi gözlənilir.Rihannanın Bakı konserti musiqi sənayesində piratçılıq ilə mübarizəyə həsr edilib.Konsert "Universal Music Group"un Azərbaycandakı nümayəndəsi "Omnikomo Music Group" şirkəti tərəfindən təşkil edilib.


Övladlarının hansı hərbi hissəyə düşdüyünü öyrənmək istəyənlərin nəzərinə!

 Hərbi çağırışçıların Müdafiə Nazirliyinin hərbi hissələrinə bölüşdürülməsi prossesi başa çatıb. Siyahılar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon və şəhər şöbələrinə göndərilib. Müdafiə nazirliyinin mətbuat xidmətindən   verilən məlumata görə, valideyinlər öz övladlarının hansı hərbi hissələrə düşdükləri barədə məlumatları həmin şöbələrdən öyrənə bilərlər.Əlavə məlumat almaq istəyənlərdən Müdafiə Nazirliyinin aşağıdakı qaynar xəttinə zəng etmələri xahiş olunur.

539-23-55
539-61-10
539-90-28

Dəhşət: borcu ödəyə bilməyəni bişirib yedilər


Yaponiyada aldığı borcu ödəyə bilməyən kişini qətlə yetirən üç cinayətkar bununla kifayətlənməyərək vəhşətə əl atıb.
Onlar qurbanlarının ətini qızardaraq yeyiblər.Milli.Az Yomiuri-yə istinadən bildirir ki, üç manyak cinayətkar 2009-cu ildə borcunu ödəməyə bilməyən 36 yaşlı kişini çəkiclə başından vuraraq qətlə yetirəndən sonra şaqqalayıb və tikələrə böləndən sonra plastik qablara yığaraq soyuduculu anbarda gizlədib.
3 il soyuducu kamerada saxlanmış cəsəd tikələrini üç cinayətkar bu yaxınlarda kameradan çıxarıb, doğrayıb və manqalda qızardaraq yeyib.
Daha sonra onlar yerdə qalan "ət"in xarab olmaması üçün ondan sosiska hazırlayıb yenidən soyuducu kameraya qoyublar.
Polis manyakları həbs edib.
Onlardan biri günahsız olduğunu deyib.

Qadınlar üçün: dikdaban ayaqqabıda necə gəzməli?


Dikdaban ayaqqabı geyinmək hər qadının istəyidir və xanımlar bu istəklərini təbii ki, gerçəkləşdirirlər.
akin xanımlar dikdaban ayaqqabı geyəndə ayaqları ağrımaqla yanaşı, yerişində də qüsurlar yarana bilər.

Milli.Az The Daily Mail-ə istinadən bildirir ki, Britaniyanın məşhur ortopedlərindən biri Martin Bell dikdaban geyməkdən xoşlanan qadınların "iş"ini asanlaşdırmağa çalışdığını deyib.

O, qadınlara dikdaban ayaqqabı geyməyi öyrətmək niyyətindədir.

"Qadınlar ilk əvvəl unutmamalıdırlar ki, dikdaban ayaqqabıda gəzəndə dik durmalı, bellərini əyməməli, ləngər vurmamalıdırlar. Hərgah qadınlar ayaq, xüsusilə də baldır əzələlərinin ağrımalarını istəmirlərsə, rəvan yeriməyə çalışmalıdırlar", - Bell deyib.

Vitamin əlifbası...


Qeyd etdiyimiz kimi, B qrupuna çoxlu vitaminlər (B1, B2, B3, B6, B9, B12 və s.) daxildir, onlar bitki və heyvan mənşəli bir çox məhsulların tərkibində olur.
B2 vitamini

B2 vitamini (riboflavin) hüceyrə daxilində karbohidratlarla bağlı reaksiyalarda, yəni enerji yaradılmasında iştirak edir.

Onun çatışmazlığı dil və dodaqlarda gərginliyə, dərinin quruluğuna, həmçinin əsəbiliyə, tremora, yuxusuzluğa və baş gicəllənməsinə səbəb ola bilir. B2 vitamini selikli qişanın sağlamlığına dəstək verir.

B3 vitamini

B3 vitamini (niatsin, nikotin turşusu) sağlam qana və qan dövranına, əsəb sisteminin normal fəaliyyətinə dəstək verir.

Mənbələri axtalar (qurudulmuş meyvələr), yer fındığı, ət, qaraciyər, böyrək və s.-dir.

Defisiti ürək bulanmasına, iştahın küsməsinə, mədədə və 12 barmaq bağırsaqda xoraya, dermatitə, depressiyaya, yuxusuzluğa, başağrısına və yorğunluğa səbəb olur.

B3 vitamininin çatışmazlığı daha ağır hallarında pellaqra xəstəliyinə səbəb olur. Bu xəstəlik qida rasionunda qarğıdalı bitkisindən daha çox istifadə edən xalqlarda rast gəlinir.

B5 vitamini

B5 vitamini (pantoten turşusu) karbohidratarın və yağların həzmində iştirak edir, əsəb və immun sistemini formalaşdırır, həmçinin böyrəküstü vəzinin (sekresiya vəzi) işində iştirak edir.

Bu vitamin əksər məhsullarda var və bağırsaqda hasil olur. Defisitinə az rast gəlinir, lakin aşağı səviyyəsi böyrəküstünün işinə əngəl yarada, başağrısına, yorğunluğa, yuxusuzluğa, ürək bulanmasına və stress zamanı qarında ağrıya səbəb ola bilər.

B6 vitamini

B6 vitamini (piroksidin) bir sıra amin turşularının həzmində, infeksiyalara qarşı antitellərin hazırlanması zamanı immun sisteminin fəaliyyətində iştirak edir.

Onun qırmızı qan hüceyrələrinin yaranmasında, karbohidratlarla yağların həzmində rolu var. Bir çox qida məhsullarında rast gəlinir.

B6 vitamininin çatışmazlığı aterosklerozun inkişafına və immunitetin aşağı düşməsinə səbəb ola bilir.

B9 vitamini

B9 vitamini (foli turşusu) B12 vitaminin qırmızı qan hüceyrələrinin yaradılmasında düzgün işləməsi, karbohidratlar, yağlar və zülalların həzmi üçün vacibdir.

Suda həll olunan bu vitaminin mənbələri qaraciyər, böyrək, yaşıl tərəvəz, xəmir mayası, meyvələr, təmizlənməmiş buğda və s.-dir.

Defisiti anemik yorğunluğa, yuxusuzluğa, yaddaşsızlığa və hər şeydən qıcıq qapmağa səbəb olur. Hamiləliyin sağlam keçməsi üçün bu vitamin qadınlar üçün xüsusilə vacibdir.

Adətən bu vitaminin defisiti psixi sarsıntılarla, depressiya ilə üzləşən adamlarda rast gəlinir.

"Ekspress" qəzeti

Həkim modabaz qızlara xəbərdarlıq etdi


Geyim rahat, praktik və keyfiyyətli olmalıdır. Bu barədə "Эхо" qəzetinə açıqlamasında həkim Afət Mirzəyeva bildirib.
 
Geyim seçərkən ilk növbədə, onun hansı parçadan tikilməsinə diqqət etmək lazımdır. Təbii parçadan paltar geyinmək lazımdır. Misal üçün pambıq parçalar heç bir allergiya yaratmr. İndi bizim mağazalarımızı "bəzəyən" sintetik parçalar isə allergiya yarada bilər. Ürək-damar sistemi xəstəliyindən, bronxial astmadan əziyyət çəkən adamların sintetik materialdan paltar geyinməsi məsləhət görülmür", - o əlavə edib.

Onun sözlərinə görə, bir çox qadınlar hündür dabanlı ayaqqabılar geyinməyə üstünlük verirlər, hesab edirlər ki, bu ayaqqabı onları daha gözəl göstərir.

"Unutmaq olmaz ki, gün ərzində hündür dabanlı ayaqqabı geyinmək yastıdabanlığa, damar genişlənməsinə, onurğanın yüklənməsinə səbəb olur. Həmişə hündür dabanlı ayaqqabı geyinən qadınlarda osteoartrit xəstəliyi yaranır", - həkim A.Mirzəyeva vurğulayıb.

Bundan başqa, Greenpeace təşkilatının araşdırmalarında dünyaca tanınmış 15 paltar brendinin məhsullarında zəhərli maddələr aşkarlanıb. 


 


“Hicab” aksiyası ilə bağlı rəsmi məlumat

Bakı şəhər Prokurorluğu və Baş Polis İdarəsi birgə məlumat yayıb

Bakı şəhər Prokurorluğu və Baş Polis İdarəsi bu gün Təhsil Nazirliyinin qarşısında kı aksiya ilə bağlı birgə məlumat yayıb. Prokurorluqdan Lent.az-a verilən məlumatda bildirilir ki, 2012-ci il oktyabrın 5-də saat 12.00 radələrində ümumi sayı 200 nəfərədək olan radikal yönümlü dindar müxtəlif istiqamətlərdən Təhsil Nazirliyinin qarşısında toplaşaraq razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib. İctimai qaydanın pozulmasına yönələn hərəkətlərin dayandırılması barədə polisin xəbərdarlığına baxmayaraq, qanunsuz aksiyanın iştirakçıları hüquqazidd əməllərini davam etdiriblər. Onların cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, habelə özgənin əmlakının məhv edilməsi ilə müşayiət olunan aqressiv hərəkətləri nəticəsində nəqliyyatın hərəkəti təxminən 40 dəqiqə ərzində pozulub, vətəndaşlara məxsus onlarla avtomobilə ziyan vurulub.


Xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndələrinin qanunsuzluqlara son qoyulması barədə təkrar xəbərdarlığına və tələbinə məhəl qoymayan aksiya iştirakçıları qabaqcadan hazırlanmış silah qismində istifadə etdikləri ucu mismarlı taxta parçaları və dəyənəklər ilə onlara qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstəriblər. Nəticədə 20 polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib.

Asayişi mühafizə qüvvələrinin gördüyü qətiyyətli tədbirlərlə ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərin qarşısı alınaraq, 65 nəfər saxlanılıb.


  1. ESMERRi | 21 mart 2016 12:33 | Status: Brilliant user | Şərh: 5 379
    Sitat: yanina
    hmmmmmmmmmmmmm twk
  2. yanina | 12 iyun 2013 23:37 | Status: Şərhçi | Şərh: 384
    hmmmmmmmmmmmmm twk
  3. Melek_1 | 27 oktyabr 2012 15:17 | Status: VİP user | Şərh: 1 002
    twk xebere gore
  4. Princess_93 | 10 oktyabr 2012 14:23 | Status: Brilliant user | Şərh: 5 877
    maraqli xebere gore tewekkurler.
  5. Nursan. | 9 oktyabr 2012 12:20 | Status: Gümüş user | Şərh: 1 020
    Sitat: AllahinВ Gulu
    lut gezenlere hecne demirler amma hicab başlarinin daşidir

    Cahilliyin pik nöqtəsi
  6. P.S | 8 oktyabr 2012 20:39 | Status: VİP user | Şərh: 995
    maraqli xebere gore tewekkurler.
  7. arzu83 | 8 oktyabr 2012 18:09 | Status: Qonaq | Şərh: 0
    maraqliydi.tesekkurler
  8. Alizes | 8 oktyabr 2012 18:06 | Status: Yazar | Şərh: 2 588
    Mənim xüsusi informasiya vasitələrim var ki, bir çox məlumatları ordan əldə edə bilirəm. smile
  9. zoluwka | 8 oktyabr 2012 17:10 | Status: Professional user | Şərh: 3 172
    o 4milyonu kasiblara paylasaydi ne olrdiki ozunu Rihannanin gozune niye soxurki.bu terfden bexbextik.Yaponlardan ne istesen gozlemek olar.aksiyaya qalinca yuxarida duranlar bunu yerine qoymadilar axi din dovletden ayridi.her kesin tehsil almaq huququ var buda Konstutisiya
  10. cucem. | 8 oktyabr 2012 16:28 | Status: Professional user | Şərh: 4 415
    O RIHANNADIR 4 MILYON NEDIRKI EEEEEEE :n37:
  11. Narmin PinkGlamour | 8 oktyabr 2012 14:30 | Status: Şərhçi | Şərh: 385
    goren 4 milyona geder rihanna
  12. Ayka21 | 8 oktyabr 2012 13:43 | Status: Yazar | Şərh: 2 770
    Tesekkurler
  13. Sekine Hesen | 8 oktyabr 2012 12:57 | Status: Gümüş user | Şərh: 3 113
    tewekkurler maraqlidi AYNUR xanim,yaponlarin xeberine woka duwdum,fihannaya ise qudurubduda ne etsin daw bawinina seviyyesizdide kimdise
  14. sanel | 8 oktyabr 2012 11:26 | Status: Professional user | Şərh: 3 647
    yaponlarin xeberi dehsetdi :n27:
  15. azeri_oglu | 8 oktyabr 2012 10:08 | Status: Gümüş user | Şərh: 2 243
    e bu gede gor nece qudurubsa bir wam yemeyine 4 milyon pul xercleyir,o rihannadir kimdir goresen onda qeyri adi nese var?
  16. Seva-Azer. | 8 oktyabr 2012 09:05 | Status: Qonaq | Şərh: 2 351
    Maraqli nxəbərlərdi....
  17. Mavish | 8 oktyabr 2012 05:18 | Status: Brilliant user | Şərh: 2 389
    Diqqət! Sizin gizli mətnə baxmağa hüququnuz yoxdur.
  18. HEYATIM | 8 oktyabr 2012 00:43 | Status: Professional user | Şərh: 2 110
    maraqli xeberlerdi tewekkurler
  19. gulya20 | 7 oktyabr 2012 22:42 | Status: Professional user | Şərh: 4 678
    Sitat: S24

    yaponya xeberinin hele şokundayam

    Ele mende.

    Nazir balasinada sozum yoxdu menim.
  20. ay ulduz | 7 oktyabr 2012 20:56 | Status: VİP user | Şərh: 295
    Sitat: hopeful-woman
    Eledi canim.men bele seyleri gorende teessuf kecirdirem.
    ne bilim eeee.....


    mende canim
  21. S24 | 7 oktyabr 2012 20:40 | Status: Gümüş user | Şərh: 797
    yaponya xeberinin hele şokundayam
  22. dark lady | 7 oktyabr 2012 19:50 | Status: Professional user | Şərh: 519
    Maraqli xeberlerdi.
    Amma oz aramizdi yapon polisleri de güclü işliyir.Demek ölünü yeməsəymişlər tapmayacaqdilar cinayetkarlari.Bilseydiler tutulacaqlar heç yeməzdilər
  23. leylawka | 7 oktyabr 2012 17:44 | Status: Professional user | Şərh: 1 866
    Sitat: qonce
    VALLAH BEZI VETENDAŞLARIMIZ YEMEYE COREK TAPMIRLAR

    CAAAAAN, SAGOL CANIM QEYD ETDIYIN ÜCÜN :n45:
  24. Nermine1 | 7 oktyabr 2012 17:23 | Status: Gümüş user | Şərh: 673
    Sitat: Damla
    Gorun indi 1 saatliq wouya ne qeder pul veribler.oda gelib qelyani fiwqirdif gediffffffffff.Dagil ay dunyaaaaaaaa.

    duz deyirsiniz tam raziyam
  25. qonce | 7 oktyabr 2012 17:02 | Status: Şərhçi | Şərh: 358
    VALLAH BEZI VETENDAŞLARIMIZ YEMEYE COREK TAPMIRLAR.O "ŞAM YEMEKLERINI" AC KECIRIRLER.BEZILERI ISE MILLETIMIZIN HALALCA PULUNU HANSISA BIR XARICIYE OZUNU GOSTERMEKDEN OTRU 1 SAAT ICINDE XERCLEYIR.O 4 MILYON PULLA 4 MILYON ACI DOYDURA BILER.ALLAH GORSUN NE DEMEK OLAR "NAZIR BALASIDI"
  26. TATLI GUZEL | 7 oktyabr 2012 16:19 | Status: Professional user | Şərh: 5 781
    Hmmmmm.Tesekkurler
  27. XEYALE1990 | 7 oktyabr 2012 16:03 | Status: Qonaq | Şərh: 0
    tesekurler maraqli melumatlarduir
  28. Nazar | 7 oktyabr 2012 15:12 | Status: Professional user | Şərh: 1 184
    Maraqlı məlumatdır təşəkkürlər.
  29. rufet ehmed | 7 oktyabr 2012 14:31 | Status: Gümüş user | Şərh: 1 391
    tesegurler xeber ucun
  30. LUSY | 7 oktyabr 2012 14:22 | Status: Şərhçi | Şərh: 124
    .oda gelib qelyani fiwqirdif gediffffffffff.Dagil ay dunyaaaaaaaa.
    [/quote]


    :sos: :n3: